Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə32/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
108 
f
əsil var? Neçə  ay var? və  başqa  suallar  verməklə)  uşaqlar 
üçün asanlıqla aydınlaşdırıla bilər.   
B
əzən lətifələrdə  və  nağıllarda  riyazi  təfəkkür tələb 
ed
ən örnəklər verilir. Məsələn, bir lətifəyə nəzər salaq:    “Bir 
kişi dəvənin üstündə yolla gedirmiş. Görür ki, üç nəfər adam 
b
ərk mübahisə  edir.  Yaxınlaşıb  nə  üçün  onların  mübahisə 
etdiyini soruşur. Adamlardan biri deyir : 
– 
Biz  üç  qardaşıq.  Atamız  rəhmətə  getdi və  öz var-
dövl
ətini bölməyi bizə  belə  vəsiyyət etdi. Onun cəmi 17 
d
əvəsi var. Böyük oğula həmin dövlətin yarısı, ortancıla üçdə 
biri, k
içik oğula isə doqquzda biri çatmalıdı. İndi heç cür bu 
d
əvələri atamızın vəsiyyət etdiyi qaydada bölə bilmirik.   
Kişi dedi:   
– Dava etm
əyin, mən vəsiyyətə uyğun bölərəm. Mənim 
d
əvəmi də on yeddi dəvənin üzərinə gəlin. Elədi on səkkiz. 
Onun  yarısı, yəni doqquzu  böyük  oğulundur,  götürsün. 
Ortancıl üçdə birini almalıdır. On səkkizin üçdə biri altı edər. 
Onu d
ə  ikinci  oğul  götürsün.  Üçüncü  oğul  doqquzda  birini 
götürm
əlidi. On səkkizin doqquzda biri iki dəvə  edər. 
Bel
əliklə, doqquz dəvə böyük oğulun, altısı  ortancılın,  ikisi 
kiçik  oğulun,  cəmi on yeddi dəvə  edir. Mən də  öz dəvəmi 
götürüb yoluma davam edir
əm”. 
Bu folklor m
ətni  başdan-başa  riyazi  əməllər  əsasında 
yaranmışdır,  daha  doğrusu,  riyazi biliklərin  inkişafı  üçün 
n
əzərdə tutulmuşdur.    
Başqa  bir  lətifəyə  diqqət edək. Molla Nəsrəddindən 
soruşurlar  ki,  göydə  neçə  ulduz var? Deyir  ki,  başımdakı 
tükün  sayı  qədər.  Əslində  bu lətifədə  sonsuzluq  haqqında 
ilkin anlayışlar öz əksini tapıb. 
Riyaziyyat m
əntiqi təfəkkürün  inkişafını  sürətləndirən 
elm sah
əsidir. Xalq müdrikiliyi bu gerçəyi qəbul edərək, 


Folklorşünaslığa giriş   
 
 
109 
riyazi bilikl
ərin inkişafına təkan verəcək məqamların folklor 
m
ətnlərində yer almasına diqqət yetirmişdir. Bu  məlumatlar 
kiçik  yaşlı  uşaqların  riyazi  biliklərinin  artması  ilə  yanaşı 
m
əntiqi  düşüncələrinin də  inkişafına  təkan vermək üçün ən 
göz
əl vasitələrdən biridir. Məsələn, nağıl sonlarında  işlənən 
“Göyd
ən  üç  alma  düşdü,  biri  mənim, biri özümün, biri də 
nağıl söyləyənin” , “Siz yüz yaşayın, mən iki əlli” kimi final 
formulları  məhz bu məqsədə  xidmət etməkdədir və  xalq 
müdrikliyinin ifad
əsidir.   
Bel
əliklə, riyaziyyat və  ya daha dəqiq desək, riyazi 
t
əfəkkür folklor mətni üçün nə qədər önəmlidirsə, folklor da 
riyazi bilikl
ərin inkişafı üçün bir o qədər gərəklidir. Belə ki, 
uşaqlara  məktəbəqədər tərbiyə  müəssisələrindən  başlayaraq 
riyazi bilikl
ər folklorun köməyi ilə – müxtəlif nəğmə, sana-
ma, tap
maca, nağıl və s., ən əsası isə oyunlar vasitəsilə öyrə-
dilm
əlidir. Belə əylənərək sayların, riyazi əməllərin öyrədil-
m
əsi  onların  mənimsənilməsini  asanlaşdırır  və  bu biliklərin 
yaddaşda əbədi yaşaması ilə nəticələnir. Riyaziyyat fənninin 
t
ədrisində folklordan istifadə həm də dərsin maraqlı keçmə-
sini t
əmin edir. 
Kiçik yaşlı uşaqlara bu biliklərin əzbərçiliklə deyil, əy-
l
əncə  ilə  birlikdə  mənimsənilməsi  daha  çox  faydalı  olduğu 
heç kim
ə sirr deyil. Xarici ölkələrdə bu təcrübə geniş istifadə 
olunmaqdadır.  Məsələn,  Böyük  Britaniyada  uşaqlar  üç  ya-
şından məktəbə gedirlər və ilkin biliklər onlara əsasən mah-
nılar, tapmacalar,  nağıllar, düzgülər, sanamalar, atalar söz-
l
əri, nağıllar, oyunlar və sairəyə əsasən, yəni folklorun kömə-
yi il
ə öyrədilir.   
Son ill
ərdə əvvəlki dövrlərdən fərqli olaraq folklor söy-
l
əyicilərinin və onların auditoriyasının yox olmağa doğru get-
diyi bir vaxtda bu üsul,  bir t
ərəfdən,  tədrisin səmərəliliyini 


Almaz H
əsənqızı                                                   
 
 
110 
artırırsa, digər tərəfdən, xalq ədəbiyyatı örnəklərinin qorun-
masına xidmət edir. Belə bir metodun (riyaziyyatın folklorla 
qarşılıqlı əlaqədə öyrədilməsi) Azərbaycanda da geniş yayıl-
masına ehtiyac olduğunu qeyd etməliyik.   
 
 
 
 
 
 


Folklorşünaslığa giriş   
 
 
111 
 
 
 
FOLKLOR VƏ XALQ TƏBABƏTİ 
 
 
M
əlumdur ki, folklorun  ən qədim  janrlarından  olan 
inanc, ovsun,  türk
əçarələr xalq təbabətilə  birbaşa  bağlıdır. 
Maraqlıdır ki, bütün dünya xalqlarının folklorunda “əcəldən 
qaçma”,  başqa  sözlə  desək,  əbədi həyat  axtarışları  mühüm 
yer tutur. 
İsgəndərlə Xızırın dirilik suyu axtarması ilə bağlı 
m
əşhur əhvalatı xatırlayaq.     
Şumer dastanlarında  Gilqamışın  ölümsüzlük  çiçəyinin 
axtarışı zamanı ağır sınaqları dəf etməsi ilə bağlı əhvalatlar 
h
əyat uğrunda mübarizənin əbədi olacağına işarədir.   
Ümumiyyətlə,  ölüm  və  onun  sirləri  daim  insanları 
düşündürmüş, bu da folklor əsərlərində öz əksini tapmışdır. 
Nağıllarda  insanları  cavanlaşdıran  və  ya  ölümsüzləşdirən 
almalar, müxtəlif sehirlər, “Dədə Qorqud kitabı” nda Buğacı 
sağaldan  ana  südü,  Koroğlunu  qüvvətini  artıran  Qoşabulaq 
v
ə s. Azəbaycan türkünün fiziki sağlamlıqla bağlı xəyallarını 
göst
ərir. Digər tərəfdən, dədə-babalarımızın  “Qılınc  yarası 
sağalar, söz yarası sağalmaz” kimi ifadələri insan üçün mə-
n
əvi sağlamlığına verdiyi dəyəri ifadə edir. 
Folklor örn
əklərində  müxtəlif xəstəliklər  haqqında 
m
əlumatlar, hətta onların müalicəsilə bağlı müəyyən işarələr 
verilmişdir. Hər şeydən əvvəl,   
 
Əzizim olmayaydı, 
Saralıb solmayaydı, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə