Ölçü zənciri
26
tənzimlənən və çatdırma üsullarından istifadə
edilir. Tam qarşılıqlı əvəzolunma ilə aparılan
hesabatda qapayıcı bəndin tələb olunan də-
qiqliyi onun istifadəsinin bütün halları üçün
tapılır. Burada yalnız ölçü zəncirinin bənd-
lərinin hədd meyillənmələri və onların ən
əlverişsiz kombinasiyaları götürülür.
Natamam qarşılıqlı əvəzolunma üsulu o vaxt
tətbiq edilir ki, ölçü zəncirinin qapayıcı bəndi
(başqa üsullardan istifadə etmədikdə) ona
başqa bəndlərin əlavəsinə müəyyən risklərlə
yol verir. Qrup qarşılıqlı əvəzolunma üsulunda
qapayıcı bəndin dəqiqliyi ölçü zəncirinə uyğun
qruplara aid olan bəndlərin əlavə
edilməsi ilə təmin edilir. Tən-
zimləmə üsulunda qapayıcı bəndin
dəqiqliyi kompensasiyaedici bəndin
ölçüsünün qiymətini material çıxar-
madan tənzimləməklə təmin edilir.
Çatdırma üsulunda ölçü zəncirinin
qapayıcı bəndinin dəqiqliyi kompen-
sasiyedici bəndin ölçüsünün müəy-
yən material qatının şıxarılması ilə
dəyişdirilməsi hesabına almaq müm-
kündür.
(alm
. die Maßkette, ingl
. Dimensional
chain)
Ölçülərin səpələnmə əyriləri maşın
istehsalı zamanı müxtəlif texnoloji amillərin
təsirindən verilmiş ölçünün qiymətlərinin
müəyyən hədd daxilində meyillənməsini təsvir
edir. Səpələnmə əyrilərindən riyazi statistika
üsullarının tətbiqi ilə əldə edilən informasiya
texnoloji proseslərin dəqiqliyinin qiymət-
ləndirilməsinə, sazlamanın və texnoloji prose-
sin etibarlığının artırılmasına imkan verir. Sə-
pələnmə əyriləri əsas götürülən riyazi modelə
görə müxtəlif olurlar.
Emprik səpələnmə əyrisi sayı 50-dən çox
olan hissələr dəstinin ölçülərinin səpələnməsi
əsasında qurulur. Ən kiçik və ən böyük
qiymətlər arasındakı interval səpələnmə sahəsi
adlanır. Səpələnmə sahəsi 7÷11 bərabər inter-
vala bölünür. Ölçüsü eyni intervala düşən
hissələrin sayı m ilə işarə edilir və onlar bir
qrup təşkil edirlər. n/m ilə hissələrin
peydaolma tezliyi işarə edilir. n-dəstdəki
hissələrin ümumi sayıdır. Həqiqi ölçülərin sə-
pələnmə əyrisi şəkil 1-də göstərilmişdir.
Qrafikin qurulması üçün alınmış ölçülər artma
ardıcıllığı ilə düzülür. Absis oxu üzrə ən
böyük və ən kiçik ölçülər, intervalların orta
qiyməti qeyd olunur. Ordinat oxu üzrə hər
qrupa uyğun hissələrin sayı m göstərilir və bu
nöqtələri ardıcıl birləşdirməklə alınan sınıq
xətt emprik səpələnmə əyrisidir. Bu əyri emal
üsulundan və şəraitindən asılı olaraq müxtəlif
riyazi qanunauyğunluqlara tabe olur. Ən geniş
yayılmış normal (Qauss), üçbucaq (Simpson)
və bərabər ehtimal qanunauyğunluqlarıdır.
Şəkil 1. Emal ölçülərinin səpələnməsi
Normal qanun üzrə səpələnmə prosesə bir-
biri ilə əlaqəsi olmayan, çoxsaylı təsadüfi
xətaların təsiri nəticəsində maşın hissələrinin
ölçülərinin səpələnməsinin normal (Qauss)
qanununa uyğun gəlməsi ilə səciyyələnir.
Normal səpələnmə əyrisi (şəkil 2) aşağıdakı
düsturla ifadə olunur:
burada:
σ
- arqumentin orta kvadratik meyil-
lənməsi,
e- natural loqarifmin əsası,
a – funksiyanın maksimum qiymətinə
(y
max
) uyğun gələn arqumentin qiy-
məti.
2
2
2
)
(
2
1
σ
π
σ
a
x
e
y
−
−
⋅
=
Ölçülərin səpələnmə əyriləri
27
X
or
və
σ
-nın hesablanması üçün aşağıdakı
düsturlardan istifadə edilir:
Şəkil 2. Normal səpələnmə əyrisi
Qauss əyrisi şaquli simmetriya oxuna malik
olub, iki parametrlə səciyyələnir:
σ
və a. X=a
olduqda funksiya maksimum qiymət alır.
Qauss funksiyasının əyrisi xarici görünüşünə
görə zınqrovun formasına bənzəyir. O, ortadan
qabarıq, yanlarda isə çökəkdir. Əyrinin əyilmə
nöqtələri simmetriya oxundan
±σ
məsafələ-
rində yerləşir.
Orta kvadratik meyillənmə dəqiqlik ölçüsü
adlanır. O, əyrinin formasını müəyyənləşdirir.
σ
nə qədər kiçik olarsa funksiyanın maksimum
qiyməti bir o qədər böyük, səpələnmə sahəsi
ω
kiçik, dəqiqlik isə yüksək olar.
Simmetriya
oxundan
±
3
σ
məsafəsində
əyrinin ucları absis oxuna çox yaxınlaşır. Bu
nöqtələrin məhdudlaşdırdığı sahə, ümumi sa-
hənin 99,73%-ni tşkil edir. Buna görə də, öl-
çülərə verilən texnoloji müsaidə T=
±
3
σ
=6
σ
-
ya bərabər götürülür.
Yəni müsahidədən kə-
nara çıxan hissələrin buraxılabilən sayı 0,27%-
dir. Bu həddə
→
zay məhsula yol verilir.
Əgər prosesə təsadüfi xətalarla bərabər həm
də sistematik xətalar təsir edərsə, onda Qauss
əyrisinin forması pozulur, o xətanın qiymətin-
dən asılı olaraq ya daha yastı və ya da qabarıq
şəkili alır.
Bərabəryanlı
üçbucaq
qanunu
üzrə
səpələnmə texnoloji prosesə təsir amilinin qiy-
mətinin əvvəlcə tədricən azalan, sonra isə artan
halında ölçülərin meyillənməsini təsvir edir.
Alətin yeyilməsindən alınan ölçü dəyişmə-
lərinin səpələnməsi bunun üçün əyani bir
misaldır (şəkil3). Buradan göründüyü kimi alə-
tin normal yeyilmə dövrü nəzərə çarpmır.
Simpson qanununa görə artma üçün kvadratik
sapmanın qiyməti normal səpələnmədə olduğu
kimi təyin edilir.
Şəkil 3. Ölçünün Simpson qanunu üzrə səpələnməsi
Bərabər ehtimal qanunu üzrə səpələnmə
texnoloji prosesdə icra olunan ölçüyə təsir
edən amilin qiymətinin xətti qanunauyğunluqla
artması zamanı ölçülərin meyillənməsini səciy-
yələndirir. Bu amilə misal olaraq sistematik
xəta kimi yaranan kəsici alətin ölçü yeyil-
məsini göstərmək olar (şəkil 4). Alətin T
1
-T
2
zaman intervalında ölçüsü a-dan b-dək l qədər
dəyişir. Uyğun olaraq həmin ölçü X
a
-dan
∑
=
=
n
i
i
or
X
n
X
1
1
2
)
(
1
∑
−
=
or
i
X
X
n
σ
1
max
4
,
0
2
1
−
=
≈
=
=
σ
π
σ
y
y
a
x