Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə16/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
52 
bütün dövrl
ərdə türk mədəniyyəti, adət-ənənəsi, yaşayış tərzi 
haqqında bilgi almağın mümkünlüyünü bildirmiş, bunu yal-
nız ümumtürk kontekstində, qövmlərin kültürlərini müqayisə 
apararaq yerin
ə yetirməyi məsləhət görmüşdür.   
Ə.Cəfəroğlunun  1983-cü ildə  Ankarada Türk Kültü-
rünü  Araşdırma  İnstitutu  tərəfindən  çap  olunmuş  “Türk 
qövml
əri”  kitabı  müqayisəli folklorşünaslıq  istiqamətində 
t
əxminın yarım əsr bundan qabaq atılmış mühüm bir addım 
hesab oluna bil
ər. Ensiklopedik səpkidə yazdığı bu əsərində 
yakut,  karaqaş,  tuva,  irtış,  saka,  şor,  kamasin,  qaraqalpaq, 
özb
ək,  qırğız,  qazax,  türkmən, noqay, qaraçay, kumuq, 
Az
ərbaycan, qaşqay, əfşar, qacar, şahsevən, qaradağlı, qara-
papaq, k
əngərli, bayat, Qazan, Həştərxan,  başqırd,  çuvaş, 
kara
im,  Krım,  qaqauz  və  b. türklərinin yerləşdiyi  ərazi
əhalisinin sayı, dini, dili, tarixi barədə qısaca danışan alimin 
h
əmin xalqların  ədəbiyyatı,  xüsusilə  söz sənətinin özülünü 
t
əşkil  edən  folkloru  haqqında  mühakimələri diqqəti cəlb 
edir.  Mü
əllif  Altay, teleut, yakut, Tuva və  başqa  azsaylı 
xalqların  ədəbiyyatının  yalnız  şifahi  şəkildə  mövcud  oldu-
ğunu, kamasin, şor, xakaslarda isə qopuzun, əfsanə və das-
tançılığın geniş yayıldığını bildirmişdir.   
Bu 
əsər Ə.Cəfəroğlunun oxuduğu mühazirələr əsasında 
onun ölümünd
ən sonra nəşr edilmişdir və bu sahədə gələcək 
araşdırmalar üçün bir istiqamət kimi çox dəyərlidir.   
Az
ərbaycan folkloru yalnız qohum deyil, həm də qonşu 
xalqların  yaratdıqları  ilə  də  müqayisə  olunmalıdır.  Müasir 
dövrümüzd
ə  bu  problem  çox  böyük  bir  aktuallıq  daşıyır. 
Q
onşu  millətlərin  bir çox hallarda Azərbaycan  xalqının 
yaratdığı ədəbi örnəkləri, mərasimləri, musiqi, geyim, xörək 
növl
əri, musiqi alətləri və sairəni öz adlarına çıxdıqları, bir 
sözl
ə, bütün folklor və etnoqrafik kimliyinə əl uzatdıqları bir 


Folklorşünaslığa giriş   
 
 
53 
vaxtda bel
ə  müqayisələrin  aparılması,  zənnimizcə, çox va-
cibdir.   
Tarix
ən qonşu xalqların mədəniyyətinin bir-birinə təsiri 
h
əmişə  mövcud  olmuşdur.  Azərbaycan  dünyada çox az  
t
əsadüf olunan bir tale –  parçalanma  əzabı  yaşayan  bir  öl-
k
ədir. Başqa cür desək, həm fars, həm də Azərbaycan folk-
loru qonşuluq yox, daha dərin bir münasibətdə, iç-içə yaşa-
maqda olan iki f
ərqli mədəniyyətin təsirilə  meydana  çıx-
maqdadır.  Bu halda  ədəbiyyatların  bir-birinə  etdiyi  təsir 
daha güclü olur. Bu h
əm yazılı, həm şifahi ədəbiyyatda özü-
nü göst
ərən amillərdəndir. Məsələn,  fars  ədəbiyyatının  bö-
yük klassiki Firdovsi “ 
Şahnamə”ni yazarkən türk  əfsanə-
l
ərindən də  istifadə  etmişdir.  Təbii ki, Azərbaycan folk-
loruna v
ə musiqisinə də uzun illər yaxın münasibətdə olduğu 
fars m
ədəniyyətinin təsiri  olmuşdur.  Bu  qarşılıqlı  mədəni 
t
əsir  ayrıca  bir  tədqiqat  mövzusudur, xüsusən    İran  ərazi-
sind
ə  otuz  beş  milyondan çox Azərbaycan  türkünün  yaşa-
dığını və onların belə bir tədqiqat aparma imkanlarının yox 
d
ərəcəsində olduğunu nəzərə alsaq, mənzərə tam aydın gö-
rün
əcəkdir. 
M
əlumdur  ki,  ayrı-ayrı  xalqların  folklor  yaradıcılı-
ğında, xüsusən irihəcmli əsərlərdə – nağıl və ya dastanlarda 
oxşar süjet və ya motivlərə təsadüf edilir. Qohum etnosların 
şifahi yaradıcılığında oxşarlıq onların bir ana xəttə bağlılığı 
il
ə, həmçinin dil yaxınlığı ilə izah edilir. Lakin bəzən qohum 
olmayan xalqların folklorunda da inanılmaz dərəcədə yaxın 
süjetl
ərə, bəzən tamamilə  eyni motivlərə  rast gəlinir. Bu 
m
əsələ  məşhur  rus  folklorşünası  Sergey  Yuryeviç  Neklyu-
dovun diqq
ətini cəlb etmiş və o, rus, monqol, tayvan abori-
genl
əri, Çin və s. xalqların nağılları arasında müqayisə apa-
raraq,  “Niy
ə nağıllar eynidir?” (“Почему  сказки  одинако-


Almaz H
əsənqızı                                                   
 
 
54 
вые
?”
)  
adlı  məqaləsində  düşündürücü qənaətlər irəli sür-
müşdür:
 
“Bel
əliklə, nə dil qohumluğu, nə də mədəni diffu-
ziya il
ə  izah edilməyən, lakin təəccüb ediləcək qədər eyni 
mifoloji  – 
folklor  uyğunluğu  mövcuddur. Məhz  onları  ti-
poloji,  daha  doğrusu,  mədəni  inkişafın  hansısa  ümumi  qa-
nunları ilə yaranan və mədəniyyətin universal qanunları əsa-
sında qurulan mətnlər adlandırmaq qəbul edilib. Onlar struk-
tur c
əhətdən olduğu kimi məzmun dərəcəsinə  də  görə  eyni 
n
əticəyə  gətirib  çıxarır:  söhbət, bir tərəfdən, konstruksiya 
oxşarlığından,  ümumi  plandan,  məzmunun özü və  ya fraq-
mentl
ərindən, digər tərəfdən,  semantik  uyğunluqdan, müx-
t
əlif tematik elementlərin geniş yayılmasından gedir”
53

Göründüyü kimi, söhb
ət yalnız  strukturun  deyil, həm 
d
ə məzmunun heyrət ediləcək qədər oxşarlığından gedir. 
Bel
əliklə, Azərbaycan  folkloru  dünya  folklorşünaslığı 
kontekstind
ə, yəni qohum və  ya  qonşu  olmayan  mədəniy-
y
ətlərin  yaratdıqları  ilə  də  müqayisə  edilməidir. Sovet 
hakimiyy
əti illərində  belə  tədqiqatların  aparılması  qeyri-
mümkün  olduğundan  yalnız  mühacirətdə  müəyyən qədər 
müqayis
ələrə təsadüf etmək mümkündür ki, bu da çox azdır. 
Bel
ə müqayisələrin bir neçəsinə diqqət yetirək.   
M.B.M
əmmədzadə  “Millətlərin  oyanmasında  dastan-
lar” m
əqaləsində  (6 aprel 1928-ci ildə  Azəri Türk Gənclər 
Birliyind
əki eyniadlı məruzəsi öz aktuallığını qoruduğu üçün 
52 il sonra –  1970-ci ild
ə  Ankarada “Azərbaycan” dərgi-
sind
ə  çap  edilmişdir)  Avropada  hələ  XIX yüzildə  milli 
intibah dövrünü yaşayan almanların inkişaf yolunu nəzərdən 
                                                           
53
Сергей Неклюдов. Почему сказки одинаковые? // Живая старина, 
Москвa: 2004, №1(41),с.7-10 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə