Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
66 
1. Mövzu il
ə  bağlı  olan  xalq  ədəbiyyatı  örnəkləri 
(inanclar, bayatı, layla, atalar sözləri, zərbi-məsəllər, rəvayət 
v
ə  ya  əfsanələr və  s.) bilavasitə  –  dəyişdirilmədən bədii 
əsərə  daxil edilir. Məsələn,  M.Ə.Rəsulzadənin  “Əsrimizin 
Siyavuşu” əsərinin  atalar sözü ilə adlandırılan “Haqsız qan 
yerd
ə qalmaz” fəsli başdan-başa müəllifin məhz bu janrdan 
verdiyi örn
əklərlə şərhinə çalışdığı mülahizələrin müqayisəsi 
əsasında qurulmuşdur: “Haqsız qan yerdə qalmaz. Necə ki, 
S
əyavuş  qanı  qalmadı.  Məzlum  ahı  ovunmaz, necə  ki, 
K
ərbəla zülmü ovunmur. Zalım  əbədi olmaz  –  necə  ki, 
Zöhhakın  zülmü  olmadı…  Fikir öldürülməz  –  necə  ki. 
Neronun aslanları xristianlığı parçalaya bilmədi. Abid imanı 
yanmaz, nec
ə  ki, Nəmrudun atəşi  İbrahimi  yaxa  bilmədi. 
Qonuşma  və  düşüncə  susdurulmaz  –  necə  ki, inkvizisiya 
hüzuruna çıxarılan Qaliley susmadı”
62

2. Folklor m
ətnləri məzmuna uyğun olaraq dəyişdirərək 
yazılı ədəbiyyata daxil edilir. Məsələn, F.Sadığın bir şeirinə 
n
əzər salaq: 
 
İndi kitab oxumamaq 
Olubdu bir x
əstəlik, 
Kitabı ver oxuyana,   
Birini d
ə üstəlik, –   
 
şeirinin  “Çörəyi ver çörəkçiyə, birini də  üstəlikatalar sö-
zün
ə əsaslanaraq yazıldığı göz qabağındadır. 
B
əxtiyar  Vahabzadənin  “Nə  güman  eyləmisən  ondakı 
tilsiml
əri sən,  Kürü  ahıyla  qurutdu,  salı  yandırdı  Muğam” 
                                                           
62
  M
əhəmməd Əmin Rəsulzadə. Əsrimizin Siyavuşu. Çağdaş Azərbay-
can 
ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi, Bakı: Gənclik, 1991, s.53 


Folklorşünaslığa giriş   
 
 
67 
beytinin son misrası məşhur: 
 
Əzizinəm Salyana, 
Dara zülfün, sal yana. 
Nec
əsən bir ah çəkim
Kür quruya, sal yana, – 
 
b
ayatısının dəyişilməsinin nəticəsi olması şübhə doğurmur. 
Şəhriyarın  “Heydərbabaya  salam”  poemasındakı  bir 
b
əndə diqqət yetirək: 
 
Qarı nənə gecə nağıl deyəndə, 
Kül
ək qalxıb qap-bacanı döyəndə, 
Qurd keçinin Şəngülüsün yeyəndə
M
ən də dönüb bircə uşaq olaydım,   
Bir gül açıb ondan sora solaydım. 
 
Burada “Qurd keçinin 
Şəngülüsün yeyəndə” deyərkən 
şair, təbii ki, məşhur nağılı xatırladıb və çox təsirli bir səh-
n
əni əyaniləşdirməyə müvəffəq olmuşdur.   
Göründüyü kimi, “Heyd
ərbabaya salam” əsərində Şəh-
riyar xalq yaradıcılığından son dərəcə məharətlə istifadə et-
mişdir. Digər bir bənddə isə müəllif xalq mahnısına istina-
d
ən tam bir mənzərə yaratmışdır: 
   
Heyd
ərbaba, dağın-daşın sərəsi, 
K
əklik oxur, dalısında fərəsi, 
Quzuların ağı, bozu, qərəsı, 
Bir ged
əydim dağ-dərələr uzunu, 


Almaz H
əsənqızı                                                   
 
 
68 
Oxuyaydım: “Çoban, qaytar quzunu”.   
 
Burada son beytin q
ədim və məşhur xalq mahnısı “Sarı 
g
əlin”dəki: 
Bu d
ərənin uzunu,   
Çoban qaytar quzunu, –   
 
misralarının Şəhriyar qələmilə yazıya çevrilmiş izləri olduğu 
şübhə doğurmur. 
3. 
İrihəcmli  əsərlərdə  daha  dolğun  təsəvvür yaratmaq 
üçün m
ərasimlər  –  doğum,  toy,  yas,  Novruz  bayramı,  şə-
bihl
ər və s. geniş təsvir edilir. Yəni folklor həmin əsərlərin 
t
ərkib hissəsinə çevrilir. 
4. B
əzən isə  bədii  əsər  öz  mövzusunu  birbaşa  folk-
lordan götürür. Buna h
əcmindən asılı olmayaraq, həm nəzm, 
h
əm  nəsr, həm də  dram  əsərlərində  təsadüf etmək olar. 
M
əsələn,  Nizaminin “Sirlər xəzinəsi”, Füzulinin “Leyli və 
M
əcnun”u,  İ.Əfəndiyevin  “Apardı  sellər  Saranı”,  “Qarı 
dağı”  hekayələri,  Elçinin “Mahmud və  Məryəm”  romanı, 
bundan 
əlavə  “Kitabi-Dədə  Qorqud”  boylarının  məzmunu 
il
ə səsləşən bir sıra şeir,    nəsr, dram əsərləri və s. 
4.  Satirik 
əsərlərdə  gülüş  yaratmaq  məqsədilə  folklor 
örn
əklərinə  məxsus  əlamətləri  daşıyan  yazılı  ədəbiyyat nü-
mun
ələri  yaradılması  halları  da  vardır.  Bunun  ən gözəl 
örn
əklərinə  “Molla Nəsrəddin” dərgisində  görmək  müm-
kündür. M
əsələn,  “Molla Nəsrəddin”  jurnalının  1909-cu il 
yanvar  sayında  İran  şahı  Məhəmmədəlini  ifşa  etmək 
m
əqsədilə “Tapmaca” başlığı ilə belə bir şeir verilir: 
 


Folklorşünaslığa giriş   
 
 
69 
Yumruqdur etiqadım, 
X
əlqi basıb fəsadım, 
Hazır durub cəlladım, 
Zülmü sit
əm muradım, 
H
ər yerdə vardır adım”.   
 
Şeirdən sonra “Tapın görək kimdir bu adam?” sualına 
cavab olaraq, 
M.Ə.Sabir belə bir cavab verir: 
 
N
ə lap kiçik, nə çox da çox iridir. 
Qarnı yoğun, boynu da dam tiridir. 
Ruhu ölüb, n
əfsi hələ diridir
İnsaniyyət paltarının kiridir, 
M
əmdəlidir, əskiklərin biridir! 
Molla 
əmi, gör tapdım, ya tapmadım?! 
 
M
əlumdur ki, tapmaca şifahi xalq ədəbiyyatının geniş 
yayılmış  janrlarından  biridir.  Burada  məhz onun forma-
sından istifadə edilərək, qarşıya qoyulan məqsədə nail olun-
muşdur. 
Atalar sözl
əri, lətifələr, bəzən  bayatılar  “Molla  Nəs-
r
əddin”də dərginin üslubuna uyğun olaraq satirik məqamda 
f
ərqli  şəkildə  istifadə  olunur. Məsələn, “Ölmə  eşşəyim, öl-
m
ə, yaz gələr, hürriyyət bitər” (“Ölmə,  eşşəyim, ölmə  yaz 
g
ələr, yonca bitər”), “Toxun acdan gərək xəbəri  olmasın” 
(“Toxun acdan x
əbəri olmaz”) və s.   
5.  B
ədii  əsərdə  mövzunun  birbaşa  deyil,  alt  qatında 
folklor süjeti, obraz v
ə ya motivlərinin qorunması halları da 
vardır.  Belə  ki, son dövr Azərbaycan  ədəbiyyatında  post-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə