Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə29/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
98 
m
əsindən hasilə  gəlmişdir.  Köpəyin  quşla olan bu müna-
sib
əti İran əsatirinə “Simurğ” şəklində keçmişdir”
90

Xatırladaq  ki,  on  bir  il  sonra  “Vətən  uğrunda”  dərgi-
sind
ə çap olunan (1945, sayı 5, s.93-101) “Əfsanəvi quşlar” 
adlı  məqaləsində  Simurğla  (Səməndər,  Zümrüd)  bağlı 
M.T
əhmasibin  şərhində  yuxarıda  S.Rəfiqin  verdiyi  İran 
m
ənşəli səg+murğ  birləşməsi ilə  yanaşı,  Midiya  dini  əfsa-
n
ələri və “Avesta”ya əsaslanan məlumatlar da öz əksini tap-
mışdır.  Lakin  tədqiqatçı  dövlət  quşu  ilə  bağlı  qənaətlərini 
Şəmsəddin  Sami  lüğətinə  əsaslanaraq irəli  sürmüş,  onun 
Humay  (Umay)  olduğunu  bildirmiş,  bu  kəlmənin etimo-
logiyasını  isə  M.Kaşğarlıya  istinadən müəyyənləşdirmişdir 
Geniş şərhlər verən alim dövlət  quşunu  xalq  ədəbiyyatında 
əsatiri surətlərindən biri adlandırmış, eyni zamanda onun iki 
xüsusiyy
ətini  –  səadət, var-dövlət və  hakimiyyət rəmzi 
olduğunu qeyd etmişdir
91

Fikrimizc
ə, etmoloji cəhətdən dövlət  quşu  ilə  bağlı 
M.T
əhmasibin  M.Kaşğarlıya  istinadən  verdiyi  şərh  ağla-
batandır, lakin bu  əsatiri  obrazın  nağıllardakı  rolu  və  onun 
xalq diploma
tiyasının  –  demokratik hakim seçiminin sim-
volu olması barədə mühacirətdə M.B.Məmmədzadənin ver-
diyi 
izahat daha aydındır, daha düzgündür. 
Türk-
oğuz  dövlətçilik tarixi, onun hüquqi əsaslarını 
öyr
ənmək  baxımından  xalqın  epos  yaddaşı  mühüm  əhə-
miyy
ətə malikdir və “Kitabi-Dədə Qorqud” ən dəyərli mən-
b
ələrdən hesab edilə  bilər.  Oğuz  elinin  hansı  qanunlarla 
                                                           
90
 
Selim  Refik  Refioğlu.  Azerbaycan  ve  Anadolu  Halk  hikayelerinin 
tahlili  ve  mukayesesi,  İstanbul:  1933-1934, Bayazit Devlet Kütüp-
hanesi, 894.35-
09 (0.201694) şifreli elyazma, s.91 
91
  M
əmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri, 2 cilddə, I cild, Bakı: 
Müt
ərcim, 2010, s.152-163 


Folklorşünaslığa giriş   
 
 
99 
idar
ə  edilməsi,  qadın-kişi  hüquqları  ilə  bağlı  təsəvvürlər 
eposda b
ədii şəkildə ifadə olunmuşdur. Bu baxışlara diqqət 
yetirdikd
ə  qədim türklərin, müasir dillə  desək, necə  bir 
demokratik üsulu-idar
ə  ilə  məmləkətini yönəltməsi hətta 
t
əəccüb doğurur. Əslində hakimiyyət Bayandır xana aid olsa 
da,  Qazan xan daha önd
ə  görünür və  adət-ənənə  əsasında 
idar
əçilik  əsas prinsip kimi  təsvir edilir. Hər  hansı  bir  mə-
s
ələnin həllində  Qazan xan təklikdə  deyil,  oğuz  bəylərilə 
m
əsləhətlərdən sonra qərar verir. “Qalın  Oğuz  dövlətçili-
yind
ə  quruluş  belə  təyin  olunub:  İç  Oğuzun  bəyləri  sağ 
b
əyləridir. – divanda bunlar Bayındır xanın sağında oturur-
lar; Daş Oğuz bəyləri sol bəyləridir – bunlar Bayındır xanın 
solunda otururlar. Dövl
ətçilik  normasına  görə  hakimiyyətə 
ancaq sağ bəylərin keçmək ixtiyarı var”
92

Göründüyü kimi, dastanda idar
əetmə  mexanizmi tam 
əksini tapmışdır.   
Oğuz elinin əsas vəzifəsi vətəni düşməndən – basqın-
lardan  qoru
maqdır.  Dastanda  cinayət və  onun cəzalandırıl-
ması və ya əfv olunması, qəhrəmanlığın qiymətləndirilməsi, 
s
ərhədlərin qorunma səviyyəsi, ticarət  əlaqələri və  s. 
haqqında da təsəvvürlər verilmişdir.   
Yeri g
əlmişkən, bir fakta diqqət yetirək.  “Dədə  Qor-
qud”  kitabının  on  ikinci  –  “İç  Oğuza  Daş  Oğuza  asi olub 
Beyr
əyin öldüyü boy”da  maraqlı  bir  məqamla  qarşılaşırıq. 
H
ər il Qazan xan öz evini –  var-dövlətini öz bəylərinə 
“yağmalatdırır”.  Professor  Tofiq  Hacıyev  bu  boydakı  hadi-
s
ələrlə  bağlı  maraqlı  təhlillər apararaq yazır:  “Bu hadisə 
prinsipc
ə  bəyliyini müvəqqəti  bağışlamaq  kimi  bir  demo-
kratiyadır – xəzinəsini xalqın ixtiyarına verir. Əyani göstərir 
                                                           
92
  Az
ərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, s.449 


Almaz H
əsənqızı                                                   
 
 
100 
ki, o biri b
əylərdən artıq heç nə qazanmır, şəxsi yatır yığmır, 
xalqla bir süfr
ədə, eyni səviyyədə  iştirak edir.  Bu özünə-
m
əxsus bir bərabərlikdir. Bu bərabərliyi Qazan (Oğuz döv-
l
ətçiliyi) ideya kimi irəli  sürmür,  bir  iş  kimi  əyani icra 
edir”
93

Hüquqla  bağlı  xalq  təsəvvürləri  şifahi  ədəbiyyatın 
dig
ər janrlarında, o cümlədən lətifələrdə    də öz əksini tap-
mışdır. Molla Nəsrəddin lərifələrinin mühüm bir qismi zalım 
hökm
darların  idarə  üsulları,  rüşvətxor  qazıların  tənqidinə 
h
əsr edilmişdir. 
Bel
ə  ki,  böyük fateh Teymurləng ilə  bağlı  yaranan 
l
ətifələrdə  xalqın  sevimlisi  Molla  Nəsrəddin hər zaman iti 
ağlı və acı dili ilə qalib gəlir. Bu belə də olmalıdır, çünki o, 
xalqın  təmsilçisidir. Örnək olaraq Teymurlənglə  bağlı  bir 
l
ətifəyə diqqət yetirək: “Günlərin birində Teymurləng böyük 
bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Tey-
mur görür ki, Molla bir n
əfərlə çox şirin söhbətə məşğuldur. 
Onu utan
dırmaq məqsədilə yanına gələrək deyir: 
– Yen
ə kim bilir, yalandan nə basıb-bağlayırsan?.. 
Molla heç özünü sındırmadan baş əyib deyir: 
–  N
ə  eləyim, qibleyi-aləm  sağ  olsun.  Yalansız  keçin-
m
ək olmur. Sizin ədalətinizdən danışıram”. 
Siyasi l
ətifələr  bu  janrın  digər örnəklərindən özünə-
m
əxsusluğu ilə seçilir. Xüsusən keçmiş sovet respublikaları 
kimi avtoritar rejimli ölk
ələrdə bu lətifələr həqiqəti daha çox 
əks etdirməsinə görə böyük əhəmiyyət daşıyır. Həmin döv-
rün  ağır  repressiyalarına,  ölüm  və  sürgünlərə  baxmayaraq, 
siyasi l
ətifələr yaranmış,  onlarda  hüquq  pozuntuları,  yanlış 
dövl
ət  idarəçiliyi ilə  bağlı  məqamlar  əks  olunmuşdur.  Ma-
                                                           
93
  Az
ərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, s.448 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə