Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə14/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

Folklorşünaslığa giriş   
 
 
45 
lun
duqları  Avropa qövmləri üzərində  təsir icra etməkdən 
geri  qalmamışdırlar.  Biz  bu  gün  Avropa millətlərinin folk-
loru il
ə türk folkloru arasında bir müqayisə aparsaq, türkün 
hansı Avropa qövmləri üzərində təsiri olduğunu təsbitdə çə-
tinlik ç
əkmərik. Çünki tarixi mühacirətlərdə  axın  daima 
Şərqdən Qərbə olmuş, Şərq özü aşıladığı təsir müqabilində 
Q
ərbdən, demək olar ki, heç bir şey almamışdır”
45

Ümumiyy
ətlə, bütün folklor nəzriyyələri  xalq  yaradı-
cılığına diqqəti yönəltdikləri üçün mühüm əhəmiyyət  daşı-
mışlar. Bundan əlavə, uzun illər o qədər də əhəmiyyətli sahə 
hesab edilm
əyən folklora XIX  əsrdən  başlayaraq  marağı 
artırmaqla  yanaşı,  folklor  materiallarının  toplanması,  nəşri 
v
ə  təbliği,  həmçinin  dünya  xalqlarının  mədəniyyətinin mü-
qayis
əsi işində də onların böyük rolu olmuşdur.   
 
                                                           
 
45
 
Ahmet  Caferoğlu.  Folklorumuzda  milli  hayat  ve  dil  bakiyeleri, 
C.H.P, Konferanslar serisi, Kitap 16, İstanbul: 1940, s. 22   
 


Almaz H
əsənqızı                                                   
 
 
46 
 
 
 
MÜQAYİSƏLİ FOLKLORŞÜNASLIQ 
 
 
İstər qohum, istərsə də tam fərqli xalqların şifahi yara-
dıcılığını və onunla bağlı yaranan araşdırmaların müqayisəli 
t
ədqiqi müasir folklorşünaslığın bir sıra problemlərinin həl-
lind
ə müstəsna əhəmiyyətə malikdir. Azərbaycan folklorşü-
naslığının tarixi iki yüz ilə yaxın olsa da, bu sahədə görülən 
işlər çox azdır. Daha doğrusu, bu gün də bütövlükdə Azər-
baycan folklorunun müqayis
əli təhlilinə həsr edilən sistemli 
bir  t
ədqiqat  əsərinə  rastlamaq çətindir.  Bu mövzunun çox-
şaxəli və  geniş  olmasını  nəzərə  alaraq,  müqayisəli folklor-
şünaslığın  istiqamətlərini  aşağıdakı  kimi  ümumiləşdirmək 
olar: 
1. 
Qohum xalqların folkloru arasında müqayisə; 
2. Bir-biril
ə yanaşı yaşayan – qonşu xalqların folkloru 
arasında müqayisə; 
3. Heç bir qohumluq v
ə  ya  qonşuluq  münasibəti ol-
mayan xalqlar
ın folkloru arasında müqayisə; 
4.  Arxaik, klassik v
ə  müasir  folklor mətnləri  arasında 
müqayis
ə; 
5.  Folklor  m
ətnlərinin  variantları  arasında  aparılan 
müqayis
ə ; 
6. Folklor v
ə yazılı ədəbiyyat arasında müqayisə
7. 
Folklorun ayrı-ayrı janrları arasında müqayisə. 
Aydındır ki, Azərbaycan folkloru da ilk növbədə digər 
türkm
ənşəli  xalqların  yaratdığı  əsərlərlə  müqayisə  edil-


Folklorşünaslığa giriş   
 
 
47 
m
əlidir. Bu sahədə  müəyyən qədər tədqiqatlar  vardır.  Belə 
ki,  Ə.Cəfəroğlunun “Türk qövmləri”,  “Türk dili tarixi”, 
A.N
əbiyevin  “Azərbaycan və  özbək folklor əlaqələri” və 
başqa tədqiqatlar bu istiqamətdə aparılmışdır. 
Qeyd etm
ək  lazımdır  ki,  sovet  hakimiyyəti dövründə 
türkdilli  xalqların  öz  milli  mənşəyindən  uzaqlaşdırılması, 
yabançılaşdırılması istiqamətində fəaliyyət rejimin əsas ide-
oloji 
siyasi mövqeyi olması  bu  sahədə  də  öz mənfi təsirini 
göst
ərmişdir. Türkmənşəli xalqların folkloru arasında müqa-
yis
ələr aparılarkən daha çox onları bir-birindən fərqləndirən 
c
əhətlərə  diqqət  yetirilmişdir.  Məqsəd eyni kökdən olan 
xalq
ları bir-birindən ayırmaq, türk milli dəyərlərinin zəngin-
liyin
ə kölgə salmaq olmuşdur.   
Tədqiqatçı Əli Şamil “Azərbaycan Əlyazmaları İnstitu-
tu
nun  arxivindəki  “Koroğlu”  dastanı  Krımda  nəşr  olundu” 
məqaləsində  bu  barədə  haqlı  olaraq  yazır:  “Sovetlər  dönə-
mində  dastanın  araşdırıcıları  türksoylu  xalqlardan  toplanıb 
nəşr  edilmiş  mətnlərdə  daha  çox  fərqliliklərə  diqqət  yeti-
rirdilər. Bizi bir-birimizə  yaxınlaşdıran,  eyni  kökdən  oldu-
ğumuzu  isbatlayan  faktlara,  eyni  mədəniyyətin  daşıyıcısı 
olduğumuza deyil, əksinə, bizi  bir-birimizdən  ayıra  biləcək 
məsələlərə daha çox önəm verirdilər”
46
.   
Lakin  oxşar,  bəzən  hətta  eyni  motiv  və  ya  süjetləri 
inkar etmək, yanlış təbliğat aparmaqla türkdilli xalqları bir-
birindən ayırmaq cəhdi uğur qazana bilməzdi, çünki xalqın 
qan yaddaşına yazılanları heç bir qüvvə məhvetmə qüdrətin-
də deyil və ola da bilməz.     
                                                           
46
Əli  Şamil.  Azərbaycan  Əlyazmaları  İnstitutunun  arxivindəki  “Ko-
roğlu”  dastanı  Krımda  nəşr  olundu”,  Azərbaycan  şifahi  xalq  ədəbiy-
yatına dair tədqiqlər, Bakı: Nurlan, 2009 , s. 125 


Almaz H
əsənqızı                                                   
 
 
48 
Müqayisələr  göstərir  ki,  nəinki  folklor  mətnləri,  eyni 
zamanda, 
xalq  musiqisi,  mərasimləri,  adət-ənənənələri  qo-
hum  xalqlar  arasında  genetik  kodlarla  bir-birinə  bağlıdır. 
T
ədqiqatçı  Kamilə  Dadaşzadə  “Epik  əsərlərin musiqi 
hermenevtikası  problemlərinə  dair”  adlı  tədqiqatında  bu 
bar
ədə yazır: “Koroğlu” havalarının Azərbaycan, türk, türk-
mən  variantlarının  musiqi  dilinin  müəyyən  səviyyələrində 
aparılmış  müqayisəli  təhlili  onların  tarixi-genetik  qohum-
luğunu  aşkarlamışdır.  Ümumiyyətlə,  qeyd  olunmalıdır  ki, 
türksoylu 
xalqların  musiqili-epik  yaradıcılığının  ən  dərin 
semantik 
qatlarının  öyrənilməsində,  onun  kodunun  açıl-
masında  məhz  tarixi-müqayisəli  təhlil  aparıcı  rol oynaya 
bilər”
47
.   
1923-cü ild
ə Bakıya dəvət edilən və 1927-ci ilə qədər 
müxt
əlif tədris müəssisələrində  çalışan  məşhur  türk  alimi 
İsmayıl  Hikmət Ertaylan (1899-1967)  türk xalq ədəbiyyat-
larının  bir-birinə  təsirilə  bağlı  maraqlı  mülahizələr irəli 
sürmüşdür.  Türk  xalqlarının  ədəbiyyatları  arasındakı  bən-
z
ərlikləri  1928-ci ildə  Bakıda  nəşr  olunan  iki cild-
lik   “Az
ərbaycan ədəbiyyatı tarixi” əsərində İsmayıl Hikmət 
bel
ə izah etməkdədir: “Əsasən Anadoluya köçən türk qəbilə 
v
ə  əşirətlərinin keçdiyi yerlər  Azərbaycan  olduğundan  xal-
qiyyat Anadoluya 
da bu yoldan keçmişdir. Anadoluda möv-
cud bir çox xalq nağıllarında, xalq hekayə və əfsanələrində, 
xalq roman v
ə şeirlərində Azərbaycan xalqlarının ana xətləri 
görünür. Bunu qüvv
ətlə  göstərən nöqtələr bu əsərlərdə 
Az
ərbaycana aid bir çox xüsusiyyətlərin mühafizə  edilmiş 
                                                           
47
 
Əli  Şamil.  Azərbaycan  Əlyazmaları  İnstitutunun  arxivindəki  “Ko-
roğlu”  dastanı  Krımda  nəşr  olundu”,  Azərbaycan  şifahi  xalq  ədəbiy-
yatına dair tədqiqlər, Bakı: Nurlan, 2009, s. 126 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə