Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə34/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

Folklorşünaslığa giriş   
 
 
115 
birind
ə  gecələmişdim.  Qarı  xəstə  kişisinə  küpə  qoyurdu. 
Küp
əni xəstənin kürəyinə qoyanda belə bir ovsun oxudu:   
 
“Əmün, dəmün bu olsun,   
Axır qəmün bu olsun”, – 
 
Bir azdan ev sah
ibinin  çoban  oğlu  içəri girib salam-
k
əlamdan sonra anasına dedi:   
–  Ç
ər dəymiş  qoçun  quyruğunda  islahat  qoymayıb. 
Əmlədim. 
Yen
ə  də  “əm”  sözünü  eşidəndə  mənasını  soruşdum. 
Qarı dedi: “Yanı ki, qara nöyütnən dərmanlayb, daynan” .   
Dem
ək, haradasa, uzaq keçmişdə  bizim öz dilimizdə 
d
ərman “əm” adlanırmış, dərmanlamaq – əmləmək imiş. Qa-
rı bayaq: “Əmün bu olsun”, – deyəndə: “Dərmanın bu küpə 
olsun, sağalasan” – deyirmiş”.   
Əzizə xanımın verdiyi bu əhvalata əsaslanan    M.Adi-
lov “Əyləncəli dilçilik” kitabında “Əməçi” sözünü belə şərh 
edir: “... q
ədim şamanlar iki qrupa bölünürdülər ki, bunlar-
dan  bir  qismi  baxşı  (oxuyan  və  yazan), digər qrupu əmçi 
(h
əkim) adlanırdı”
98

Fikrimizc
ə, elə “əbəçi”(bəzən elə əbə də deyirlər) sözü 
d
ə “əməçi”nin fonetik cəhətdən (m-b əvəzlənməsi) dəyişmiş 
formasıdır və yalnız doğuşa yardım edənləri bildirmə məqa-
mında dilimizdə yaşamağa davam edir. 
İnsanlar  həm  də  ruhun,  mənəvi  dünyanın  sağlamlığı 
haqqında düşünmüş, yaratdıqları əsərlərdə bunu ifadə etmiş-
lər.  Qədim  türklər  üçün  ən  böyük  istək  azad  həyat  olmuş, 
sevgi,  məhəbbət  insan ruhunun əsas  dərmanı  kimi folklor 
                                                           
98
 
Musa Adilov. Əyləncəli dilçilik, Bakı: “Elm və təhsil”, 2014, s.23 


Almaz H
əsənqızı                                                   
 
 
116 
örnəklərində obrazlı şəkildə əks olunmuşdur: 
 
Qərənfiləm, dəstəyəm, 
Bülbüləm, qəfəsdəyəm. 
Gedin o yara deyin
Həsrətindən xəstəyəm, – 
 
örnəyində xəstəliyin səbəbi ayrılıqdır.  Maraqlıdır  ki,  burada 
h
əmin xəstəliyin  şiddətini göstərmək üçün qeyri-adi bir 
müqayis
ə  verilmişdir.  Dəstəyə  bağlanan  qərənfil və  ya qə-
f
əsdəki bülbül öz azadlığını itirərkən necə əzab çəkirsə, “ya-
ra h
əsrət qalan” insan da eyni acıları yaşayır. 
Aşıq  yaradıcılığında  eşq  dərindən “xəstə”  düşənlər 
haqqında  kifayət qədər örnək gətirmək  mümkündür.  Aşıq 
Ələsgərin məşhur “Düşdü” qoşmasını xatırlayaq: 
 
Ələsgərəm, hər elmdən halıyam,   
Göz
əl sən təbibsən, mən yaralıyam. 
Dedi: “N
işanlıyam, özgə malıyam”, 
Sındı qol-qanadım, yanıma düşdü.   
 
Bu 
şeirdə fövqəladə şirin bir dillə – obrazlı ifadələrlə 
sevgid
ən yaralanan bir qəlbin təbibi və  əlacı  ilə  bağlı  bir 
m
ənzərə yaradılmışdır.   
M
əhəbbət dastanlarında, bir qayda olaraq, buta verilən 
bütün q
əhrəmanlar ilk olaraq özlərindən  gedir,  ağır  xəstə-
l
ənirlər. Onlara buta ilə yanaşı, aşıqlıq da verilir və bu qəh-
r
əmanlar dərdlərini sazla söyləyə bilirlər. Bu da türk xalqı-
nın mənəvi ucalığını göstərən əlamətlərdən biridir.   
Xalq t
əbabətindən  danışılarkən, ocaq, pir, məqbərə, 
gümb
əz və s. müxtəlif adlarla tanınan müqəddəs məkanlara 


Folklorşünaslığa giriş   
 
 
117 
olan inanclar n
əzərdən  qaçırılmamalıdır.  Bir  çox  xəstə-
likl
ərin,  ağır  dərdlərin  əlacını  əsrlərdir ki, müqəddəsləşmiş 
m
əkanlarda arayan Azərbaycan türkləri  arasında  bu  müna-
sib
ətlə bir çox dini əhvalatlar, söyləmələr meydana gəlmişdir 
ki, bu da dini r
əvayətlər, mənqibələr kimi folklor janrlarının 
yaranması ilə nəticələnmişdir. Uzun illər sovet ideoloji sis-
teminin ateist t
əbliğatına baxmayaraq, Azərbaycan xalqı mü-
q
əddəs hesab etdiyi insanlar (övliya, seyid) və məkanlar (pir, 
ocaq, gümb
əz, məqbərə) ilə  bağlı  inanclarını  qorumuşlar, 
lakin, t
əəssüf ki, yaranan dini rəvayətlər, mənqibələr senzura 
basqısı  üzündən  toplanmamış,  nəşr  olunmamış,  əksəriyyəti 
unudulmuşdur.   
Maraqlıdır ki, Azərbaycanda yasaqlandığı həmin dövr-
d
ə  mühacirətdə  müəyyən qədər bu sahəyə  diqqət yetiril-
mişdir. Belə ki, Əhməd Cəfəroğlunun “Azəri türk həyatında 
batil  etiqadlar ”, “Türkl
ərdə  sehirli  daş  təlaqqisi ”  əsərlə-
rind
ə, İren Melikoffun    “Halva qutsallığı və halva dağıtma 
ənənəsi: ortaçağ Türkiyəsində məslək loncalarında bir uyğu-
lama üz
ərinə araşdırma” (“Le rituel du Helva: recherche sur 
une cotume des corporations de Metier dans la Turquie 
medievale”) m
əqalə və   müsahibələrində, Zeynal A.Sarayın 
“Az
ərbaycanın gözəl sənətləri haqqında” və s. məqalələrində 
müxt
əlif müqəddəs məkan və insanlar haqqında məlumatlar 
veril
mişdir. 
Başqa  bir  maraqlı  fakt  diqqəti cəlb edir. Azərbaycan 
nağıllarının bir çoxunda təbib və ya loğman obrazına təsadüf 
edilir. B
əzən padşahların sevimli qızının xəstəliyinin əlacını 
tapmaq v
əzifəsi  nağıl  qəhrəmanının  üzərinə  düşür  və  o bir 
çox ç
ətin tapşırıqları yerinə yetirərək buna nail olur. Ayrıca   
“Loğman”  adlı  müxtəlif  varintlarda  nağıl  olduğunu  da 
xatırlatmalıyıq. Ümumiyyətlə, loğman bir mifik obraz –xalq 


Almaz H
əsənqızı                                                   
 
 
118 
h
əkimlərinin ümumiləşmiş simvolu kimi folklor mətnlərində 
yaşamaqdadır. 
Xalq t
əbabətinin bir istiqaməti də nəzərdəymələrə qarşı 
aparılan mübarizə metodlarıdır. Bu zaman ən çox üzərlikdən 
istufad
ə olunur və həm də xüsusi ovsun oxunur: 
 
Çıxdım Savalanın başına, 
Dedim, ya M
əhəmməd, ya Əli, 
Dedi, n
ədir, ey biçarə,   
Dedim, n
ədir bu dərdə çarə? 
Dedi, çörlü-çöplü üz
ərlik,   
Başı börtlü üzərlik. 
Üz
ərliksən, havasan,   
Min bir d
ərdə davasan, 
S
ən ki dünyada varsan,   
Qada, bala qovarsan. 
Üz
ərliklər çırtdasın, 
Yaman gözl
ər pırtlasın! 
 
B
ədnəzərlə bağlı xalq ədəbiyyatında, o cümlədən aşıq 
yaradıcılığında  kifayət qədər nümunə  vardır.  Qurbaninin 
m
əşhur şeirindən bir örnəklə kifayətlənirik: 
 
Sallana-sallana g
ələn Salatın,   
G
əl, belə sallanma, söz dəyər sənə. 
Al-
yaşıl geyinib, durma qarşımda, 
Sakın bədnəzərdən, göz dəyər sənə. 
 
Uşaq oyunlarının mühüm bir qismi onların fiziki sağ-
lam böyüm
əsini təmin etmək məqsədilə  yaranmışdır.  Cəld-
lik, çeviklik, düzgün m
əntiqi  yanaşma  tələb edən oyunlar 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə