Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə24/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
80 
 
 
 
FOLKLOR VƏ ETNOQRAFİYA 
 
 
Sovet hakimiyy
ətinin bizə miras qoyub getdiyi ən mən-
fi şeylərdən biri də folklor və etnoqrafiyanın ayrı-ayrı öyrə-
nilm
əsi problemidir. Əslində bu iki sahə o qədər bir-birinə 
bağlıdır  ki,  bir  çox  problemlərin təhlili prosesində  həm 
folklor, h
əm də etnoqarfiyanın tədqiqat prinsiplərinin nəzərə 
alınması  vacib  olur.  Rus  folklorşünası  Sergey  Neklyudov 
(
Неклюдов  Сергей)    bu problemi nəzərdə  tutaraq,  “Folk-
lor v
ə  onun tədqiqi: XX əsr”  (“Фольклор  и  его  иссле-
дования: век двадцатый”) məqaləsində yazır: “Rusiya (so-
vet)  elmind
ə çoxdan “folkor”un (demək olar ki, sırf verbal 
(şifahi)  mətnlər  anlaşılırdı)  və  etnoqrafiyanın  (iki kompo-
nentli  –  maddi v
ə  mənəvi; sonuncuya inanclar, adət-ənə-
n
ələr, xalq mədəniyyəti və  s. aid edilirdi) ciddi sərhədləri 
mövcud idi. Sinkretik predmet bu 
əsasda “canlı”  (“göz 
qabağında”)  şəkildə  parçalanırdı,
 
dey
ək  ki,  bıliçka
73
 
şifahi 
m
ətn  kimi  folklorşünasın  səlahiyyətləri daxil olurdu, eyni 
zamanda, xalq demonoloji t
əsəvvürlərinin ifadəsinə görə isə 
etnoqrafiyanın  tədqiqi mövzusuna aid edilirdi. Bu zaman, 
xatırladaq ki, hər  şeydən  əvvəl, arxaik, kənd, patriarxal 
ənənələrin  hakim  olduğu  məişətin dəqiq  formaları  nəzərdə 
                                                           
73
 
Folklor  janrı.  Qəhrəmanın  demonik  –  zərərli qüvvələrlə  qarşı-
laşmasından bəhs edən əhvalatlar. Sehirli nağıllardan törənməsilə bağlı 
fikirl
ər vardır. 


Folklorşünaslığa giriş   
 
 
81 
tutulurdu. Bununla bel
ə, son on beş-iyirmi il ərzində huma-
nitar elml
ərin “predmet sərhədləri”  ciddi  şəkildə  zədələn-
mişdir”
74

Göründüyü kimi, bu problem sovet hakimiyy
əti altında 
yaşayan bütün xalqların elmi inkişafına öz təsirini bu və ya 
başqa şəkildə göstərmişdir. Muxtar Kazımoğlu, haqlı olaraq,   
folklorun etno
qrafiyadan  ayrı  və  ya  əksinə  öyrənilməsinin 
h
ər iki sahə  üçün çətinlik  yaratdığını  inandırıcı  dəlillərlə 
göst
ərmişdir:  “Folklor mühitini öyrənmək heç də  həmin 
mühitd
ə hansı söyləyicilərin yaşadığını və onların təxminən 
hansı  janrlarda  folklor  nümunələri  yaşatdığını  müəyyən-
l
əşdirməklə  bitmir. Tələb olunur ki, tədqiqatçı  toplama  işi 
aparac
ağı bölgənin tarixi, coğrafiyası və etnoqrafiyası barə-
d
ə  dolğun  təsəvvür  əldə  etsin. Nəzərə  alsın  ki,  folklor 
etnoqrafiyadan k
ənar toplanıla və öyrənilə bilməz; hər hansı 
bölg
ənin  əkinçilik,  bağçılıq,  heyvandarlıq,  ovçuluq,  balıq-
çılıq,  arıçılıq,  dulusçuluq, misgərlik, dəmirçilik, zərgərlik
dabbaqlıq, papaqçılıq, sərraclıq, xalçaçılıq… mədəniyyətini; 
tikinti, geyim, yem
ək, mədəniyyətini; toy, yas və  müxtəlif 
bayramlarla 
əlaqədar adət-ənənələrini; xalq təqvimi və xalq 
t
əbabəti ilə əlaqədar inam və etiqadını öyrənmək həmin böl-
g
ənin (bütövlükdə  Azərbaycanın)  folklorunu  öyrənməyin 
ayrılmaz tərkib hissəsidir. Təəssüf ki, bizdə folklorşünaslıq 
v
ə  etnoqrafiya  qurumlarının  ayrı-ayrılıqda  fəaliyyət gös-
t
ərməsi aparılan toplama və elmi-tədqiqat işlərinə öz mənfi 
                                                           
  
74
 
Сергей  Юрьевич  Неклюдов.  Фольклор  и  его  исследования: 
век двадцатый //Экология культуры, Архангельск: 2006, №2 (39), 
с.126 
 


Almaz H
əsənqızı                                                   
 
 
82 
t
əsirini göstərir  –  etnoqraf  folkloru,  folklorşünas  isə  etno-
qrafiyanı  özünə  əsas  araşdırma  predmeti  saymamaqda  da-
vam edir”
75

Folklorun etnoqrafiya il
ə  tədqiqat sahələrinin kəsiş-
m
əsi məsələsinə  bir  çox  araşdırıcılar  aydınlıq  gətirmişlər. 
Türk alimi Pertev Naili Boratav  bu problemi obraz
lı olaraq 
bel
ə  şərh edir:  “... “yüksək” sinfin  inhisarında  ədəbiyyat, 
s
ənət və  başqa  qurumlara paralel olaraq xalq sənəti, xalq 
ədəbiyyatı və b. kitab və məktəblərin inanışları olan din qay-
dalarının yanında, bəzən onlarla  ziddiyyət halında inanclar, 
dövl
ətin  qanunlarına  qarşı  ənənəyə  bağlı  törələr, sənayenin 
istehsal v
ə istehlak vasitələrinə qarşı bölgələrə məxsus alət, 
qab, geyim-kecim ... v
ə s... 
Bir c
əhətdən xalq bilimçisi (folklorşünas – A.H.) təd-
qiq sah
ələri daha zəngin, başqa cür desək, uzmanlaşan, buna 
baxmayaraq,  ümumil
əşdirmələrə  və  nəzəriyyələrə  getmək-
d
ən çəkinən etnoloq vəziyyətindədir”
76

Bel
əliklə, müasir dövrümüzdə hələ də bu iki sahə ayrı-
ayrı fəaliyyət göstərsə də, onlar arasında nəinki sərhəd mü-
əyyənləşdirmək mümkündür, əksinə, folklorşünas həm də et-
noqrafiyanı dərindən öyrənməlidir, tədqiqatında onu nəzərə 
almalıdır, daha dəqiqi, Boratavın dediyi kimi, etnoloq da ol-
malıdır.   
Folklorşünas  etnoqrafiya  ilə  yanaşı,  sosiologiyanın  da 
inc
əliklərinə  bələd olmalıdır.  Etnoqrafiya  qohum  xalqların 
                                                           
75
 
Muxtar  Kazımoğlu.  Folklorun  toplanması  və  sistemləşdirilməsi 
http://www.folklorinstitutu.com/173.htm 
76
  Naili Pertev Boratav. 100 
soruda  türk  halk  edebiyatı,  İstanbul: 
Gerçek Yayın Evi, 1973, s.9 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə