Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə31/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
104 
Yuxarıda  qeyd  edildiyi  kimi,  folklorun  digər janrla-
rında – atalar sözləri və məsəllərdə, bayatılarda, rəvayətlərdə 
hüquq v
ə dövlətçiliklə bağlı məqamlar vardır. “Haqq nazilər 
üzülm
əz”, “Nahaq qan yerdə  qalmaz”,  “Haqqı  nahaqqa 
verm
ə” və s. ifadələr, o cümlədən:   
 
Gedir
əm bu dağilən,   
Əlimdə çırağ ilən. 
Yarı eldən sürdülər, 
Əllərdə yaraq ilən.   
 
M
ən aşiq şəkər canım,   
H
ər dərdi çəkər canım.   
N
ə haqqım var, nə muzdum,   
B
əylərə nökər canım – 
 
bayatıları  Azərbaycan  insanının  mənəvi  dünyasını,  haqq-
ədalət  arzularını  göstərməkdədir.  Bu problemin dərindən 
araşdırılması  Azərbaycan  xalqının hüquq anlayışı  ilə  bağlı 
ən qədim təsəvvürlərinin aydınlaşmasına səbəb olacaqdır. 
 


Folklorşünaslığa giriş   
 
 
105 
 
 
 
FOLKLOR VƏ RİYAZİYYAT 
 
 
Folklorun 
əlaqədə  olduğu  elm sahələri içərisində  riya-
ziy
yatın  özünəməxsus  yeri var. Ümumiyyətlə, indiyədək 
müxt
əlif tədqiqatçılar tərəfindən folklorda rəqəmlərin simvo-
likası və onun folklor mətnində işlənmə mexanizmi ilə bağlı 
bir  sıra  tədqiqatlar  aparılmışdır.  Belə  ki,  folklorun  ayrı-ayrı 
janrlarında, xüsusən nağıl və dastanlarda işlənən 1, 3, 7, 40 
v
ə  başqa  sayların  sətiraltı  mənaları,  bu  janrlarla  bağlı  apa-
rılan  tədqiqatların  əksəriyyətində  (B.Abdulla, A.Nəbiyev, 
F.Bayat, A.N
əbiyev,  R.Qafarlı,  S.Rzasoy,  R.Əliyev  və  baş-
qaları)  xatırlanmaqdadır.  Bu  araşdırmalardan  biri  də  Fran-
sada mühacir h
əyatı yaşayan İren xanım Melikoff tərəfindən 
aparılmışdır. İren xanımın “Asiya jurnalı”nda (“Journal Asia-
tique”) 1962-ci ild
ə (s.435-445) fransızca nəşr olunan “Ana-
dolu türkl
ərinin dinsəl-qəhrəmanlıq mətnlərində simvollaşan 
saylar” m
əqaləsi dastanlardakı  sayların  işlənmə  məqamları, 
ifad
ə etdikləri sətiraltı mənaların izahına  həsr  edilmişdir.  1, 
3, 5, 7, 40 v
ə 300 saylarına sıx-sıx rastlandığını bildirən mü-
əllif, eyni zamanda, 17 və  72-nin də  cox  işləndiyini, bu 
r
əqəmlərin  əslində  9 ilə  8-in  toplanması  və  vurulmasından 
yarandığını  müəyyənləşdirmişdir.  Danişmənd,  Sarı  Saltuk, 
Əbu Müslim, Seyid Battal və başqa dastan, həmçinn mənqibə 
q
əhrəmanlarının adlarını ərəb hərflərinin əbcəd hesabı ilə say 
qarşılığı  əsasında  incələməklə  İren  xanım  bu  iki  rəqəmin 
qutsallığını üzə çıxarmaqla yanaşı, onların əski dönəmlərdən 


Almaz H
əsənqızı                                                   
 
 
106 
h
əm fars folklorunda, həm də  türk dastan  ənənəsində  yaşa-
dığını müxtəlif mənbələr əsasında sübuta yetirmişdir.   
İren xanım bu iki sayın (əsasən 17 sayının) təhlilləri za-
manı daha çox Bəktaşi-ələvi təriqətlərilə bağlılığı məsələsini 
ortaya qoysa da, mövzu 
ətrafında müraciət olunan mənbələr 
maraq do
ğurur.  Fikrimizcə, bu problemin Azərbaycan folk-
lorunda da özün
əməxsus yeri vardır və belə təhlillərə ehtiyac 
duyulmaqdadır, bu da gələcək araşdırıcılar üçün bir istiqamət 
kimi d
əyərlidir. 
Qeyd etm
ək lazımdır ki, İren xanım xalq ədəbiyyatında 
simvol
laşan  saylarla  bağlı  araşdırmalarını  davam  etdirərək, 
“B
əktaşi-ələviliyin  simvollaşdığı  üzərinə:  on  iki  heyvanlı 
t
əqvimdən on iki imama” məqaləsində  problemlə  bağlı 
bildirm
əkdədir ki, on iki sayının qutsallaşdırılmasına dinlərin 
v
ə  mədəniyyətlərin bir çoxunda rastlaşırıq.  Qədim  çağda 
yunan-
latın  panteonunun  başlıca  tanrılarının  sayı  da  on  iki 
idi: on iki qeys
ər. Xristian dönəmdə  on iki havari bu dinin 
dastan 
ədəbiyyatında  Dəyirmi Masada on iki cəngavər bu-
lunurdu. İslamda on iki sayı On  İki  İmamın  yüksəldilişi  ilə 
şiələrdə müəyyənləşdi. 
H
əmin məqaləsində  müəllif  qısa  olaraq  yeddi  sayı  ilə 
bağlı  düşüncələrinə  yer  ayırmış,  bu  rəqəmin  islamın 
q
əbulundam öncə də türklərdə müqəddəsliyini göstərən bəzi 
detallara  rastladığını  nəzərə  çatdırmaqla  yanaşı:  “Bu  dərin-
l
əşməyə  dəyər bir mövzudur”,  –  yazaraq,  onun  aydınlığa 
qovuşmasını gələcək araşdırmalara saxlamışdır. 
Bütün deyil
ənlərlə yanaşı, qeyd etməliyik ki, folklorun 
b
əzi  janrları  birbaşa  riyazi  biliklər üzərində  qurulmuşdur. 
M
əsələn, əsasən uşaq folkloru hesab edilən sanamalar, düz-
gül
ər, acıtmalar içərisində belə örnəklər istənilən qədər çox-
dur.  Kiçik  yaşlı  uşaqların  riyazi  təfəkkürünün  inkişafı  üçün 


Folklorşünaslığa giriş   
 
 
107 
n
əzərdə tutulan bu örnəklərdən birinə nəzər salaq: 
 
Bir-iki – bizimki, 
Üç-dörd – 
qapını öpt. 
Beş-altı – daş altı, 
Yeddi-s
əkkiz – Firəngiz, 
Doqquz-on – 
qırmızı don.   
 
Aydındır  ki,  yenicə  dil açan körpənin ona qədər say-
ması üçün nəzərdə tutulan bu örnək ilkin riyazi biliklərin mə-
nims
ənilməsi üçün istifadə edilir. Bu örnəyin oxşarına ingilis 
folklorunda da t
əsadüf edilməkdədir və maraqlıdır ki, ikinci 
misra bu xalqın dilində Azərbaycandakı mətnlə tam üst-üstə 
düşür: 
 
One, two, buckle my shoe,   
Threefourclose the door.   
Fivesix, pick up sticks,   
Seven, eight, close the gate, 
Nine, ten, do it again. 
 
B
əzən isə  folklor örnəkləri  birbaşa  riyazi  əməllərin 
h
əyata keçirilməsini tələb edir. Fəsillərin öyrədilməsi üçün 
yaranmış bir tapmacaya diqqət edək: 
 
Üçü biz
ə yağıdı,   
Üçü c
ənnət bağıdı. 
Üçü yığar, gətirər,   
Üçü vurar, dağıdar. 
 
Bu tapmaca
nın köməyilə müxtəlif riyazi əməllər (Neçə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə