Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə40/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

Folklorşünaslığa giriş   
 
 
137 
 
 
 
FOLKLOR VƏ PSİXOLOGİYA 
 
 
Dünya
nın  müxtəlif xalqlarının  mifoloji mətnləri  ara-
sındakı  bənzərlik və  ya  yaxınlıq  iki  əsrə  yaxındır  ki,  filo-
loqların, dilçilərin olduğu qədər, psixoloqların diqqətini cəlb 
etm
əkdədir. Bu oxşarlıq müxtəlif mülahizələrin, o cümlədən, 
bir  sıra  –  mifoloji  (xalqların  qohumluğu),  iqtibas (mədəni-
iqtisadi 
əlaqələr), antropoloji (ətraf aləmə  eyni  şəkildə  ya-
naşma) və s. nəzəriyyələrin yaranması ilə nəticələnmişdir.   
Folklor  xalq  düşüncəsi  və  ya daha dəqiq desək, 
etnosun özü ol
duğu üçün sosial psixologiya ilə sıx bağlıdır. 
T
əkcə  bu faktı  demək kifayətdir ki, dünyaca məşhur  alim-
l
ərin  –  Ziqmund Freyd, Karl Qustav Yunq və  başqalarının 
insan  psixologiyası  ilə  bağlı  tədqiqatlarından  folklorşünas-
lıqda, xüsusən izahı çətin olan mifoloji mətnlərin və ya ob-
razların şərhində geniş istifadə edilməkdədir. 
İnsan  psixologiyasını  öyrənən alimlərin  apardığı  bir 
sıra  araşdırmalarda  bəzi  qeyri-adi  məqamların  aydınlaş-
dırılması  zamanı  folklor mətnləri  açar rolunu oynayacaq 
q
ədər  diqqət  mərkəzində  olmuşdur.  Hətta folklor hadisəsi 
kimi 
yalnız  son illərdə  tədqiq edilməyə  başlanan  yuxu  və 
yuxuyozmalara ilk olaraq psixoloqlar diqq
ət  yetirmişlər. 
Bel
ə  ki,  keçən  əsrdə  müxtəlif  xalqların  yalnız  folklorunun 
deyil, h
əyatının bəzi məqamları – əsəb gərginlikləri, yuxu və 
sayıqlamalarının  da  arasında  müəyyən bənzərlikləri  olduğu 
haqqında  araşdırmalar  meydana  çıxdı.  Beləliklə, psixo-


Almaz H
əsənqızı                                                   
 
 
138 
logiyanın  problemlərinin  araşdırılmasından  alınan  nəticələr 
birbaşa  bəzi folklor mətnlərindəki simvol və  işarələrin 
aydınlaşdırılmasına tətbiq edilməyə başladı. 
 
İlk olaraq analitik psixologiyanın görkəmli nümayən-
d
əsi olan  Karl Qustav Yunq  (1875-1961)  tərəfindən irəli 
sürül
ən, sonralar onun tələbələri tərəfindən  araşdırılması 
davam ed
ən  “arxetiplər nəzəriyyəsi”  mifoloji  obrazların 
şərhində tətbiq edilməyə başladı.   
Qeyd ed
ək ki, bu nəzəriyyəyə  görə,  müxtəlif situa-
siyalarda (m
əs. stress, qorxu, həyəcan) insan emosiyaları bir-
birin
ə çox bənzəyir. Yəni ancaq xüsusi şəraitlərdə (qorxarsa, 
h
əyəcanlanarsa və  s.)  fərd  əsl  siması  ilə  görünə  bilir,  daha 
doğrusu, bu məqamlarda onun şüuraltı düşüncələri üzə çıxır. 
M
əhz insanların  şüuraltı  düşüncələrinin məhsulu kimi 
meydana çıxdığı üçün mif və nağıllarda müxtəlif motivlərin 
arasında  bir  bənzərlik  olması  mümkündür.  Bu  şəkildə 
aparılan  araşdırmalar  psixomifologiya kimi yeni sahənin 
yaranması ilə nəticələndi. 
M
əsələyə  başqa  bir  tərəfdən  yanaşsaq,  psixologiyanın 
ayrı-ayrı  problemlərini folklor mətnlərinin, həmçinin mifo-
logiyanın  köməyi ilə  çözmək mümkündür, əlavə  olaraq, 
müxt
əlif mərasimlər, adət və ənənələrin təhlili də bu elmin 
diqq
ətində olan məsələlərdəndir.   
M
əşhur psixoloq alim Ziqmund Freyd (1856–1939) öz 
t
ədqiqatlarında  miflərə  əhəmiyyət  vermişdir.  Psixoanaliz 
t
əlimini,  xüsusən təhtəlşüurla  bağlı  düşüncələrinin  izahı 
zamanı  Freyd yunan miflərinə  dəfələrlə  istinad  etmişdir. 
M
əsələn,  şüuraltı  probleminin  aydın  olması  üçün,  oğlan 
uşaqları  ilə  bağlı  “Edip  kompleksi”  (öz  anasına  olan  mə-
h
əbbət,  ataya  qızqanclıq),  qız  uşaqları  ilə  bağlı  “Elektra 
kompleksi” (ataya m
əhəbbət,  anaya  qısqanclıq)  ifadələrin-


Folklorşünaslığa giriş   
 
 
139 
d
ən istifadə etmiş, məlum əhvalatların köməyilə tədqiqatını 
şərh etmişdir. 
Bel
əliklə:   
1.  Psixologiya öz t
ədqiqatları  ilə  folklorşünaslara  bir 
sıra  mətnlərin  –  mif,  nağıl,  dastan,  uşaq  oyunları,  eyni 
zamanda, m
ərasimlərdə müxtəlif ritualların və sairənin izahı 
üçün aydın yol göstərir
2. Psixologiya bir çox hallarda, xüsus
ən toplumla bağlı 
b
əzi problemlərin həllini  xalq  ənənə  və  mərasimlərini  öy-
r
ənməklə, həmçinin mifoloji mətnlərin təhlili ilə  müəyyən-
l
əşdirə bilir. 
Qeyd etmək lazımdır ki, dünyanın bir sıra psixoloqları 
öz tədqiqatlarının daha dəqiq anlaşılması məqsədilə folklor 
mətnlərindən mənbə kimi istifadə etməkdədir.   
Fikrimiz aydınlaşdırmaq üçün bir haşiyə çıxaq. Fəlsəfə 
doktoru Nancy van den Berg-Cook  “A
ğbənizin  nağılında 
sehrli güzgü”  (“The Magic Mirror in Snow White”) 
adlı 
tədqiqatında  insan  psixologiyası  ilə  bağlı  düşündürücü  bir 
məqamı  hamıya  məlum  olan  folklor  mətni  –  "Ağbəniz  və 
yeddi cırtdan" əsasında şərh etməyə çalışmışdır
111
.   
Müəllif  öz  tədqiqatında  psixologiyanın  problemlərini 
çözmək üçün folklor mətnlərindən – sehrli nağıllardan niyə 
istifadə  etdiyini  aydınlaşdırarkən  maraqlı  mülahizələr  irəli 
sür
müşdür:  “Yuxular  kimi,  sehrli  nağıllar  da  şüuraltının 
məhsulu  kimi  üzə  çıxır,  şüurlu  baxışa  tamamlayıcı  xəyali 
görünüş təklif edir. Beləliklə, şüurlu münasibət qeyri-real və 
çox 
dar olduğu zaman şüuraltından qaynaqlanan xəyali gö-

nüşün tədqiqi çox faydalı ola bilər.   
                                                           
111
  Nancy van den Berg-Cook
.  Ağbənizin  nağılında  sehrli  güzgü. 
http://www.azadliq.org/content/article/27177729.html   


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə