Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə3/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   2   3   4   5   6   7   8   9   ...   211

NC proqram  

 

 



 

NC  proqramında  sətrlər  onların  yerinə 

yetiriləcək  ardıcıllığına  uyğun  nömrələnir. 

Dəzgahın  idarə  sistemi  proqramdakı  əmrləri 

yalnız  bu  ardıcıllıqla  oxuyur  və  icra  edir.  İşçi 

tsikllərdən istifadə edilməsi proqramın həcmini 

kəskin  azaldır  və  proqramın  oxunma  sürətini 

artırır.  Ancaq  sərbəst  həndəsəyə  malik  his-

sələrin  emalında  (məsələn:  3  və  ya  5  koor-

dinatlı  frezləmədə)    belə  tsikllərdən  istifadə 

etmək mümkün olmur. Bu halda bütün trayek-

toriya  G01  funksiyası  ilə  düzxətt  şəklində 

verildiyindən  proqramların  həcmi  həddindən 

artıq  böyük  alınır.    Belə  böyük  proqramların 

dəzgahda oxunması və interpolyasiya olunması 

üçün  “bir  neçə  sətir  əvvəlcədən  oxumaq”  

(adətən  100  sətr)  funksiyasından  istifadə 

olunur.  Beləliklə,  dəzgahın  işçi  sürəti  sabit 

saxlanılır. 

 

(alm. das NC-programm, ingl. NC-program



 

NC  proqramlaşdırma  NC-dəzgahlarında his-

sənin emalı üçün lazım olan idarə proqramının 

tərtibidir. Üç növ proqramlaşdırma üsulu fərq-

lənir:  əl  ilə,  maşınla  (burada  kompyüter  və 

onun periferiyası nəzərdə tutulur) və sexdə bir 

başa proqramlaşdırma. 

Sexdə  proqramlaşdırma  zamanı  sadə  dəz-

gahlar  bir  başa  iş  yerində  idarəetmə  sistemi 

üzrə  proqramlaşdırılır.  Müasir  dəzgahlarda 

hissənin  emalı  üçün  lazım  olan  kəsmə 

hərəkətlərinin  icrası  dəzgaha  daxil  edilmiş 

parametrlər və əmrlər əsasında həyata keçirilir. 

Proqramlaşdırma  dəzgahda  emal  getdiyi  vaxt, 

paralel yerinə yetirilərək, boş dayanma vaxtını 

minimallaşdırır.  Monitorda  qrafiki  təsvir, 

makro  və  tsiklik  proqramların  tətbiqi  və 

verilənlərin  etibarlı  yaddaşa  verilməsi  kimi 

köməkçi  funksiyalar  proqramlaşdırmanı  asan-

laşdırır.  Ancaq  kompleks  hissələrin  emalında 

və tez-tez proqramlaşdırmada bu kifayət etmir. 

Onda  proqramlaşdırma  istehsalın  hazırlığı 

ərəfəsində  aparılır.  Bu  məqsəd  üçün  tətbiq 

olunan 

avtomatlaşdırılmış 



layihələndirmə 

sistemləri  →CAD/CAM-dan ibarət olur. Bun-

dan əlavə işçi proqramlar əl ilə də tərtib oluna 

bilər. Əl ilə proqramlaşdırmada  proqramçı alət 

trayektoriyasının  bütün  koordinatlarını  və  bu 

nöqtələr arasındakı hərəkəti xaraketrizə edən  

əyrini  əl  ilə  hesablamalı,  idarə  sistemi  üçün 

əmrlərdən ibarət  NC  sətrlərini tərtib  etməli  və 

sonda NC proqram şəklidə yaddaşa verməlidir. 

Bu  üsul  çox  əməktutumludur  və  burada  xə-

taların  yaranma  ehtimalı  yüksəkdir.  Hal-

hazırda  sürətli  CAD/CAM-  sistemləri  əl  ilə 

proqramlaşdırmanı sıxışdırmaqdadır.  

CAD/CAM-  sistemlərindən  istifadə  etməklə 

mürəkkəb  proseslər  (məsələn:  5  koordinatlı 

frezləmə)  proqramlaşdırılır. Alət trayektoriya-

sının avtomatik hesablanması üçün NC proses-

sora  malik  sistemlər  həm  də  tərtib  edilmiş 

trayektoriyanın qrafiki təsviri üçün yüksək böl-

gülü    monitorlarla  təchiz  edilirlər.  Kəsmə 

hərəkətlərini  hesablanması  →CAD  sistemində  

əvvəlcədən  layihələndirilmiş  həndəsi  model 

əsasında  aparılır.  Texnoloji  parametrlər  ya  

proqramçı  tərəfindən  dialoq  şəklində  daxil 

edilir,  ya  da  bunun  üçün  nəzərdə  tutulmuş 

verilənlər bankından götürülür (şəkil 1).  Proq-

ramlaşdırmadan  sonra,  alət  trayektoriyası  dəz-

gahın  idarə  sistemindən  asılı  olmayaraq  NC-

proqramlaşdırma  sistemindən  CLDATA  (Cut-

ter  location  DATA)  kodları  şəklində  xaric 

edilir. Sonra bu kodlar dəzgaha uyğun →post-

prosessor  tərəfindən  dəyişdirilir.  Hazır  proq-

ram dəzgahın idarəetmə sisteminə İntranet üzrə 

ötürülür. 

 

(alm.  die  NC-Programmierung,  ingl.  NC-Program-



ming)  

  

NC→ Rəqəmli idarəetmə 



 

Nəqliyyat  robotu  maşın  hissələrini  və 

düyümlərini  istehsal prosesi zamanı bir yerdən 

başqa  yerə    nəql  etdirmək  üçün  tətbiq  edilir 

(şəkil  1).  Nəqliyyat  robotları  istehsalın  müx-

təlif  sahələrində  tətbiq  olunan  stasionar 

qatçəkmə  və  qaynaq  →  sənaye  robotlarının  iş 

sahələrini  genişləndirmək  məqsədilə  yara-

dılmışdır.    Stasionar  işləyən,  yerə  bağlı  robot-

ların işçi  sahələri məhdud  olur.  Proses  zamanı 

hissənin  verilməsi,  iş  zamanı  döndərilməsi  və 

götürülməsi    kimi  köməkçi  əməliyyatlar  da 

icra  olunur.  Bu  robotun  hərəkət  imkanlarını 

məhdudlaşdırır.  Bundan  əlavə  robotun  iş  taktı 

hücrədə  olan  maşınlarla  uzlaşdırıldığından 

əlavə  hərəkətlərə  imkan  qalmır.  Ona  görə  də, 

nəqliyyat  robotlarını    digər  maşınlardan  asılı




Nəqliyyat robotu 

 

 



 

Şəkil 1. Arabalı nəqliyyat robotu 

 

olmayaraq tətbiq etməklə daha yüksək mənfəət 



əldə  etmək  olur.  Nəqliyyat  robotları  material 

axınında  istifadə  olunan  nəqliyyat  sisteminin 

tərkib  hissəsi  sayılır.  Nəqliyyat  robotları 

aşağıdakı xassələrinə görə fərqlənirlər: 

 

Xətti  hərəkətli,  bu  robotlar  şin  üzərində 



oturdulur. Bu quruluşun başqa növü yuxarıda 

yerləşdirilmiş  şinlərdən  asılmış  nəqliyyat 

robotudur. 

 

Səthi  hərəkətli,  bu  robotlar  araba  üzərində 



oturdula, ya da asılqanlı yolla yerdəyişə bilir. 

 

Fəza  hərəkətli,  bu  növ  robotlar    portal 



kranla,  və  ya  çarpaz  şinlər  üzərində  hərəkət 

edəbilən kranla hərəkət etdirilə bilir.  

Yerdə  oturdulmuş  şində  hərəkət  edən 

nəqliyyat  robotu  ağır  hissələrin  daşınmasında, 

yüksək  sürət  lazım  gəldikdə  istifadə  olunur. 

Əgər  şinlərin  döşəmədə  oturdulması  mümkün 

olmazsa,  onda  şinlər  tavandan  asılır.  Bu 

quruluş  baha  başa  gəlir  və  texnoloji  imkanları 

sexdə  yerləşən  avadanlıqlar,  divar  sütunları 

ucbatından məhdud olur.  

Nəqliyyat  robotunun  kranla 

kombinasiyası  fəzada  işçi  sa-

hədən  də  uzaqlara  çatan  yer-

dəyişmə  hərəkətini  icra  etmək 

olur. 

Robotun 


yerdəyişməsi 

kranla,  hissələrin  tutulması  isə 

robot əlinin tətbiqi ilə aparılır.  

 

(alm. der Transportroboter, ingl. 



Transport robot ) 

 

Nəzarət  kartı  prosesin  xas-

sələrinin  qrafiki  təsviri  olub, 

onun statistik  idarə  olunma  də-

rəcəsini  qiymətləndirməyə  xid-

mət  edir.  Nəzarət  kartları  tex-

noloji  proseslərə  nəzarət  nəti-

cəsində  əldə  olunan  məlumatın 

müəyyən 


sistemlə 

təsvirinə 

imkan verir. Nəzarət kartlarının 

tətbiqi  prosesin  çıxış  paramet-

rinin  qiymətinin  dayanıqlıq  ha-

lından çıxmasını aşkar etmək və 

onun  səbəblərini  aradan  qal-

dırmaq  məqsədi  daşıyır.  Nəza-

rət  kartı  1924-cü  ildə  V.Şuhart  tərəfindən 

işlənib  maşın  hissələrinin  mexaniki  emalı 

prosesində  sistematik  təsirlərdən  yaranan 

meyillənmələrin  →statistik  analizində  tətbiq 

olunmuşdur. 

Qurulan  diaqramlar  prosesin  dinamikasını 

səciyyələndirir.  Müxtəlif  nəzarət  kartlarından 

istifadə  olunur:  median,  p-kartı,  pn-kartı,c-

kartı.   

Aşağıdakı kart növləri vardır: 

 

 Orta ədədi  qiymətlər (      - kartı);  



 

 Median  (      - kartı);  

 

 Orta ədədi meyillənmə (S - kartı);  



 

 Səpələnmə (R - kartı); 

 

 Məmulun  zay  hissələrinin   sayı  (np  - 



kartı);  

 

 Məmulun zay hissələrinin payı (Р - kartı);  



 

 Zayların sayı (C-kartı) 

 

 Məmul  vahidinə  düşən  zayların  sayı   (U  - 



kartı).  

 İlk dörd kart kəmiyyət göstəricilərinə, yerdə 

qalan  dördü  isə  keyfiyyət  göstəricilərinə 

nəzarət  üçün  tətbiq  olunur.  Kartların  seçilməsi 

aşağıdakı meyyarlar üzrə aparılır: 

X

~

X




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə