“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

W=F
⋅Y⋅10
3
;                      m

4. Axım norması. Axımın orta çoxillik qiyməti axım norması adlanır: 
n
W
W
n
i
il
i

=
=
1
"
 
burada, 
il
i
W
"
-orta illik axım, n- illərin sayıdır. Axım normasını müxtəlif 
kəmiyyətlərlə də (su sərfi, axım modulu, axım layı və s.) ifadə etmək olar: 
n
Q
Q
n
i
i

=
=
1
;                    
n
M
M
n
i
i

=
=
1
;                    
n
Y
Y
n
i
i

=
=
1
 
burada, 
Q

M

Y
-müvafiq olaraq orta çoxillik sərf, axım modulu, və axım layı 
axım norması kimi qəbul olunur. 
5. Modul əmsalı.  İllik , fəsillik, sutkalıq və s. axımın onların orta çoxillik 
qiymətinə olan nisbətinə deyilir: 
W
W
K
i
W
=
;                         
Q
Q
K
i
Q
=
;                       
Y
Y
K
i
Y
=
 
6. Axım  əmsalı. Axım layının (həcminin) sutoplayıcı sahədə düşən və bu 
axımın əmələ gəlməsinə səbəb olan yağıntı layına (həcminə) olan nisbətinə deyilir. 
Y
X
=
η
;                 
yag
ax
W
W
=
η
 
burada, X-yağıntı layı, mm-lə, W
ax
-axım həcmi, m
3
-la, W
yağ
-yağıntıların 
həcmi, m
3
-la. 
Axım  əmsalı su rejiminin öyrənilməsində istifadə olunan kəmiyyətdir və 
hövzəyə düşən yağıntının hansı hissəsinin çaya axmasını  səciyyələndirir. 
Məlumdur ki, yağıntının bir hissəsi buxarlanmaya, bir hissəsi isə yeraltı suların 
ehtiyatını artırmağa və s. sərf olunur. Odur ki, axım  əmsalı vahiddən kiçik 
olmalıdır (
η<1), çünki Y 
3
Behruz Melikov
Behruz Melikov


6. Çay və çay sistemləri. 
 
Çay, hövzəsindəki yağıntılardan əmələ gələn səth və yeraltı axımla qidalanan, 
özü yaratdığı  məcrada axan, gözə çarpan ölçülü su axınıdır. Rejimin formalaşma 
şəraitinə görə onlar dağ, düzənlik, göl, bataqlıq  və karst; ölçülərinə görə isə 
böyük, orta və  kiçik  çaylara bölünürlər. Bilavasitə  dənizə  və gölə tökülən çay 
əsas çay adlanır. Əsas çaya tökülən çay birinci dərəcəli qol, ona tökülən çay ikinci 
dərəcəli qol, üçüncü dərəcəli qol və s. adlanır.  Əsas çay və ona tökülən qollara 
birlikdə çay sistemi deyilir. 
Hortona görə heç bir qolu olmayan çay birinci dərəcəli, onun töküldüyü-ikinci 
dərəcəli çay və s. adlanır. Həmin təsnifatda əsas çay ən böyük dərəcəyə malik olur. 
N.A.Rjanitsinin verdiyi təsnifata görə çayın qollarının dərəcəsi ilə sululuğu və 
morfometrik göstəriciləri arasında əlaqə vardır.(şəkil 3.2). 
Çay  şəbəkəsi onu əmələ  gətirən çayların uzunluqları  və  şaxələnməsi ilə 
səciyyələnir.  
Çayın uzunluğu xəritədə kurvimetr və ya pərgarla ölçülür. Ərazinin vahid 
sahəsinə düşən çayların ümumi uzunluğuna  çay  şəbəkəsinin sıxlığı  deyilir və 
aşağıdakı düsturla təyin edilir: 
                                
F
L
D
n
i
i

=
=
1
,                 
2
km
km
 
burada, L
i
-əsas çayın və onun qollarının uzunluqları, km; F-sutoplayıcının 
(ərazinin) sahəsidir, km
2

 
 
1
Behruz Melikov
Behruz Melikov


 
Çay  şəbəkəsinin sıxlığı iqlim şəraitindən, relyefdən, geoloji quruluşdan və 
torpaq örtüyündən asılıdır. Çay şəbəkəsinin sıxlığı  Şərqi Avropa düzənliyində 
şimaldan-cənuba getdikcə azalır. Düzənliklərdən dağlıq hissəyə doğru çay 
şəbəkəsinin sıxlığı artır. Misal üçün, Ön Qafqaza yaxın çay şəbəkəsinin sıxlığı 
D=0.05km/km
2
, Baş Qafqaz silsiləsinin  şimal yamacında isə D=1.49km/km
2
-ə 
çatır. 
Çox vaxt çay şəbəkəsinin sıxlığını  təyin etmək üçün ərazi bərabər sahəli 
kvadratlara bölünür, hər bir kvadrat daxilindəki çayların uzunluğu ölçülür və 
kvadratın sahəsinə bölünür. Alınmış nəticələrə əsasən bərabər şəbəkə sıxlığı olan 
nöqtələri birləşdirilərək  izodenslər qurulur. Tərtib edilmiş izodenslərə görə 
ərazinin çay şəbəkəsinin sıxlığını daha mükəmməl təhlil etmək olar. 
Çayın əyrintilik əmsalı müəyyən hissədə çayın uzunluğunun həmin hissənin 
başlanğıcı ilə qurtaracağını birləşdirən düz xəttin uzunluğuna olan nisbətinə 
deyilir. 
K
ə
=
l
L
 
Çay sistemi əsasən çayın uzunluğu, çay şəbəkəsinin sıxlığı, çayın əyriliyi və        
onun şaxələnmə dərəcəsi ilə səciyyələnir. 
       Geniş subasarlarda çayın məcrası  şaxalənərək ayrı-ayrı axarlar əmələ 
gətirir. Çayın şaxələnmə dərəcəsini müəyyən etmək üçün çay hissələrindəki ayrı-
ayrı axarların və çay məcralarının uzunluğunu taparaq onları cəmləmək və əsas çay 
məcrasının uzunluğuna bölmək lazımdır. Deməli, çayın  şaxələnmə  əmsalı 
aşağıdakı düstur vasitəsilə tapılır: 
l
L
l
l
l
l
K
n
ş
+
+
⋅⋅

+
+
+
=
3
2
1
 
l
1
 l
2
-axarların uzunluğu; 
L-əsas çayın məcrasının uzunluğu. 
Hidrotexniki və meleorativ qurğuların layihələndirilməsi məqsədləri üçün 
çayın əyrintilik-K
ə
və şaxələnmə-K
ş
 göstəricilərindən geniş istifadə olunur.  
 
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə