Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə22/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
74 
l
ədiyi”ndən (Əslində eposda ifadə “üç öpüb bir dişləmək”
65
 
şəklindədir – A.H.) bəhs olunur. Bu “miqyas” müasir azəri 
xalq 
ədəbiyyatında hələ istifadə olunmaqdadır”
66

Maraqlıdır  ki,  M.Ə.Rəsulzadə  fikrini oxucusuna  daha 
aydın ifadə etmək üçün xüsusi olaraq çıxarışda    “İrəvanda 
xal qalmadı” mahnısından: 
 
İrəvanda mən işlərəm,   
X
əncərimi gümüşlərəm,   
Bir öp
ər, üç dişlərəm, – 
 
misralarını xatırlamışdır. 
M.Ə.Rəsulzadənin diqqət yetirdiyi bu fakt, bir tərəf-
d
ən, “Kitabi-Dədə  Qorqud”un Azərbaycan sahəsinə  aidliyi 
m
əsələsini təsdiqləyirsə, digər tərəfdən, bu gün belə  dillər 
əzbəri olan bir mahnıda yaşayan tarixi əks etdirir. Xüsusən 
son dövrl
ərdə  həmin  mahnını  Cabbar  Qaryağdıoğlu  və  ya 
Xan  Şuşinskinin  adı  ilə  bağlamaq  üçün  başqa  əhvalatlar 
uydurulur. Bu da cox q
ədim  bir  mahnının  tarixini  xeyli 
cavan
laşdırmaqla yanaşı, İrəvanda hələ Dədə Qorqud zama-
nından  türk  etnoslarının  varlığını  ortaya  qoya  biləcək bir 
fak
tın da üzərinə kölgə salmış olur.       
Yeri g
əlmişkən, sovet dövründən  başlayaraq,  indinin 
özünd
ə də bu mahnının ifaçıları onu oxuyarkən, bilərəkdən, 
ya bilm
əyərək  son  misranı  ixtisar  edirlər ki, bu da yolve-
rilm
əzdir. Əvvala, mahnı özünün ifadə zənginliyini və forma 
xüsusiyy
ətlərini, yəni həm daxili, həm zahiri gözəlliyini 
                                                           
65
 
Şamil  Cəmşidov.  Kitabi-Dədəm  Qorqud,  Bakı:  Elm,  1999,  s. 
318; 336 
66
 
Mehmet  Emin  Resulzade.  Kafkasya  Türkleri,  İstanbul:  Türk 
Dünyası Araştırmaları Vakfı, 1993, s.9 


Folklorşünaslığa giriş   
 
 
75 
itirir,  ikincisi is
ə  məhz “Dədə  Qorqud”la  bağlılığını  qeyb 
edir.  Y
əqin ki, elə bu mahnı da sosialist senzura sisteminin 
q
əzəbinə tuş gələndən sonra bu cür ifa edildiyindən müasir 
dövrümüzd
ə artıq, demək olar ki, son misra unudulmuşdur. 
Lakin M.Ə.Rəsulzadənin yuxarıda bəhs etdiyimiz mülahizə-
l
ərinə bələd olduqdan sonra bir daha əmin oluruq ki, xatır-
lanan h
əmin misraya yenidən həyat vermək çox vacibdir, 
yoxsa tarixin bir izi d
ə  səhlənkarlıq  ucbatından  belə  sili-
n
əcəkdir.   
Bundan başqa, P.Əfəndiyevin “Azərbaycan şifahi xalq 
ədəbiyyatı” dərsliyində bu mahnı “Yerevanda xal qalmadı”
67
 
adı ilə təqdim edilmişdir ki, bu da sosialist sisteminin məc-
buriyy
ətindən meydana gələn xəta kimi dəyərləndirilməlidir. 
Yuxarıda qeyd edildiyi kimi, xalq mahnıları folklorun 
ən kütləvi janrıdır. Azərbaycan xalq mahnıları özünün həm 
m
ətni, həm də həzin musiqisilə çox sevilərək bir sıra qardaş 
ölk
ələrdə  də  ifa edilir. Bəzən digər türkdili xalqlarda bu 
sah
ədə aparılan tədqiqatlara əsaslanaraq, Azərbaycan mahnı-
ları  ilə  bağlı  bir  sıra  məsələləri  aydınlaşdırmaq  mümkün 
olur. M
əsələn, 1930-cu ildə  İstanbulda nəşr  edilən “Xalq 
türkül
əri”  kitabında  belə  bir  məlumat  vardır.  Kitabın  57-ci 
s
əhifəsində  Qarsdan toplandığı  göstərilən “Türkün bayra-
ğına”  adlı  mahnının  sözləri və  notu  verilmişdir.  Haqqında 
b
əhs edilən əslində sözləri Əhməd Cavada, musiqisi Üzeyir 
H
acıbəyova aid olan “Salam türkün bayrağına” mahnısıdır. 
Lakin n
ə mətn, nə də onun musiqisinin müəllifilə bağlı heç 
bir m
əlumat verilmir,  yalnız  çıxarışda:  “Türk  Ordusu  Qaf-
qaza girdiyi vaxt az
əri türkləri  arasında  türk  bayrağına 
                                                           
67
 
Paşa  Əfəndiyev. Azərbaycan  şifahi  xalq  ədəbiyyatı,  Bakı:  Maarif, 
1981, s.158 


Almaz H
əsənqızı                                                   
 
 
76 
xitab
ən söylənmişdir”
68
  –    kimi qeyd verilir. Daha d
əqiq 
des
ək, əsər xalq mahnısı şəklində təqdim edilir. Bu fakt bir 
çox c
əhətdən bizim üçün maraq kəsb  edir.  Əvvəla,  bu 
mahnının  təqdimi  onun  xalq  mahnıları  kimi  çox  geniş 
yayılması  və  sevilməsilə  bağlıdır.  Digər tərəfdən,  kitaba 
notu il
ə  birgə  daxil edilən bu mətn  sovet dövründə  öz və-
t
ənində yasaqlanmış, müəllifi ən ağır şəkildə cəzalandırılmış 
bir mahnını Qarsda məskunlaşan Azərbaycan türklərinin ne-
c
ə böyük sevgi ilə qoruyaraq yaşatdığını göstərir.     
Yeri g
əlmişkən, “Xalq türküləri” kitabına müqəddimə 
yazan  Mahmud  Rağib  Köşəmihalzadə  folklorşünaslığımız 
üçün çox d
əyərli bir məqamı  qeyd  etmişdir:  “Əski türk 
q
əhramanı  Baybörəkdən bəhs edən bir türkü ilə  bir gün 
t
əsadüfən qarşılaşdıq. Baybörəkdən “Kitabı-Dədə Qorqud”-
da b
əhsi keçdiyi məlumdur! İştə, Ərzurum bu qədər əski bir 
türk s
ənətləri yatağıdır”
69
.   
Bu fakt h
ələ  iyirminci  əsrin otuzuncu illərində  də 
“Kitabi-D
ədə Qorqud”un (ən azından bəzi parçalarının) xalq 
arasında  sevilə-sevilə  ifa edildiyini göstərir.  Qarsda azər-
baycanlıların  daha  sıx  məskunlaşdıqları  nəzərə  alınarsa,  bu 
m
əsələnin  folklorşünaslığımız  üçün  dəyəri  aydın  olar.  Mə-
lumdur ki, Əhməd Cəfəroğlu (1899-1975) Türkiyəni 1940-
1951-ci ill
ərdə  qarış-qarış  gəzərək,  çoxsaylı  folklor  mate-
rialları  toplamış  və  onları  doqquz  kitabda  nəşr  etdirmişdir. 
H
əmin silsilədən “Anadolu elləri  ağızlarından  dərləmələr. 
Van, Bit
lis, Muş,  Karaköşə,  Əskişəhir, Bolu ve Zonquldaq 
ell
əri  ağızları”  kitabında  Türkiyənin  Zonquldaq  mahalında 
                                                           
68
 
Halk  türküleri.  İstanbul  Konservatuarı  Neşriyatından,  kitap  13, 
İstanbul: Evkaf Matbaası, 1930, s.57 
69
  Yen
ə orada, s.10 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə