Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə56/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

Folklorşünaslığa giriş   
 
 
191 
N
ə yerdədi, nə göydə, 
Ç
ərxi-fələk üstədi. 
                            (Tüstü) 
 
Bel
əliklə, N.Rəhməti “Tapmacalar” kitabına latın qrafi-
kası ilə 528, ərəb əlifbası ilə 825 tapmaca və bir neçə bağ-
lama (de
yişmə) daxil etmişdir. 
Tapmacalarla  bağlı  Cavad  Heyət “Azərbaycan  şifahi 
xalq 
ədəbiyyatı”  kitabında  icmal  şəklində  məlumat ver-
mişdir.   
L
ətifələr  –  çox  yığcam  ölçülü  ibrətamiz yumoristik 
m
ətnlərdir. Lətifələrin təsnifilə  bağlı  müxtlif  fikirlər möv-
cuddur. B
əzən lətifələr tanınmış  şəxslər  iştirakı  ilə  yaranır. 
M
əsələn, Molla Nəsrəddin və ya Bəhlul Danəndə lətifələri. 
B
əzilərində isə şəxsiyyətlər iştirak etmir. Lətifələri üç qrupa 
ayırmaq olar:   
1. Mü
əyyən şəxslərlə bağlı olanlar, 
2. Regional l
ətifələr, 
3. Siyasi l
ətifələr. 
Az
ərbaycan  folklorşünaslığında  Bəhlul Danəndə 
l
ətifələrinin tərbiyəvi, nəsihətamiz məzmunu yumorunu üs-
t
ələyir. Molla Nəsrəddin lətifələrində  isə  gülüş  daha  güc-
lüdür, başqa sözlə, onlar güldürə-güldürə tərbiyə edir. 
Molla N
əsrəddinin  şəxsiyyəti ilə  bağlı  Azərbaycan 
folk
lorşünaslığında  müxtəlif mülahizələr mövcuddur. Bu 
gülüş  ustasını  Xacə  Nəsirəddin Tusinin prototipi  kimi 
t
əqdim edilməsi ən cox yayılmış fərziyyələrdəndir. Belə ki, 
M.T
əhmasib Molla Nəsrəddinlə  bağlı  araşdırmaları  xülasə 
ed
ərkən, Nəsirəddin Tusinin XIII əsrdə yaşamasını,  “Xoca” 
titulunu daşımasını, “Əxlaqi-Nasiri” əsərində bir sıra lətifə-
l
ərin mövcudluğunu  və  s. nəzərə  alaraq,  onların  eyni  şəx-


Almaz H
əsənqızı                                                   
 
 
192 
siyy
ət olma ehtimalını irəli sürür
143
.   
Bu mülahiz
ənin həqiqətə  uyğun  olmaması  müxtəlif 
t
ədqiqatçılar tərəfindən qeyd etmişdir. Təhmasib Fərzəliyev 
is
ə lətifə qəhrəmanlarını, o cümlədən, Molla Nəsrəddini hər 
hansı bir dövrlə və ya tarixi şəxsiyyətlə bağlanmasının düz-
gün olmadığını bildirmiş və yazmışdır: “... lətifələrin də qəh-
r
əmanları hər hansı bir tarixi şəxsiyyətin bədii əksi, prototipi 
deyil, xalqın əsrlərdən bəri yaratdığı ümumiləşdirilmiş surət-
dir”
144

Qeyd etm
ək  lazımdır  ki,  professor  İsrafil  Abbaslı 
“Az
ərbaycan lətifələrinin tədqiqi” məqaləsində  T.Fərzə-
liyevin Molla N
əsrəddinin şəxsiyyətilə bağlı mülahizələrində 
haqlı  olduğunu  bildirməkdədir:“Tədqiqatçı  (T.Fərzəliyev 
n
əzərdə  tutulur  –  A.H.),  doğru  olaraq  lətifələri xalq yara-
dıcılığının məhsulu, Molla (Xoca) Nəsrəddini isə xalq fikri, 
dühası ilə səsləşən monumental bədii folklor obrazı kimi xa-
rakteriz
ə etmişdir”
145

Muxtar  Kazımoğlu    isə  həmin mülahizələri daha da 
d
əqiqləşdirmiş  və  “Folklorda  gülüşün  bəzi ümumi məsə-
l
ələri” məqaləsində yazmışdır: “Kosa, keçəl, Molla Nəsrəd-
din v
ə Bəhlul Danəndə ilə bağlı folklor nümunələri bir fər-
din yox, m
əhz  kollektiv  yaradıcılığın  məhsulu olduğundan 
h
əmin nümunələrdə tənqid edən şəxsiyyət və tənqid olunan 
dünya modeli axtarmaq özünü doğrultmur. Çünki xalq yara-
dıcılığında  tənqid edən fərd tənqid  olunan  dünyanın  tərkib 
hiss
əsidir. Kosa, keçəl, Molla Nəsrəddin və Bəhlul Danəndə 
                                                           
143
  Molla H
əsrəddin lətifələri.  Tərtib edən: M.Təhmasib,  Bakı: 
“Turan” N
əşrlər Evi, 2002, s.3-4 
144
  Az
ərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, s.244 
145
 
İsrafil  Abbaslı.  Folklorşünaslıq  axtarışları,  2  cilddə,  I  cild,  Bakı: 
Nurlan, 2009, s.401   


Folklorşünaslığa giriş   
 
 
193 
ətrafdakılara  gülməkdən daha çox, ətrafdakılarla  birlikdə 
gülürl
ər
146
.   
Fikrimizc
ə,  T.Fərzəliyevin, o cümlədən  İ.Abbaslının, 
M.Ka
zımoğlunun mülahizələri daha çox həqiqəti  əks etdir-
m
əkdədir.   
Mühacir
ət folklorşünaslığında  yuxarıda  bəhs olunan 
f
ərziyyələr, ümumiyyətlə,  xatırlanmamış,  Xoca  Nəsrəddin 
tarixi şəxsiyyət kimi sayğı ilə təqdim  olunmuşdur.  Belə  ki, 
Ə.Cəfəroğlu “Xoca Nəsrəddin” adlı tədqiqatını dünya xalq-
ları  içərisində  duzlu-məzəli, incə, hikmətamiz lətifələrilə 
böyük  şöhrət  qazanmış  Xoca  Nəsrəddinin  şəxsiyyəti, ya-
şadığı  dövr,  mühit  və  coğrafi  məkanın  aydınlaşdırılması 
problemin
ə  həsr etmişdir.  Alim  türk  kültür  tarixində  özü-
n
əməxsus mövqeyə  malik  bu  gülüş  ustasına  ilk  ən düzgün 
araşdırmanın fransız səyyahı Jan Paul Karner tərəfindən ve-
rildiyini bil
dirmiş,  hətta Xoca Nəsrəddini “təbiət  filo-
sofu”  
kimi  dünyaya  tanıtdırdığına  görə  ona minnətdarlıq 
duy
ğularını ifadə etmişdir. Müəllif həmişə xalqın dərdlərini 
söyl
əyən,  ədalətsizliyə, mərhəmətsizliyə,  qəddarlığa  qarşı 
özünün k
əskin dili ilə  mübarizəyə  qalxaraq  acı  bir  intiqam 
alan v
ə  hər zaman əbədiyaşarlığı  ilə  qalib olan  Xoca 
N
əsrəddinin geyimi, həmçinin gülüşü    daha  da  qüvvət-
l
əndirmək məqsədi daşıyan eşşək belindəki təsviri ilə  bağlı 
diqq
əti çəkən mülahizələr söyləmişdir.   
Regional l
ətifələrə  isə  mühacirət nəşrləri içərisində 
C.Hacıbəylinin “Qarabağın  dialekti  və  folkloru (Qafqaz 
Az
ərbaycanı)”  əsərində  təsadüf edilməkdədir. Tədqiqatın 
f
əsillərindən biri “Yerli şəxsiyyətlər haqqında məzəli və ya 
                                                           
146
 
Muxtar Kazımoğlu (İmanov). Gülüşün arxaik kökləri, Bakı: “Elm”, 
2005, s.48 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə