Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə27/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

Folklorşünaslığa giriş   
 
 
91 
– 
Lap yaxşı, –kəndli əndişə ilə sordu, – əgər o ölərsə? 
– 
O  zaman,  yoldaş,  pulu  Kommunist  Partiyası  ödə-
y
əcək.   
Cütçü inadcıl adam imiş. Təkrar israrla sordu:   
  – 
Əgər partiya dağılacaq olursa, nə edərəm? 
  Müdir 
ətrafına tələsik bir göz atıb pıçıltı ilə: 
– 
Aman, yoldaş,  – dedi, – o iş 1000 rubləyə dəyməz-
mi?!
83
 
İncə bir gülüş olsa da, əslində, bu lətifənin gözlərimiz 
önünd
ə  açdığı  mənzərə  çox  düşündürücüdür.  İlk  növbədə, 
əhalinin  əsas hissəsini təşkil  edən  insanların  –  əkinçilərin 
sözd
ə özünü “fəhlə-kəndli” hökuməti elan edib, bayrağında 
oraq-ç
əkic daşıyan bir dövlətin dürüstlüyünə olan şübhələri 
burada ifad
ə edilmişdir. Digər tərəfdən, hətta məmurların bu 
ideoloji c
əhətdən yalanlar üzərində  dayanan hökumətin 
dağılmasını arzuladığını, lakin bu diləklərini yalnız xəlvətcə 
v
ə  pıçıltı  ilə  dilə  gətirməyinin  mümkün  olduğunu  göstər-
m
əkdədir.   
Qeyd etm
ək  lazımdır  ki,  lətifədə  adı  keçən Nikolay 
Aleksandroviç Bulqanin (1895-1975) müxt
əlif vəzifələrdə 
çalışsa da, 1940-1945-ci illərdə SSRİ Dövlət Bankının rəh-
b
əri  olmuşdur.  Bu  faktı  nəzərə  almaqla lətifənin təxminən 
iyiminci 
əsrin  qırxıncı  illərində  yarandığını  müəyyənləş-
dirm
ək mümkündür. 
Bir m
əsələ  maraqlıdır  ki,  siyasi  lətifələrin  obrazları 
h
əqiqi adları ilə iştirak edən tarixi simalardır. 
G
ənc tədqiqatçı  Sönməz  Abbaslı  “Azərbaycan lətifə-
l
ərinin regional xüsusiyyətləri” adlı tədqiqatında siyasi ləti-
f
ələrin mövzusu ilə bağlı qısa şəkildə mülahizələr irəli sür-
                                                           
83
  “Mücahid” dergisi
, Ankara: 1955, sayı 5, s.4 


Almaz H
əsənqızı                                                   
 
 
92 
müşdür:  “Mövzu və  ideyalarına  görə  regional lətifələrin 
böyük bir qismini siyasi l
ətifələr təşkil edir. Bu qəbil lətifə-
l
ərdə  Sovet dönəmində  partiya  sıralarına  keçməyin mahiy-
y
əti, idarəçilik orqanlarının  “fəaliyyəti”,  özbaşınalığı  ifşa 
h
ədəfinə çevrilmişdir. Siyasi lətifələr təsdiq edir ki, hər bir 
ictimai-
siyasi quruluşun və onun hakim ideologiyasının fəa-
liyy
ətdə  olduğu  tarixi  kəsimin gülməcə  örnəkləri yaranmış 
v
ə onların böyük əksəriyyəti xalq yaddaşında qorunmuş, dil-
d
ə-ağızda dolaşmış və təbii səbəblər üzündən işıq üzü gör-
m
əmişlər”
84

Dig
ər folklor janrlarında,  o  cümlədən,  xalqın  hafi-
z
əsində  yaşayan  rəvayət və  xatirələrdə  tarixi gerçəklər bu 
gün d
ə  mövcudluğunu  sürdürməkdədir. Arxiv sənədlərini 
m
əhv edərək türklərin məruz  qaldığı  dəhşətli  soyqırımları 
tarixin s
əhifələrindən pozmağa çalışanlar xalqın yaddaşının 
əbədiliyini unutmuşlar. Məhz müstəqillik illərində  o  ağır 
ill
ərin acı həqiqətləri bu xatirələr əsasında bərpa edilməyə 
başladı və hələ də davam edir.   
Bel
əliklə, xalqların  bir  yazılı,  bir  də  şifahi  –  xalq 
arasında söylənərək yaşayan tarixi vardır. Yazılı tarix hər nə 
q
ədər ideoloji təsirlərə  məruz qala bilir, hakim dairələrin 
ist
əyi ilə  müəyyən mənafelərə  uyğunlaşdırılırsa  da,  şifahi 
bir o q
ədər daha çox obyektivliyini – həqiqiliyini, gerçək-
liyini qoruyur. 
B
əzən hakimiyyətlər dəyişəndə  müəyyən ideoloji 
t
əsirlə yazılmış tarix artıq öz dəyərini itirir. Məsələn, yetmiş 
illik sovet dövründ
ə elə öz ziyalılarımız tərəfindən senzura 
                                                           
84
  Sönm
əz  Abbaslı.  Azərbaycan lətifələrinin regional xüsusiyyətləri
filologiya üzr
ə  fəlsəfə  doktoru  dissertasiyasının  avtoreferatı,  Bakı: 
2012, s.15 


Folklorşünaslığa giriş   
 
 
93 
basqısı altında yazılmış tarix çox vaxt Azərbaycan xalqının 
deyil, müst
əmləkəçinin mənafeyini  qoruduğuna,  saxta, 
uydurma  olduğuna  görə  müstəqillik  qazanılan  kimi ondan 
imtina edildi.   
H
əmin illərin bir çox hadisələri isə  məhz  “şifahi” 
yaşayan tarix, yəni folklor mətnləri əsasında bərpa edilməyə 
başlandı.   
Yuxarıda  qeyd  edildiyi kimi, folklor mətnlərinin 
yaranma dövrünü mü
əyyənləşdirərkən əksər hallarda tarixin 
yaddaşı  yardım  etdiyi  kimi  bir  çox  tarixi  faktların 
d
əqiqləşməsində də xalq yaradıcılığının – folklorun mühüm 
rolu vardır.   
 


Almaz H
əsənqızı                                                   
 
 
94 
 
 
 
FOLKLOR VƏ HÜQUQ 
 
 
Az
ərbaycan  xalqının  demokratiya, dövlətçilik, seçki, 
bir sözl
ə, hüquqi təsəvvürlərinin öyrənilməsi  baxımından 
folklor 
əvəzsiz material verir. Hələ  miladdan öncə, təx-
min
ən beş min bundan əvvəl mövcud olan Şumerlərdə hü-
quq, idar
əetmə  sistemilə  bağlı  gil  lövhələrdə  yazılan  mə-
lumatlar dünya aliml
ərini uzun illərdir ki, diqqətini cəlb 
etm
əkdədir. Məşhur  türk  şumeroloqu  Müəzziz  İlmiyə  Çı-
ğın “Ortadoğu uyğarlıq mirası-1” kitabında   “ilk nigah mü-
qavil
əsi, ilk rüşvət hadisəsi,  şumer  məhkəmələri, ilk göm-
rük  qaçaqçılığı”
85
 
haqqında  çox  maraqlı  məlumatlar yer 
almışdır.   
T
əəssüf ki, Azərbaycan hüquq sisteminin tarixilə bağlı 
bu cür çox q
ədim zamanlara aid yazılı mənbələr günümüzə 
q
ədər qoruna bilməmişdir.  Belə  olan halda ən  inandırıcı 
m
ənbə yenə xalqın yaratdığı söz sərvəti hesab oluna bilər.   
Folklorun müxt
əlif  janrlarında  hüquqla  bağlı  bir  sıra 
t
əsəvvürlər yer almaqdadır. Daha dəqiq desək, bayatı, layla, 
nağıl,  atalar  sözləri, dastan, rəvayət  və  s.  bu cəhətdən 
maraqlı mənbə kimi diqqəti cəlb edir. Hər hansı bir xalqın 
hüquqla bağlı ən qədim təsəvvürlərinin bərpası üçün, təbii 
ki, ilk müraci
ət oluna biləcək qaynaq xalqın yaddaşı hesab 
edilir. Amerika alimi Alan Dandesin sözl
əri ilə  desək: 
                                                           
85
  Muazzez 
İlmiye Çığ. Ortadoğu uyğarlıq mirası-1, İstanbul: Kaynak 
yayınları, 2009, s.77; 83 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə