Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə26/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
88 
v
ə  canlılığı  olan  bir  mənzərə  təqdim etmə  üstünlüyünü 
qoruyur”
80

Bel
əliklə, müəllif, hər  şeydən  əvvəl, “Kitabi-Dədə 
Qorqud”u  oğuz  türklərinin “div bir əsər”i kimi cox 
yüks
ək dəyərləndirir, digər tərəfdən, Qafqaz  xalqlarının 
h
əmin əsrlərdəki tarixinin çox qarışıq hadisələrlə zəngin 
olduğunu xatırlatmaqla yanaşı, qaranlıq qalan məqamları 
aydınlaşdırmaq üçün mücərrəd, yarımçıq mənbələrdənsə, 
m
əhz bu dastana müraciət edilməsinin daha məqsədə-
uyğun olduğunu, eposun yalnız ədəbi deyil, həm də tarixi 
əhəmiyyət daşıdığını müəyyənləşdirmişdir. 
“Koroğlu”,  “Qaçaq  Nəbi” və  digər dastanlar da 
tarixi h
əqiqətləri yaşadan folklor örnəkləridir.   
Lakin, t
əbii ki, eposla tarixi tam şəkildə eyniləşdirmək 
olmaz. H
ər nə qədər tarixi hadisələri əks etdirsə də, eposlar 
bir b
ədii  yaradıcılıq  məhsuludur.  Muxtar  Kazımoğlu  bu 
problemi bel
ə izah edir: “Epos qəhrəmanlarını konkret tarixi 
şəxsiyyətlərlə  məhdudlaşdırmaq  mümkün  olmadığı  kimi, 
eposdakı  “ol  zamanı”  da  konkret  bir  zamana  sığışdırmaq 
mümkün deyil. Epos q
əhrəmanları ideal qəhrəmanlar olduğu 
kimi,  eposdakı  “ol  zaman”  da  ideal  zamandır.  Epos  ifaçısı 
söyl
ədiyi  əhvalatları  məhz ideal qəhrəmanlarla  və  ideal 
zamanla  bağlı  əhvalatlar  şəklində  təqdim  edir.  İstər tarixlə 
az-çox 
əlaqəsi olsun, istərsə olmasın, bütün qəhrəmanlar və 
əhvalatlar qəhrəmanlıq  eposunda  epik  dünya  modelinin 
ifad
əsinə xidmət edir... Yəni epik dünya modeli tarixə yox, 
                                                           
80
 
İrene  Melikoff.  Destandan  masala:  Türkoloji  Yolculuklarım,   
Çeviren: Turan Alptekin, İstanbul: Demos yayınları, 2008, s.34 


Folklorşünaslığa giriş   
 
 
89 
tarix epik dünya modelin
ə  tabe olur və  bu modelin içində 
mümkün ifad
əsini tapır”
81

Qeyd etm
ək  lazımdır  ki, folklor və  tarix məsələsi  
h
ələ  XIX  əsrdən  başlayaraq,  bir  çox  alimləri  düşün-
dürmüşdür.  Folklor  nəzəriyyələri içərisində  tarixi nəzə-
riyy
ənin mövcudluğu bu əlaqənin ən mühüm göstəricisidir. 
Bununla bel
ə, folklor mətnindəki təsvirlə  tarixi  faktların 
eynil
əşdirilməsi, əlbəttə, qeyri-professional yanaşma olardı. 
Çünki bir-birin
ə  nə  qədər təsir etməsinə  baxmayaraq, 
Muxtar Kazımoğlunun sözlərilə desək: “Əlbəttə, şifahi xalq 
ədəbiyyatının  tarixi  hadisələri  əks etdirməsinə  heç kim 
şübhə ilə yanaşmır. Ancaq “xalq ədəbiyyatı tarixi hadisələri 
nec
ə, hansı formada əks etdirir və tarixi hadisələri əks etdir-
m
əkdə folklor janrları arasında fərqlər varmı?” sualına heç 
d
ə hamı eyni cavabı vermir. 
Eposun, bütövlükd
ə folklorun öz qayda-qanunları var 
v
ə heç bir tarix və tarix kitabı bu qayda-qanunları dəyişdirə 
bilmir. Ən möhtəşəm, ən təsirli tarixi hadisə belə folklorda 
m
əhz folklorun öz tələblərinə  uyğun  şəkildə  əks olunur. 
Folklorun  aparıcı  janrlarından  olan  eposda  tarixilik  baxı-
mından  başlıca  tələb və  şərt tarixi gerçəkliyin epik ger-
ç
əkliyə uyğunlaşdırılmasıdır. Əgər tarixi gerçəklik konkret 
zaman v
ə  məkan daxilində  baş  vermiş  hadisələrdən iba-
r
ətdirsə, epik gerçəklikdə  bu cür konkretlik axtarmaq çox 
ç
ətindir və yaxud heç mümkün deyil”
82

Aydındır  ki,  folklor  çox  əski dövrlərin tarixi hadi-
s
ələrini  canlandırmaq  üçün  arxeoloji  tapıntıılar  qədər mü-
                                                           
81
 
Muxtar  Kazımoğlu  (İmanov).  Folklor  həm  keçmiş,  həm də  bu 
gündür. M
əqalələr. Bakı: Elm və təhsil, 2014,s.38 
82
  Yen
ə orada,s.38 


Almaz H
əsənqızı                                                   
 
 
90 
hüm 
əhəmiyyətə malikdir. Bununla yanaşı, bəzən çox yaxın 
zamanın  da həqiqi  siması  müxtəlif səbəblərdən xalq yara-
dıcılığında  daha obyektiv əks olunur. Bu fikir, xüsusilə, 
əsrlərlə yad hakimiyyətlər altında yaşamaq məcburiyyətində 
olan xalqlara aiddir. Quzey  Az
ərbaycanda uzun illər rus – 
sovet hakimiyy
ətinin  mövcudluğu  həqiqətin  meydana  çıx-
ma
sının  qarşısını  almış,  yazıya  alınan  folklor  örnəkləri, bir 
çox hallarda, saxta
laşdırılmışdır.  Lakin  xalqın  öz adət-
ənənələrini  unutdura,  yaddaşından  qəhrəmanlıq  ruhunu  silə 
bilm
əmişlər. Qadağan olunmasına baxmayaraq, Novruz bay-
ramı  hər evdə  ənənəyə  uyğun  keçirilmiş,  qəhrəmanlarının 
adına rəvayətlər, şeirlər söylənmiş, dastanlar bağlanmış, xal-
qın yaratdığı əsərlərdə müstəmləkəçiyə nifrət açıq-aşkar əks 
olun
muşdur.   
Qeyd etm
ək  lazımdır  ki,  siyasi lətifələr  tarixi  faktları 
daha çox mühafiz
ə  edirlər.  Həmin illərdə  Azərbaycanın 
özünd
ə mümkün olmasa da, mühacirətdə bu nəzərə alınaraq 
siyasi l
ətifələrə daha çox diqqət yetirilmişdir. Belə ki, mət-
buatda, xüsus
ən “Mücahid”, “Qafqazya”, “Birləşik Qafqaz-
ya”,  “Qurtuluş”  dərgilərinin səhifələrində  sosialist cəmiy-
y
əti, Lenin, Stalin, Beriya, Kommunist Partiyası siyasi büro 
üzvl
əri və digər rəhbər işçilərlə bağlı, onların yalanlarını üzə 
çıxararaq ifşa edən örnəklərə təsadüf olunmaqdadır. “Müca-
hid” d
ərgisinin 1955-ci il  beşinci  sayında  verilən siyasi lə-
tif
ələrdən birinə  diqqət yetirək: “Bir kəndli banka gedərək 
ç
əkinə-çəkinə istiqraz almaq istədiyini deyir.   
– 
Əgər min rubl alsam, mənə sonra pulumu qaytarmağa 
söz verirsinizmi? – dey
ə soruşur.   
Müdir gülüms
əyir:   
– 
Aman, yoldaş! Dünyanın ən böyük qarantisi. Zər is-
tiqraz Bulqanin t
ərəfindən ödənilir. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə