Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə36/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
124 
variant
larından birində Qərib doğma yurdu Təbrizi belə vəsf 
edir: 
T
əbrizin ətrafı bağdı, meşədi, 
İçində oturan bəydi, paşadı, 
S
əkkiz yüz məhəllə, dörd yüz küçədir, 
Çarşısı, bazarı yüzdür Təbrizin. 
 
Göründüyü kimi, b
əzən folklor mətni yalnız müəyyən 
bir coğrafi ərazinin adını verməklə kifayətlənmir, həmin əra-
zi il
ə bağlı digər məlumatları da özündə əks etdirir. Verilən 
m
əlumatlar bu ərazilərin söylənilən dövrlə  bağlı  mənzərəni 
aydınlaşdırdığı üçün əsər folklorşünaslıq üçün olduğu qədər 
dig
ər elm sahələri üçün də əhəmiyyət qazanır.   
Ümumiyy
ətlə,  coğrafi  məlumatlar bir çox folklor  ör-
n
əklərində, xüsusən epik mətnlərdə öz əksini tapır. Lakin bu 
iki anlayışın tamamilə bir-birini əvəz etdiyini düşünmək sa-
d
əlövhlük olardı. Əfzələddin Əsgər “Oğuznamədə epik coğ-
rafiyanın transformasiyası” adlı tədqiqatında    tarixi və epik 
coğrafiya  arasındakı  fərqləri belə  şərh  etmişdir:  “...  şifahi 
epik m
ətndə  coğrafiyanın  gerçəkləşməsi müəyyən qanuna-
uyğunluqlara tabedir. Unutmaq olmaz ki, heç bir dastanda 
sosiumun coğrafiyası xüsusi şəkildə təsvir olunmur”
101

Bel
əliklə, epik mətnlərdə  dəqiq  tarixi  coğrafi  məlu-
matların  deyil,  xalqın  yaddaşında  yaşayan  məkanların  əks 
olunduğu qeyd edilmişdir. Folklor və coğrafiyanın nə qədər 
bir-biril
ə əlaqədə olmasına baxmayaraq, qədim abidələrə, o 
cüml
ədən  ana  kitabımız  “Dədə  Qorqud”a bu istiqamətdə 
yanaşılmalıdır.
                                                           
101
 
Əfzələddin  Əsgər.  Oğuznamədə  epik  coğrafiyanın  transformasi-
yası, “Elmi axtarışlar”, Bakı: Nurlan, 2008, sayı 2, s.26 


Folklorşünaslığa giriş   
 
 
125 
 
 
 
FOLKLOR VƏ DİN 
 
 
Xalq yaradıcılığı məhsulu olduğu üçün  folklor  örnək-
l
əri  xalqın  inanclarından,  mənəvi  dünyasından  ayrı  yaşaya 
bilm
əz. Hətta  bu gün də  hər  hansı  bir  toplumun  əski dün-
yagörüşlərini öyrənmək üçün, fikrimizcə, ən  əsas vasitələr-
d
ən biri folklor olaraq qalır.   
Dünya dinl
ərilə bağlı çox maraqlı tədqiqatların müəllifi 
Mircea  Eliade   “Dins
əl inanclar və  düşüncələr tarixi”  əsə-
rind
ə yazır: “Kültürün ən arxaik dövründə insan olaraq yaşa-
maq  özlüyünd
ə  bir dinsəl  əyləmdir; çünki bəslənmənin
cins
əl  hayatın  və  çalışmanın  ayin  qədər  bir dəyəri  vardır. 
Başqa bir deyişlə insan olmaq – ya da insan halına gəlmək – 
“dinl
ə əlaqədə” olmaq deməkdir”
102

Bel
əliklə,  insanın  özünü  dərk etdiyi ilk gündən dinlə 
bağlı olduğunu düşünmək mümkündür. İbtidai dövrün insan-
ları  təbiətdə  baş  verən müxtəlif hadisələri tam mənası  ilə 
d
ərk edə bilmədiyi üçün onları müqəddəsləşdirmiş, beləliklə, 
ilk  inanclarla  bağlı  kultlar  meydana  gəlmişdir.  Onlar haq-
qında xalq yaradıcılığı ilə bağlı aparılan tədqiqatların əksə-
riyy
ətində bəhs edilmişdir. Beləliklə, qısa şəkildə onların bə-
zil
əri–animizm, totemizm, fetişizm, antropomorfizm haqqın-
da m
əlumat verək.   
Animizm  –  h
əm  canlı, həm də  cansız  aləmin ruhu 
                                                           
102
  Eliade Mir
cea. Şamanizm (Le Chamanizme), Fransızcadan çeviren: 
İsmet Birkan, Ankara: İmge kitapevi, s.11 


Almaz H
əsənqızı                                                   
 
 
126 
olduğunu  qəbul edən  arxaik  inanc  sistemidir.  Bu  baxışa 
əsasən insan öldükdən sonra da ruhu yaşayır. Bundan əlavə, 
bitki, heyvan v
ə  quşların  ruhunun  olmasına  da  inanılır. 
Antropoloji n
əzəriyyənin  əsas nümayəndələrindən  olan  
E.Taylor  “ibtidai animizm ” 
anlayışını  elmə  daxil  etmişdir. 
Taylor 
dinin yaranması ilə bağlı  öz  animistik  nəzəriyyəsini 
etnoqrafik v
ə  tarixi  materialların  müqaysəsinə  dayanaraq 
animizmin yer kür
əsində yayılması və təkamülünün nəticəsi 
kimi 
əks etdirmişdir”.
103
 
Qeyd etm
ək lazımdır ki, şamanizmdə bu baxışların izi 
yaşamaqda davam etmişdir.   
Antropomorfizm  –yunan sözüdür –  anthropos–  insan, 
morphe – forma dem
əkdir, insana məxsus əlamətlərin təbiə-
tin üz
ərinə köçürülməsi mənasında işlədilir. Bu inanca görə, 
insanlara m
əxsus xüsusiyyətlər  cansız  əşyalara  (dağ,  ağac, 
daş  və  s.),  heyvanlara,  quşlara  aid  edilir.  Həmin  baxışların 
izi bu gün d
ə folklor mətnlərində yaşamaqda davam edir.   
Totemizm  –  Bu inanca gör
ə, insanlar özlərinə  aid 
olduqları  təbiətin  ayrılmaz  bir  parçası  kimi  yanaşırlar.  Ona 
gör
ə də təbiət – heyvan və ya quş, bəzən bitki etnosun ilkin 
əcadadı hesab edilir. Məsələn, ilan, qartal, inək və s. Müx-
t
əlif etnoslar üçün əcdad qəbul edilir. Xatırladaq ki, türklər 
öz 
əcdadlarını boz qurdla bağlayırlar. 
Fetişizm – bəzi əşyaların müqəddəs hesab edilməsi ilə 
bağlı  baxışlardır.  Məsələn,  ocaq,  dağ,  bəzən  ağac  və  s. 
müq
əddəsləşdirilirdi. Dinin arxaik formasıdır, bütlərə sitayiş 
d
ə onun bir nümunəsidir. 
                                                           
103
Тайлор  Э.  Первобытная  культура  http://kulturoznanie.ru/?-
div=tailor   
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə