Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə2/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   2   3   4   5   6   7   8   9   ...   211

Nasos 

 

 



 

Nasos bərk və kolloid maddələrdən ibarət olan 

maye  və  sıxılmış  qazları  xarici  enerji  (poten-

sial  və  ya  kinetik)  tətbiq  etməklə  hərəkətə 

(sorma  və  ya  itələmə)   gətirmək  üçün  tətbiq 

olunan qurğudur.  Nasosun  əsas  parametri  olan 

vahid  zamanda  vurulabilən  mayenin  həcmi  Q 

ilə müəyyən  olunur.  Bir  çox  nasoslar  üçün 

həmçinin yaradılan təzyiq (p) və ya ona uyğun 

yaradılan  hidravlik  potensial  (H),  istifadə 

olunan  güc  (N)  və  f.i.ə.  (η)  vacib  texniki 

göstəricilər  sırasına  aid  edilir.  Onu  da  qeyd 

etmək lazımdır ki, sıxılmış qazların nəqli üçün 

tətbiq  olunan  nasoslar  ayrı  qrup  daxilində 

təsnifatlaşaraq  →ventilyaor  və  →kompressor 

kimi adlanırlar.  

 İş  prinsinə  və  konstruksiyasına  görə  fərq-

lənən  aşağıdakı nasoslar daha geniş yayılmış-

dırlar: 


 

→ Eksentrik  sonsuzvintli, 

 

→Porşenli, 



 

→Mərkəzdənqaçma, 

 



Vintli,  



 

İmpeller,  



 

Şırnaqlı, 

 

→ Membranlı, 



 

→Peristaltik (şlang).  

 

Bundan  əlavə  nasoslar  nəql  edilən  mayenin 



növündən asılı olaraq da fərqlənirlər (məsələn: 

kimyəvi maye).   

Nasoslara  xalq  təsərrüfatının  bir  çox  sahə-

lərində  rast  gəlinir.  Onlar  mayelərin  nəqli  və 

enerji ötürməklə bərabər maşınların idarə olun-

masında  istifadə  olunan  →hidravlik  ötürmə-

lərdə də tətbiq tapırlar. 

(alm. die Pumpe, ingl. Pump



 

Nazimçarx maşın hissəsi olub, kinetik enerjini 

toplamağa  və  sonra  istifadə  etməyə  imkan 

verir.  Nazimçarx  çox  vaxt  fırlanma  sürəti 

periodik  dəyişən  maşınlarda  güc  dəyişməsini 

kompensasiya  etmək  üçün  tətbiq  olunur. 

Hibrid 


mühərriklərində 

də 


həm 

enerji 


toplayıcısı,  həm  də  rekuperasiya  əyləci  kimi 

tətbiq  tapır.  Məsələn,  buxar  və  porşenli 

maşınların  dirsəkli  valı  gücü  yalnız  bir 

taktda ötürə  bilir.  Digər  taktlarda  fırlanma 

hərəkətini  tamamlamaq  üçün onların  əlavə 

enerjiyə  ehtiyacları  yaranır  (havanı  sıxmaq 

üçün).  Bu  enerji,  iş  tsikli  daxilində  nazim-

çarxda toplanır və sonra istifadə olunur. 

  

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Üzərində nazimçarx olan buxar maşını 

 

(alm. das Schwungrad, ingl. Flywheel) 

 

NC dəzgahı koordinat oxları rəqəmli proqram-

daşıyıcılarla  hərəkətə  gətiriləbilən  dəzgahdır. 

Prosesin  rəqəmli  proqramla  idarə  olunması 

üçün  vacib  amillərdən  biri  oxlar  boyunca 

dəzgahın  hissələrinin  hərəkətini  izləyən,  onla-

rın  istənilən  anda  vəziyyətini  ölçüb  idarə  sis-

teminin  yaddaşına  verilmiş  qiymətlərlə  mü-

qayisəyə  imkan  verən  →yol  ölçmə  sisteminin 

olmasıdır. Ölçmə, dəzgah koordinat sistemində 

yerinə yetirilir. NC dəzgahlarda →dəzgah isti-



nad  nöqtəsi  və  →  dəzgah  sıfır  nöqtələri  möv-

cuddur.  Dəzgahın  sıfır  nöqtəsi  konstruk-

siyaetmə  prosesində  müəyyən  edilir  və  dəz-

gahın  yaşama  müddəti  boyunca  dəyişməz  qa-

lır.  İstinad  koordinat  sistemi  isə  dəzgah  hazır-

landığı zaman oxlar boyunca →sonluq sensor-

ları  ilə  müəyyən  olunur.  Onu  istənilən  anda 

sürüşdürmək mümkündür.  

Bundan  əlavə  koordinat  oxları  boyunca 

quraşdırılmış  NC  sistemdə    tənzimedici  ele-

mentlər  və  →servomühərriklər,  →vint-qayka 

ötürməsi və ya →xətti mühərrikdən ibarət olan 

→veriş  ötürmə  sistemi, həmçinin  dinamik hə-

rəkətə  imkan  verən  yüksək  sərtliyə  və  də-

qiqliyə  malik  →yönəldicilər  daxildirlər.  Dəz-

gahlarda  NC  koordinat  oxlarının  sayı  onun 

təyinatından  asılıdır.  Məsələn,  yonma  dəzgah-

larda    2  ox  tələb  olunduğu  halda,  alət  itiləmə 

dəzgahda bunların sayı 8-i keçir.  

NC  dəzgahlarında  texnoloji  tapşırığı  yerinə 

yetirmək üçün lazım olan həndəsi və texnoloji 

parametrləri    rəqəmli  proqramdaşıyıcılarına 




NC dəzgahı  

 

 



köçürmək  məqsədilə  xüsusi  proqramlaşdırma 

(→dəzgahın  proqramlaşdırılması)  üsullarından 

istifadə  edilir.  Bunun  üçün  son  illər  avto-

matlaşdırılmış 

proqramlaşdırıcı 

sistemlər 

(→CAM) işlənib istehsalda tətbiq olunmuşdur.   

Hal-hazırda  NC  dəzgahlar  onların  malik 

olduqları yüksək dəqiqlik, çeviklik, keyfiyyətə 

nəzarət  sistemləri  sayəsində  bütün  sahələrdə 

adi dəzgahları sıxışdırmaqdadırlar.  

 

(alm. die NC Werkzeugmaschine, ingl.  NC machine 



tools

 

NC  pardaqlama  rəqəmli  proqramla  idarə 

olunan  dəzgahlarda  aparılan  pardaqlama  pro-

sesidir. Pardaqlama prosesinin ayrı-ayrı mərhə-

lələri  bu  dəzgahlarda  əl  ilə  yox,  rəqəmli 

çevricilərin  köməyi  ilə  yerinə  yetirilir.  NC 

idarə olunan (NC-numerical control) dəzgahlar 

adi dəzgahlarda mövcud olan düyümlərə əlavə 

olaraq  idarə,  ölçmə  və  idarəolunabilən  mexat-

ronik sistemlərə malik olur. 

Rəqəmli  idarə  olunan  pardaqlama  dəzgahı 

sərbəst  proqramlaşdırıla  bilir  və  xüsusilə  kiçik 

və  orta  seriyalı  istehsalın  avtomatlaşdırıl-

masına imkan verir. Qısa müddətdə başqa tex-

noloji  tapşırığa  proqramlaşdırıla  bilməsi  on-

ların çevikliyini artırır. 

İdarə sistemi tərəfindən oxunaraq icra olunan 

NC-proqramlar  həndəsi  və  texnoloji  infor-

masiyaları  daşıyır.  Həndəsi  informasiyalar 

pəstah  və  hazır  hissənin  ölçülərinə  əsaslanır. 

Texnoloji  informasiyalar  dəzgahda  veriş, 

dövrlər  sayı,  soyuducu-yağlayıcı  maye,  düz-

ləndirmə və s. üçün çevrici siqnalları müəyyən 

edir.  Bu    informasiyalar  dəzgahın  idarəetmə 

sistemi  üzrə  yaddaşa  daxil  edilir  və  hətta 

elektrik  cərəyanı  kəsildikdə  yaddaşda  uzun 

müddət qalır.  

Pardaqlama  dəzgahında  tətbiq  olunan  NC 

idarə  sistemi  proseslə  bağlı  olan  xüsusiyyət-

lərinə  görə,  ondan  öncə  yaranmış  və  yayılmış 

torna  və 



frezləmədə  tətbiq  olunan  idarə 

sistemlərindən  fərqlənirlər.  Bir  tərəfdən  incə 

emal  növünə  aid  edilən  pardaqlama  idarə 

olunan parametrlərin icra və təkrar olunmasına 

yüksək  tələbat  qoyur.  Digər  tərəfdən  par-

daqlama  prosesinin  halı  emalda    vaxtdan  asılı  

olaraq dəyişir.  

Pardaqlamada tətbiq olunan NC-idarə sistemi 

emal  konseptinə  və  tətbiq  sahəsinə  görə  iki 

qrupa bölünür: 

 

Dəzgahda  emal  proqramı  bir  başa  işçi 



tərəfindən  əl  ilə  daxil  edilir.  Hissənin  emalı 

üçün  lazım  olan  gedişlər  bir  başa  dəzgahda 

proqramlaşdırılır.  Bu  idarə  sistemi  kiçik  və 

orta seriyalı istehsalda tətbiq olunur.      

 

Dörd  və  daha  çox  koordinatlı  hazır 



pardaqlama  tsiklindən  ibarət  proqramlara 

malik  CNC-idarə  sistemi.  Bu  sistemlər 

mürəkkəb  emal  sxemlərini  yerinə  yetirən 

emalda  11  əlavə  koordinat  boyunca  idarə-

olunmaya  imkan  yaradır.  Dəzgahın    idarə 

olunması  üçün  parametrlər  həm  əl  ilə,  həm 

də  prosesin  hazırlığı  ərəfəsində  standart-

laşdırılmış  kodlar əsasında xüsusi CAM-sis-

teminin  köməyi  ilə  daxil  edilir.  Daxil  olun-

muş  proqram  dəyişdirilə  və  düzəldilə  bilir. 

Bu idarəetmə sistemləri çeviklik tələb olunan 

fərdi  və  orta  seriyalı  istehsalda  geniş  tətbiq 

olunurlar.   

 

(alm. das NC-Schleifen, ingl. NC-Grinding



 

NC-proqram  →dəzgahlarda  hissənin  emalı 

üçün  lazım  olan  verilənlərin  və  əmrlərin 

düzgün  ardıcıllıqla  təsvir  olunmuş  idarə  proq-

ramıdır.     

Proqramda  informasiyalar  standartlaşdırılmış 

əmrlərdən  istifadə  edilməklə  sətr  şəklində 

verilir.  Emal  olunan  hissənin  ölçüsündən  asılı 

olan bir NC proqram minlərlə sətrdən ibarətdir. 

NC proqram həmişə işçi orqanları işə salmaqla 

başlayır.  Burada  T03-avtomatik  alətdəyişmə, 

S-şpindelin  dövrlər  sayı,  F-veriş,    M03,  M05-

şpindeli işəsalma/söndürmə,   M07/M09-soyu-

ducu-  yağlayıcı  maye  sistemini  aktivləşdirmə-

/söndürmə  və  A,B,C-dönmə  koortdinatlarını 

daxil  etmə  kimi  funksiyalardan  istifadə  edilir. 

Alətin  lazımi  trayektoriya  boyunca  hərəkətini 

təmin  emtək  üçün  müxtəlif  yol  funksiyaları 

vardır: 


G00-boş 

gediş, 


G01-düz 

xətli, 


G02/G03-çevrə  interpolyasiyası,  G17/G18-

/G19 


dəzgah 

koordinat 

sistemində 

işçi  


müstəvilərin  vəziyyəti,  G40-G44  alət  korrek-

siyası,  G53÷G59  sıfır  nöqtəsinin  sürüşdü-

rülməsi,  G80÷G89  işçi  tsikllər,  G70,G71  ölçü 

vahidləri. 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə