Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə21/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
70 
modernizm  üslubunda  yazılan  əsərlərdə  folklordan istifa-
d
ənin yeni forması meydana çıxmışdır. Daha doğrusu, folk-
lordan götürül
ən motivlər müasir dövrə, onun xarakterik xü-
susiyy
ətlərinə  köçürülərək, tam fərqli  bir  şəkildə  bədii 
əsərlərin mövzusuna çevrilməkdədir. Məsələn,  Anar  “Ağ 
qoç, qara qoç” 
əsərində  “Məlikməmməd”  nağılından  mə-
har
ətlə  bəhrələnmişdir  və  yazıçının  qaldırdığı  məsələləri, 
çatdırmaq  istədiyi informasiya yükünü  daha dərindən 
anlamaq üçün h
əmin folklor örnəyi ilə  tanışlıq,  fikrimizcə, 
vacibdir. 
Əsərin  adı  da  nağıl  motivindən  götürülmüşdür. 
İlqar  Fəhminin “Çənlibel tülküsü” əsəri mövzusunu “Ko-
roğlu” dastanından götürsə də, tam fərqli bir üslubda müasir 
probleml
ərin həlli istiqamətində  yazılmışdır.  K.Abdullanın 
“Ya
rımçıq  əlyazma”  əsəri “Kitabi-Dədə  Qorqud” üzərində 
qurulsa da, mövzu f
ərqli müstəvidə qələmə alınmışdır və s.   
Yazılı  ədəbiyyat hər nə  qədər folkorla bağlı  olsa  da, 
onlar öz üslubuna, ifad
ə  formasına,  qəlib və  modellərinə 
gör
ə bir-birindən fərqlənir: 
–  H
ər  şeydən  əvvəl, illərin  sınağından  çıxaraq  xalqın 
yaddaşında  əbədi  yaşayan  folklor  mətnləri  həm  onu söy-
l
əyənləri, həm də  dinləyənləri öz çazibəsində  saxlamaqda 
davam edir. 
– 
Folklor, yazılı ədəbiyyatdan fərqli olaraq, bütün za-
man
larda (keçmişdə, indi, gələcəkdə)  təkrar-təkrar ifa edil-
diyi üçün canlıdır, əbədidir. 
–  Folklor el
ə  yazılı  ədəbiyyatın  da  təməlini, özülünü 
t
əşkil  edir.  Daha dəqiq desək,  yazılı  ədəbiyyatda qoyulan 
probleml
ər birbaşa folklordan süzülərək gəlir. 
–  El
ə bir yazılı ədəbiyyat nümunəsi tapmaq olmaz ki


Folklorşünaslığa giriş   
 
 
71 
onun t
ərkibinə folklor (inanc, ovsun, ata sözləri, zərbi-məsəl 
v
ə s.) örnəkləri daxil edilməsin. 
–  Folklor bütövlükd
ə  aid  olduğu  xalqın,  yazılı 
ədəbiyyat örnəyi isə daha çox onun müəllifinin simasını əks 
etdirir. 
 
 


Almaz H
əsənqızı                                                   
 
 
72 
 
 
 
FOLKLOR VƏ MUSİQİ 
 
 
M
əlumdur ki, qədim türklər çox zəngin musiqi kül-
türün
ə  malik  olmuşlar,  hələ  981-ci ildə  Uyğur  elinə  gələn 
Çin elçisi Vanq Yen Te burada at üz
ərində musiqi ilə qarşı-
landığını öz səyahətnaməsində qeyd etmişdir
63

Əhməd Cəfəroğlu “Cahan ədəbiyyatında türk qopuzu”   
t
ədqiqatında onların musiqiləri barədə məlumat vermiş, hətta 
bir miniatür
ə  əsasən qədim dövrlərdə  uyğur  türklərinin 
müxt
əlif musiqi alətlərinin və  orkestrinin  olması  qənaətini 
d
ə qeyd etmişdir.   
Bir  çox t
ədqiqatçılar  folklor kimi musiqinin də 
insanlığın tarixilə eyni vaxtda yarandığını söyləməkdədirlər. 
M.H.Türk
əqul: “Musiqinin mənşəyi, heç şübhəsiz ki, bəşər 
tarixi il
ə başlar. İnsanlar vəhşi halda yaşarkən belə musiqiyə 
ehtiyac duy
muşlar,  ibtidai  şəkildə  də  olsa, musiqiyə  sahib 
olmuşlar”– yazaraq, belə bir nəticəyə gəlmişdir ki, musiqinin 
y
aşı  bəşəriyyətin  yaranması  ilə  ölçülməlidir,  o,  insanlıq 
tarixind
ə  tanrılara  tapınma,  dua  zamanı  meydana  gəlmişdir 
v
ə bu sənəti iki qismə ayırmaq mümkündür: “Birincisi, tövr, 
y
əni rəqs sənətidir ki, nəşənin ifadəsidir.  İkincisi,  səsli söz 
s
ənətidir ki, duadan  doğmuşdur.  Bəzən bu ikisi birləşərək 
                                                           
63
 
Şinasi  Tekin.  Vanq  Yen  Tenin  seyahetnamesinde  anlatdıkları. 
Hayat. Tarih, İstanbul: 1968, № 8, s. 76 


Folklorşünaslığa giriş   
 
 
73 
bütün dinl
ərdə  istifadə  olunmuşdur”
64
.  Bel
əliklə, müəllif 
h
əm rəqslərin, həm də  nəğmələrin  yaranma  tarixini  araş-
dırmağa çalışmış, fikrini dəqiqləşdirmək üçün müxtəlif əsa-
tirl
ərdən örnəklər vermişdir.  Burada maraqlı  cəhət odur ki, 
musiqinin yaranma tarixi mü
əyyənləşdirilən zaman miflər, 
əfsanələr  əsas mənbələrdən biri kimi tədqiqatçıya  yardım 
e
tmişdir. 
M
əlumdur ki, folklorun  ən  geniş  yayılan  janrlarından 
biri xalq mahnılarıdır. Onlar həm folklorşünaslığın, həm də 
musiqi 
araşdırıcılarının tədqiqat obyektlərindən biridir. Xalq 
mahnılarında onu yaradan xalqın tarixi, coğrafiyası, geyim, 
kulinariya v
ə s. mədəniyyəti ilə yanaşı musiqi zövqü də öz 
əksini  tapmış  olur.  Bəzən  mahnının  bir  misrasının  verdiyi 
informasiya cild-
cild  kitablardan  alınan  məlumatdan daha 
sanballı olur.   
  Bir fakta n
əzər salaq. Məhəmməd  Əmin  Rəsulzadə 
1928-ci ild
ə İstanbulda çap etdirdiyi “Qafqazya türkləri” adlı 
tarixi-siyasi t
ədqiqatının  “Tarixə  bir baxış”  adlı  ilk  bölü-
münd
ə  “Kitabi-Dədə  Qorqud” dastanlarının  mötəbər tədqi-
qatçılarından  olan  Mehmet  Fuad  Köprülüzadə  tərəfindən 
ir
əli sürülən eposun “mövzu etibarı ilə Azərbaycan sahəsinə 
aid olması” fikrinin düzgünlüyünü sübut etmək üçün şifahi 
ədəbiyyatın bu gün də azərbaycanlılar arasında yayılmış olan 
bir növün
ə  –  xalq  mahnılarına  diqqət yetirməyi  lazım 
bilmişdir. Belə ki, eposun “Qambürənin oğlu Bamsı Beyrək 
boyu”nun q
əhrəmanını xatırladan M.Ə.Rəsulzadə yazmışdır: 
“D
ədə  Qorqud” qəhrəmanlarından  birisinin  eşqinin  dərə-
c
əsini göstərmək  üçün  sevdiyi  qıza  “bir  öpüb  üç  diş-
                                                           
64
Mustafa Hakk
ı  Türkekul. Azerbaycan musikisi, “Azerbaycan”, 
Ankara: 1953, sayı 5, s.11 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə