Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   2   3   4   5   6   7   8   9   ...   74

Folklorşünaslığa giriş   
 
 
11 
Bel
əliklə, müəllif hələ də gələcək araşdırıcılarının inti-
zarında  olan  zəngin mühacirət irsinin layiqincə  öyrənil-
m
əməsini nəzərdə tutur ki, bu məqamda ona haqq verməmək 
mümkün deyil.   
Qeyd etm
ək lazımdır ki, elmi ictimaiyyətə təqdim olu-
nan bu kitabda, yuxarıda deyilənlər nəzərə alınaraq, Güney 
Az
ərbaycanda və mühacirətdə folklorla bağlı yaranan tədqi-
qatlara üstünlük veri
lmişdir.   
Son ill
ərdə  ali və  orta məktəblərdə  yeni tədris üsulla-
rından  istifadə  zamanı,  innovativ  metodların  tətbiqi prose-
sind
ə fənlərarası əlaqələrin genişləndirilməsi məsələsinə xü-
susi diqq
ət yetirilməkdədir. Məhz bu nəzərə  alınaraq,  indi-
y
ədək yazılan dərsliklərdə ötəri şəkildə bəhs olunan bir mə-
s
ələ – folklorun digər elmlərlə əlaqəsi problemi bu kitabda 
f
ərqli bir şəkildə – daha geniş şərh edilmişdir.   
Bu  d
ərs vəsaiti  humanitar fakültələrin bakalavr pillə-
sind
ə  təhsil alan tələbələr üçün nəzərdə  tutulmuşdur,  lakin 
ondan 
folklorla bağlı araşdırma aparan tədqiqatçılar, həmin 
f
ənni tədris edən mütəxəssislər də istifadə edə bilərlər.   
G
ələcəkdə  bu  kitab  təkmilləşdiriləcək,  yəqin ki, daha  
mük
əmməl yeni nəşrləri meydana çıxacaqdır. Odur ki, müəl-
lif irad v
ə  təkliflərini bildirəcək mütəxəssislərə  əvvəlcədən 
öz t
əşəkkürünü bildirir. 
 


Almaz H
əsənqızı                                                   
 
 
12 
 
 
FOLKLOR NƏDİR?
 
 
 
Bu sual artıq iki əsrə yaxındır ki, bir çox tədqiqatçıları 
düşündürmüş  və  ona müxtəlif  şəkildə  cavablar  verilmişdir.   
Lakin bu müxt
əlifliyin içərisində  bir ana xətt  –  folklorun 
xalq  yaradıcılığı  olması  qənaəti  bütün  araşdırıcılar  tərə-
find
ən birmənalı şəkildə qəbul edilməkdədir. Obrazlı desək, 
h
ər bir xalqın folkloru onun qan yaddaşı, əcdadlarının əbədi 
var olan
, yaşayan ruhudur. 
Görk
əmli Azərbaycan alimi Əhməd Cəfəroğlu folkloru 
h
ər bir millətin varlığı kimi dəyərləndirirdi: “Folkloru qısaca 
t
ərif etmək  lazım  gələrsə, hər millətin  tam  özü  olduğunu 
q
ətiyyətlə  söyləyə  bilərik. Çünki folklorsuz bir millət 
t
əsəvvür etmək imkanı yoxdur. Əsrlər boyunca bir millətin 
h
əyatilə  bərabər  inkişaf  edən və  ağızdan-ağıza  nəql vasi-
t
əsilə  bizə  qədər gəlib çatan bu ədəbiyyat növü daima onu 
yaradan mill
ətin səviyyəsi, dərəcəsi və  mənəvi həyatına 
bağlı  qalmışdır.  Xüsusən, türklər kimi fövqəladə  geniş  bir 
coğrafi sahəyə yayılan millətlərdə folklor fövqəladə  zəngin 
v
ə  millətin  əsl özünü və  keçmişini  tanıdacaq  bir  çox  ün-
sürl
əri bəsləməkdədir”
8
.   
Əslində  Avropada  meydana  çıxan  və  XIX  əsrin orta-
larında  ilk  dəfə  ingilis alimi və  arxeoloqu Uiliyam Con 
Tomsun  (William Chon Thoms) 
işlətdiyi “folklor” sözünü 
h
ərfən tərcümə etsək, “folklore” – “xalq müdrikliyi” mənası 
                                                           
8
 
Ahmet  Caferoğlu.  Folklorumuzda  milli  hayat  ve  dil  bakiyeleri, 
C.H.P, Konferanslar serisi, Kitap 16, İstanbul: 1940, s.21 


Folklorşünaslığa giriş   
 
 
13 
verm
əkdədir.  U.Toms  bu terminlə  yanaşı,  onun  atalar  söz-
l
ərini, inancları, balladaları və s. əhatə etdiyini bildirmişdi.   
Maraqlıdır  ki,  Türkiyədə  ilk olaraq  1913-cü ildə  “Pe-
yam” q
əzetində  Rza Tofiq “Folklor”  adlı  məqalə  yazmış, 
1914-cü ild
ə  isə  Mehmet Fuad Köprülü “Yeni bir elm: 
xalqiyyat: folk-
lore”  adlı  məqalələrində  bu termindən isti-
fad
ə etmişlər
9

Ziya Göyalp “Türkçülüyün 
əsasları”  kitabında  folk-
lorun  qarşılığı  kimi  anlaşılan  “xalqiyyat” kəlməsindən isti-
fad
ə  etmişdir.  Pertev  Naili  Boratav  da  “folklor”  sözünün 
xalq yaradıcılığını tam əhatə etmədiyini qeyd etmiş və “xalq 
bilimi” terminini daha münasib 
olduğunu bildirmişdir
10

Bel
əliklə, bu kəlmə  XIX  əsrdən  işlədilməyə  başlamış, 
az bir zaman iç
ərisində  dünyada  geniş  yayılan  beynəlmiləl 
söz
ə çevrilmişdir. Qeyd etmək lazımdır ki, “folklor” termini 
Az
ərbaycan alimləri tərəfindən XIX əsrdən  işlədilməyə 
başlamışdır.  İlk olaraq məşhur  Azərbaycan  alimi  Əhməd 
Ağaoğlunun yazılarında bu sözə təsadüf edilməkdədir. Mə-
lumdur ki, 1891-ci il 5-12 sentyabr tarixind
ə  Londonda 
Şərqşünasların  IX konqresi  keçirilmiş  və  orada  Ə.Ağaoğlu 
fransız dilində “Şiə dinində məzdəki inancları” adlı məruzə 
il
ə çıxış etmişdir. Şərqşünasların diqqət və marağına  səbəb 
olmuş  bu  məruzə  Kembric Universitetinin xətti ilə  ingilis 
dilin
ə tərcümə edilərək yayınlanmış, müəllif İran şahının xü-
susi h
ədiyyəsinə layiq görülmüşdür
11

                                                           
9
  Erman Artun. Türk halkbilimi. Adana: Karahan kitabevi, 2013, s.21 
10
  Pertev Naili Boratav. 100 soruda T
ürk  halk  edebiyatı,  İstanbul: 
Gerçek Yayın Evi, 1973, s. 11 
11
 
Əhməd Ağaoğlu. İran və inqilabı, Bakı: Azərnəşr, 2009, s.5 


Almaz H
əsənqızı                                                   
 
 
14 
  H
əmin konqreslə  bağlı  geniş  təəssüratları  Əhməd 
Ağaoğlu 1892-ci ildə “Qafqaz” (“Kavkaz”) qəzetində “Şərq-
şünasların  konqresində”  adlı  məqaləsində  nəşr  etdirmişdir. 
M
əqalədə  müəllifin bir qeydi  diqqəti cəlb edir.  Ə.Ağaoğlu 
yazır:  “Cənab Teylordan sonra  qraf de Qubernatis “Xalq 
nağıllarında  əsatirlərin  rolu”  haqqında  məruzə  oxudu. Özü 
d
ə  o, bölməyə  təklif etdi ki, müntəzəm  olaraq  Şərq folk-
lorunu (folk-lore), y
əni  xalq  poeziyasını,  nağıllarını,  atalar 
sözl
ərini və s. toplamaq üçün xüsusi komissiya təşkil etsin. 
Bu t
əklif yekdilliklə qəbul olundu”
12
.   
Bu fikirl
ər bir neçə  cəhətdən  maraq  doğurur.  Əvvəla, 
Ə.Ağaoğlunun  “folklor” sözündən  sonra  bu  şəkildə  izahat 
verm
əsi həmin sözün hələ  Azərbaycanda və  Qafqazda po-
pulyar  olmadığını,  yeni-yeni  işlənməyə  başladığını  göstər-
m
əkdədir. Digər tərəfdən, belə bir mötəbər yığıncaqda folk-
lorl
a  bağlı  xüsusi  komissiyanın  yaradılması  Şərq mədəniy-
y
ətinə  Qərbin  marağını  təsdiq etməklə  yanaşı,  xalq  yara-
dıcılığına  olan  diqqəti də  sübuta  yetirir.  Ə.Ağaoğlunun 
m
əqaləsində bu faktı ayrıca xatırlaması gənc alimin özünün 
d
ə folklora olan maraq və diqqətindən irəli gəlir. 
V
ar olduğu bütün zamanlarda    – keçmişdə, bu gün və 
g
ələcəkdə  xalqın  yaratdığı  mədəniyyətin hər bir qolu folk-
lorun t
ədqiqat obyektidir.  Xalq tərəfindən  yaradılan  hər nə 
varsa,  “folklor”  termini iç
ərisində  təhlilə  cəlb edilə  bilər.   
Folk
lorşünaslıq  məhz bu mədəniyyəti  yalnız  öyrənməklə 
qalmır,  eyni  zamanda,  onu  yenidən  xalqa  qaytarır,  yəni bir 
çox hallarda itm
əsinin,  yaddaşlardan  silinməsinin  qarşısını 
                                                           
12
 
Əhməd  Ağaoğlu.  Şərqşünasların  konqresində, “Mədəniyyət dün-
yası”, XI buraxılış, Bakı: ADMİU, 2006, s. 16 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə