Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə30/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

Folklorşünaslığa giriş   
 
 
101 
raq
lıdır ki, bəzən texnikanın sürətlə inkişaf etdiyi, kompüter, 
video v
ə  s.  imkanlarının  geniş  yayıldığı  zamanlarda belə 
xalq bu l
ətifələri yazının olmadığı qədim zamanlardakı kimi 
gizli  olaraq,  yalnız  inandığı  mühitdə  ağızdan-ağıza  söylə-
y
ərək  yaşatmışdır.  Məhz buna görə  də  sovet hüquq siste-
minin 
əsl  simasını  təssəvvür etmək  üçün belə  lətifələrə 
ayrıca  diqqət yetirilməsi vacibdir.  Demək olar ki, öyrənil-
m
ədiyi və  toplanıb  tam  şəkildə  nəşr  edilmədiyi üçün on-
lardan birin
ə nəzər salaq. “Mən Karl Radekəm” adlı lətifədə 
sovet istintaq orqan
ları və ümumiyyətlə, hüquq sistemi gülüş 
h
ədəfinə çevrilmişdir.   
“Bir gün üç m
əhbus sürgün edilmək üçün gətirildikləri 
m
ərkəzi həbsxanada qarşılaşırlar. Birincisi: 
– M
ən 1929-cu ildən bəri “Karl Radek müxalif inqilab-
çıdır”, – dediyim üçün həbsdəyəm, – deyir. 
İkincisi:   
–  M
ən də:  “Karl Radek  müxalif  inqilabçı  deyil”,  – 
dediyim üçün 1937-ci ild
ən həbsdəyəm, – deyir.   
Üçüncü söhb
ətə qarışmağa ehtiyac duyaraq: 
– Üzr ist
əyirəm, amma Karl Radek mənəm, – deyir”
94

Bu l
ətifə  iyirminci  əsrin otuzuncu illərinin  əzablı 
repressiya ab-
havasını çox incəliklə, acı gülüşlə  oxucusuna 
çatdırmaqdadır. Lətifədə məhbuslardan  birinin 1929-cu il-
d
ən,  ikincinin isə  1937-ci ildən məhkum  olunduğunu  qeyd 
etm
ələrinə  əsasən  günahsız  insanların  ən az on ildən çox 
h
əbslərdə  əzab çəkməsini təsəvvür etmək mümkündür. Bu 
da 
Sovet  İttifaqında  ən  adi  insani  hüquqların  tapdalan-
masının,  dövlətin öz təbəələrinə  olan kəskin  ağalıq  müna-
sib
ətinin göstəricilərindən biridir. 
                                                           
94
  “Mücahid” dergisi
, Ankara: 1955, sayı 4, s.31   


Almaz H
əsənqızı                                                   
 
 
102 
Ayrıca,  qeyd  etməliyik ki, Karl Radek  –  Karol Bern-
qardoviç Sobelson (1885-
1939)  bolşeviklərin Oktyabr  in-
qi
labını hazırlayan əsas simalardan və Vladimir İliç Leninin 
(1870-1924) 
ən  yaxın  silahdaşlarından  olmuş  tarixi  şəx-
siyy
ətdir. O, 1937-ci ildə Trotski tərəfdarı kimi həbs edilərək 
sürgün olunmuş və orada Stalin (1878-1953) repressiyasını 
h
əyata keçirən  əsas fiqurlardan biri, Lavrenti  Pavloviç 
Beriyanın (1899-1953) birbaşa göstərişi ilə həbsxana yoldaşı 
t
ərəfindən  öldürülmüşdür.  Karl  Radek  çox  ağıllı  və  hazır-
cavab bir  adam kimi m
əşhur  olmuşdur  və  o, Stalinlə  bağlı 
bir sıra lətifələrin müəllifi kimi tanınmaqdadır. Həmin lətifə-
l
ərin bir qismi internet saytlarında verilmişdir
95
.   
Onların  işərisində  yuxarıdakı  lətifə  də  vardır.  Bu  ləti-
f
ənin mühacirətdə nəşr edilməsi həm də sovetlər ölkəsindəki 
açıq  və  gizli  –  bütün məqamların  qürbətdəki həmvətənlə-
rimiz t
ərəfindən diqqətlə izlənildiyini sübut etməkdədir.   
Sovet “haqq-
ədalət”ini dünyada rüsvay edən lətifələr-
d
ən biri də yenə “Mücahid” dərgisində verilmişdir:   
“Stalin bir gün Politbüro (Bu söz l
ətifədə tərcümə edil-
m
ədən rusca səsləndiyi kimi verilmişdir. Biz də koloriti qo-
rumaq üçün oluğu kimi saxlayırıq – A.H.) üzvləri ilə keçir-
diyi  bir  toplantıdan  dönərkən, qərarlarını  ehtiva  edən gizli 
v
əsiqələri tapa bilmir.  Dərhal həmin dövrün gizli polis 
t
əşkilatının rəhbəri Beriyaya telefon edərək, bütün Politbüro 
üzvl
ərinin həbs edilməsini əmr edir. 
Ert
əsi  gün  aradığı  vəsiqələri  otağında  tapan  Stalin   
Beriyanı  çağıraraq,  həbs edilənlərin dərhal sərbəst buraxıl-
masını istəyir. Beriya: 
                                                           
 
95
Анектоды  от 
Радека.  http://  www.1917. com/ Gallery/ Jo-
kes/ Radek. html 


Folklorşünaslığa giriş   
 
 
103 
– 
İş işdən keçdi, –deyə cavab verir, – dünən hamısına 
günahlarını etiraf etdirdim”
96

L
ətifədə  Beriyanın  “etiraf  etdirmə”  üsulları  haqqında 
üstürörtülü  işarə  ilə  yanaşı,  Kommunist  Partiyasının  Siyasi 
Büro üzvl
əri kimi nüfuzlu dövlət adamlarına olan münasibət 
açıq  şəkildə  görünməkdədir.  Xatırladaq ki, 1953-cü ildə 
Stalinin ölümünd
ən sonra Beriya törətdiyi cinayətlərə  görə 
m
əhkum olunmuş və güllələnmişdir. 
T
əəssüf ki, siyasi lətifələri toplamaq, nəşr etdirmək hər 
zaman böyük bir risq, h
ətta bir çox hallarda həyati təhlükə 
dem
əkdir. Belə lətifələr əsasən avtoritar rejimlərdə yarandığı 
üçün 
vaxtında  toplanıb  təhlilə  cəlb  edilmir,  yalnız  yad-
daşlarda  və  gizli  şəkildə  yaşayır,  təbii ki, bu da əksə-
riyy
ətinin unudulması ilə nəticələnir. Alan Dandes bu faktı 
bel
ə izah edir: “... siyasi lətifələr folklorun elə spesifik for-
masıdır  ki,  yer  kürəsinin harasında  totalitar  rejim  və  ciddi 
senzura mövcud olursa, orada daha qabarıq üzə çıxır. Bu iki 
fenomen  arasında  əlaqə, görünür, tərs mütənasibdir:  haki-
miyy
ətin repressiyası nə qədər sərt olarsa, o qədər çox siyasi 
l
ətifə yaranır. Əlavə olaraq xatırlatmaq lazımdır ki, bu və ya 
başqa cəmiyyətin tabu kimi qəbul etdiyi mövzular, çox vaxt 
el
ə həmin cəmiyyətlərin folklorunda ön plana çıxır”
97

Yeri g
əlmişkən,  qeyd  olunmalıdır  ki,  siyasi  lətifələr 
t
əhlilə cəlb edilərkən, həmçinin toplanarkən, mətn daxilində 
adları çəkilən insanlar haqqında bilgi verilməlidir. Bu həmin 
l
ətifələrin yarandığı şəraiti, tarixi dövrü təsəvvür etmək üçün 
ən əlverişli vasitədir. 
                                                           
96
  “Mücahid” dergisi
, Ankara: 1955, sayı 4, s.31 
97
 
Алан  Дандес.  Фольклор:  семиотика  и/или  психоанализ  (Сбор-
ник статьей), Москва: Восточная литература РАН, 2003, с.191 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə