Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə25/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

Folklorşünaslığa giriş   
 
 
83 
m
ədəniyyətilə  məşğul  olursa,  sosiologiya  ümumiyyətlə, in-
san topluluqlarının kültürünü öyrənir və bu onları bir-birinə 
çox  yaxınlaşdırır.  Folklorşünaslıq  isə  bunların  hər ikisinin 
araşdırdığı topluluqların mədəniyyətini öyrənir. 


Almaz H
əsənqızı                                                   
 
 
84 
 
 
 
FOLKLOR VƏ TARİX 
 
 
Xalqın tarix boyu taleyində baş verən bütün hadisələr
dem
ək olar ki, onun yaratdığı sənət əsərlərində – bayatılar, 
laylalar,  atalar  sözü,  oxşamalar,  nağıl  və  dastanlarda, o  
cüml
ədən toxuduğu xalçaların ilməsində, düzəltdiyi qabların 
naxışında və sairədə əks olunmuşdur. Bəzən həmin izlər bu 
əsərin nə zaman yaranması haqqında mülahizələr yürütməyə 
imkan verir: 
   
Verm
ə Xəzərə məni,   
Ç
əkər bazara məni. 
Aç belind
ən qurşağı,   
Salla m
əzara məni, –   
 
bayatısı xəzərlərin hücumu dövrünü bizə xatırladırsa, 
 
Apardı batı məni,   
Qul edib satı məni. 
Örk
ən qısa, yol uzun,   
Doğrayır çatı məni, –   
 
monqol-
tatar  istilaları  dövrünün  yadigarı  olaraq  yaşamaq-
dadır. Başqa bir bayatıda Azərbaycan torpaqlarına Qacar qo-
şunlarının hücumunun gətirdiyi fəlakətlər xalqın dililə usta-
lıqla öz təsvirini tapmışdır: 


Folklorşünaslığa giriş   
 
 
85 
   
Dağları Qacar aldı, 
Verm
ədi macal, aldı.   
Bir yanım dava-şava,   
Bir yanım əcəl aldı
77

 
Tarixin  acı  səhifələri  sonralar  da  bayatılarla  yazıl-
maqda davam edir v
ə parçalanmış Azərbaycanın dərdini dilə 
g
ətitir: 
 
Araz, Araz, xan Araz
Sultan Araz, xan Araz. 
S
ən ki ayrılıq saldın, 
Alış, Araz, yan, Araz. 
 
Aydındır  ki,  yalnız  on  doqquz  və  ya iyirminci yüzil-
likd
ə Azərbaycan Rusiyanın  əsarəti  altında  olarkən, ana öz 
övladını: 
   
Balama qurban atdar,   
T
ərəkəmələr,tatdar. 
Tiflisd
ə qoburnatdar,   
Kotamdakı saldatdar, – 
 
sözl
ərilə əzizləyə bilərdi.   
Başqa  janrlarda  da  belə  tarixi hadisələrin izi qo-
runmaqdadır. Məsələn, lətifələrdə (Teymurləng, siyasi məz-
munda olanlarda bir çox m
əmurlar), nağıllarda (Şah Abbas), 
                                                           
77
 
Əzizə  Cəfərzadə.  Bayatı  düşüncələrim,  “Qobustan”  jurnalı,  Bakı: 
1980, sayı 4, s.25 


Almaz H
əsənqızı                                                   
 
 
86 
atalar sözl
ərində  (məs.  “Girdin  bazara,  gördün  gözü  qıpıq, 
s
ən də  ol  gözü  qıpıq”,  “Nadiri  taxtda  görüb,  Şah  Abbası 
qundaqda”, “Nuh N
əbidən qalıb”), dastanlarda, rəvayətlərdə 
v
ə s. tarixi hadisələr daha çox öz əksini tapmışdır. “Azərbay-
can xalq 
ədəbiyyatı”  monoqrafiyasında  A.Nəbiyev  yazır: 
“İstər tarixi gerçəkliklə bağlı əfsanə və rəvayətlərdə, istərsə 
d
ə qədim türk eposunda tarixi fakta söykənmə  ənənəvi hal 
kimi diqq
əti cəlb  edir…  Türkün  epos  yaddaşı  tarixi  həqi-
q
ətləri qoruyub saxlayan ən mötəbər  ədəbi mənbə  kimi bu 
gün bizi q
ədim  Hun  tarixinin  ayrı-ayrı  səhifələri ilə  tanış 
etdiyi kimi, oğuzların müxtəlif zaman kəsimində yaratdıqları 
türk  eposunda  da  yaşamaqdadır.  Bir  çox  əfsanə, rəvayət, 
l
ətifənin, xalq mahnısının hələ tarixdə yaşayan izləri solma-
mışdır”
78

T
əbii ki, irihəcmli folklor örnəklərində tarixi hadisələ-
rin daha d
ərin izləri qorunmaqdadır. Belə ki, yazılı mənbə-
l
ərin olmadığı və ya çox az olduğu zamanın tarixini müəy-
y
ənləşdirilərkən xalq yaradıcılığına, xüsusən eposlara müra-
ci
ət edilir. Türklərin ana kitabının 2004-cü il nəşrinə yazdığı 
“D
ədə  Qorqud  kitabı”  ilk  yazılı  yaddaşımızdır”  adlı  “Ön 
söz”d
ə Tofiq Hacıyev bu abidəni belə dəyərləndirir: “Dədə 
Qorqud v
ə  onun  adı  ilə  bağlı  olan  kitab  –  “Dədə  Qorqud 
kitabı”  düşüncə  tariximizdə  əfsanəvi  bir  anlayışa  dönüb... 
Bu kitab bugünkü dünya m
ədəniyyətinə  “Kül Tiqin” və 
“Bilg
ə  kağan”  dastan-dilogiyaları  ilə  yanaşı  yazılı  şəkildə 
çatan türk eposudur. “D
ədə  Qorqud  kitabı”  gövdəsində 
müxt
əlif meyvə  calaqları  yetirən nəhəng  ağaca  bənzəyir  – 
mük
əmməl sinkretik tarixi sənəddir: salnamədir  (oğuzun 
                                                           
78
  Azad N
əbiyev. Azərbaycan xalq ədəbiyyatı,  I  cild,  Bakı:  Çıraq, 
2009, s.45-46 


Folklorşünaslığa giriş   
 
 
87 
tarixidir) v
ə bədii əsərdir, şifahi yaradıcılıq nümunəsidir və 
yazılı ədəbiyyatdır”
79

B
əzən hətta sənədlərdə  müəyyənləşməsi mümkün ol-
mayan  tarixi hadis
ələri  dastanların  köməyilə  bərpa və  ya 
t
əsəvvür etməklə dövrün mənzərəsi canlandırılır. Bu mənada 
türk xalqlarının möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud” ən 
böyük m
ənbə  hesab edilə  bilər.  Bu məqam eposun  bütün 
t
ədqiqatçıları tərəfindən qeyd edilməkdədir. Onlardan birini 
n
əzərdən keçirək. Ömrünün böyük hissəsini Fransada ke-
çir
ən  İren  xanım  Melikoffun  1964-cü ildə  Parisdə  fransız 
dilind
ə  “Revue de Katvelologie”də  (sayı  45-46, s.18-27) 
n
əşr edilən “Gürcülər, türkmənlər və Trabzon: “Kitabi-Dədə 
Qorqud” üz
ərinə” məqaləsində  bu  epos tarixi kontekstdə 
d
əyərləndirilmişdir. Məqalənin giriş hissəsində Qafqaz xalq-
larının XI-XV əsrlər tarixi ilə bağlı məlumat verən müəllif 
Trabzon  imperatorluğunun  yaranması,  Gürcüstanda, Ermə-
nistanda hakimiyy
ət  uğrunda  baş  verən  savaşlar,  həmçinin 
aparılan  siyasətlə  yanaşı,  səlcuqlar,  onların  yürüşləri, 
monqollar, Qara
qoyunlu, Ağqoyunlu dövlətləri ilə bağlı hə-
qiq
ətləri də üzə çıxarmağa çalışmışdır. 
İren  xanım  bu  geniş  tarixi  hadisələri qələmə  alması 
s
əbəblərini isə  belə  izah  etmişdir:  “Bütün  bu  qarışıq 
olaylar
ın,  iç-içə  girmiş  xalqların  iştirak  etdiyi  mühit,  türk 
oğuz dastan ənənəsində, div bir əsərdə öz əksini tapır: “Dədə 
Qorqud kitabi”. Tarixi baxımdan olaylar bir-birinə qarışdırıl-
mış,  dəyişikliyə  uğradılmış  və  əsasən təhlil edilmədən 
yararlanılmış  olmaqla bərabər, dastan çox vaxt yetərsiz və 
müc
ərrəd tarixi qaynaqların  yanında  tamamlayıcı  dərinliyi 
                                                           
79
  Kitabi-D
ədə  Qorqud  (Əsil  və  sadələşdirilmiş  mətnlər),  Bakı: 
Önd
ər, 2004,s.4-5 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə