Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə42/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
144 
v
ə  imamların  adı,  sonra  ümumiyyətlə  ölülərin və  ən sonda 
varissiz öl
ən adamların adı zikr edilir. Pişi yağda qızardılmış 
bör
əkdir. 
2.  S
əməni.  Hər  hansı  bir  səbəblə  nəzir edilən bir ye-
m
ək  növüdür.Yaşıl  buğda  tas  üzərində  əzildikdən sonra 
isladılır və yaxşıca sıxılır. Bundan hasil olan suya un qatılır, 
ocağa qoyub bişirirlər. İçinə fındıq, qoz atılır. 
S
əməni  bişdikdən  sonra  qazan  qapağının  üzərinə  içə-
risind
ə un olan bir qab qoyulur. Üstünə ayrıca bəyaz və incə 
bir bez g
ərilir. Bir-iki saat sonra unun üzərində beş barmaq 
izi  hasil  olur.  Bu  beş  barmaq  izi  peyğəmbərin  qızı  Həzrəti 
Fatim
ənin, yəni Həzrəti  Əlinin  arvadının  barmaq  izləridir. 
Eyni iki saat 
ərzində  qazanın  ətrafında  şamlar  yandırılır. 
Eyni  şamlar  səməni  bişdiyi  zaman  yanmaqda  davam  edər. 
Bir gec
ə keçdikdən sonra səməni qonum-qonşuya paylanır. 
3.  F
əsəli. Bu yemək də rəqayib ayında  hazırlanır.  Bir 
neç
ə  qat xəmirdən  hazırlanan  çörək və  yaxud börəkdir. 
İçərisinə yağdan başqa bir şey qoyulmaz. 
4.  Qızılca  çıxaran  uşaq  üçün  şorbaya  bənzər,  ətdən, 
düyüd
ən, noxuddan və  sairədən  bişirilən  şilə  adlı  yemək 
hazırlanır və qonşulara paylanır. 
5. Qoot (qovut) – 
Un halına gətirilmiş quru buğda ilə 
şəkər, gül suyu, yaxud bəkməz  qarışdırılır  və  xəmir  halına 
g
ətirilir. Yuvarlaq, yaxud dürmək (yəni  yumurta)  şəklində 
sıxışdırılaraq,  qonum-qonşuya,  hər  hansı  bir  cəbəblə  deyil-
miş nəzir olaraq paylanır. Bu yemək kiçik çillədə, yəni qışın 
son 
əlli günlərində  hazırlandığından  ancaq  bu  zaman  üçün 
n
əzir edilir”. 
Az
ərbaycanda son illərə  qədər nəzirlər  haqqında  bir 
t
ədqiqat  olmadığı  üçün  Ə.Cəfəroğlunun  hələ  1939-cu ildə 
n
əşr  etdirdiyi  bu  tədqiqatı  mühüm  əhəmiyyət kəsb edir. 


Folklorşünaslığa giriş   
 
 
145 
Dig
ər tərəfdən son illərdə  artıq  kəndlərdə  də  bəzi qədim 
yem
əklərin (təbii ki, bişirilməsi xeyli vaxt və zəhmət hesa-
bına başa gələn) yavaş-yavaş unudulması belə tədqiqatların 
d
əyərini daha da artırmaqdadır. 
B
əzi atalar sözləri yeməklərlə  bağlı  yaranmışdır.  Mə-
s
ələn, “Halva-halva deməklə ağız şirin olmaz”, “Yeməmisən 
qaz 
ətini, görməmisən ləzzətini”, “Alışmısan dolmaya, bəlkə 
bir gün olmaya” v
ə s. 
Bir faktı da xatırlatmaq yerinə düşər. Azərbaycan türk-
l
ərinin özünəməxsus süfrə duaları mövcud olmuşdur. Son il-
l
ərə  qədər diqqətdən kənar  qaldığı  üçün  bu  dualar  da  unu-
dulmaq üzr
ədir. Bəzi türk  (məsələn, Türkmənistanda)  döv-
l
ətlərində  müasir dövrümüzdə  də  verilən ziyafətlərdə  ana 
dilind
ə  süfrə  duaları  oxunur,  bu  ənənə  Azərbaycanda yox-
dur.   
Ordubadda h
ər gün yeməkdən sonra oxunan dualardan 
birini örn
ək olaraq göstərək: 
 
Allah, şükür,   
Art
ır, üzmə, 
Nam
ərdə möhtac eləmə. 
Qazananlarımızı saxla, 
Yey
ənlərimizi saxla. 
Biz yedik, doyduq. 
Ac olanları sən doyuzdur. 
Möhtac olanlara köm
ək et. 
Ya R
əbb, nəzərindən geri qoyma. 
 
Fikrimizc
ə, yeməkdən  əvvəl də  xüsusi dualar oxun-
muşdur. Belə duaların digər bölgələrdə də oxunduğuna şüb-
h
ə yoxdur. Onların mövcudluğu folklor və kulinariyanın nə 


Almaz H
əsənqızı                                                   
 
 
146 
q
ədər bir-birilə  sıx  bağlı  olduğunu  bir  daha  sübut  etmək-
d
ədir.   
Bu m
əsələ folklorşünaslarla yanaşı, kulinariya elmi və 
onun n
əzəri problemlərilə bağlı tədqiqat  aparanların  diqqə-
tind
ə olmalıdır. Hətta bəzi qədim yeməkləri bərpa edib ya-
şadan  yeməkxanalarda həm  əski  ənənələrin  yaşadılması, 
h
əm də  müştərinin cəlb edilməsi  baxımından  belə  duaların 
s
əsləndirilməsinin vacib olduğunu düşünürük. 
 
 
 


Folklorşünaslığa giriş   
 
 
147 
 
 
 
MƏRASİM FOLKLORU 
 
 
Əvvəlki fəsillərdə  qeyd etdiyimiz kimi, mərasimlərin 
öyr
ənilməsi  həm  folklorşünaslığın,  həm də  etnoqrafiyanın 
t
ədqiqat sahəsinə  daxil edilməkdədir.  Əlbəttə,  yuxarıda  de-
yil
ənləri yenidən təkrarlamadan, bu məsələyə  bir də  qayıt-
maq lazım gəlir. 
Ümumiyy
ətlə, mərasimlərin folklor hadisəsi  olması 
m
əsələsi şübhə doğurmur, bir sıra qədim janrların məhz mü-
əyyən adət-ənənələrlə bağlı yaranması da bunu sübut etmək-
d
ədir. Bundan əlavə, mərasimlər,  uşaq  oyunları,  tamaşalar 
v
ə  s. ilə  miflər,  nağıllar,  dastanlar,  atalar  sözləri. lətifələr 
aras
ında aparılan müqayisələr onların arasındakı uyğunluğu 
ortaya qoymaqdadır.     
Bel
ə  tədqiqatlardan birinin müəllifi  Alan Dandesdir. 
Onun  “
Oyunların  morfologiyası  haqqında:  qeyri-verbal 
folklorun strukturunun t
ədqiqi”  adlı  məqaləsində  nağıllarla 
uşaq  oyunları  arasında  müqayisələr aparılmışdır.  Əvvəla, 
qeyd ed
ək ki, müəllif  şifahi  söz  sənətini  “verbal”,  oyunlar, 
m
ərasimlər və s. “qeyri-verbal” formalar adlandırmaqdadır. 
M
əhz folklorun iki fərqli forması arasında aparılan müqaysə 
v
ə  müəllifin gəldiyi qənaətlər  xalq  yaradıcılığını  hərtərəfli 
öyr
ənilməsi baxımından əhəmiyyət kəsb edir. Belə ki, sovet 
hakimiyy
əti illərindən  başlayaraq,  hələ  bu gün də  məra-
siml
ərin etnoqrafiyanın tədqiq problemi kimi öyrənilməsinə 
bu m
əqalə  tutarlı  bir  cavab  ola  bilər. Alan Dandes  özü bu 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə