Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə23/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

Folklorşünaslığa giriş   
 
 
77 
yaşayan  Ayşə  Sülinin dilindən toplanan “Bol Börək”  nağıl 
va
riantı da vardır. Həmin nağıl variant 2006-cı ildə “İki das-
tan” adlı kitabda
70
  n
əşr edilmişdir. “Bol Börək” nağıl vari-
antı oxuculara təqdim edilərkən, bu material müəyyən qədər 
t
əhlilə  cəlb  edilmiş,  onunla  “Dədə  Qorqud”dakı  “Qambü-
r
ənin  oğlu  Bamsı  Beyrək  boyu”  arasında  müqayisələr apa-
rılmışdır.  “Bol Börək”  nağıl  variantının  dastandakı  üçüncü 
boydan xeyli f
ərqli, daha bəsit bir şəkildə olması ilə bağlı bir 
çox m
əsələlər Əfzələddin Əsgərin “Oğuznamə yaradıcılığı” 
əsərində geniş şərh edilmişdir. Belə ki, Oğuznamənin süqu-
tunun m
ənzərəsini yaradarkən, Ə.Əsgər bu problemi profes-
sionallıqla  şərh edərək  yazmışdır:  “Kitabi-Dədə  Qorqud”a 
salınmış on iki boydan yalnız dördü XX əsrə özünü çatdıra 
bilmişdir:  “Dəli  Domrul”,  “Basat",  “Qazan  xanın  evinin 
yağmalanması”  və  “Bamsı  Beyrək”.  Çoxsaylı  oğuznamə-
l
ərdən yalnız dörd boy!”
71

H
əmin dörd boyun yaşayan nişanələrilə bağlı Ə.Əsgər  
əsasən O.Ş.Gökyayın  tədqiqatlarına  istinad  edərək  maraqlı 
t
əhlillər  aparmışdır.  “Bamsı  Beyrək”  boyunun  nağıl  vari-
antları  müasir  Türkiyə  coğrafiyasının,  demək olar ki, hər 
t
ərəfindən yazıya alınmışdır...Yaşlı valideynin övlad həsrəti 
v
ə  ilahidən verilən  “şirin  pay”, “axirət  yoldaşı  at”,  qürbət 
ölk
ə  və  orada keçirilən zindan həyatı,  qürbətdən  dönüş  və 
ərə  verilən  nişanlı,  üstəlik  oğul  arzusu  ilə  gözləri  tutulmuş 
valideynl
ər,  yeddi  qızın  ümidi  cəngavər  qardaş  və  s. türk 
q
əlbini oynadan hadisələrdir. Bu hadisələrin “Bamsı  Bey-
r
ək”  boyundakı  düzümü  (kompozisiyası)  isə  türk folkloru-
                                                           
70
  Almaz H
əsənqızı. İki dastan, Bakı: Azərnəşr, 2006, s.60-65 
71
 
Əfzələddin  Əsgər.  Oğuznamə  yaradıcılığı,  Bakı:  Elm  və  təhsil, 
2013, s.272 


Almaz H
əsənqızı                                                   
 
 
78 
nun 
ən gözəl incilərindən birini yaratmışdı. Bu üzdən şifahi 
söz  yaradıcılığının  bu  nadir  incisinin  uzun  müddət öz 
aktuallığını saxlamasına təbii yanaşmaq lazımdır”
72
  . 
  “Xalq türkül
əri” kitabında məhz Beyrəklə bağlı mah-
nının hələ də ifa edilməsinin qeyd olunması səbəbini yuxa-
rıda  verilən izahat tam  aydınlaşdırır.Ən  əsası  isə  “Kitabi-
D
ədə  Qorqud”un  şifahi  ifasının  son  illərə  qədər davam 
etdiyini d
ə təsdiqləyir.   
Bel
əliklə, folklor mətnləri təhlil edilərkən, musiqişü-
nasların  apardıqları  araşdırmalar  bəzən gözlənilmədən  mü-
əyyən məqamların  aydınlaşdırılması  üçün  material  verir. 
Ona gör
ə  də  folklorla  bağlı  tədqiqatlarda xalq musiqisi ilə 
əlaqədar  aparılan  araşdırmaların  nəzərə  alınması  vacib 
m
əsələlərdən biridir. 
Ad
ətən folklorşünaslıqda xalq mahnıları təhlil olunar-
k
ən, onların musiqisi haqqında çox qısa məlumatlar verilir, 
diqq
ət mərkəzində  isə  mətn,  onun  ideyası,  məzmunu, ifa 
edilm
ə  məqamları,  zamanı,  yeri  və  s.  olur.  Xalq  mahnıları 
m
usiqişünaslar tərəfindən də tədqiq edilir, bu zaman onların 
folklorla  bağlı  təhlil məqamları  deyil,  başqa  –  yəni musiqi 
istiqam
əti,  notları  və  s.  haqqında  məlumatlar verilir. Təbii 
ki,  xalq  mahnılarının  öyrənilməsi hər iki istiqamətin mütə-
x
əssisləri tərəfindən  birgə  aparılarsa,  daha  dəqiq  və  funda-
mental t
ədqiqatlar ortaya çıxmış olar. 
Xatırladaq ki, xalq mahnılarından başqa, folklorun lirik 
janrlarının  əksəriyyti  özünəməxsus musiqi ilə  ifa edilirlər. 
Bu musiqil
ər  mətndən  asılı  olaraq  bəzən  şən  (oxşamalar, 
əzizləmələr), bəzən kədərli  (bayatılar,  ağılar), bəzən həzin 
                                                           
72
 
Əfzələddin  Əsgər.  Oğuznamə  yaradıcılığı,  Bakı:  Elm  və  təhsil, 
2013, s.276 


Folklorşünaslığa giriş   
 
 
79 
(laylalar, eydirm
ələr), bəzən satirik (qaynana-gəlin nəğmə-
l
əri)  ovqatda yaranan avazla söylənilir.  Bu  janrlarla  bağlı 
folk
lor materialları toplanarkən, musiqişünasların da iştirakı 
v
ə həmin mətnlərin söyləndiyi havaların professional şəkildə 
nota köçürülm
əsi vacib problemlərdəndir.   
Düzdür,  Az
ərbaycan  folklorşünaslığında  bəzən söylə-
n
ən  bu  nəğmələrlə  bağlı  müəyyən qeydlərə  təsadüf etmək 
mümkündür. M
əsələn, 1933-cü ildə  Fransada “Asiya jur-
n
alı” dərgisində nəşr olunan “Qarabağın dialekt və folkloru 
(Qafqaz Az
ərbaycanı)” əsərində C.Hacıbəyli bayatıların söy-
l
əndiyi zaman, məkan və  musiqi  haqqında:  “Musiqi  baxı-
mından  bunlar  çölçü,  köçəri  mahnıları  olub,  sonluqlarını 
müğənni səsinin ən yüksək zirvəsilə oxuyur. Bayatılar açıq 
havada, xüsus
ən gecələr oxunur”, – yazaraq, yığcam məlu-
matı  diqqətə  çatdırmışdır.  Lakin bu, həmin  avazın  dəqiq 

əyyənləşdirilməsi üçün kifayət deyil.   
Aşıq  musiqisinin  xeyli müddətdən bəri  nota köçü-
rülm
əsi  istiqamətində  görülən  işlər,  musiqi  məktəblərində 
saz  şöbələrinin  açılması  təqdirəlayiq hadisədir. Bu da 
dastanların  ifasında  istifadə  olunan  musiqinin  qorunması 
üçün vacib m
əsələlərdəndir.   
Az
ərbaycan bəstəkarlarının  yazdığı  əsərlərin, xüsusən 
operaların  əksəriyyətinin  mətni  də, musiqisi  də  xalq 
yaradıcılığına əsaslanıb. Məsələn, Üzeyir Hacıbəyovun “Ko-
roğlu”  operasının  belə  böyük  şöhrət qazanmasının  ən  əsas 
s
əbəbi onun xalq musiqiqsinə əsaslanmasıdır.   
Bel
əliklə, bir çox folklor mətnləri musiqidən  ayrı 
t
əsəvvür edilə bilməz. Eynilə, musiqi əsərləri də folklordan 
k
ənar öz zənginliyini əhəmiyyətli dərəcədə  itirmiş  olar.  Bu 
da h
ər iki sahənin bir-birindən  ayrı  mövcudluğunun  qeyri-
mümkünlüyünü göst
ərən şərtlərdəndir. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə