Almaz H
əsənqızı
112
Bir ayrılıq,
bir ölüm,
Heç biri
olmayaydı, –
dey
ən babalarımız, ayrılıq və ölümdən əvvəl, xəstəliyin əsas
əlaməti olan saralıb solmaqdan uzaq bir həyat arzulamışlar.
Bir çox xalq ifad
ələri, folklor janrları bizə qədimdə
aparılan müalicələr haqqında təsəvvür yaratmağa yardım
edir. M
əsələn, “Azacıq aşım, ağrımaz başım” ifadəsi həm
h
əqiqi, həm məcazi mənada düşünülə bilər. Məlumdur ki,
m
əcaziləşmə sözün həqiqi mənasından törəmə nəticəsində
yaranan
bir prosesdir v
ə daha sonrakı zamanlarda meydana
g
əlir. İlk növbədə onun həqiqi mənasının yarandığını əgər
xatırlasaq, aydın olur ki, sağlam olmaq üçün az yemək
m
əsləhət görülür. Burada vaxtı ilə bütün xörəklərə “aş”
deyildiyini d
ə unutmamalıyıq. Çağdaş dünyamızda – XXI
əsrdə az yeməyin sağlamlıq üçün faydalı olması haqqında bu
q
ədər danışıldığı bir zamanda xalqın yaratdığı çox qısa,
lakin d
ərin mənalı bu ifadəyə heyrətlənməmək mümkün
deyil. T
əbii ki, daha sonralar bu ifadənin məcaziləşməsi
hadis
əsi baş vermiş, o, acgözlülüyə qarşı da işlədilməyə
başlamışdır.
“
Ağrımayan başına dəsmal bağlamaq” ifadəsi, əgər
h
əqiqi mənasında düşünsək, görünür ki, bu
gün də xalq ara-
sında geniş yayılan bir müalicə üsulunu özündə yaşat-
maqdadır.
Qızdırma
tutdu məni,
Tutdu, qurutdu məni.
O ki söz verdi, getdi,
Nə
tez unutdu məni
Bu bayatının ilk iki misrası qızdırma xəstəliyinin hələ
Folklorşünaslığa giriş
113
xeyli qədimdən məlum olduğunu ortaya qoyan faktlardandır.
Əlavə olaraq, həmin xəstəliyin əlamətinin verilməsi də
diqqəti cəlb edir. Başqa bir maraqlı örnəyə nəzər salaq :
Əlimi pıçaq kəsibdi,
Dəstə pıçaq kəsibdi.
Yağ gətirin yağlayaq,
Dəsmal verin, bağlayaq.
Bu gün,
bəlkə də, söz yığını kimi görünən bu parçada
xalq təbabətinin izi aşkar görünməkdədir. Ola bilsin ki, iti
əşyalarla kəsilən yaralar yağla müalicə edilmişdir. Bəlkə də,
dəsmalın yaraya yapışıb qurumasının qarşısını almaq məqsə-
dilə yağdan önləyici vasitə kimi istifadə olunmuşdur.
Qədim türklərin müxtəlif fiziki və zehni xəstəliklər
zamanı şamanların (xalq biliciləri) yardımından istifadə
etməsi faktları məlumdur. Sonrakı dövr xalq təbibləri də, bir
çox hallarda, şamanların müalicə üsullarından istifadə
etmişlər.
Ümumiyyətlə, müxtəlif xəstəliklərin təbii vasitələr –
cürbəcür otlar, ağac budaqları
və ya kökləri, müxtəlif heyvan
və quş ətlərilə müalicəsi hələ də xalq arasında tətbiq edil-
məkdədir. Bu vasitələr xalq arasında türkəçarə adlanır və
son illərdə aparılan bir sıra tədqiqatlarda onlar artıq folklor
hadisəsi kimi qəbul edilməkdədir. Xalq içərisində yaran-
ması, ənənəviliyi, əldə olunan təcrübənin nəsildən nəslə
ötürülməsi, atadan və ya yaxın əqrəbadan oğula keçməsi və
s. onun folklor mənşəli olmasını təsdiqləyən əlamətlərdən-
dir.
Məsələn, qızılgülün su ilə distillə edilməsi nəticəsində
xüsusi bir ma
ye hazırlanır və “gülab”(gül suyu) adı ilə is-
tifadə olunur. Hamı – körpə uşaqlardan ən yaşlı adamlara
Almaz H
əsənqızı
114
qədər bu sudan mədə sancıları zamanı sakitləşdirici kimi
istifadə edə bilir. Mədə-bağırsaq problemləri zamanı boy-
madərən çiçəyindən, yarpızdan, yaraların sağalması üçün
gül
sabah çiçəyinin yarpaqlarından, qulaq ağrıları zamanı
toyuq yağından, ağızda yaralar əmələ gələndə zəydən, diş
ağrıyanda qızdırılmış duzdan, qızdırma zamanı sirkədən və
s. dərman kimi istifadə halları bu gün də xalq arasında
yaşamaqdadır. Hətta bu türkəçarələr bölgələrə görə dəyişir.
Hər bir bölgənin özünəməxsus təbiəti, flora və faunası
olduğu kimi xəstəliklər zamanı istifadə etdiyi təbii dər-
manlar da fərqlənir. Məsələn, Ordubadda sarılıq xəstəliyinə
tutulanlara tısbağa əti, gec danışan uşaqlara bildirçin yumur-
tası, qan azlığı olanlara qara ciyər yedizdirilir və s.
Qeyd etmək lazımdır ki, Türkiyədə otlarla
müalicə
edənlərə otaçılar deyilir. Azərbaycanda bu ad işlənməsə də,
xüsusən rayon və kəndlərdə dərmansız – təbii yollarla mü-
alicəyə insanlar üstünlük verirlər.
Deyilənlərdən başqa, sınıqçılar, çöpçülər, mamaçalar
kimi məşhurlaşan insanlar tibb təhsili olmadan öz fəa-
liyyətləri ilə xalq arasında məşhurdurlar. Bu müalicə üçulları
ilə bağlı folklorda kifayət qədər məlumatlar vardır. Məsələn,
“
Boğazında tikə qaldı, çöpçü çağır, su düyünləndi, mürdəşir
çağır” ifadəsi maraqlı bir məsələni aydınlaşdırır. Su içərkən
t
ələsməməyə çağıran bu ifadədə, onun düyümlənməsinin
əlacı olmaması, hətta ölümə gətirə biləcəyi anlaşılmaqdadır.
Maraqlı bir fakt diqqəti cəlb edir. Məlumdur ki,
qədim dövrlərdə doğuşa yardım edən xüsusi qadınlar vardı,
Azərbaycanda onlara “əbəçi” deyilirdi. Həmin
sözün eti-
mologiyası ilə bağlı bir məqama diqqət edək Azərbaycanın
xalq yazıçısı Əzizə Cəfərzadə “Tarixi bayatılar” adlı təd-
qiqatında belə bir əhvalatı xatırladır: “Şirvan kəndlərinin