Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə13/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
42 
baycan  folklorşünaslığı  üçün böyük bir əhəmiyyət  daşıyır, 
çünki burada olan b
əzi məruzələr birbaşa onun nəzəriyyələri 
il
ə  bağlıdır.  Ə.Ağaoğlunun  nəşr  etdirdiyi  “Şərqşünasların 
konqresind
ə” məqaləsində göstərildiyinə görə, həmin yığın-
caqda XIX yüzilin 
ən nüfuzlu alimlərinin – şərqşünaslarının 
h
əm dilçilik, həm də  folklorşünaslıqla  bağlı  məruzələri 
dinl
ənilmişdir.  Onların  bir  çoxu  haqqında  ətraflı  məlumat 
ver
ən  Ə.Ağaoğlunun  qeydlərindən məlum olur ki, ən çox 
diqq
ətəlayiq  çıxış  kimi  antropologiya  şöbəsinin  iclasında 
doktor V.V.Teylorun Avs
traliya  yaxınlığında  yerləşən hələ 
d
ə ibtidai icma dövründə yaşayan Tasmaniya və onun əhalisi 
il
ə  bağlı  olan  məruzəsi  onun  marağına  səbəb  olmuşdur: 
“Tasmanlı  indiyə  kimi  tapılmış  bütün  vəhşilərdən daha  da 
ibtidaidir. Onun oxu v
ə yayı da yoxdur. O özünü yarpaqlarla 
örtür v
ə hava pis olanda ağacların oyuğunda özünə sığınacaq 
a
xtarır…  Onların  dini  çox  ibtidaidir,  lakin  insanların  ruhu 
haqqında  anlayışları  vardır.  Onlar  bu  ruhu  kölgə  şəklində 
t
əsəvvür edirlər; ölülərin  kölgəsi  –  qoruyucu  allahlardır; 
əks-səda – danışan  allahın  kölgəsidir;  ən ali allahlar –  göy 
gurultusu v
ə ildırımdır”
41

Göründüyü  kimi,  ibtidai  insanın  inancları,  dünyaya 
baxış sistemi əyani şəkildə konqres iştirakçılarının nəzərinə 
çatdırılmış, bu da gənc Ə.Ağaoğlunun da diqqətindən yayın-
mamışdır.  Burada  düşündürücü  əsas məqamlardan biri də 
m
əruzəçi Teylorun  şəxsiyyəti ilə  bağlıdır. Ola bilsin ki
folklorşünaslıqda antropoloji nəzəriyyənin  yaradıcılarından 
biri  kimi  tanınan  E.Taylorla həmin məruzəçi  eyni  şəxsdir, 
lakin t
əəssüf ki, bu barədə məqalədə məlumat verilmir.   
                                                           
41
 
Əhməd  Ağaoğlu.  Şərqşünasların  konqresində, “Mədəniyyət dün-
yası”, XI buraxılış, Bakı: ADMİU, 2006, s.16 


Folklorşünaslığa giriş   
 
 
43 
Folklor n
əzəriyyələrdən bəhs edilərkən,  Əhməd Cəfə-
roğlunun bu istiqamətdəki düşüncələri də diqqəti cəlb edir. 
Bel
ə ki, türk folklor irsinin dünya mədəniyyətinə təsiri mə-
s
ələsini  şərh edərkən,  Ə.Cəfəroğlu  məşhur  rus  alimi 
Q.N.Potaninin (1835-1920) t
ədqiqatlarını, xüsusən onun bir 
neç
ə  səyahəti  nəticəsində  yazdığı  və  1899-cu ildə  nəşr  et-
dirdiyi “Orta 
əsrlər Avropa eposunda Şərq motivləri” (“Вос-
точные  мотивы  в  средневековом  Европейсом  эпосе”)
 
əsərini  xatırlatmışdır:  “…ümumiyyətlə,  türk  xalqiyyatı  türk 
mühacir
ətlərilə türkün bulunduğu sahələrdə iz buraxmaqdan 
geri  qalmamışdır.  Hələ  türk  xalq  şeirlərini və  zəfərlərini 
t
ərənnüm edən qopuzun hun türklərinin dövründən etibarən 
macarlar, çexl
ər, lehlilər (polyaklar), almanlar, ruslar, 
ukraynalılar, finlər, Afrikada yaşayan yerli əhali və nəhayət
bütün Balkan mill
ətləri tərəfindən mənimsənilməsi və 
istifad
əsi iddia edilən təsiri bütün vəsflərilə göstərməkdədir. 
F
əqət, nə  yazıq  ki,  türk  folkloru  bu  bizə  iftixar verici 
ba
xımdan, demək olar ki, araşdırılmamış bir haldadır. Vaxtı 
il
ə  şərqşünas  Potanin  “Orta  əsrlər  Avropa  eposunda  Şərq 
motivl
əri”  adlı  əsərilə  bu  mövzunu  canlandırmışsa  da, 
ciddiyy
ətlə bu işə sarılan digər birisinə, təəssüf ki, bu günə 
q
ədər təsadüf edilmir. Halbuki bu işi görmək zənn edildiyi 
q
ədər ağır və zor deyildir”
42
.     
Qeyd etm
ək lazımdır ki, Qriqori Nikolayeviç Potaninin 
t
ədqiqatçılarından  Ü.Ələkbərova  “Orta  əsrlər Avropa 
eposunda Şərq motivləri” (“Восточные мотивы в средне-
вековом  Европейсом  эпосе”)  əsərini təhlil edərkən, ma-
raqlı mülahizələr irəli sürmüşdür: “Asiya süjetlərinin kökünü 
                                                           
42
  Ahm
et  Caferoğlu.  Folklorumuzda  milli  hayat  ve  dil  bakiyeleri, 
C.H.P, Konferanslar serisi, Kitap 16, İstanbul: 1940, s. 22 


Almaz H
əsənqızı                                                   
 
 
44 
Hindistanda axtaran benfeyçil
ərdən fərlqli olaraq, Q.N.Pota-
nin Q
ərb süjetlərinin  Turan  xalqları  arasında  yarandığı  və 
buradan  bütün  dünyaya  yayıldığını  iddia  etməklə  iqtibas 
n
əzəriyyəsinə yeni nəfəs, yeni ruh gətirmişdir”
43

Ə.Cəfəroğlunun  Şərq və  Qərb folklor əlaqələri məsə-
l
əsi ilə bağlı mülahizələrini Potanin tədqiqatının, başqa sözlə 
des
ək, iqtibas nəzəriyyəsinin  davamı  kimi  dəyərləndirmək 
mümkündür. Bel
ə ki, Əhməd bəy türkdilli xalqların yayıldığı 
geniş  ərazini  tarixi  axınlara  əsaslanaraq, iki istiqamət üzrə 
izl
ənilməsini təklif etmişdir. 
1.X
əzərlə  Qara dənizin  şimalından  cənubi Rusiyaya 
doğru; 
2.
İrandan keçərək Qara dənizin cənubundan Anadoluya 
doğru. 
Alimin fikrinc
ə, birinci yolla mühacirət edən hun, pe-
çeneq, avar, x
əzər, kuman türkləri  “bir çox folklor məh-
sulları  ilə  bərabər  ərimiş  və  bizə, demək olar ki,  heç bir 
bakiy
ə buraxmamışlar”
44


əllif ikinci istiqamət üzrə mühacirət edənlərin, əksi-
n
ə, öz milli mədəniyyətlərini,  dini  baxışlarını  həm folklo-
runda, h
əm həyatında qoruduqlarını söyləməklə yanaşı, onla-
rın  digər  xalqların  kültürünə  ciddi təsiri məsələsini  şərh 
etmişdir.  Əhməd bəyin Qərblə  Şərq  arasındakı  mədəni 
əlaqələrə aydınlıq gətirdiyi mülahizələri olduqca önəmlidir: 
“Türk mill
ətinə xas köçərilik mədəniyyətilə yaşayan türklər, 
şübhəsiz,  bulunduqları  sahənin  durğunluğu  və  təmasda bu-
                                                           
43
  Ülk
ər Ələkbərova. Q.N.Potaninin əsərlərində türk xalqları folkloru 
m
əsələləri, Bakı: Elm və təhsil, 2013, s.129 
 
44
 
Ahmet  Caferoğlu.  Folklorumuzda milli hayat ve dil bakiyeleri, 
C.H.P, Konferanslar serisi, Kitap 16, İstanbul: 1940, s. 22 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə