Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə44/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

Folklorşünaslığa giriş   
 
 
151 
t
əşkil edilirdi:   
1.M
ərasim zamanı yemək verilməyən və “yegəl” adla-
nan toylar; 
2. Ənənəvi toylar. 
XX 
əsrin 30-cu illərindən başlayaraq, çox qıtlıq oldu-
ğuna görə toyların əksəriyyəti “yegəl” olurdu. Yəni qonaqlar 
d
əvət edilərkən, onlara “yegəl” keçiriləcəyini elan edirdilər. 
Bel
ə  məclislərdə  qonaqlar  yalnız  şənlənmək, oynamaq, əy-
l
ənmək üçün iştirak edirdilər.   
İyirminci  yüzilin  ortalarından  artıq  “yegəl”lər ləğv 
olun
muş və hər kəs ənənəvi toylar keçirməyə başlamışdır.   
Ənənəvi toylar isə  lap  nağıllardakı  kimi  bir  neçə  gün 
davam ed
ərdi.  İlk  gün  “Xalat”,  ikinci  gün  “Xına  gecəsi”, 
üçüncü gün “Toy”, dördüncü gün “Toybeç
ə”  adlanırdı. 
Toydan üç gün keç
əndən sonra təzə bəylə gəlin ilk dəfə qız 
evin
ə ayaqaçdıya çağırılar, yeddinci gün isə bütün qohumlar 
yen
ə yığışar, “yeddi hamam” deyilən mərasimlə toy tamam-
lanard
ı.   
Toy m
ərasimləri  indi  artıq  həm  şəhər, həm də  kənd-
l
ərdə öz əvvəlki gözəlliyini, milliliyini itirərək restoranlarda 
keçirilm
əkdədir. Bu da xeyli folklor mətninin də unudulma-
sına gətirib çıxarımışdır.   
Yas m
ərasimləri sürətlə dəyişsə də, yenə əvvəlki adət-
l
ər  (xüsusi  ağıçı  qadınların  dəvət olunması,  üç,  yeddi,  qır-
xıncı günün xüsusi ayinlərlə keçirilməsi və s. ) müəyyən qə-
d
ər qorunmaqdadır.   
Qeyd etm
ək lazımdır ki, Ənvər Uzun “İran türk folk-
loru” monoqrafiyasında Güney Azərbaycanda keçirilən Nov-
ruz, çill
ə, toy, yas və b. mərasimlərlə bağlı məlumatlar ver-
mişdir.   
 


Almaz H
əsənqızı                                                   
 
 
152 
 
 
 
XALQ ƏDƏBİYYATININ JANRLARI  
 
 
Uzun ill
ər xalq ədəbiyyatının növ və janrları məsələsi 
t
ədqiqatçıların  diqqətində  qalmışdır  və  hələ  də  bu müza-
kir
ələri tam bitmiş hesab etmək doğru olmaz. Məlumdur ki, 
ənənəvi  olaraq,  şeirlə  olan  əsərlər lirik, nəsrlə  yazılanlar 
epik
, xalq tamaşaları dramatik növə daxil edilir.   
Folklorşünasların  bir  qrupu  növ  anlayışının  folklora 
t
ətbiqinin doğru olmayacağı düşüncəsini irəli sürürlər. Doğ-
rudan da, b
əzi hallarda  bu prinsipi tətbiq etmək  uğurlu  ol-
mur,  m
ətnin  hansı  növə  aid edilməsi  çətinlik  yaradır,  mə-
s
ələn,  şeir  şəklində  olan atalar sözlərini,  tapmacaları  və  ya 
h
əm  şeir,  həm nəsr  hissələri  olan  dastanları  –  lirik, yoxsa 
epik növ
ə daxil etmək lazımdır? 
Bel
ə  düşünənlər folklor mətnlərini növlər üzrə  bölgü 
apararaq öyr
ənilməsinin yanlış olduğunu bildirməkdədirlər.   
R
əhilə xanım Qeybullayevanın “Epos ədəbi abidə kimi 
və  ədəbi  abidənin  kateqoriya  prinsipləri”  (“Kitabi-Dədə 
Qorqud”   
və “Nibelunqlar haqqında nəğmə ”əsasında) adlı 
məqaləsində də eposlarla bağlı bu problem qaldırılır:  “Epos 
epik  ya  lirik  növün  janrıdır?  “Nibelunqlar  nəğməsi”  əksər 
Qərb  eposları  kimi  sırf  şeir  variantında,  “Kitabi-Dədə 
Qorqud” 
digər  türk  dastanları  kimi  əsasən  nəsr  formasında 
bəzi  şeir  əlavələri  ilə  yazılmışdır.  Qeyd  edək  ki,  “Kitabi-
D
ədə  Qorqud”  yazıya  alındığı  orta  əsrlər  dövründə  Azər-
baycan  ədəbiyyatının  da  bu  dövrdə  daxil  olduğu  islam 


Folklorşünaslığa giriş   
 
 
153 
sivilizasiyasında seir eposları adətən şeirlə yazılır (“İliada”, 
“Odissey”,  “
Nibelunqlar  haqqında  nəğmə”  və  s.).  İndiyə 
qədər bəlli Qərb eposlarından yalnız irland eposu “Öküzün 
oğurlanması”nın  nəsrlə  yazıldığı  qeyd  olunur.  Elə  müəllifi 
bəlli  epos  kateqoriyasındakı  Şərq  eposları  “İsgəndərnamə" 
və “Şahnamə” də şeirlə yazılmışdır. Müəllifi bəlli olmayan 
eposlar  kateqoriyasındakı  qəhrəmanlıq  eposları  “Kitabi 
Dədə  Qorqud”  və  “Koroğlu”  isə  əsasən  nəsrlə  yazılmış  və 
bəzi şeir əlavələri var. Yəni sinkretik janr nümunəsidir. Belə 
olduqda, epos epik ya lirik növ janrıdır?”
116
 
Bu suala cavab olaraq, R
əhilə xanım Jonathan Cullerin 
Oksford Universiteti 
nəşri olan “Ədəbiyyat nəzəriyyəsi: çox 
qısa tanışlıq” adlı tədqiqatına əsasən növləri şeir və ya nəsrlə 
olmasına  görə  deyil,  kim  tərəfindən  və  nə  şəkildə  ifa 
edilməsinə görə bölünməsi məsələsini qaldırır: “Epik növdə 
[
orijinalda:  in  epic]  şifahi  deklamasiya  olur:  şair  birbaşa 
dinləyən  auditoriya  ilə  üzbəüzdür [kursiv bizimdir -  R.Q.]. 
Dramda  müəllif  auditoriyadan  gizlənir  və  səhnədə  xarak-
terlər danışır. Lirikada – ən mürəkkəb variant – şair oxuyur 
və ya sözləri uzadaraq oxuyur, arxası dinləyicilərinə tərəfdir, 
bununla da ya öz-
özünə  danışır  və  ya  kiminləsə  –Təbiət 
ruhu,  Muza,  fərdi  dostu,  sevdiyi,  ilahi,  personifikasiya 
edilmış  abstraksiya  ilə  –  danışırmış  kimi  və  ya  mövcud 
obyektlə danışırmış kimi qələmə verilir”
117

M
əsələyə müxtəlif yanaşma metodları ilə tanışlıq gös-
t
ərir ki, növlərin, həmçinin ona uyğun olaraq janrların təsnifi 
t
ədris üçün bir konkretlik gətirir və  vacibdir.  Beləliklə, 
                                                           
116
  R
əhilə  Qeybullayeva.  Epos  ədəbi  abidə  kimi  və  ədəbi  abidənin 
kateqoriya  prinsipləri  (“Kitabi-Dədə  Qorqud”  və  “Nibelunqlar 
haqqında nəğmə ”əsasında), “Azərbaycan” jurnalı, 2012, № 9, s. 183 
117
  Yen
ə orada, s. 184 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə