Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə68/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   64   65   66   67   68   69   70   71   ...   211

Rəqsudanlar   

 

132 


 

kiçik  dəyişməsində  yenidən  rezonans  yarana 

bilər.  Yırğalanmanı  böyük  sahədə  zəiflətmək 

üçün  söndürücü  rəqs  udanlardan  istifadə  olu-

nur. 

Şəkil  1-də 



  tezliyi  ilə  həyacanlanan  göv-

dəyə  bərkidilmiş  yaylı  rəqsudan  təsvir  edil-

mişdir.  

 

 

 



 

 

 



 

 

 

 

 

 

Şəkil 1. Yaylı rəqsudan 

 

Yayda  bərkidilmiş  əlavə  kütlə  gövdənin 

məxsusi  tezliyini  sürüşdürür.  Gövdəni  həya-

canlandıran  qüvvənin  tezliyinin  məxsusi  for-

ması rəqs  düyününə  malik  olur.  Bu halda rəq-

sin  udulması  üçün 

2

=c/m



5

  şərti  ödənməlidir. 

Yəni  sistemi  həyacanladıran  qüvvənin  xarak-

teri  və  parametrləri  məlum  olduqda  rəqsudma 

sistemini optimal quraşdırmaq olar. Bu, nəzəri 

olaraq  böyük  kütlə  (sərt  yayla)  və  ya  da  kiçik 

kütlə  (və  aşağı  sərtlikli  yayla)  ilə  əldə  oluna 

bilər.  Qüvvənin  təsir  etdiyi  nöqtə həmişə  sabit 

halda  qalır,  çünki rəqsudanın  dinamik qüvvəsi 

onun  dəyişməsini  həmişə  kompensasiya  edir. 

Rəqs  udanın  kütləsinin  amplitudası  buna  görə 

də  yayın  sərtliyi  ilə  tərs  mütənasib  olur. 

Sistemdə  mövcud  olan  söndürücü  rəqsudmanı 

ideal  haldan  meyilləndirsə  də,  bu  sistem  hətta 

kiçik amplitudalarda effektiv işləyir.  

 

(alm. der Schwingungstilger, ingl. Tuned mass dam-



per) 

 

Rənglə çatların təyini maşın hissələrinin səth-

lərində  mövcud  olan  çatlar  və  məsamələrin 

aşkara  çıxarılmasına  xidmət  edir.  Səthə  çə-

kilmiş rəngli maye oradakı araboşluqlara dolur 

və  sonra  səth  bu  mayedən  təmizləndikdə 

həmin yerlərdə rəngli mayenin konsentrasiyası 

qalır.  Bu  maye  aşağı  özlülyə  və  səthi  gər-

ginliyə malikdir.  Maye  səthdə  bir  müddət 

qaldıqda o, kapilyar effektin təsirindən səthdə-

ki  boş  yerlərə  daxil  olur. Sonra  səth  bu 

mayedən təmizlənir. Səthə əlavə ağardıcı kim-

yəvi  qarışıqlı  maye  çəkildikdə  o  çatlarda  və 

porlarda  yığılmış  maye  kapilyarlarını  aşakara 

çıxarır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Rənglə çatların  təyini 

 

Bu  üsul  metal,  keramika  və  polimerlərdən 



hazırlanmış  hissələrin  səthlərini  yoxlamağa 

imkan  verir.  Üsul  əl  ilə  və  avtomatlaşdırılmış 

rejimdə  yerinə  yetirilə  bilir.  Sonucu  çox  vaxt 

nəzarət sistemi ilə təchiz olunaraq yoxlamanın 

nəticəsini  standarta  uyğun  aparmağa  şərait 

yaradır.  Üsulun  aparılması  şəkil  1-də təsvir 

olunmuşdur. 

Yoxlamanın  dəqiliyini  artırmaq  üçün  səth 

əvvəlcədən  çirk  və  oksidləşmə  təbəqəsindən 

təmizlənir.  Rəngli  maye  kimi  izoparafindən 

istifadə olunur. Səth üzvi birləşmə olan talkum 

vasitəsilə  ağardılır.  O  toz  və  ya  su  ilə  qarışıq 

şəkildə  tətbiq  oluna  bilər.  Bununla  bərabər 

suda  həll  olan  və  quruduqda  kristallaşan 

maddələrin  də  tətbiqinə  rast  gəlinir.  Onlar 

quruduqda  səthdə  ağ  təbəqə  yaradırlar  ki, 

bunun  altında  yerləşən  çatlara  dolmuş  rəngli 

kapilyarlar  aydın  görünür  (Avropa  normativi: 

EN571.1 ). 

 

(alm.  die  Farbeindringprüfung.  ingl.  Dye  penetrant 



inspection)


Rəflərin diyirlənməsi  

 

133 


 

 

Riflərin diyirlənməsi metalların emalında ma-

şın  hissələrində  müxtəlif  struktura  malik 

riflərin  (naxışların)  yaradılmasına xidmət  edir. 

Məsələn, ölçü alətlərinin dəstəklərindəki riflər, 

onların  təminatlı  tutulmasına imkan  verir.  Rif-

lər silindrik, həmçinin müstəvi səthlər üzərində 

paralell  xətt,  bucaq  altında  yerləşən  xətt  və  ya 

tor  şəklində  işlənə  bilir.  Diyirləyici  başlıq 

tutqacda bərkidilərək səthi yivlərin kəsilməsinə 

oxşar  olaraq  emal  edir.  Adətən  rifləmə 

metalkəsən  dəzgahlarda  icra  olunur.  Məsələn: 

müstəvilərdə riflərin diyirlənməsi eninə-yonma 

dəzgahlarında  fırlanan  diyircəklə  pəstahın 

məcburi  eininə  verişində;  üfüqi-frezləmə  dəz-

gahlarında  məcburi  fırlanan  diyircəklə;    fır-

lanma səthlərində riflərin açılması isə torna və 

revolver  dəzgahlarda  sərbəst  fırlanan  diyir-

cəklə aparılır. Şəkil 1-də riflərin növləri və di-

yircəklərlə  açılma  sxemləri  təsvir  olunmuşdur.  

Burada  göstərilən  düz  və  çəpinə  riflər  bir 

diyircək  başlığı  ilə,  tor  riflər  isə  iki  diyircəklə 

emal edilir. 

 

 



 

 

 



 

 

 

 

 

 

 

Şəkil  1.  Riflərin  diyirlənməsi:  a-  düzxətli,  b-tor,  c-

çəpinə, d-riflərin növləri 

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Rif diyirləmə  

a-proses,  b- riflənmiş hissənin səthi 

 

Emal  olunan  materialdan  asılı  olaraq  riflərin 



diyirlənmə dərinliyi 5

÷

8 gedişdə açılır. Bu üsul 



kiçik  dəstəklər,  kiçik  şlisli  vallar,  oymaqlar, 

kiçik dişli çarxlar və oxşar hissələrin emalında 

geniş tətbiq olunur.  

 

(alm. das Rändeln, ingl. Knurling



 

Riyazi-məntiqi  qurğu  (RMQ)  prosessor  blo-

ku  olub,  məntiqi  və riyazi  əməliyyatların iki 

rəqəmsal  giriş  sözlərinin  (operandlar)  köməyi 

ilə,  yəni  16  məntiqi  əlaqələri  idarə  olunan 

şəkildə  yerinə  yetirir  (şəkil  1).  RMQ-un  əsas 

təşkiledicilərindən biri də paralel cəmləyicidir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Riyazi məntiqi qurğunun sxematik təsviri 

 

Bu  qurğu  verilənlərin  emalı  prosesinin  əsas 



hissəsini  reallaşdırır.  RMQ-nun  əməliyyatları 

üç  qrupa  bölünür:  riyazi,  məntiqi  və  bitlər 

üzərində  əməliyyatlar.  Riyazi  əməliyyat  veri-

lənlərin  emalı  prosedurasıdır.  Onun  arqumenti 

və nəticəsi ədədlərdir (vurma, bölmə, toplama, 

çıxma).  Məntiqi  əməliyyatlar  mürəkkəb  ifa-

dələrin quruluşunu həyata keçirən proseduradır 

(Və,  VƏ  YA,  YOX  əməliyytları).  Bitlər  üzə-

rindəki  əməliyyatlar  adətən  sürüşmələri  ifadə 

edir. 


Qurğuya  daxil  edilmiş  məntiq  qoyulmuş 

tapşırıqdan asılı olaraq yuxarıdakı funksiyaları 

seçir.  

 Hər  bir  RMQ  iki  giriş  (A  və  B)  və  bir  çıxış 

kanalına malikdir (şəkil 1). Bu girişlərdə siqnal 

halı  əməliyyatlar  üçün  istifadə  olunur.  Çıxışa 

(Z)  çatan  nəticələr  proqramlaşdırlmış  S  kod-



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə