Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə47/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

Folklorşünaslığa giriş   
 
 
161 
Atın, tutun bu uşağı, 
Şəkərə qatın bu uşağı. 
Atası evə gələndə 
Qucuna atın bu uşağı. 
 
Başına dönüm, döndərim,   
S
əni məktəbə göndərim. 
S
ən məktəbdən gələndə, 
Bir cüt qurban gönd
ərim. 
 
B
əzən  oxşamalarda  qohumluq  münasibətləri də  əks 
oluna bil
ər. 
Qeyd etm
ək lazımdır ki, yaslarda  ölünün  etdiyi  əməl-
l
ərə  görə  vəsf  olunduğu  nəğmələr də  bir  sıra  bölgələrdə 
oxşamalar adlanmaqdadır.   
Ağılar  –  yasda  özünəməxsus avazla oxunan, kədər 
m
əzmunlu nəğmələrdir. Onlar formasına görə iki cür:    ölə-
nin mövqeyind
ən,  yaşından  və  s.  asılı  olaraq  deyilən  giriş-
müq
əddimə və bayatı şəklində ola bilər.   
M
əsələn, cavan adam üçün deyilən  ağılardan  birinə 
diqq
ət edək: 
Taxta hamamına, 
Mürd
əşir sağışına 
Toy görmüy
ən, 
Xınalı barmaxdan tutmuyan, 
Elçisi yollarda qalan
Çiyni g
ərdəyə dəyməyən, 
Gözü göz
əllərdə qalan, 
Qara yaylıxlı gəlininə 
Anan, xalan qurvan, 
Bajın qurvan!   


Almaz H
əsənqızı                                                   
 
 
162 
   
Bayatı şəklində ağılar son dövrlərdə yas mərasimlərin-
d
ə daha çox yayılmışdır. Məsələn: 
 
Ağlaram ağlar kimi, 
D
ərdim var dağlar kimi. 
X
əzəl olub tökülləm,   
Viran
ə bağlar kimi. 
 
Bostanam, tağım ağlar, 
Basma, yarpağım ağlar. 
Qalsam, özüm ağlaram
Öls
əm, torpağım ağlar. 
 
 
Xalq  mahnıları  –  folklorun  ən kütləvi  janrlarından 
biridir. Az
ərbaycan  xalq  mahnıları  həm  formasına,  həm 
m
əzmununa görə  rəngarəngdir.  Azərbaycan  folklorşünas-
lığında   “mahnı” sözünün mənşəyilə bağlı müxtəlif mülahi-
z
ələr söylənmişdir. Onun “mani”   kəliməsilə bağlı olduğunu 
söyl
əyənlər də vardır.   
Az
ərbaycan  mahnıları  məzmununa görə  müxtəlif 
şəkildə təsnif edilmişdir. Onların böyük əksəriyyəti məhəb-
b
ət  mövzusundadır.  Bundan  əlavə, qəhrəmanlıq,  siyasi, 
satirik (m
əzəli) mahnılar da vardır. 
Qeyd etm
ək  lazımdır  ki,  mahnıların  toplanması,  nəşri 
il
ə bağlı folklorşünaslardan daha çox musiqişünaslar məşğul 
olmuşlar.  Məhz bu səbəbdən də  mahnı  mətnləri ilk olaraq  
m
əşhur müğənni Bülbülün, son illərdə isə bəstəkar Səyavuş 
K
əriminin  redaktorluğu  ilə  notları  ilə  birlikdə  nəşr  edil-
mişdir. Musiqişünaslar tərəfindən tərtib edilən mətnlər folk-
lorun 
toplanması prinsipləri istiqamətində aparılmadığından 


Folklorşünaslığa giriş   
 
 
163 
onların variantları bu kitablarda öz əksini tapmamışdır. Bun-
dan 
əlavə, hələ  də  yazıya  köüçürülməsini,  nota  alınmasını 
gözl
əyən  xeyli  mahnı  mətni  qalmaqdadır.  Sovet  hakimiy-
y
ətinin yasaqları ucbatından oxunması qadağan edilən, lakin 
yaddaşlarda hələ də qorunan, bəzən isə mühacirətdəki nəşr-
l
ərdə  qalan  mahnı  mətnləri də  vardır  ki,  onların  da  topla-
naraq n
əşri  və  təhlili vacib məsələ  olaraq  qalır.  Bu həyata 
keçirilm
əzsə, xalq yaradıcılığının mühüm bir qismi də yad-
daşlardan silinib gedə bilər. 
  Ümumiyy
ətlə,  xalq  mahnılarının  bəzən müəyyən 
b
əndlərinin ifa edilmədiyi  üçün  yaddaşlardan  silinməsi adi 
bir prosesdir v
ə  buna bir çox mətnlərdə  təsadüf etmək 
mümkündür. Bel
ə  ki, “Millətin zərrəsi”  kitabında  “Qara-
gil
ə”nin tam mətnini bərpa edən professor R.Hüseynov xalq 
mahnılarından  danışarkən,  doğru  olaraq  yazmışdır:  “Hər 
n
əğmənin içində tarixlər uyuyur. Məhz cəm halda – tarixlər. 
Bir var – 
mahnının  yaranma  tarixçəsi, bir var –  mahnının 

ərisində cərəyan edən tarixçə, bir də var – mahnının illər 
boyu g
əzdikcə, oxunduqca yaranan tarixçəsi… 
Üst-üst
ə qalaqlanan hadisələr, olmuşlar, adicə bir nəğ-
m
ənin insan həyatına bənzəyən taleyini, sərgüzəştli ömrünü 
yaradır”
119
.   
Eyni  taleni  “Aman,  ovçu”  mahnısı  da  yaşamaqdadır, 
bel
ə ki, mətndəki: 
   
Bir daş atdım, çaya düşdü.   
Çaydan bir cüt sona uştu.   
M
ənim göylüm sana düştü,   
S
ənin gözün, ay balam, kimə düştü? 
                                                           
119
  “Az
ərbayan” dergisi. Ankara: 1955, temmuz-ağustos, 1954, s.16 


Almaz H
əsənqızı                                                   
 
 
164 
 
b
əndi artıq yaddan çıxmaq üzrədir. Bu mahnıın həmin bən-
din
ə Azərbaycandakı nəşrlərin heç birində təsadüf edilmir. 
 
“Şuşanın dağları” mahnısının isə ilk bəndini mühaci-
r
ətdəki mətnlə müqayisə etsək, daha çox sonuncunun mən-
tiq
ə uyğun gəldiyinin şahidi olarıq. 
“Az
ərbaycan xalq mahnıları” kitabında: 
 
Şuşanın dağları deyil dumanlı,   
Qırmızı qoftalı, yaşıl tumanlı,   
D
ərdindən ölməyə yoxdur gümanlı...
120
   
 
kimi verils
ə də, mühacirətdə: 
 
Şuşanın dağları mavi dumanlı,   
Qırmızı kömləkli, yaşıl tumanlı,   
D
ərdindən ölməyə çoxlar gümanlı
121
, –   
 
şəklində  nəşr  edilmişdir  ki,  fikrimizcə, bu təsvir  Şuşanın 
dumanlı  dağlarına  daha  çox  yaraşdığı  kimi,  bu  torpaqların 
d
ərdindən hər zaman ölməyə hazır olan və uzun illərdir onun 
itkisind
ən əzab çəkən xalqımızın ruhuna da yaxındır. 
Qeyd etm
ək lazımdır ki, Güney Azərbaycanda bu isti-
qam
ətdə çox az iş görülmüş, bütövlükdə  xalq  mahnılarının 
n
əşrində  Azərbaycanın  bu  böyük  parçasının  nəzərə  alın-
maması  da  vəziyyəti xeyli mürəkkəbləşdirmişdir. Təkcə 
R.Hüseynovun Güneyd
ən toplayaraq, nəşr  etdirdiyi  “Qara-
                                                           
120
  Az
ərbaycan  xalq  mahnıları  (tərtib edən S.Kərimi),  I  cild,  Bakı:   
Önd
ər, 2005, s.127 
121
 
“Azerbaycan Yurt Bilgisi”, İstanbul: 1954, sayı 37, s.29 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə