Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə5/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   2   3   4   5   6   7   8   9   ...   74

Folklorşünaslığa giriş   
 
 
15 
alır. Obrazlı desək, xalqın özünü özünə tanıtmaq, onun soy-
kökünü, 
tarixi  keçmişini,  qəhrəmanlıq,  bahadırlıq  dövrünü, 
ata-babalardan qalan d
əyərlərini  milli mənafelər istiqa-
m
ətində araşdırmaq folklorşünaslığın əsas vəzifələrindəndir.   
Tarixi böyük z
əfərlərlə yazılan bir sıra xalqlarda oldu-
ğu kimi, türklərin, o cümlədən azərbaycanlıların keçmişi on-
ların milli mənsubiyyətlərini, özünəməxsus xarakterini yaşa-
daraq  h
ər zaman yüksəlişə  aparmaq gücündədir.  Folklorun 
xalqların taleyindəki əvəzsiz rolunu  anlayan  ziyalıların  ona 
xüsusi ön
əm verməsi bununla bağlıdır. 
1936-
cı ilin 31 may-1 iyun tarixində Polşanın paytaxtı 
Varşavada rus əsarətindəki millətlərin yaratdığı “Prometey” 
t
əşkilatının  qurultayında  məruzə  ilə  çıxış  edərkən, Mirzə 
Bala  M
əmmədzadənin dediyi fikirləri  xatırlayaq:  “Millət-
l
ərin  oyanış,  yüksəliş  və  düşüş  tarixləri göstərir ki, milli 
xüsusiyy
ətlərini və  milli kültürlərini qoruyub  yaşatmağa 
müv
əffəq olan hər millət, gec-tez  milli bir dövlət  qurmağa 
namiz
əddir. Milli xüsusiyyətlərini və  milli kültürlərini itir-
miş olan millətlər, milli mənliklərini və ilham alacaq    milli 
qaynaqlarını da itirmişlər deməkdir. Bu kimi millətlərin gə-
l
əcəyi yoxdur. Onlara ölmüş nəzərilə baxmaq lazımdır”
13
.   
Folklorla bağlı aparılan araşdırmaların, demək olar ki, 
hamısında şifahi xalq yaradıcılığının yaşı insanlığın yaranma 
tarixind
ən götürülməkdədir.  Başqa  cür  desək,  xalqın  söz 
s
ənəti  onun  yaşı  qədər qədimdir.  Məhz buna görə  də, hələ 
yazının olmadığı dövrün xüsusiyyətləri, etnosun yaşam tərzi, 
                                                           
13
Mirza Bala Mehmetzade. Sovyet Azerbaycanda Türk dilinin rus-
laştırma  ve  imha  siyaseti  hakkında,  “Kurtuluş”  dergisi,  Berlin: 1936, 
yıl 3, haziran, sayı 20, s.572 


Almaz H
əsənqızı                                                   
 
 
16 
əxlaqı  haqqında  məlumatlar  çox  vaxt  şifahi  xalq  ədəbiyya-
tının köməyi ilə müəyyənləşdirilməkdədir.
 
Z
əngin xalq yaradıcılığınının nəzəri problemlərini araş-
dıran, onların toplanması və təbliği ilə məşğul olan folklor-
şünaslıq  elminin  yaranma  tarixi  isə  təxminən XIX əsrdən 
hesablanır. Hətta bir sıra folklorşünaslar bu dövrü iyirminci 
yüzil
ə bağlayırlar. Belə ki, Azad Nəbiyev “Azərbaycan xalq 
ədəbiyyatı” monoqrafiyasında bu barədə yazır: “... ayrı-ayrı 
t
ədqiqatlarda XIX əsrdə  yarandığı  göstərilən Azərbaycan 
folklorşünaslıq  məktəbi  əslində  XX  əsrin  əvvəllərində  for-
malaşmış, elə öz beşiyində də boğulmuşdur. XX əsrə qədər-
ki m
ərhələ  isə  milli  folklorşünaslığın  toplanma və  nəşrinin 
başlanğıc mərhələsi olmuşdur”
14

A.N
əbiyev eyni zamanda XX əsrə qədərki mərhələnin 
milli folklorşünaslığın yaranması üçün vacib olan bir zəmin 
hazırladığını,  Eynəli  bəy Sultanovun,  Mahmud bəy  Mah-
mudb
əyovun, Firidun bəy Köçərlinin, Teymur bəy Bayram-
əlibəyovun, Həsən bəy  Zərdabinin isə  öz fəaliyyətləri ilə 
onun 
əsasını qoyduqlarını xüsusi olaraq qeyd etmişdir
15
.
 
M
əlumdur  ki,  şifahi  xalq  ədəbiyyatı  nümunələrinin 
yaz
ıya  alınmasına  çox  sonralar  başlansa  da,  onun  təbliği   
daha q
ədim dövrlərə  söykənir. Belə  ki, XI-XII  əsrlərdə 
Q
ətran  Təbrizi,  Əfzələddin Xaqani, Nizami Gəncəvi fars 
dilind
ə  qələmə  alınmış  əsərlərində  Azərbaycan söz sənəti 
                                                           
14
  Azad N
əbiyev. Azərbaycan xalq ədəbiyyatı,  I  cild,  Bakı:  Çıraq, 
2009, s.26 
15
  Yen
ə orada, s.26 


Folklorşünaslığa giriş   
 
 
17 
nümun
ələrindən istifadə  etmişlər.  “Azərbaycan dili tarixi” 
monoqrafiyasında  qeyd  edildiyi  kimi,  “farscada  bunların 
(paremik ifad
ələr nəzərdə  tutulur  –  A.H.)  ekvivalenti axta-
rılmır, kalka şəklində tərcüməsi verilir”
16

Bundan  başqa,  folklorşünas  alim  Paşa  Əfəndiyev 
“Az
ərbaycan  şifahi  xalq  ədəbiyyatı”  dərsliyində  folklor 
örn
əklərinin  toplanması,  tədqiqi və  təbliği  ilə  bağlı  araş-
dırmalar  apararaq  belə  bir qənaətə  gəlmişdir:  “Azərbaycan 
xalq 
ədəbiyyatı  nümunələrinin  yazıya  alınması  təxminən 
XVI-XVIII 
əsrlərə  aiddir.  Şübhəsiz ki, daha qabaqkı 
əsrlərdə yaşamış şairlərmiz şifahi ədəbiyyatdan fəal istifadə 
etmişlər. Misal üçün, Nizami, Nəsimi,  Füzuli  yaradıcılığı   
buna yaxşı sübutdur. Lakin istifadə toplama  deyildir. Buna 
gör
ə də klassiklərin zəngin xəzinədən istifadəsini xalq ədə-
biyyatının  toplanması  hesab  etmək  olmaz.  Əslinə  qalsa, 
XVI-XVIII 
əsrlərdə xalq ədəbiyyatımızın yazıya alınmasının 
özü d
ə  şüurlu  toplamaq  məqsədilə  olmamış,  daha  çox 
kort
əbii xarakter daşımışdır”
17

Bel
əliklə, bu qənaətə gəlmək olar ki, Azərbaycan folk-
lor
şünaslığının  bir  elm  kimi  formalaşması  XIX  əsrin sonu 
XX 
əsrin əvvəllərinə təsadüf edir.   
Qeyd etm
ək  lazımdır  ki,  “folklorşünaslıq”  adı  altında 
son ill
ərə  qədər  əsasən xalq ədəbiyyatının  tədqiqi məsələsi 
                                                           
16
 
Tofiq Hacıyev. Kamil Vəliyev. Azərbaycan dili tarixi, Bakı: Maarif, 
1983, s.41 
17
 
Paşa  Əfəndiyev. Azərbaycan  şifahi  xalq  ədəbiyyatı,  Bakı:  Maarif, 
1981, s.29 
   


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə