Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə38/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
130 
əski dinlərin nağıllardakı izlərilə bağlı yazır: “Nağıllar həm 
əski zamanların dinini və bu dinlərin necə olduqlarını, həm 
d
ə keçmiş zamanlarda yaşayanların ədəbiyyatını, hüquqlarını 
yazılmış  tarixlərdən  daha  çox  anladır.  Nağıl  dediyimiz  şey 
h
ər millətin dönən  aynasıdır.  Bu  aynaya  baxacaq  olursaq 
h
əm  əskilərin ibadətlərini, həm də  əski  zamanlarımızın 
əxlaqını görmüş oluruq”
108

İslam  dininin  qəbul edilməsi folklor mətnlərinə  ciddi 
şəkildə  təsir göstərmişdir.  Bircə  faktı  demək, fikrimizcə, 
kifay
ətdir ki, Türkiyədə dastan yaradıcılığı tədqiqatlarda əsa-
s
ən– islamdan əvvəl və islamdan sonra olaraq iki mərhələdə 
araşdırılır.  Bu da, təbii ki, həmin mətnlərə  islami 
elementl
ərin təsiri ilə bağlıdır. 
Az
ərbaycanda sovet hakimiyyətinin məlum ateist 
t
əbliğatı  nəticəsində  bir  sıra  hallarda  folklor  mətnlərindəki 
islam dini il
ə  bağlı  məqamlar uzun illər  senzura  basqısı 
n
əticəsində  ixtisar  edilmişdir.  Bundan  əlavə, dini məra-
siml
ər,  peyğəmbərlər, seyidlər, övliyalar və  sairə  ilə  bağlı 
yaranan m
ətnlər,  xalq  arasında  hər  zaman  yaşamasına 
baxmayaraq,  t
ədqiqatlardan kənarda qalmışdır. Lakin Azər-
baycandan k
ənarda  yaşayan  ziyalılar  bu  mövzunu  diqqətdə 
saxlamışlar.  İren  xanım  Melikoffun  “Türk dastan ədəbiy-
yatında Kərbəla olayı” (“Le drame de Kerbela dans la litte-
rature  epique  turque”),  “Halva  qutsallığı  və  halva  dağıtma 
ənənəsi: ortaçağ Türkiyəsində məslək loncalarında bir uyğu-
lama üz
ərinə araşdırma” (“Le rituel du Helva: recherche sur 
une cotume des corporations de Metier dans la Turquie 
medievale”) , “Anadolu türkl
ərinin dinsəl-qəhrəmanlıq 
                                                           
108
 
İgnacz  Kunos.  Türk  halk  edebiyatı,  İstanbul:  Kervan  kitabçılık, 
1978, s.113 


Folklorşünaslığa giriş   
 
 
131 
m
ətnlərində  simvollaşan  saylar”  (“Nombres sumbokiques 
dans la litterature    epico-religieuse. De Turcs d “Anatolie”) 
v
ə  s.,  Əhməd Cəfəroğlunun  “Azəri-türk həyatında  batil 
inanclar”, S
əlim Rəfiq Rəfioğlunun  “Azərbaycan və  Ana-
dolu xalq hekay
ələrinin təhlili və müqayisəsi” və başqa təd-
qiqatlarda folklor v
ə  din münasibətlərinə  aydınlıq  gətiril-
mişdir.   
Maraqlıdır ki, mühacirətdə hətta dini təriqətlərə diqqət 
yetirilmişdir.  Bu  cəhətdən  İren  Melikoffun  fəaliyyəti xüsu-
sil
ə qeyd edilməlidir, o, bəktaşi-ələvi inancları ilə  bağlı bir 
sıra  ciddi  araşdırmaların  müəllifidir.  Onun  yaradıcılığında 
Hacı  Bektaş  Vəli,  İmadəddin Nəsimi,  Şah  İsmayıl  Xətayi, 
M
əhəmməd  Füzuli,  Pir  Sultan  Abdal  kimi  şəxsiyyətlərin 
h
əyat və  fəaliyyətləri fərqli  bir  şəkildə  təhlilə  cəlb edil-
mişdir.  İren  xanım  bəktaşı-ələvilərlə  bağlı  araşdırmalarını 
yalnız dünya elmi nəzəriyyələrinə dayanaraq aparmamış, də-
f
ələrlə “Qırxların cəmi”ində (ələvi məclislərində) özü iştirak 
etmiş,  onların  fəaliyyətinin  canlı  şahidi  olmuşdur.  Bundan 
əlavə, dünyanın bir sıra ölkə və şəhərlərində – Balkanlarda, 
Türkiy
ənin  bir  sıra  bölgələrində, Azərbaycanda,  İranda  və 
başqa yerlərdə  müxtəlif təriqətlərin nümayəndələrilə  görüş-
müş,  “Qırxların  cəmi” ilə  bağlı  maraqlı  müqayisələr apar-
mışdır.     
Az
ərbaycanda son illərə  qədər  ələvi-bəktaşi  inancları 
il
ə bağlı, demək olar ki, tədqiqat aparılmamışdır. Bunun bir 
sıra  səbəbləri vardır.  Əvvəla, sovet hakimiyyəti illərində 
dövl
ətin yürütdüyü ateist təbliğata  uyğun  gəlmədiyinə  görə 
bu mövzuya diqq
ət yetirilməmişdir.  Digər tərəfdən,  ələvi-
b
əktaşiliyin Azərbaycanda geniş yayılmaması da ona mara-
ğın az olmasına gətirib çıxarmışdır. Maraqlıdır ki, İren xa-
nım Bakıda olarkən Buzovna kəndindəki “Əli ayağı” pirində 


Almaz H
əsənqızı                                                   
 
 
132 
keçiril
ən “qırxların cəmi”ində iştirak etmiş, bu haqda məqa-
l
ə və müsahibələrində məlumat vermişdir. 
Xatırladaq  ki,  Qızılbaşlar  tanrını  Əlinin  simasında   
“t
əcəlli” etdiyinə inanırlar. İren Melikoff əslində iki Əlinin 
ol
duğunu qeyd etməkdədir. Biri Həzrət Əli, yəni tarixi şəx-
siyy
ət, digəri isə  ələvilərin  tapındıqları  Əli.  İren  xanım  bir 
çox t
ədqiqatlarında  ələvilər  üçün  Əlinin  Göy  Tanrını  əvəz 
etdiyini söyl
əməkdədir. 
Folkor v
ə din, onun ayrı-ayrı təriqətlərinin münasibəti 
geniş  bir  tədqiqat mövzusudur və  öz  araşdırıcısını  gözlə-
m
əkdədir.  Azərbaycanın  ayrı-ayrı  bölgələrindəki müqəddəs 
sayılan  məkanlar və  onlarla  bağlı  yaranan  folklor  mətnləri  
(inanclar, 
əfsanə, rəvayət, mənqibə  və  s.)  toplanmalı,  nəşr 
edilm
əli və təhlillərə cəlb olunmalıdır.   
Bundan 
əlavə, dini mərasimlər və  onların  keçirilməsi 
zamanı yerinə yetirilən ayinlər, oxunan nəğmələr, göstərilən 
tamaşalar  (şəbihlər)  folklorşünaslıq  baxımından  ayrıca  təd-
qiq edilm
əlidir. Bu istiqamətdə aparılan araşdırmalar folklor 
m
ətnlərində  islam dinilə  bağlı  olan  bir  çox  məqamların 
d
əqiqləşdirilməsi  üçün  faydalı  olacaqdır.  Eyni  zamanda, 
ilahiyyatçılar  üçün  folklor  mətnləri  əvəzsiz mənbə  olaraq 
qalmaqdadır.   
 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə