Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə41/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
140 
İnsanların fərdi şəkildə yaşadığı yuxudan fərqli olaraq, 
sehrli  nağıllar  bütöv  mədəniyyətlərdə  yaşamaqdadır.  Sehrli 
nağıllar təsirli, kollektiv bir fantaziyadır”
112

Tədqiqatda əslində psixologiyanın mövzu dairəsinə aid 
olan “narsisizm” –  “ö
zündən razılıq” ruhi (psixoloji) vəziy-
yəti K.Q.Yunqun irəli sürdüyü mülahizələrlə yanaşı, Qrimm 
qardaşlarının  topladığı  “Ağbəniz  və  yeddi  cırtdan”  nağılı 
əsasında təhlilə cəlb edilmişdir. 
Gətirilən örnəkdən göründüyü  kimi,  psixologiya  daim 
canlı  olan  folklor  mətnlərindən  bir  mənbə  kimi  faydalanır. 
Bununla yanaşı, folklor da sehrli nağıllar, miflər, dastanlar, 
əfsanələr və sairədə olan müəyyən məqamları psixologiyanın 
köməyilə aydınlaşdırır.   
Daha  dərindən  diqqət  edilərsə,  folklor  mətninin  müx-
təlif yaşlarda olanlara təsiri də fərqlidir. Bu da onların dün-
yagörüşü ilə yanaşı, psixoloji durumu ilə birbaşa bağlıdır. 
                                                           
112
  Nancy van den Berg-Cook 
"Ağbənizin  nağılında  sehrli  güzgü" 
http://www.azadliq.org/content/article/27177729.html 


Folklorşünaslığa giriş   
 
 
141 
 
 
 
FOLKLOR VƏ KULİNARİYA 
 
 
M
ətbəx mədəniyyəti hər  hansı  bir  xalqın  kültürünün 
z
ənginliyini əks etdirən əsas amillərdən biridir. Azərbaycan 
xalqına  məxsus yemək növləri ilə  bağlı  tədqiqatların  çox 
böyük  bir  tarixi  olduğunu söyləmək  doğru  olmaz.  Bu  da 
m
ətbəx mədəniyyətilə bağlı ən qədim dövrlərə aid məlumat-
la
rın  folklordan istifadə  etməklə  əldə  oluna biləcəyi məsə-
l
əsini gündəmə gətirir. Beləliklə : 
1.Folklorun a
yrı-ayrı janrlarında  əks olunan məlumat-
lara 
əsaslanaraq, ən qədim yeməklər haqqında təsəvvür əldə 
etm
ək olar; 
2. Folklorun köm
əyilə müxtəlif mərasimlərdə süfrə dü-
zümü, bu zaman istifad
ə olunan əşyalar və davranış norma-
ları haqqında məlumat almaq olar; 
3. Ayrı-ayrı xörək və şirniyyatların öyrənilməsi ilə türk 
etnosunun mifoloji baxışları aydınlaşdırıla bilər; 
4. B
ir  sıra  hallarda  müxtəlif mərasimlər  artıq  keçiril-
m
ədiyi üçün unudulur, lakin onlarla bağlı hazırlanan yemək-
l
ər  hələ  də  xalq  arasında  yaşayır.  Bu  da həmin  mərasimlər 
haqqında fikir yürütməyə imkan verir və s. Bunun əksi olan 
proses d
ə  baş  verə  bilər. Mərasimlər  artıq  ənənəvi  şəkilini 
itir
ərək tam fərqli şəkildə yaşayırsa, bu milli mətbəxin unu-
dulması ilə nəticələnir. 
Ümumiyy
ətlə, folklorun ən kiçik həcmli örnəklərindən 
– atalar sözl
əri, inanclar, yanıltmaclardan başlamış nağıllara, 


Almaz H
əsənqızı                                                   
 
 
142 
dastanlara q
ədər  bütün  janrlarında  yeməklə  bağlı  istənilən 
q
ədər məlumatlar vardır. Məsələn,   
 
Əzizim, abı gözəl,   
Yar yarın babı gözəl.   
Bişmişin dadı, ləzzəti, 
Neyniyir
əm qabı gözəl, – 
 
dey
ən nənələrimizin, əslində, dadlı yeməklə bağlı düşüncəsi 
aydındır.  “Aşpaz  Abbas  aş  asmış,  asmışsa  da  az  asmış”, 
“Aşpaz  Həsən  bozbaş  asar  o  başda,  bu  başda”  kimi  ya-
nıltmac  qəribə  bir təsəvvür  yaradır.  “Asmaq”  feli  ənənəvi 
ocağın yox, yeməyin bişdiyi əşyanın, yəqin ki, daş ocaqlarda 
v
ə  s. deyil, məhz  asılaraq  hazırlandığı  zamanı  göz  önündə 
canlandırır. 
Nağıllarda qarşılaşdığımız yemək süfrələri də çox ma-
raqlıdır. Adətən saraylarda və ya sehrli məkanlarda belə süf-
r
ələrin təsviri “Nə  desən  vardı,  toyuq  südü,  can  dərmanı” 
formulu il
ə ifadə edilir. Bəzən qəhrəmana sehrli süfrə, sehrli 
əl dəyirmanı da hədiyyə verilir. 
Çağırılan qonağa münasibət də xalq yaradıcılığında öz 
ifad
əsini  tapır.  Bunun  ən  yaxşı  örnəyini   “Kitabi-Dədə 
Qorqud”un ilk boyunda görm
ək mümkündür. Ana kitabımız 
“D
ədə  Qorqud”un müxtəlif  boylarında  süfrələr  açılır, 
qonaqlar qarşılanır, yeməklər hazırlanır. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi, bəzi mərasimlər  artıq 
keçirilm
əsə  də, onlara aid  yeməklər  vardır  ki,  hələ  də 
evl
ərdə hazırlanır. Məsələn, uşağın ilk dişi çıxanda hədik və 
ya  Novruz  bayramının  səhəri günü Ordubadda “əriştə  aşı” 
(“aş” burada “xörək” mənasında işlənir, yəni bu əslində sulu 
yem
əkdir) müasir dövrümüzdə də bişirilməkdədir.. 


Folklorşünaslığa giriş   
 
 
143 
Ümumiyy
ətlə, bir  sıra  ölkələrdə  folklor örnəkləri, xü-
sus
ən mərasimlərlə  bağlı  məlumatlar öyrənilərkən,  ənənəvi 
olaraq bu zaman 
hazırlanan  yeməklər  haqqında  müəyyən 
q
ədər məlumatlar orada əksini tapır.  Məsələn,  Ə.Cəfəroğ-
lunun t
ədqiqatlarında belə məlumatlara  tez-tez təsadüf olu-
nur. “Az
əri türk həyatında batil etiqadlar” adlı etüdündə do-
ğumla  bağlı  adətlərdən bəhs edərkən,  Ə.Cəfəroğlu  yazır: 

Uşaq  dünyaya  gəldiyi  gün  anasına  quymaq  yedirilir.  Bu 
yem
ək belə  hazırlanır:  əvvəla  yağ  əridilir, sonra unla qa-
rışdırılır.  Üzərinə  qaynar  su  qatılır.  Qazanda  qapalı  olaraq 
qovrulur,  bişir.  Yeyildiyi  zaman  üstünə  darçın,  şəkər tozu 
kimi 
ədviyyələr qoyulur”
113

Bir m
əqam da diqqəti cəlb edir. Azərbaycanda nəzir 
m
əqsədilə müxtəlif yeməklər hazırlanması hallarına təsadüf 
olunmaqdadır.  Hətta belə  yeməklər bölgələrə  görə  fərq-
l
ənirlər.  Azərbaycan  folklorşünaslığında  bu  məsələnin hələ 
tam  şəkildə  işıqlandırılmadığını  nəzərə  alaraq,  “Azəri türk 
h
əyatında  batil  etiqadlar”  əsərində  nəzirlərdən bəhs edi-
l
ərkən,  Ə.Cəfəroğlunun  yeməklərlə  bağlı  verdiyi  məlu-
matları  da  burada  xatırlatmaq  istəyirik:  “Nəzirlər müxtəlif 
m
əqsədlərlə edilir. Azəri türklərində “nəzretmək” çox geniş 
yayıldığından  çeşid-çeşid  şəkilləri  vardır.  Başlıcaları 
bunlardır: 
1. 
Pişi  nəziri. Rəqayib  aylarında,  rəcəb,  şaban  və  ra-
mazan  aylarında  pişi  adında  xəmirdan bir növ börək ha-
zırlanır.  Bu  aylarda  ölülər bütün günahlardan əfv edilmiş-
dirl
ər. Ona gözə pişi hazırlanaraq, fəqir-füqəraya paylanılır. 
Pişinin yağı atəşə qoyularkən ilk öncə həzrəti peyğəmbərin 
                                                           
113
  Ahmet  C
aferoğlu.  Azeri  türk  hayatında  batil  itikatlar,  İstanbul, 
1939, s.12 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə