Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə43/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
148 
suala bel
ə cavab verir: “Doğrudanmı, folklorun verbal (söz-
lü) form
aları  ilə  digər, məsələn,  uşaq  oyunları  kimi  qeyri-
verbal (söz vasit
əsilə yaranmayan) formaları struktur etibarı 
il
ə  nağıllara  uyğundur?  Mən hesab edirəm ki, digər qeyri-
verbal formalar  v
ə  analoji verbal formalar  arasında  bu 
uyğunluq  var.  Beləliklə,  “folklor”  anlayışı  içərisinə  yalnız 
“verbal material” daxil edilm
əməlidir”
114

Ümumiyy
ətlə, sovet dövründə  aparılan  tədqiqatlarda 
Az
ərbaycan  folklorşünaslarının  əksəriyyəti mərasimləri iki 
növ
ə ayırırlar: 
1.Mövsüm m
ərasimləri; 
2. M
əişət mərasimləri. 
Saya, gün
əşi  və  ya  yağışı  çağırma  (Qodu-qodu), 
Novruz v
ə  s. ilin müvafiq  zamanlarında  icra  edildiyi  üçün 
mövsüm m
ərasimləri sırasına daxil edilir. 
Doğum, toy, yas, “tir salma” və s. məişət mərasimləri 

ərisinə  daxildir. Bu mərasimlər yüz illərdir özünəməxsus 
ənənələrlə keçirilməkdədir.   
Qeyd etm
ək lazımdır ki, Azərbaycanda sovet dövründə 
yazılan  tədqiqatlarda  dini mərasimlər nəzərə  alınmamışdır. 
H
əmin illərdə  mühacirətdə  aparılan  tədqiqatlarda isə  dini 
m
ərasimlər haqqında da məlumatlar verilmiş, ayrı-ayrı türk 
xalqlarının  adət-ənənələri təhlilə  cəlb  edilmişdir.  Belə  ki, 
Ə.Cəfəroğlunun  "Azəri türk həyatında  batil  etiqadlar"  adlı 
t
ədqiqatında həm dini mərasimlər, həm də müqəddəs hesab 
olunan m
əkanlar və  orada icra edilən  rituallar  haqqında 
danışılmışdır 
İren xanımın “Türk dastan ədəbiyyatında Kərbəla ola-
                                                           
114
Алан  Дандес.  Фольклор:  семиотика  и/или  психоанализ  (Сбор-
ник статьей), Москва: Восточная литература РАН, 2003,s.30 


Folklorşünaslığa giriş   
 
 
149 
yı” məqaləsi 1966-cı ildə Parisdə Şərqşünaslar Cəmiyyətinə 
(Sosiete Asiatique) t
əqdim olunmuş və 1967-ci ildə “Revue 
des Etudes İslamique”də (s.133-148) nəşr edilmişdi,    lakin 
onun axtarışları, özünün qeyd etdiyi kimi, hələ 1957-ci ildə 
yazdığı “Əbu Müslim, əxilərin piri” (“Abu Muslim, patron 
des Akhis”)  m
əqaləsindən başlamış və burada müəllif Əbu 
Müslimi K
ərbəla hadisələrinin, özəlliklə  İmam  Hüseynin 
qisasını alan həqiqi bir qəhrəman kimi səciyyələndirmişdi.   
İren xanım bu məqaləsində öncə həmin dövrdəki tarixi 
hadis
ələr haqqında məlumat vermiş, bu on məclisdən ibarət 
əsərin hər bir məclisini ətraflı təhlilə cəlb etmiş, onun daha 
cox M
əhərrəm  ayının  ilk  on  günündə  camaat  arasında 
m
ərasimlər zamanı oxunduğunu müəyyənləşdirmişdir. 
Xa
tırladaq ki, yalnız Azərbaycan müstəqillik qazanan-
dan sonra dini m
ərasimlər haqqında tədqiqatlar aparılmağa 
başlamışdır. Bu istiqamətdə F.Bayatın – seyid və övliyalar-
la, h
əmçinin  Kərbəla  şəhidlərilə  bağlı  araşdırmaları  qeyd 
edilm
əlidir. 
Neklyudov m
ərasimlərin son texnologiyalar dövrün-
d
əki vəziyyətilə bağlı belə bir şərh verir: “Müasir vətəndə, 
toy v
ə  yas ənənəvi  rituallarının  konturları  (çizgilərini)  qo-
runsa da,  bir xeyli modernl
əşmiş  (müasirləşmiş)  element-
l
ərlə doldurulur. Magik ayinlər və onlara müvafiq olan şi-
fahi söyl
əmələr, bu və ya başqa inancları (ovsunlar, sehrlər 
v
ə  s.) və  həmçinin dini-mifoloji  baxışları  (əsatir,  əfsanə, 
r
əvayət) əks etdirən mətnlər bütünlüklə yaşamını davam et-
dirir. Bununla bel
ə, onlar da kifayət qədər kuryoz (maraqlı) 


Almaz H
əsənqızı                                                   
 
 
150 
n
əticəyə gətirən məzmun və forma dəyişmələrindən qoruna 
bilmirl
ər”
115

Az
ərbaycanda da mərasimlər müəyyən  forma və 
m
əzmun dəyişmələrinə uğramışlar, lakin onların əksəriyyəti 
h
ələ  də  keçirilməkdə  davam edir. Bəzi mərasimlər, məsə-
l
ən, saya, qodu-qodu və s. müxtəlif (siyasi və  dini)  basqı-
lardan  qorunmaq  üçün  uşaq  oyunları  şəklində  mühafizə 
olunmuşdur. Lakin bəzi mərasimlər isə xalqın mənəvi sər-
v
əti kimi qorunmağa başlamışdır. Belə ki, sovet dövründə 
keçirilm
əsinə  qadağa  qoyulan  Novruz  bayramı  və  onunla 
bağlı  adətlər  müasir dövrümüzdə  geniş  təbliğ  olunmaq-
dadır. 
Lakin  Az
ərbaycanda vaxtı ilə mövcud olan bir sıra  –
m
əsələn, “tirsalma” (təzə ev tikən şəxslər üçün keçirilərdi), 
“toy çör
əyi bişirmə” (xüsusi xonçalarla, müxtəlif nəğmə və 
ad
ətlərlə  yerinə  yetirilərdi), çillə  gecəsi  və  s.  mərasimlər 
artıq unudulmuşlar. Neklyudovun qeyd etdiyi kimi,    Azər-
baycanda da toy v
ə yas mərasimləri əvvəlki milli çalarlarını 
qoruya bilm
əmişlər. 
Az
ərbaycanın hər bölgəsində mərasimlər müxtəlif şə-
kild
ə keçirilir. Əyanilik üçün burada  Ordubad folklor mü-
hiti 
əsasında təxminən yüz il əvvəl keçirilən toy mərasimin-
d
ən kiçik bir məqama diqqət yetirək. 
Ordubadda h
ər kəsin öz evində keçirdiyi toy məclisləri 
keç
ən  əsrin  sonlarına  qədər indiki restoranlarda olanlardan 
xeyli f
ərqli idi. Belə ki, sovet hakimiyyətinin ilk illərində və 
Böyük V
ətən müharibəsi dövründə bu məclislər iki şəkildə 
                                                           
115
 
Сергей Юрьевич Неклюдов. Фольклор и его исследования: век 
двадцатый  //Экология  культуры,  Архангельск:  2006,  №2  (39), 
s.126 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə