Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə55/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

Folklorşünaslığa giriş   
 
 
187 
işgəncələr içərisində azadlıq mücadiləsi verən Behruz bəy və 
onun kimi dig
ər Vətən  övladlarının  adının  əbədiləşməsinə 
g
ətirib çıxarmışdır.   
Fransada t
əhsil almış Əli Əsgər Müctəhidinin Təbrizdə 
300 s
əhifəyə  yaxın  böyük  həcmli “Türki dilində  məsəllər” 
kitabı  nəşr  edilmişdir.  Buraya  Azərbaycan türklərinin ata 
sözl
əri ilə hikmətli sözləri (farsca tərcüməsi və qarşılığı ilə 
birlikd
ə) toplanmışdır. 
Yaqub Qüds 1981-ci ild
ə  6000 atalar sözünü fars di-
lind
ə qarşılığı ilə birgə nəşr etdirmişdir
142

Az
ərbaycan folklorşünaslığında atalar sözlərinin təsnifi 
il
ə bağlı müxtəlif bölgülər mövcuddur. Bu da onların insanın 
günd
əlik həyatı ilə sıx bağlı olmasından və çox işlənməsin-
d
ən irəli gəlir.   
Z
ərbi-məsəllərlə  atalar sözləri  arasında  olan  fərqlərlə 
bağlı da müxtəlif mülahizələr mövcuddur. Əsas fərq kimi o 
göst
ərilir ki, zərbi-məsəlləri söyləməzdən qabaq müəyyən 
bir 
əhvalat (rəvayət, lətifə  və  s.)  danışılır  və  ümumiləşmiş 
bir n
əticə meydana çıxır. Başqa sözlə desək, zərbi-məsəllər 
tam bitkin deyldirl
ər. Məsələn, “Səhv  yağ  küpəsindədi”, 
“Adamı adam yanına, məni də sənin yanına göndərdilər” və 
s. Atalar sözl
əri isə  tam formalaşmış  və  sabitləşmiş  ifadə-
l
ərdir.   
Qeyd ed
ək ki, bəzən atalar sözərinin  yaranmasında   
dig
ər janrlar iştirak edirlər. Məsələn: “Hamını bəzər, özü lüt 
g
əzər” və  ya “Bapbalaca boyu var, dam dolusu toyu var” 
kimi ifad
ələr həm tapmaca, həm atalar sözü kimi  işlənə 
bilirl
ər.   
                                                           
142
  Cavad Hey
ət. Azərbaycan  şifahi  xalq  ədəbiyyatı,  Bakı:  Azərnəşr, 
1990, s.36 


Almaz H
əsənqızı                                                   
 
 
188 
Tapmacalar  –  b
əzən  bu  janrın  örnəklərinə  bilməcə 
deyirl
ər. Hər  hansı  bir  nəsnənin  əlamətlərindən bəzisi ob-
razlı  təsvir edilir və  onun özünü müəyyənləşdirmək tələb 
olunur. T
apmaca  insanların  intellektual  qabiliyyətinin, diq-
q
ətinin inkişafı  üçün  mükəmməl bir vasitədir.  Əsasən sual 
şəklində  olur,  amma  başqa  formalarda  yaranan  tapmacalar 
da vardır. Məsələn, şeir formasında yaranan tapmacalar: 
 
Qarnı vərəm bağladı.   
Başı kələm bağladı. 
Balaların yığdı yanına 
Zülüm-
zülüm ağladı. 
 
Bu tapm
acada qaynayan samovar, başında dəmlik, ya-
nında stəkan-nəlbəkidən ibarət bir mənzərə yaradılmışdır.   
   
Ağaca çıxdım adamla,   
Bir n
əlbəki badamla. 
N
ə dili var, nə ağzı,   
Hey danışır adamla. 
 
Bu  tapmacada  yalnız  son  iki  misra  əşyanın  (burada 
kitabın) müəyyən əlamətlərini bildirməyə xidmət etmişdir.   
Tapmacalar uşaqların zehni fəaliyyətlərinin inkişafına, 
xüsus
ən dünyagörüşlərinin artmasına güclü təsir göstərir.         
 
Dağdan gəlir hənir-hənir, 
Vur başına, otur gəmir, – 
                    (qoz) 
Sual cüml
əsi  kimi qurulan tapmacalar sayca çoxdur. 
M
əsələn, “O nədir ki, mən gedirəm, o da gedir, dayanıram, 


Folklorşünaslığa giriş   
 
 
189 
dayanır?” 
Tapmacalardan  nağıl,  dastan,  bəzən lətifələrin içəri-
sind
ə  də  istifadə  olunmuşdur.  Bəzən  nağıllarda  tapmacalar 
ayrı-ayrı padşahlar arsında olan düşmənçiliyin aradan qaldı-
rılmasında istifadə olunmuşdur. Bu da xalq düşüncəsində əs-
lind
ə biliyə olan böyük etimaddan xəbər verir.   
Ayrı-ayrı məclislərdə aşıqlar deyişmələr zamanı tapma-
calardan, başqa sözlə bağlamalardan geniş istifadə etmişlər. 
Tapmacalar ilk olaraq XIX 
əsrdə ziyalıların tərtib  et-
diyi müxt
əlif dərsliklərdə, daha sonralar SMOMPK toplu-
sunda n
əşr edilmişdir.   
Şimali  Azərbaycanda dəfələrlə  tapmacalardan (hətta  
K
ərkük tapmacaları ayrıca) ibarət toplular nəşr olunmuşdur. 
Güney Az
ərbaycanda  da tapmacalar müəyyən qədər 
toplanmışdır. Onlardan ikisi haqqında ətraflı məlimat verək. 
Bel
ə ki, 2000-ci ildə isə Almaniyanın Köln şəhərində Beh-
ruz H
əqqinin (Çöl gülü) “Tapmacalar-bulmacalar”  kitabı 
işıq üzü görmüşdür. Müəllif yeddi yüzə qədər tapmacanı əs-
ki 
əlifbada hərf sıralamasına müvafiq olaraq tərtib etmiş və 

malarını da qarşısında göstərmişdir ki, bu da həmin janrın 
dün
yada  tanıtdırılması  istiqamətində  atılmış  mühüm  addım 
hesab edil
ə bilər.   
T
ədqiqatçı tapmacaları obrazlı şəkildə “keçmiş zaman-
ların  uşaq  ensiklopediyası”  adlandırmış  və  onları  məzmu-
nuna gör
ə şərti olaraq belə qruplaşdırmışdır: 
1.Öt
ən dövrdə  xalqın  gündəlik  yaşamında  mühüm  rol 
oynayan n
əsnələr; 
2. T
əbiət hadisələri;   
3.İnsanın yaşayış tərzi; 
4.Bitkil
ər; 
5.Heyvanlar;   


Almaz H
əsənqızı                                                   
 
 
190 
6.Yem
ək məhsulları; 
7. Ata-
babalarımızın  duyğu  və  istəklərini özündə  əks 
etdir
ən örnəklər.   
Bundan başqa, müəllif ictimai-siyasi məzmunlu tapma-
calar olduğunu da ayrıca qeyd etmiş, beləliklə, onların təsni-
fa
tını vermişdir 
Almani
yanın  Hamburq  Universitetinin Asiya-Afrika 
İnstitutunun müəllimi  Nemət  Rəhməti  1994-cü ildə  Azər-
baycan  tapmacalarından  seçmələr toplamış  və  Hamburqda 
n
əşr  etdirmişdir.  Böyük  bir  marağa  səbəb olduğu  üçün  hə-
min kitabın üzərində işləyərək genişləndirmiş və 2003-cü il-
d
ə isə təkrar Hamburqda nəşr etdirmişdir.   
Bu kitabda tapmacalar iki qism
ə  ayrılmış,  bir  hissəsi 
ərəb, digəri  latın  qrafikasi  ilə  yazıya  alınmışdır.  Bundan 
başqa, tədqiqatçı Güneydə yayılan zəngin Azərbaycan folk-
lorunun  tanıdılması  üçün  qarşıya  çıxan  maneələri dərk et-
diyin
ə, özü azad bir ölkədə  yaşadığına  görə  kitabında  İran 
adlanan ölk
ədə dillər əzbəri olan tapmacalara daha çox yer 
ayırmış, onların açmasını isə yanında qrafika üslubunda çə-
kil
miş  şəkillərlə  vermişdir  ki,  bu  da  həmin janra olan ma-
rağın  dərinləşməsinə,  kitabın  oxunaqlılığının  artmasına  gə-
tirib çıxarmışdır. Nemət Rəhmətinin topladığı bəzi örnəklərə 
n
əzər salaq:   
 
Azar azara ged
ər, 
Mehdi bazara ged
ər. 
N
ənəsi üç yaşında, 
Oğlu bazara gedər .   
            (Üzüm) 
H
əsən ağa xəstədi
Qolları qəfəsdədi. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə