Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə15/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

Folklorşünaslığa giriş   
 
 
49 
olmasıdır”
48

Təəssüflə  qeyd  emək  lazımdır  ki,  hələ  də  türk  xalq-
larının  folkloru  müqayisəli  şəkildə  hərtərəfli  tədqiq  edil-
məmişdir. Bu sahədə  Əhməd Cəfəroğlunun  araşdırmaları 
daha çox diqq
əti çəkir. Qohum etnosların lisanları kimi ədə-
biyyatlarının  da  əski zamanlardan etibarən bir ana xətdən 
doğularaq  sonralar  ayrılsa  da,  bir-birinə  çox  yaxın  olma-
larına,  xüsusən ata sözləri,  türkü,  nağıl,  dastanlarda  ortaq 
əlamətləri daim mühafizə etdiklərinə diqqət yetirən Əhməd 
C
əfəroğlu  xalq  ədəbiyyatı  örnəklərini həm də  dil baxımın-
dan d
əyərləndirərək yazmışdır: “… müəyyən bir qrup təşkil 
ed
ən lisanlar müştərək bir ana lisan ailəsindən doğulduqları 
kimi, eyni dild
ə danışan qövmlərin xalq ədəbiyyatı, əlbəttə, 
əski bir ana xalq ədəbiyyatı bətnindən vücuda gəlmişdir”
49
.   
Ə.Cəfəroğlu türkdilli xalqların yaratdığı söz sərvətinin 
bir-birin
ə cox uyğun gəldiyini, hətta eyni olduğunu, ən əski 
dövrl
ərdən  ənənəviliyini  qoruduğunu,  bu  etnosun  keçmiş 
h
əyat tərzlərini müəyyənləşdirməyin ən asan yolunun məhz 
bu gün d
ə  köçəri həyat sürən  türkdilli  xalqların  mədə-
niyy
ətinin, folklorunun  araşdırılmasından  başlanmalı  oldu-
ğunu qeyd etmişdir: “... Orta Asiya türk köçəriləri ilə Ana-
dolu köç
əri tayfalarının folklorunu yaxından araşdırmaq və 
onların həqiqi həyatlarına vaqif olmaq kafidir. Bu, əldə edi-
linc
ə, əski türk əsərləri ilə də qeyb olan əski həyatımızı bir 
d
ərəcəyə qədər əldə etmək imkanı olur... Çünki əski köçəri 
                                                           
48
 
İsmail Hikmet. Azerbaycan edebiyatı tarihi I-II, Hazırlayan: parvana 
Bayram, Ankara: Akçağ, 2013, s.85 
49
Ahmet  Caferoğlu.  Orhon  abidelerinde  atalar  sözü,  “Halk  Bilgisi 
Haberler
i”, cilt I,    İstanbul: 1 kanunisani 1930, yıl 1, sayı 3, s. 43 


Almaz H
əsənqızı                                                   
 
 
50 
türk tayfalarının və boylarının xarakteristik vəsfləri bugünkü 
köç
əri türk tayfalarında eynilə mühafizə olunmuşdur”
50

“Folklorumuzda milli h
əyat və  dil bakiyələri” məqa-
l
əsində Əhməd bəy türklərin zəngin yaradıcılıq irsinə sahib 
olduqlarını  qürurla  söyləsə  də, bu mənəvi sərvətin toplan-
ması,  tədqiq və  təbliğinin  lazımi  səviyyədə  aparılmamasın-
dan  narahatlığını  ifadə  etmişdir.  Folklorun  türk  xalqlarının 
tarixi keçmi
şindəki bir çox gizlinləri aydınlatmaq dəyərində 
olduğunu, lakin araşdırıcıların bu əvəzsiz sərvətlə cox vaxt 
düzgün  davranmadıqlarını  dilə  gətirən  Ə.Cəfəroğlu  diqqəti 
bu sah
əyə yönəltməyin vacibliyini qeyd etmişdir: “...türklər 
kimi fövq
əladə geniş bir coğrafi sahəyə yayılan millətlərdə 
folklor fövq
əladə  zəngin və  millətin  əsl özünü və  tarixini 
tanıdacaq bir çox ünsürləri bəsləməkdədir. Bu üzdən bu-
günkü türk v
ə xüsusilə Anadolu folkloru araşdırıcılar  üçün 
tarixi keçmişə və türk millətinin varlığına təmas edən bir çox 
m
əchul və  qaranlıq  maddələri ehtiva etməkdədir. Üstəlik, 
türk xa
lqiyyatının mənşəyi, təkamülü və müxtəlif növlərinin 

ərisindəki ayrı-ayrı qisimlərinin bir-birinə münasibəti hələ 
zamanımıza  qədər meydana  çıxarılmamışdır  və  çıxarılması 
üçün h
əm ciddi  əlaqəyə  və  xeyli  vaxtın  keçməsinə  intizar 
etm
ək lazım gəlməkdədir”
51
.   
Bir c
əhətə  xüsusilə  diqqət yetirmək vacibdir. Sovet 
dövründ
ə  Azərbaycan folklorunun dünya mədəniyyəti ilə 
qar
şılıqlı  əlaqədə  öyrənilməsi qeyri-mümkün idi. Vətəndən 
uzaqlarda olsa da, mühacir
ətdə  yaşayan  ziyalılar  isə  azad, 
h
ər  cür  senzura  basqısından  kənar bir mühitdə  fəaliyyət 
                                                           
 
50
 
Ahmet  Caferoğlu.  Folklorumuzda  milli  hayat  ve  dil  bakiyeleri, 
C.H.P, Konferanslar serisi, Kitap 16, İstanbul: 1940, s. 23 
 
51
  Yen
ə orada, s. 21 
 


Folklorşünaslığa giriş   
 
 
51 
göst
ərirdilər. Mühacirətdəki  ziyalılar  araşdırmalara  ümum-
türk v
ə dünya ədəbiyyatşünaslığı kontekstində yanaşsalar da, 
onların  Sovet Sosialist Respublikalar  İttifaqında  yaşamaq 
zorunda qalan türkl
ərin folklorunu öyrənməsi qeyri-mümkün 
idi.  Bunun  n
əticəsidir ki, hələ 1940-cı ildə dinləyicilər qar-
şısında məruzə kimi hazırlanan “Folklorumuzda milli həyat 
v
ə  dil bakiyələri” məqaləsində  Ə.Cəfəroğlu Anadolu folk-
lorunu toplayıb, digər türkdilli xalqların yaradıcılığına əhə-
miyy
ət verilməməsinin, müqayisələrin aparılmamasının yol-
verilm
əz olduğunu  söyləyirdi:  “Araşdırıcılar  əksəriyyətlə, 
Anadolu türkl
ərinin  işğal  etdikləri mümtaz mövqe dolayı-
sıyla, ancaq bu sahəyə aid folklor növlərini toplamağa qeyrət 
etmiş,  həmcins digər türk qövmlərinin eyni növdən olan 
folklorları ilə münasibətdə olaraq müqayisə etməmişlər. Hal-
buki  bu  kimi  araşdırmalarda  əsl nəzər-diqqətə  alınması  la-
zım gələn nöqtə türk qövmlərinin çox geniş sahəyə yayılmış 
olma
ları keyfiyyəti olmalıdır”
52
.   
Ə.Cəfəroğlu peşəkar bir alim kimi elə problemlər qal-
dırmışdır  ki,  onlar  hər zaman  araşdırmalarda  diqqətə  alın-
malıdır.  Alimin  folklor  materiallarının  toplanması  və  araş-
dırılması sahəsində təklif etdiyi tələblər bu tədqiqatın yazıl-
dığı  illərdə  sovet ölkəsinin tərkibindəki türkdilli xalqların 
t
ədqiqatçıları üçün imkansız idi, senzura buna yol verməzdi 
v
ə  həmin vacib problem bu gün də  aktual olaraq qalmaq-
dadır, yəqin ki, hələ uzun zaman belə olacaqdır.   
Ə.Cəfəroğlu  ”Folklorumuzda  milli  həyat və  dil baki-
y
ələri”(1940)  əsərində xalqın yaratdıqlarına sahib  çıxmaqla 
                                                           
52
 
Ahmet  Caferoğlu.  Folklorumuzda  milli  hayat  ve dil bakiyeleri, 
C.H.P, Konferanslar serisi, Kitap 16, İstanbul: 1940, s. 21-22 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə