2
...........باتک مان
....................................
.......
سمخ ماکحا
فلؤم
ینیسح یباتجم دیس................................................
:مجرتم
......................................
.........
..........
دمحا دمحم
........................................:رشان
.....
......................
زئاف
.........................................................:پاچ خیرات
1385
..............................:پاچ تبون
................................
لوا
...............................................................:ژاریت
3000
Kitabın adı:.................................Xümsün hökmləri
Müəllif:..............................Seyid Müctəba Hüseyni
Tərcümə edən:..................................Məhəmməd
Əhməd
Nəşr edən:.............................................................Faiz
Tiraj:.....................................................................3000
Çap növbəsi:..................................................Birinci
Çap tarixi:............................................................2007
978
-
964
-
8934
-
36
-
6
3
MÜQƏDDİMƏ
Sorğu-sual insan yaranışının başlağıcından özünü
göstərmiş, öz yaşıl qanadına mələkləri oturtmuş, saralmış
yarpağına şeytanı sovurmuş və bu arada insanlıq məqamını
göstərmişdir. Əmirəl-mö`minin həzrət Əli (ə) necə də
gözəl buyurmuşdur:
Yerdən cücərirsə həm gül, həm tikan,
Sual da, cavab da elm babından.
Bəli, səmavi suallar verən hər bir kəs cavab olaraq
elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyətin
inkişaf və sabitliyi səmimi suallar və düşüncəli
cavablardan asılıdır. İslami ölkəmizin iftixarlarından biri
budur ki, bir tərəfdən pak qəlbli, kamillik sorağında olan,
həqiqətlə maraqlanan gənclərimiz çoxdur, digər tərəfdən
çox dəyərli ayinlərimiz var. Bu ayinlərdəki uca maarif
suallarına cavab axtaran təşnə qəlbləri sirab edir.
Elm və mədəniyyət mərkəzinin müşavirə və sorğu
qurumu aktual sualları cavablandırmaq və yaşıl elm
nihalını bara-bəhrəyə gətirmək üçün məclis təşkil etdi.
Alim və düşüncəli gənclərimiz üçün səbir daşı ola bilsək
iftixar duyarıq.
Qeyd olunmalıdır ki, dini mədəniyyətin genişlənməsi
istiqamətində
rəhbərlik
məqamının
nümayəndəliyi
universitetlərdə elmi qruplarla həmkarlıq edərək 50
mindən çox tələbə sorğusunu cavablandırmışdır. Bu idarə
8 elmi və mütəxəssis qrupdan ibarətdir: Qur`an və hədis
qrupu; əhkam qrupu; fəlsəfə qrupu; tərbiyə və psixologiya
qrupu; siyasi təfəkkür qrupu; mədəni və ictimai qrup; tarix
qrupu.
4
Qarşınızdakı kitabda dəyərli alim höccətül-İslam
seyid Müctəba Hüseyni tərəfindən cavablandırılmış fiqhi
suallar məcmusudur. Bu məcmuənin xüsusiyyətləri və
tənzim üslubu aşağıda bəyan olunur.
a) Sualların cavabı mənbələr və sənədlərlə birlikdə
qeyd olunmuşdur.
b) Eyni məzmunlu cavablar eyni tə`birlə və rəvan
şəkildə tərtib olunmuşdur; bu səbəbdən də cavabların çoxu
iqtibas edilmişdir.
v) Daha çox arxayınlıq üçün sənədlərə istinad
etməkdən əlavə, böyük mərce alimlərin katibliyindən də
cavab alınmışdır.
q) Kitabın tənzimində ilkin fətva kimi imam
Xomeyninin nəzəri bildirilmiş, digər mərce alimlərin
baxışı əlifba sırası ilə zikr olunmuşdur:
Həzrət ayətullah hacı şeyx Məhəmməd Təqi Behcət.
Həzrət ayətullah hacı şeyx Mirza Cavad Təbrizi.
Həzrət ayətullah hacı Seyid Əli Hüseyni Xamenei.
Həzrət ayətullah hacı Seyid Əli Hüseyni Sistani.
Həzrət ayətullah hacı şeyx Lütfullah Safi Gülpayqani.
Həzrət ayətullah hacı şeyx Məhəmməd Fazil
Lənkərani.
Həzrət ayətullah hacı şeyx Hüseyn Nuri Həmədani.
Həzrət ayətullah hacı şeyx Nasir Məkarim Şirazi.
Həzrət ayətullah hacı şeyx Hüseyn Vəhid Xorasani.
Qeyd etməliyik ki, kitabın mətnində mərce alimlərin
adı qısa şəkildə verilmişdir. Bu qısaltmaya görə onlardan
üzr diləyir və Allah-təalanın dərgahından izzət-salamatlıq
istəyirik.
Allahın tövfiqi ilə bu məcmuəni tədricən davam
etdirib sizə təqdim etmək fikrindəyik. Sizin dəyərli