Hörmətli həmkarlar! Sizi Ümummilli liderimiz Heydər Əli



Yüklə 451,35 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix18.06.2018
ölçüsü451,35 Kb.
#49295
  1   2   3   4   5   6   7   8


Hörmətli həmkarlar!

Sizi Ümummilli liderimiz Heydər Əli-

yevin  müstəsna  xidmətləri  ilə  xalqımızın 

tarixinə şanlı səhifə - yeni dövrün başlan-

ğıcı  kimi  daxil  olan  və  müstəqilliyimizin 

sarsılmazlığını təmin edən 15 İyun - Milli 

Qurtuluş  Günü  və  əzəməti  hüdudsuz  olan 

mübarək  Ramazan  bayramı  münasibətilə 

ürəkdən təbrik edir,  sizə uzun ömür, möh-

kəm  cansağlığı,  xoşbəxtlik,  süfrələrinizə 

ruzi-bərəkət,    müstəqil  Azərbaycanımızın 

daha da qüdrətlənməsi  naminə  şərəfli işi-

nizdə uğurlar arzulayıram.

Hər  bir  xalqın  taleyində  xüsusi  önəm 

daşıyan  hadisələr  və  tarixi  faktlar  olur. 

Azərbaycan  xalqının  dövlətçilik  tarixinə 

qızıl hərflərlə yazılmış 15 iyun da belə gün-

lərdən biridir.

Azərbaycanın  müasir  uğurları  milli 

qurtuluşumuzun müəllifi, Ümummilli lider 

Heydər Əliyev tərəfindən müəyyən edilən 

dövlətçilik  siyasətinin  dəqiqliklə  icrasının 

nəticəsidir.  Bu  gün  dünyada  söz  və  nüfuz 

sahibi  olan,  demokratik,  dünyəvi  dövlət 

kimi tanınan Azərbaycan möhtərəm Prezi-

dentimiz İlham Əliyevin rəhbərliyi ilə işıqlı 

gələcəyə doğru inamla addımlayır.

Gündən-günə  çiçəklənən Azərbaycan-

da din dövlətdən ayrı olsa da, ölkə rəhbər-

liyi  səviyyəsində  İslama,  insanın  qəlbini 

və  ruhunu  nurlandıran  ayrı-ayrı  mübarək 

bayramlarına  yüksək  hörmət,  ehtiram  var. 

İnsanların dini etiqad azadlığının ən yüksək 

səviyyədə təminatı üçün bütün zəruri təd-

birlər həyata keçirilir.

Xalqımızın əsrlərlə qəlbində yaşatdığı 

Ramazanı da Azərbaycan müstəqilliyə qo-

vuşandan sonra daha böyük ruh yüksəkliyi 

ilə qarşılayır,  bu əziz günü həm də rəsmi 

şəkildə bayram edirik. 

Möhtərəm  Prezidentimiz  İlham  Əli-

yevin dediyi kimi, bu müqəddəs bayramın 

dövlət  səviyyəsində  qeyd  edilməsi  bizim 

multikultural  və  tolerant  prinsiplərə  necə 

yüksək qiymət verməyimizi nümayiş etdi-

rir. Bu gün biz dünyaya bir daha qəlbimiz-

dəki milli dəyərlərə sadiq olduğumuz qədər 

bəşəri  dəyərləri  də  yaşatdığımızı  bəyan 

edirik. Dini, milli rəngarəngliyimizi mənə-

vi  bütövlüyümüzün  zənginliyi  kimi  qəbul 

edirik.

Xalqımızın ülvi arzularının Vətənimiz 



üçün səadət, tərəqqi istəkləri ilə qovuşduğu 

bu bayram insanlarda mərhəmət, şəfqət və 

bərabərlik  duyğularını  gücləndirir,  onları 

gözəl  niyyətlərə,  nəcib,  xeyirxah  əməllərə 

çağırır.

Qoy  xalqımızın  səadəti,  əmin-amanlı-

ğı,    gənc  müstəqil  dövlətimizin    tərəqqisi 

ilə  bağlı  bütün  arzu  və  diləklərimiz  Tanrı 

dərgahında qəbul olunsun və Uca Yaradan 

mərhəmətini Odlar yurdunun üstündən heç 

vaxt əskik etməsin. 

Bayramlarınız mübarək olsun! 



Rauf Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 

Qapalı Səhmdar Cəmiyyətinin sədri

14 iyun 2018-ci il    № 45-48 (9231) 

BU SAYIMIZDA

“CəfəR CabbaRlı” quRu yük gəmisi əsaslı 

təmiRdən sonRa istismaRa qaytaRılıb

XVıı XəzəR beynəlXalq nəqliyyat, 

tRanzit Və logistika (tRansCaspian/

tRanslogistika 2018) səRgisi keçiRilib

gəmiçiliyin yunanıstanda 

nümayəndəliyi fəaliyyətə başlayıb

Bu il nəqliyyat 

sahəsində əlamətdar 

hadisələrdən biri də 

“Azərbaycan Xəzər Də-

niz Gəmiçiliyi” QSC-nin 

160 illik yubileyidir.

bütün tədbiRləR “ümumdünya ətRaf mühitin 

mühafizəsi günü”nə həsR olunmuşdu

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-

nin Dəniz Nəqliyyatı 

Donanmasına məxsus 

“Cəfər Cabbarlı” quru 

yük gəmisi “Zığ” Gəmi 

Təmiri və Tikintisi 

Zavodunda əsaslı təmir 

olunub.

Bir ilə yaxındır aparılan təmir zama-



nı xeyli iş görülüb.  

Yelkənli İdman Fede-

rasiyasının komandasının 

hazırlığı, o cümlədən 

yerli məşqçilərin təcrübə 

qazanması məqsədi ilə 31 

may – 3 iyun tarixlərin-

də təlim düşərgəsi təşkil 

olunub.

XIX əsrin sonlarından 

elmi-texniki tərəqqi, sənaye-

nin sürətli inkişafı nəticəsin-

 ətraf mühitə edilən  mənfi 

təsirlər XX əsrin ortalarında 

özünü  daha qabarıq göstə-

rirdi. Artıq insanlar təbiətə 

münasibətlərini dəyişməyə-

cəkləri, onun ehtiyatlarından 

səmərəsiz istifadəyə son 

qoymayacaqları təqdirdə bu 

prosesin onların özlərinə qarşı çevrilə-

cəyini və arzuolunmaz nəticələrə gətirib 

çıxaracağını  anladılar.

səh. 3

səh. 6

“aXdg iRi, beynəlXalq nəqliyyat layihələRini 

həyata keçiRə biləCək donanmaya malikdiR”

səh. 8

səh. 4

yelkənçiləR üçün təlim 

düşəRgəsi təşkil edilib

2014-cü ildə uzun 

fasilədən sonra Azər-

baycan Respublikası-

nın  Prezidenti  İlham 

Əliyevin tapşırığına 

əsasən xarici sularda-

fəaliyyətini bərpa 

edən “Azərbaycan 

Xəzər Dəniz Gəmiçi-

liyi” Qapalı Səhmdar 

Cəmiyyəti bu istiqamətdə ardıcıl və 

effektiv addımlar atır. 

İyunun 11-13-

də Bakıda XVII 

Xəzər Beynəlxalq 

Nəqliyyat, Tranzit 

və Logistika (Trans-

Caspian/Translogis-

tika 2018) sərgisi 

keçirilib.

bayRamlaRınız mübaRək olsun!

Azərbaycan xalqının taleyində 

böyük əhəmiyyət daşıyan elə günlər 

var ki, həmin günlərdə onun gələ-

cək həyatını müəyyən edən mühüm 

başlanğıcların əsası qoyulub. Belə 

günlərdən ən önəmlisi tariximizə 

qızıl hərflərlə yazılmış 15 İyun – Milli 

Qurtuluş Günüdür. Milli Qurtuluş 

Günü Azərbaycan xalqı üçün sadəcə 

təqvim bayramı deyil, böyük ictimai, 

siyasi və tarixi əhəmiyyətə malik bir 

gündür. İyunun 15-i xalqımız üçün 

əsl qurtuluş tarixidir. Bu tarixi yara-

dan isə Azərbaycanın müstəqilliyinin 

qorunub saxlanmasında, möhkəm-

lənməsində, inkişafında müstəsna rol 

oynayan, daim xalqına arxalanan və 

xalqına arxa, dayaq olan bir insan - 

Heydər Əliyevdir.

XX əsrin sonlarında yenidən müstəqil-

lik qazanmaq kimi tarixi fürsəti əldə edən 

Azərbaycan  qısa  vaxtdan  sonra  onun  iti-

rilməsi  təhlükəsi  ilə  üzləşdi.  Ölkədə  haki-

miyyət böhranı 1993-cü ilin iyununda kul-

minasiya  həddinə  çatdı,  xaos  və  anarxiya 

respublikanı  bürüdü.  Vətəndaş  müharibəsi 

dərəcəsinə  yüksəlmiş  qarşıdurma  nəinki 

dövlət  müstəqilliyimizi,  hətta  milli  varlı-

ğımızı  belə  birbaşa  hədəfə  aldı.  Beləliklə, 

1991-1993-cü  illər  ölkəmizin  müasir  ta-

rixində hərc-mərclik, özbaşınalıq, avantürist 

eksperimentlər dövrü kimi xatırlanır. Bütün 

bunlar  isə  həmin  dövrdə  yeni  yaradılmış 

müstəqil  dövlətə  liderlik  xüsusiyyətlərinə 

malik  olmayan,  siyasi  hadisələrə  qiymət 

vermək,  gələcəyi  görmək  imkanlarından 

məhrum  olan,  adi  vəziyyətdən  belə  çıxış 

yolu tapmağa qadir olmayan şəxslərin rəh-

bərlik etməsinə görə baş verirdi. Hadisələri 

düzgün qiymətləndirə bilməyən o vaxtkı iq-

tidar əhali arasında gündən-günə nüfuzunu 

itirir, baş vermiş proseslərdən düzgün nəticə 

çıxara bilmirdi.

Ümummilli  lider  Heydər  Əliyev 

müstəqilliyimizin  həmin  mərhələsini  belə 

xarakterizə  edirdi:  “Azərbaycan  böyük 

təhlükə  qarşısında  idi.  Çünki  Azərbayca-

nın  müstəqil  yaşamasının  əleyhinə  olan 

həm  daxildəki  qüvvələr  güclü  idi,  həm  də 

Azərbaycan  kimi  böyük  coğrafi-strateji 

əhəmiyyətə,  zəngin  təbii  sərvətlərə  malik 

olan  ölkənin  tam  müstəqil  olması  başqa 

ölkələrdə  bəzi  dairələri  qane  etmirdi.  Er-

mənistanın Azərbaycana  etdiyi  təcavüz  və 

bunun nəticəsində Azərbaycanın zəifləməsi, 

məğlubiyyətə  uğraması,  ikinci  tərəfdən  də 

daxildə  hakimiyyət  çəkişməsi  1992-ci  ilin 

iyun  ayında  hakimiyyətə  gəlmiş  qüvvələri 

bir  ildən  sonra  hakimiyyətdən  saldı,  xalq 

özü saldı”.

Azərbaycan  torpaqlarının  Ermənistan 

silahlı  qüvvələri  tərəfindən  davamlı  işğalı, 

getdikcə  gərginləşən  siyasi  vəziyyət,  əha-

linin gündən-günə ağırlaşan sosial durumu 

ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı 

öz arxasınca aparmağa qadir liderə ehtiyac 

olduğunu  şərtləndirirdi.  Cəmiyyətin  bütün 

təbəqələri əmin idi ki, müstəqilliyini yenicə 

bərpa etmiş ölkəni düşdüyü ağır və dözül-

məz  vəziyyətdən  çıxarmağa  qadir  yeganə 

şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, 

bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız 

Heydər  Əliyevin  ətrafında  sıx  birləşməklə 

öz gələcək taleyini özü həll etmək niyyətin-

də idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu 

öndər Heydər Əliyev xalqın çağırışına səs 

verərək Bakıya qayıtdı və Azərbaycan Xalq 

Cümhuriyyətinin  taleyindən  daha  dəhşətli 

hadisələrin  gözlənildiyi  ölkəmizi  bəlalar-

dan,  müsibətlərdən  xilas  etdi.  Həmin  gün, 

sözün həqiqi mənasında, ölkəmizin taleyin-

də dönüş anı oldu, böyük qurtuluşa doğru 

mühüm addım atıldı. Xalqımızı nicata apa-

ran yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də Heydər Əliyev Azərbay-

can Ali Sovetinin sədri seçildi. Ulu Öndər 

böyük risklərə baxmayaraq, xalqın qurtulu-

şu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim  həyatım  da,  fəaliyyətim  də 

yalnız  və  yalnız  Azərbaycanın  müstəqilli-

yinin qorunub saxlanmasına, ölkəmizin bu 

ağır vəziyyətdən qalxmasına həsr olunacaq-

dır”, – deyən Ümummilli Lider problemlə-

rin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, 

sabitliyi  son  dərəcə  vacib  sayırdı:  “Əgər 

respublikada  ictimai-siyasi  sabitlik  olma-

sa,  sağlam  ictimai-siyasi  mühit  olmasa, 

heç  bir  sosial-iqtisadi  proqramdan,  yaxud 

problemlərin həll edilməsindən söhbət gedə 

bilməz”. Heydər Əliyev öz xilaskarlıq mis-

siyası  ilə  ölkəmizin  müstəqilliyini  qorudu, 

respublikada  tüğyan  edən  ictimai-siyasi 

böhranı aradan qaldırdı və inkişafın təməli-

ni qoydu. Bununla da ölkədə uzun illər da-

vam edən gərginlik və qarşıdurma səngidi, 

respublikamız vətəndaş müharibəsindən və 

parçalanma  təhlükəsindən  xilas  oldu.  Hə-

min  il  “olum,  ya  ölüm”  ayrıcında  qalmış 

Azərbaycan Heydər Əliyevin yorulmaz fəa-

liyyəti  nəticəsində  gələcəyə  inamla  baxan 

qüdrətli bir dövlətə çevrildi. 1993-cü il ok-

tyabrın  3-də  Ümummilli  Lider  xalqımızın 

böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti 

seçildi.


Bu  gün  milli  qurtuluş  ideologiyasının 

təntənəsi müstəqil respublikamızın davam-

lı inkişafında özünü büruzə verir, dünyada 

Azərbaycanın nüfuzu daha da artır. Ulu ön-

dər Heydər Əliyevin hakimiyyətə qayıdışın-

dan sonra ölkədə baş vermiş sosial-iqtisadi 

və siyasi inkişaf dövlətimizin möhkəmlən-

məsində, sivil dünyaya sıx inteqrasiya pro-

sesinə  qoşulmasında  və  xalqımızın  strateji 

mənafelərini təmin edən modern cəmiyyə-

tin qurulmasında həlledici rol oynadı. Belə-

liklə, bu mühüm tarixi gün xalqımızın yad-

daşına Milli Qurtuluş Günü kimi həkk oldu 

və 1997-ci ildən etibarən parlamentin qərarı 

ilə rəsmi bayram kimi qeyd edilir.

(Davamı 2-ci səhifədə)

səh. 5

milli quRtuluş günündən azəRbayCanın 

döVlət müstəqilliyinin əbədiliyinə doğRu 

səh. 2

XALQ  MƏNƏ  üMİD  BƏSLƏYİR,  MƏN  Bu  üMİDİ  DoğRuLTMAQ 

üçüN öMRüMüN QALAN HİSSƏSİNİ DƏ XALQIMA BAğIşLAYIRAM 

VƏ HƏYATIMI XALQIMA QuRBAN VeRMƏYƏ HAZIRAM.

HeYDƏR  ƏLİYeV,

üMuMMİLLİ  LİDeR

HeYDƏR ƏLİYeVİN İDeYALARI YAşAYIR, oNuN FƏLSƏFƏSİ, 

İDeoLoGİYASI YAşAYIR VƏ oNuN QuRDuğu, YARATDIğI MüASİR 

AZƏRBAYCAN YAşAYIR, oNuN YoLu İLƏ İNkİşAF eDİR.

İLHAM  ƏLİYeV,

AZƏRBAYCAN  ReSPuBLİkASININ  PReZİDeNTİ



Yüklə 451,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə