Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə12/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

Folklorşünaslığa giriş   
 
 
39 
etdiyin
ə inanırdılar”
39

XIX 
əsrin  ortalarında  Almaniyada  yeni  bir  nəzəriyyə 
meydana  çıxır.  İqtibas  nəzəriyyəsi  –  alman alimi Teodor 
Benfeyin (1809-
1881) adı ilə bağlıdır. Teodor Benfey qədim 
hind abid
əsi olan “Pançatantra” (“Kəlilə və Dimnə”) (1859) 
əsərinə  yazdığı  müqəddimədə  müxtəlif  xalqların  folklor 
m
ətnlərindəki oxşar süjet, motiv, obraz və sairənin səbəbinin 
qarşılıqlı  mədəni  əlaqələr və  ya köçlər  olduğu  qənaətlərini 
ir
əli  sürmüşdür.  Onun  fikrinə  görə, Qərbə  nağıl  süjetləri 
Şərqdən,  daha  doğrusu,  hind  nağıllarından  keçmişdir. 
T.Benfey öz n
əzəriyyəsini  əsaslandırmaq  üçün  hətta bu 
m
ətnlərin keçə  biləcəyi istiqamətləri də  müəyyən etməyə 
çalışmışdır.   
Bu m
əktəbin nümayəndələrinin qənaətlərinə görə, dün-
ya xalqları folklor mətnlərini eyni mənbədən götürmüşlər. 
Əslində  diqqəti mədəni, iqtisadi əlaqələr, həmçinin 
köçl
ər vasitəsilə  folklor süjetlərinin bir xalqdan digərinə 
keç
ə biləcəyi prinsipinə yönəltməsi baxımından bu nəzəriyyə 
əhəmiyyət daşısa da, bütün dünya folklorunu Şərqlə (konkret 
olaraq, hind) bağlamaq məsələsində yanlış hesab edilir.   
XIX 
əsrdə  rus  folklorşünasları  (V.Müller,Y.Sokolov, 
A.Markov v
ə başqaları) tərəfindən tarixi məktəb yaranır. Bu 
n
əzəriyyənin tərəfdarları  folklor  mətninin  əsasında  tarixi 
hadis
ələrin dayandığını iddia edirdilər.   
Finlandiyada is
ə  Y.Kroon tərəfindən (sonradan onun 
ideyalarını oğlu K.Kroon və A.Aarne davam etdirir) tarixi-
coğrafi məktəbin əsası qoyulur. Finlandiyada yarandığı üçün 
b
əzən onu fin məktəbi  də  adlandırırlar.  Bu  məktəbin nü-
                                                           
39
Алан Дандес. Фольклор: семиотика и/или психоанализ (Сборник 
статьей), Москва: Восточная литература РАН, 2003, с.14 


Almaz H
əsənqızı                                                   
 
 
40 
may
əndələri folklor süjetlərinə tarixi hadisələrlə yanaşı, coğ-
rafi mühitin d
ə təsiri olduğunu qəbul edirdilər. Onun tərəf-
darlarından Antti  Amadus  Aarnenin (1867-1925)  ən böyük 
müv
əffəqiyyəti 1910-cu ildə  nəşr  edilmiş  “Nağıl  tiplərinin 
göst
əricisi” (“Verzeichnic der Marchentypen”) əsərinin ha-
zırlanması  idi.  Avropa  nağılları  əsasında  tərtib  edilmiş  bu 
göst
əricidə  nağıllar  belə  qruplaşdırılmışdır:  1.Heyvanlar 
haq
qında nağıllar; 2. Sehrli nağıllar; 3. Əfsanəvi nağıllar; 4. 
No
vellavari nağıllar; 5. Axmaq şeytan haqqında nağıllar, 6. 
L
ətifələr. 
A.Aarnenin t
əcrübəsini davam etdirərək təkmilləşdirən 
amerikalı alim Stis Tomson (1885-1976) 1928-ci ildə nağıl 
göst
əricisini ingilis dilində  nəşr  etdirir.  S.Tomson  bir  sıra 
xalqların  nağıllarını  qruplaşdıraraq,  1932-1937-ci illərdə 
fоlklоrun  ölçü  daşı  sayılan  altı  cildlik  “Xalq  ədəbiyyatı 
mоtivlərinin indеksi”  (“Mоtif-indеx  оf  thе  fоlk  litеraturе”) 
adlı  tədqiqatını  nəşr  еtdirmişdir.  Dünya  folklorşünaslığında 
m
əşhur  “Aarne-Tomson süjet göstəricisi”  adı  ilə  tanınan 
h
əmin tədqiqat bu gün də əhəmiyyətini saxlamaqdadır. 
Strukturalizm – ilk olaraq bir dilçilik n
əzəriyyəsi kimi 
ir
əli  sürülmüşdür. Məşhur  dilçi  alim  Ferdinand  de  Sössür 
(1857-1913) onun banisi hesab edilir. Bu n
əzəriyyəyə görə, 
h
ər  hansı  bir  hadisə  daxili strukturuna (və  ya tərkib his-
s
ələrinin strukturuna) əsasən izah edilə bilər. Yəni hər hansı 
bir hadis
ə, yaxud element bütöv bir sistemin parçalarıdır. Dil 
işarələr sistemi olduğu kimi bu nəzəriyyəni digər sahələrə də 
t
ətbiq etmək mümkündür. Onun əsas nümayəndələrindən 
fransız  etioloq  alimi  Klod Levi Stros  (1908-2009)  özünün 
Şimali və Cənubi Amerika hindularının təsəvvürləri ilə bağlı 
apardığı  dörd cildlik “Mythologiques”  adlı  tədqiqatında 
mifoloji sistemin v
ə  insan  ağlının  miflərə  transformasiya 


Folklorşünaslığa giriş   
 
 
41 
edil
ərək ifadə olunduğunu bildirirdi. Onun fəaliyyətinin əsas 
istiqam
əti folklor və mifologiyanın qarşılıqlı əlaqədə tədqiqi 
t
əşkil  etmişdir  “Mifin strukturu” adlı  tədqiqatında  folklora 
strukturalist linqvistika prinsipl
əri ilə  yanaşmış,  mifi  dilin 
əsas fenomeni hesab etmişdir.  Bundan  başqa,  miflə  musiqi 
ar
asında təhlillər aparmış, onların hər ikisinin qeyri-şüuri – 
universal struktura malik olması haqqında mülahizələr irəli 
sürmüşdür. 
Ümumiyytl
ə, strukturalistlərin qənaətlərinə  görə, folk-
lor m
ətninin tədqiqi üçün onun hər bir elementi ayrılıqda öy-
r
ənilməlidir. Mətn həmin hissələrin cəmi şəklində meydana 
çıxır.   
Az
ərbaycan  folklorşünaslarının  ayrı-ayrı  nəzəri mək-
t
əblərə münasibətilə bağlı məlumatlarda əsasən Y.V.Çəmən-
z
əminlinin  adı  çəkilməkdədir. Azad Nəbiyev “Azərbaycan 
xalq 
ədəbiyyatı”  monoqrafiyasında  bu  barədə  yazır:  “Yüz 
əlli ildən artıq bir dövrdə Avropa xalqları bir-birinin ardınca 
dünya folklorunda oxşar mədəniyyətlər və süjetlərin yaran-
ması barədə müxtəlif nəzəri məktəblər yaratsa da, Azərbay-
can  folklorşünaslığında  əslində  bu məsələyə  qismən 
Y.V.Ç
əmənzəminli istisna olmaqla, demək olar ki, heç toxu-
nulmamışdır”
40

Lakin  mühacir  ziyalıları  yaradıcılığında  folklor  nəzə-
riyy
ələrinə münasibəti fərqlidir.   
Yuxarıda  qeyd  olunduğu  kimi,  dünya  alimlərinin  işti-
rakı  ilə  1891-ci il 5-12 sentyabr tarixində  Londonda  keçi-
ril
ən  Şərqşünasların  IX konqresində  Əhməd bəy  Ağaoğlu 
iştirak  etmişdir  və  onun  verdiyi bir çox məlumatlar  Azər-
                                                           
40
  Azad N
əbiyev. Azərbaycan xalq ədəbiyyatı,  I  cild,  Bakı:  Çıraq, 
2009, s.26 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə