Hindistan Respublikası



Yüklə 453,76 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü453,76 Kb.
#76457


 

 

                                 



  Hindistan Respublikası     

 

 

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Giriş   

 

 

   

 

 

 

 

 

Ə

razisi  və  İCM-yi.  Hindistan  dünyanın ən qədim  dövlətlərindən  biridirş. 

Hindistan,ərazisinin  formasına  görə  üçbucağı  xatırladır.  Ərazisi  qərbdə,cənubda 

və  şərqdə  Hind  okeanının  Ərəbistan  dənizi  və  Benqal  körfəzi  ilə,  şimalda  isə 

dünyanın ən hündürdağ sistemi Himalay ilə əhatə olunmuşdur.  

Ölkənin İCM təsərrüfatın inkişafına əlverişli təsir göstərir. Quru sərhədləri 

çətin  keçilən  dağlıq  ərazilərdən  keçdiyindən  ölkənin  iqtisadiəlaqələrində  mühüm 

rol  oynamır.  Sahil  xətti  həm  qərb,  həmdə  şərq  ölkələri  ilə  iqtisadi  əlaqələrin 

genişləndirilməsi üçün əlverişli imkanlar  yaradır və ölkənin həyatında mühüm rol 

oynayır. 

Hindistan 25 ştat və 7 müttəfiq ərazidən ibarətdir. 

 

 



Ə

halisi; milli tərkibi, təbii artımı və yerləşməsi. Hindistan dünyanın ən 

çoxmillətli dövlətidir. “Hindli” anlayışı müxtəlif dildə danışan bir neçə yüz xalq və 

www.behruzmelikov.com



 

 

tayfaların birliyi kimi başa düşülməlidir. Ölkədə elə bir dil yoxdur ki,əhalinin 



böyük əksəriyyəti bu dildə danışsın. 

Dövlət dili ölkıdı ən çox saylı hinduların dilidir. Ikinci dövlət dili 

kiminingilis dilindın istifadə olunur. Bununla yanaşı hır bir ştatda yerli xalqların 

dilində yerli hökümətlərin qərarları, qəzetlər, jurnallar dərc edilir. 

Ə

halinin 4/5 hissəsi hinduizim 1/10-i isə islam dininə etiqad edir. Əhalinin 



etnik və dini tərkibinin müxtəlifliyi tez-tez millətlərarası və kastalar arası 

toqquşmalara səbəb olur. 



 Əhali  ölkə  ərazisi  üzrə  olduqca  qeyri-bərabər  yerləşmişdir.  Dənizsahili 

ə

razilər,məhsuldar  ovalıqlar  xüsusilə  Hind-Qanq  ovalığı,  çayların  vadiləri  və 



deltaları  daha  çox  məskunlaşmışdır.  Indi  ölkənin  daxili  hissələri  Dekan  yaylası  

sürətlə  mənimsənilir.  Ölkınin  şimalında  ucqar  dağlıq  ərazilər  seyrək 

məskunlaşmışdır. 

Şə

hərlilərin  sayına  görə  dünyada  Çindən  sonra  ikinci  yeri  tutmasına 



baxmayaraq  şəhər  əhalisinin  xüsusi  çəkisinə  görə  (30%-ə)  Hindistan 

urbanizasiyalaşmış  ölkələr  sırasına  aiddir.  Bununla  yanaşı  urbanizasiya  prosesi 

sürətlidir.  Iri  və  milyonçu  şəhərlərin  sayı  sürətlə  artır.  Hindistan  ən  iri  şəhərləri 

ölkə  ərazisi  üzrə  dördbucaq    şəklində  yerləşən  Kəlkətə,  Bombey,  Dehli,  Mədrəs, 

Ə

hmədabad və Heydərabaddır. 



 

1.Hindistan iq-nın Ümumi xarakteristikası 

 

1. Hindistanın iqtisadi inkişafının əsas cəhətləri. 

Hindistan  ən  qədim  və  böyük  dövlətlərdən  biridir.  Hindistan  Asiyanın 

qərbində  Hindistan  yarımadasında  yerləşir.  Sahəsi  3287,6  kv.km,  2001  -  ci  il 

siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir. 

Paytaxtı  Dehlidir.  Böyük  şəhərləri  Kəlküttə,  Mumbai,  Çennai,  Banqalor, 

Heydərabad  və  s.  Hindistan  federativ  respublikadır.  25  ştatdan,7  muxtar  ərazidən 

ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir. 

www.behruzmelikov.com



 

 

Konstitutsiyaya  görə  dövlət  dili  hindi  dilidir.  Lakin  ingilis  dilidə  geniş  istifadə 



edilir. Hindistan qədim,tarixi,mədəni keçmişə,ənənələrə malik olan ölkədir. 

İ

lk dövlət kimi bizim eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yaranıb. İlk 



dəfə  hindlilər  düyü,pambıq,şəkər  qamışı  becərməyi,ev  quşları  saxlamağı 

öyrənmişlər. Qədim və orta əsrlər Hindistanın elm,ədəbiyyat,incəsənət sahəsindəki 

nailiyyətləri  müxtəlif  dini  və  fəlsəfi  sistemləri  Şərqin  bir  çox  sivilizasiyalarına 

müsbət təsir göstərmişdir. 

XVI  əsrin  əvvəllərindən  Avropa  müstəmləkəçiləri  tərəfindən  tədricən 

Hindistan  müstəmləkəyə  çevrilmiş  və  iki  yüz  il  Böyük  Britaniyanın  tabeliyində 

olmuşdur. 1857-1859-cu illərdən Milli Azadlıq Hərəkatları,1918-1922;1928-1933-

cü illərdə tabe olmamaq,1946-cı illərdə hərbi dənizçilərin tətili,üsyanı nəticəsində 

1947-ci  ildə  hindistan  dominion  statusu  almış,1950-ci  ildə  isə  respublika  elan 

edilmişdir.  Tarixən  müstəmləkəçilikdə  olması  ölkənin  sosial-iqtisadi  inkişafina 

güclü  təsir  etmiş,uzun  müddət  köhnə,ənənəvi  sosial-iqtisadi  quruluşun  qalmasına 

səbəb  olmuşdur.  Ölkə  Britaniyanın  kənd  təsərrüfatı  əlavəsinə  çevrilmişdir. 

İ

qtisadiyyatda  Britaniya  kapitalı  əsas  rol  oynamışdır.  Natural  təsərrüfat  ukladı 



üstünlük təşkil edirdi. Təsərrüfatın müasir quruluşu ilə ancaq işçilərin 5%-i məşğul 

olurdu ki,onlar da milli gəlirlərin ancaq 10-15%-ni istehsal edə bilirdilər. 

İ

kinci  dünya  müharibəsinin  əvvəllərində  Hindistan  hər  nəfər  hesabilə 



Britaniyadan  36  dəfə.Yaponiyadan  isə  7  dəfə  az  çuğun  istehsal  edirdi.  Sənaye 

birtərəfli  aparılırdı.  Yüngül  sənaye  daha  üstün  idi.  Maşınqayirma  yox  idi,kənd 

təsərrüfatı tənəzzülə ugramışdı. 

Savadlıların xüsusi çəkisi 18%,orta ömür müddəti 32 il təşkil edirdi. 1947-ci 

ildə  ölkə  iki  hissəyə  bölünmüşdür-Hindistan  və  Pakistan.  Hindistan  siyasi 

müstəqillik  əldə  etdikdən  sonra  ölkənin  iqtisadiyyatını  sənaye  əsasları  üzərində 

qurmağa imkan yaranmışdır. 

Lakin  1957,1972,1985-ci  illərdə  istehsalın  artmasında  ləngimələr  mövcud 

olmuşdur. 

İ

qtisadiyyatın ləngartımı bir çox hallarda milli kapitalın zəifliyi ilə izah edilir. 



İ

qtisadiyyatın  sahəvi  quruluşu.  2005-ci  ildə  Hindistanın  Ümumi  daxili  məhsulu 

www.behruzmelikov.com



 

 

772,0  mlrd.  Dollar,hər  nəfərə  düşən  məhsul  isə  700  dollara  bərabər  olmuşdur 



(müqayisə üçün qeyd etməliyik ki.bu göstəricilər 1995-ci ildə müvafiq olaraq 340 

mlrd. Dollar və 387 dollar təşkil etmişdir). 

ÜDM-in ortaillik artım sürəti ilk 35-40 ildə 3,5%-dən artıq olmamışdır. Lakin 

son  illərdə  bu  göstərici  artaraq1999-2000-ci  illərdə  6,2%,2003-2005-ci  illərdə  isə 

8,4% təşkil etmişdir. 

Ümumi  daxili  məhsulun  25%-i  kənd  təsərrüfatının,27%-i  sənayenin,47%-i 

xidmət  sahələrinin  payına  düşür.  Cəmi  işçilərin  isə  67%-i  kənd  təsərrüfatında 

çalışırlar. Hindistan aqrar-sənaye ölkəsi hesab edilir. 

Kənd  təsərrüfatı  nisbətən  sabit  və  dinamik  inkişaf  edir.  Kənd  təsərrüfatının 

ə

sasını  əkinçilik  təşkil  edir.  Kənd  təsərrüfatından  əldə  olunan  gəlirin  75%-



ibitkiçiliyin payına düşür. 

Becərilən  torpaq  sahəsi  141  mln.  hektardır.  Bununda  15  mln.  hektarı  ildə  2 

dəfə əkilir. 84 mln. hektar süni suvarma ilə becərilir. 

Hindistan  çay  yer  fındığı,şəkər  qamışı  istehsalına  görə  birinci,  düyü  və 

pambıq istehsalına görə ikinci, tütün istehsalına görə üçüncü yeri tutur. 

2003-cü  ildə  əsas  kənd  təsərrüfatı  məhsulları  istehsalı-taxıl  225  mln.  ton(o 

cümlədən  buğda  76mln.  ton,düyü  132  mln.  ton),çay  770  mln.  ton,qəhvə  200  min 

ton,pambıq  2,1  mln.  ton,şəkər  qamışı  272  mln.  ton  tütün  660  min  ton,kartof  21 

mln. ton olmuşdur. 

Yer  fındığı  və  küncüt istehsalına görə  dünya ölkələri üzrə  məhsulun 30%-nə 

malikdir. Kətan toxumu və gənəgərçək yağı istehsalına görə birinci yeri tutur. 

Ə

dviyyat  məhsulları  istehsalı  çox  yayılmışdır  –  bibər,  darçın,  raps,  zəncəfil, 



sarıkök, hil və s. Bütün tərəvəz və meyvə növləri vardır. 

İ

ribuynuzlu  mal-qaranın  sayına  görə  də  Hindistan  dünyada  birinci  yeri  tutur. 



Dünya  üzrə  cəmi  camışların  57%-i,  inəklərin  16%-i  Hindistanın  payin  düşür.  75 

mln. ton süd istehsal edir. 13 mln. donuzları var. 

Ə

razisinin 19,3%-i meşəlikdir. 



Hindistan sənizdən tutulan balığa görə 6-cı,içməli sudan tutulan balığa görə 2-

ci  yeri  tutur.  Cəmi  tututlan  balığın  həcmi-5,3  mln.  tondur.  Bu  sahə  məşğulluğun 

www.behruzmelikov.com



 

 

artmasında və xarici ticarətdə böyük rol oynayır. 400 min ton dəniz məhsulu ixrac 



edir. 

Hasilat  sənayesi  baxımından  Hindistan  iqtisadiyyatın  inkişafı  üçün  kifayət 

qədər  mineral  ehtiyatlara  malikdir.  Belə  ki,  dünya  dəmir  filizi  ehtiyatının  25%-ə 

qədəri,  marqans  filizi  çıxarılmasının  15%-i,slyudanın  60%-i  bu  ölkənin  payına 

düşür.  2003-cü  ildə  ölkədə  315  mln.  ton  kömür,33  mln.  ton  neft,  448  mlrd.  Kvt. 

Saat  elektrik  enerjisi  istehsal  edilmişdir.  Kömür  ehtiyyatı  148  mlrd.  ton 

qiymətləndirilir. 7,3 mln. ton dəmir filizi, 6,8 mln.ton boksidlər, 3,1 mln. ton  mis 

filizi,  1,7  mln.  ton  marqans  filizi,  2,4  min  ton  qızıl, 53  min  ton  gümüş,  40,6  min 

karat  almaz,63  min  ton  qurğuşun  istehsal  edilir.  Bu  sahələrin  cəmi  məhsulu  10,3 

mlrd. dollara bərabərdir. Ölkə üzrə cəmi ixracın 16%-i bu sahənin payına düşür. 

Ümumi daxili məhsulun 18%-i emal sənayesini payına düşür. Parça sənayesi 

daha böyük üstünlüyə malikdir. 90 mln. nəfər adam işləyir. İstehsalın 19%-i xırda 

ə

l  işlərinə  əsaslanır.  İxracdan  olan  gəlirin  30-33%-i  toxuculuq  sənayesi 



məhsullarındandır. Hind kəndiri istehsalına görə dünyada birinci, bu sahədən olan 

hazır məmulatlar ixracına görə ikinci yeri tutur. Ölkədə 144 mln. ton gübrə istehsal 

edilir. Tələbayı 70% ödəyir. Əczaçılıq sənayesi çox yüksək səviyyədə inkişaf edib. 

Bu sahədə 250 min böyük müəssisə işləyir. Hazırda cəmi sənayenin 17,2%-i parça 

sənayesinin,  16,5%-i  neft  və  kömür  sənayesinin,14%-i  yeyinti  sənayesinin,  7%-i 

sellüoz-kağız sənayesinin, 5%-i elektrotexnika sənayesinin payına düşür. 

1950-2005-ci illərdə sənaye istehsalı 15 dəfə artmışdır. Ümumi daxili məhsul 

da emal sənayesinin xüsusi çəkisi 1950-ci ildəki 1,4%-dən 20%-ə çatmışdır. Emal 

sənayesi  məhsulunun  ümumi  həcmində  ağır  sənaye  32%-dən  64%-dək  artmışdır. 

İ

stehsalın quruluşunda dəyişiklik yaranmışdır. Uzun müddət üçün nəzərdə tutulan 



istehlak şeylərinin xüsusi çəkisi artmışdır. Emal sənayesinin sahəvi quruluşunda da 

dəyişiklik  yaranmışdır.  Ərzaq  malları,pambıq  parça,  hind  kəndiri  və  toxuculuq 

məmulatları  istehsalının  xüsusi  çəkisi  1,5-2  dəfə  azaldılmılşdır.  1950-ci  illərdə 

sənaye məhsullarının 60%-i yeyinti və toxuculuq mallarından ibarət olduğu halda, 

2005-ci  ildə  bu  25%-dən  az  olmuşdur.  Neft  məhsullarının  və  maşınqayırmanın 

xüsusi çəkisi 2-3 dəfə artmışdır. 

www.behruzmelikov.com



 

 

Ölkədə  sənayeləşmənin  inkişafı  çox  sahəli  təsərrüfat  kompleksinin 



yaranmasına  imkan  verir.  Milli  təsərrüfatın  öz-özünə  inkişaf  edən  bərqərar  ola 

bilən  bir  sistemə  çevrilməsi  özünü  göstərir.  Müəyyən  mənada  iqtisadiyyatda  ikili 

bazar mövcuddur. Bir tərəfdən əhalinin çox hisssəsi üçün zəruri istehlak şeylərinə 

olan tədiyyə qabiliyyətli tələbdə tələbdə durğunluq yaranır, digər tərəfdən isə uzun 

müddətə  istifadə  edilən  istehlak  şeylərinə  olan  tədiyyə  qabiliyyətli  tələb  artır. 

Bütünlüklə milli iqtisadiyyatın inkişaf etdirilməsində xüsusi bölmənin daha böyük 

rolu  vardır.  Belə  ki,  ÜDM-in  75%-i  xüsusi  bölmədə  formalaşır.  Kənd  təsərrüfatı, 

yüngül  maşınqayırma,  yüngül  yeyinti  və  tibb  sənayesi,  inşaat,  ticarət,  avtomaşın 

nəqliyyatı və digər sahələrdə xüsusi bölmə daha geniş yayılmışdır. 

ÜDM-in  təqribən  25%-i  dövlət  bölməsində  yaradılır.  Ölkənin  müdafiə 

sənayesində,  energetika,  dəmiryolu,  aviasiya,  nəqliyyat,  rabitə,  metallurgiya  və  s. 

kimi baza sahələrində dövlət bölməsinin xüsusi çəkisi artıqdır. 

Bir çox sahələrdə dövlət bölməsinin xüsusi çəkisi daha çoxdur. Bunlardan neft 

çıxarılması  və  emalı,  kömür,  mis,  qurğuşun,  sink  istehsalı,  polad  əridilməsinin 

60%-dən  çoxu,  ağır  maşınqayırma  məhsulları,  gəmiqayırma,  təyyarə  və  dəzgah 

qayırma  və  s.  göstərmək  olar.  200-dən  çox  elmi-tədqiqat  instutu  və  labaratoriya 

dövlət bölməsində mərkəzləşdirilibdir. ETTKİ-nə ayrılan xərclər 0,73% təşkil edir. 

Hazırda  Hindistan  yüksək  elektron  texnologiyasına  və  kosmik  sənayesinə  malik 

olan  ölkələr  sırasına  daxildir.  Hindistan  dünya  bazrına  telekommunikasiya  və 

meterologiya, rabitə vasitələri göndərir. Müvəfəqiyyətlə özünün milli atom enerjisi 

üzrə inkişaf proqramını həyata keçirir. 

Hindistanda  elektron  sənayesi  və  informasiya  texnologiyası  sahəsində  250 

min nəfər adam işləyir. Bu sahənin məhsulunun həcmi 13 mlrd. dillar, ixrac isə 8 

mlrd. dollara bərabərdir. Bu göstəricilərə görə Hindistanın 2-ci yeri tutur. 

Hindistanda  avtomobil  sənayesi  ildə  642  min  müxtəlif  növdə  avtomobil 

buraxır. Qara metallurgiyada 7 böyük zavod tam gücü ilə işləyir. İldə 10,1 mln. ton 

polad istehsal  edilir. Hindistanda nəqliyyat  sistemi də geniş vüsət  tapmışdır. Belə 

ki,  dəmir  yolunun  ümumi  uzunluğu  107  min  km-rə  bərabərdir.  Bunun  da  29%-i 

elektrikləşdirmişdir.  Hindistan  İEOÖ-də  ən  böyük  ticarət  donanmasına  malikdir. 

www.behruzmelikov.com




 

 

Donanma 490 dəniz gəmisi vardır. Ölkədə 11 böyük və 139 kiçik liman fəaliyyət 



göstərir.  Hindistan  dünyada  qabaqcıl  avtomobil  yolları  şəbəkəsinə  malikdir. 

Hindistanda  poçt  şəbəkəsi  sistemi  də  yüksək  səviyyədədir.  Cəmisi  154  min  poçt 

şə

bəkəsi fəaliyyət göstərir. 



260-300 mln. nəfər kasıbçılıq şəraitində yaşayır.  

2.Hindistanın iqtisadi inkişaf mərhələləri  

 Hindistanın  iqtisadi  inkişafı  ayrı-ayrı  dövrlərdə  müəyyən  xüsusiyyətləri  ilə 

bir-birindən  fərqlənir.  Belə  ki,  Hindistanın  müstəqillik  əldə  etdiyi  ilk  10  illik 

sabitləşmə  dövrü  adlanır.  Bu  mərhələdə  ölkədə  təsərrüfat  mexanizminin  əsasları 

formalaşırdı.  Müstəqillik  əldə  edilməsilə  qeyri-iqtisadi  məcburiyyət  və  ticarət 

vasitəsilə  ayrı-ayrı  sahələrə  qoyulan  kapital  vasitəsilə  Britaniyanın  siyasi  nüfuz 

dairəsinin  genişlənməsinə  son  qoyulmuşdur.  Bu  mərhələdə  mərkəzləşdirilmiş 

planlaşdırılma ilə bazar əlaqələrinin genişləndirilməsi siyasəti əsas götürülmüşdür. 

Milli  iqtisadiyyatın  inkişafının  ilkin  şərtlərindən  biri  kimi  sənayeyə  qoyulmuş  iri 

kapitala maraq yaratmaq, idxalda himayədarlıq siyasəti və valyuta nəzarəti həyata 

keçirmək nəzərdə tutulurdu. 

İ

kinci  dövr  50-ci  illərin  ortalarından  60-cı  illərin  ortalarınadək  olan  vaxtı 



ə

hatə  edir.  Bu  dövr  itensiv  sənayeləşdirilmə  dövrü  kimi  səciyyələnir.  Burada 

mövcud 

istehsal 



münasibətlərinin 

yenidənqurulması, 

sərbəst 

bazar 


münasibətlərinin  yenidən  qurulması,  sərbəst  bazar  münasibətlərinin  və  xarici 

kapitalın  məhdudlaşdırılması  sahəsində  müəyyən  tədbirlər  sistemi  nəzərdə 

tutulurdu.  İdealoji  cəhətdən  bütün  bunlar  “Sosialist  cəmiyyəti”  qurulması  şüarı 

altında həyata keçirilirdi. 

Dövlət  mülkiyyəti  yaradılması  aşağıdakı  istiqamətlərdə  həyata  keçirilirdi; 

müstəmləkəçilərin  hakim  dairəsində  olan  mülkiyyətin  milli  dövlətin  ixtiyarına 

keçməsi; milli kapitala məxsus olan bəzi xüsusi şirkətlərin milliləşdirilməsi; dövlət 

vəsaiti hesabına yeni müəssələr yaradılması. Sənayeləşdirilmə idxalın əvəzlənməsi 

formasında həyata keçirilirdi. “Öz gücünə arxalanmaq” , “özü özünü təmin etmək” 

kursunun  əsas  götürülməsinə,xarici  borcların  rolunun  azaldılması  və  yerli 

məhsulların  çeşidinin  genişləndirilməsinə  üstünlük  verilirdi.  Həmin  dövrdə 

www.behruzmelikov.com




 

 

metallurgiya,maşınqayırma  və  kimya  sənayesinin  xüsusi  çəkisi  xeyli  artmışdır. 



Sənaye  sahələrinə  ayrılan  xalis  kapital  qoyuluşu  50-ci  illərdəki  26,4%-dən  60-cı 

illərdə 41,1%-ə çatmışdır. Ağır sənayenin inkişafı kursunun həyata keçirilməsində 

bir  çox  vətənpərvər  qüvvələr  müstəqilliyin  möhkəmlənməsi  xatirinə  şəhər 

burjuaziyasına  köməklik  göstərirdilər.  Sahibkarlıq  fəaıiyyəti  sahəsində  dövlətin 

rolu  xeyli  artmışdı.  Bütün  bunların  nəticəsində  çoxsahəli  kompleks  yaradılması 

üçün  zəmin  formalaşmışdır.  Eyni  zamanda  sənaye  ilə  kənd  təsərrüfatı  arasında 

qeyri-mütənasiblik də artırdı. 

Üçüncü mərhələ 60-cı illərin ortalarından başlamışdır. Bu mərhələ ağır sənaye 

ilə kənd təsərrüfatı və xırda istehsal arasındakı qeyri mütənasibliyin ləğv edilməsi 

də problem  kimi  qarşıda qoyulmuşdu. Həmin  illərdə “yaşıl inqilab”  strategiyasını 

başlanğıcı qoyulmuşdur. Yoxsul kəndə-kənd təsərrüfatına,xırda istehsala köməklik 

edilməsi barədə proqram qəbul edilmişdir.  Bu  mərhələdəki iqtisadi siyasətdə əsas 

mərhələlərdən 

biri 


də 

1969-cu 


ildə 

bankların 

milliləşdirilməsi 

oldu.Beləliklə,sənayenin və xırda sahibkarlığın müdafiə edilməsi siyasəti və dövlət 

köməkliyi sahibkarlıq bölməsində sabitliyin təmin edilməsinə səbəb olmuşdur. 

 

Dini vəziyyət 

 

Hindistanda  əhalinin  83  faizi  induistlərdir.  İnduizm  respublikanın  bütün 



ş

tatlarında, cammu, Kaşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din 

hesab  olunur.  İnduizmin  iki  əsas  istiqaməti  vardır:  vişnuizm  və  şivaizm.  Hal-

hazırda  Vişna  Allahının  kultu  daha  geniş  yayılıb.  Lakin  bir  sıra  hind  xalqları 

arasında  (tamilər,  assamslar)  şivai  əsas  götürülür.  Bəzi  yerlərdə,  məsələn,  nəsilin 

ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal 

induistlərlə  yanaşı ölkədə reformator  induistlərin də ardıcılları vardır. Hindistanın 

müsəlman  əhalisi  11  faiz  təşkil  edir.  Müsəlmanların  əksəriyyəti  isə  sünnülüyün 

hənəfi  məzhəbinə  etiqad  edir.  Malabar  sahilində  şafiilik  yayılıb,  Uttar-Pradeş  və 

Qərbi  Benqaliyada  sünnülük  özünün  vahhabi  tendensiyası  ilə  müşahidə  olunur. 

Burada Əhmədiyyə təriqətinin ardıcıllarına da rast gəlmək mümkündür. Şiələr isə 

www.behruzmelikov.com




 

 

ə



sasən  şəhərlərdə  yaşayırlar.  Onlar  arasında  ismaililər  də  vardır,  amma  onlar  say 

etibarilə  ortodoksal  şiələrdən  azdırlar.  Hind  ismaililəri  nizarilər  (xoca)  və 

mustarilərə  (boxra)  bölünürlər.  Hindistanda  az  sayda  bəhailərdə  yaşayırlar. 

Hindistanda 3-cü böyük dini qrup xristianlardır (əhalinin 3 %). cənubi Hindistana 

ilk  xraitianlar  hələ  birinci  minilliyin  I  əsrində  gəlmişlər.  Hal-hazırda  Hindistan 

xristianlarının yarıdan çoxu ölkənin cənubunda (əsasən Kerala ştatında və mədrəsə 

rayonunda)  məskunlaşıb.  Naqelend  ştatında  da  xeyli  sayda  xristian  yaşayır.  Ölkə 

xristianlarını  iki  qrupa  bölmək  olar.  Birinci  qrupa  Hindistanın  qədim  xristian 

ə

halisinin  sonrakı  nəsilləri  aiddir.  Portuqaliyalıların  ölkəyə  müdaxiləsindən  sonra 



xristianlara məcburi şəkildə katolikliyi qəbul etdirmişlər. Onları Roma ilə uniyaya 

daxil olmağa məcbur etmiş, bunun nəticəsində də Hindistanda Silomalabar kilsəsi 

yaradılmışdır.  Müəyyən  zaman  keçdikdən  sonra  bir  qrup  Roma  ilə  münasibətləri 

pozaraq kilsədən uzaqlaşmış, lakin öz əvvəlki nesterian ənənələrinə qayıtmamışlar. 

Onlar yakobit (monofizit) ehkamlarını qəbul etmişlər. Beləliklə, hal-hazırda cənubi 

Hindistanda  qədim  xristian  kilsələri  mövcuddur:  Siro  –malabar  kilsəsi  (xaldo-

katolik,  2178min  nəfər),  Siro-malankar  kilsəsi  (siro-katoliklər,  213  min  nəfər), 

yakobit  Malankar  pravoslav  kilsəsi  (1,5  mln.  nəfər),  müqəddəs  Foma  Malabar 

kilsəsi  (550  min  nəfər),  neonestorian  Xaldey  kilsəsi  (5  min  nəfər).  Xristianların 

ikinci qrupunun formalaşması avropalı missionerlərin fəaliyyəti ilə bağlıdır. Onlar 

ə

sasən  XIX-XX  əsrlərdə  öz  fəaliyyətlərini  daha  da  aktivləşdirmişlər.  Hal-hazırda 



məhz bu qrup xristianlar say etibarilə üstünlük təşkil edirlər. Roma katolik kilsəsi 

daha  çox  nüfuza  malikdir  (9704  min  nəfər  ardıcılları  var).  Katoliklər  daha  çox 

ölkənin  cənubunda,  eləcə  də  bəzi  Qərb  rayonlarında  məskunlaşıblar.  Protestant 

kilsələri  (4,3  mln  nəfər)  içərisində  daha  çox  ardıcılları  olanlar  cənubi  Hindistan 

kilsəsi  (700  min  nəfər)  və  Şimali  Hindistan  kilsəsidir  (1530  min  nəfər).  cənubi 

Hindistan  kilsəsi  1947-ci  ildə  ölkənin  cənub  hissəsində  yaşayan  protestant 

təşkilatlar  tərəfindən  yaradılıb.  Bundan  başqa,  Hindistanda  baptistlər  (2,1  mln. 

nəfər),  lüteranlar  (1,1mln.  nəfər),  mennonitlər,  qurtuluş  ordusu  (227  min  nəfər) 

ardıcılları  da  vardır.  İnduizmdən  aralanmış  siqxizm  indiki  zamanda  Hindistanda 

müstəqil  din  kimi  tanınır.  Ölkə  əhalisinin  2  faizini  təşkil  edir.  Əsasən  Pəncab 

www.behruzmelikov.com



 

 

ə



yalətində  yaşayırlar.  Hindistanda  həmçinin  3,8  milyon  buddist  yaşayır.  Onların 

ə

ksəriyyəti  Maxaraştrda  məskunlaşıblar.  Hindistanda  çox  kiçik  dini  qrup  halında 



zərdüştilər-farslar  (İrandan  VII-  XII  əsrlərdə  islam  tərəfdarlarının  təzyiqindən 

qaçıb  gələnlərin  nəsilləri)  da  vardır.  Farsların  sayı  120  min  nəfər,  digər 

məlumatlara  görə 200  min  nəfərdir.  Bütün Hindistan zərdüştilərinin  yarıdan çoxu 

Bombeydə  yaşayır.  Hindistanda  iudaistlər  8  min  nəfərdirlər.  Onların  əksəriyyəti 

maxaraştra və keralda məskunlaşıblar. 

Sənayenin coğrafiyası, təbii resurs amilləri, başlıca sahələri və rayonları. 

Hindistan  sənayenin  inkişafı  üçün  zəngin  təbii  resurslara  malikdir

Müstəmləkə 

dövründə 

nahaq 


yerə 

onu 


“Britaniya 

tacının 


mirvarisi” 

adlandırmırdılar. Bir çox mineral resurslar (kömür, dəmir və manqan filizləri, neft, 

ə

lvan  metallar)  milli  sənayenin    inkişafı  üşün  əsas  bazadır.  Faydalı  qazıntı 



ehtiyyatları başlıca olaraq Dekan yaylasının şimal-şərqində yerləşir. Şimal və Şərqi  

Qat  ilə  Qərbi  qat  dağlarının  birləşdiyi  yerdən  axan  çayların    xüsusilə  böyük 

hidroenerji    əhəmiyyəti  var.    Ölkənin  resurslarından  biridə  müxtəlif  ağaclardan 

(səndəl ağacı, hind palıdı və.s) ibarət olan meşələrdir (ölkə ərazisinin 1/5-ni tutur). 



Hindistanda daha güclü sənaye kompleksi Dekan yaylasının şimal-şərqində , 

Kəlkətədən  Damador  çayı  vadisi  boyunca  uzanır.  Ölkənin  başlıca  kömür-

metallurqiya bazsı olan bu rayon adətən Hind Ruru adlandırırlar. Dekan yaylasının 

mərkəzi  hissəsində  ən  iri  Bhilai  metallurqiya  kombinatı  tikilmişdir.  Bombey, 

Mədrəs, Əhmədabad, Dehli, Heydərabad və.s şəhərlərdə iri sənaye mərkəzləridir. 



Hindistanda  formalaşan  sənayenin  ərazi  strukturu  digər  İOÖ-lərdən  fərqli 

olaraq çoxmərkəzli tipə malikdir.Ölkənin bütün hissələrində iri sənaya  mərkəzləri 

yerləşir. Bunlar da nisbətən geri qalmış daxili ərazilərin inkişafına təsir edir. 



Kənd  təsərrüfatının  coğrafiası,  təbii  resurs  amilləri,  başlıca  sahələri  və 

rayonları.  Hindistanın  əksər  hissələrində  təbii  şərait  kənd  təsərrüfatının  inkişafı 

üçün  əlverişlidir.  Ölkə  geniş  torpaq  sahələrinə  malikdir.  Onun  ərazisinin  yarısı 

ş

umluq  üçün  yararlıdır.  Daha  məhsuldar  torpaqlar  Qanq,Brahmaputra  və  digər 



çayların geniş vadilərində yerləşir. Bütün əkin sahələrinin 2/5-dən çoxu suvarılır. 

www.behruzmelikov.com




 

 

Hindistanda  iki  başlıca  kınd  təsərrüfatı  mövsümü-yay  və  qış  mövsümləri 



mövcuddur.  Yay  mövsümü  (xarif)  mayın  axırından  sentyabr-oktyabr  aylarınadək 

uzanır.  Qış  mövsümü  (rabi)  sentyabr  aylarından  mart-aprelədək  davam  edir.  Bu, 

günləri, quru mövsümdür və suvarma tələb edir. 

Ə

kinsahələrinin  4/5-dən  çoxunda  ərzaq  bitkiləri  becərilir.    Çəltik  Qanq  və 



Brahmaputra  çaylarının  aşağı  və  orta  axarlarınd,  buğda  isə  Qanq  çayının  yuxarı 

axarında,  quraqlığı  ilə  fərqlənən  Pəncab  ştatında  becərilir.  Suvarılan  torpaqlardan 

yuksək məhsul yığılır. 

Texniki bitkilər hər yerdə, şəkər qamışı Qanq vadisində, pambıq əsas etibarilə 

Dekan  yaylasında,  cüt  Qanq  deltasının  və  Brahmaputra  vadisinin  daha  rütubətli 

rayonlarında (Qərbi Benqalda) , çay Şərqi Himalay dağətəyində becərilir. Ölkənin 

kənd  təsərrüfatında  heyvandarlıqikinci  dərəcəli  yer  tutur.  Qaramalda  kənd 

təsərrüfatında  işlək  qüvvə  kimi  istifadə  olunur.  Yalnız  bəzi  rayonlarda  əmtəəlik 

heyvandarlıq  inkişaf  etmişdir.  Hinduizim  qaydalarına  riayət  edərək,  kəndlilər  heç 

ə

ldən  düşmüş  qaramalıda  ətlik  üçün  kəsmirlər,  yalnız  həyətdən  qovmaqla 



kifayətlənirlər.  “Müqəddəs”  inəklər”  yollarda  və  şəhərin  küçələrində  gəzib 

dolaşırlar. 



Hindistanın  nəqliyyatı  nisbətən  yüksək  inkişaf  etmişdir.  Dəmir  yolunun 

uzunluğuna  görə  Hindistan  dünyanın  beş  başlıca  ölkəsindən  biridir.  Lakin  ensiz 

dəmir yolu xətləri üstünlük təşkil edir. Yük və sərnişin  daşımasında  dəmir yolları 

başlıca  rol  oynayır.  Çox  yerlərdə  bərk  örtüklü  avtomobil  yolları  yoxdur.  Dəniz 

donan masının tonnajı getdikcə artır. Çay nəqliyyatının əhəmiyyəti artır. 

 

 



 

 

 



 

www.behruzmelikov.com



Yüklə 453,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə