Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə63/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

Folklorşünaslığa giriş   
 
 
213 
arasında yer almış milli bir türk ədəbiyyatı növü olaraq qə-
bul etmiş və etdirmişdir”
161

Aşıq sənəti Azərbaycanda o qədər geniş vüsət almışdır 
ki, h
ətta digər  xalqların  nümayəndələri də  bu tərzdə  nəğ-
m
ələr yazmış və ifa etmişlər. Professor İ.Abbaslı “Ozan-aşıq 
s
ənətinə  tarixi  baxış”  adlı  tədqiqatında  XIX-XX  əsrlər də 
daxil olmaqla Az
ərbaycan dilində  yazan dörd yüzdən cox 
erm
əni aşığı olduğunu qeyd etməkdədir
162

S
əlim  Rəfiq  Rəfioğlu  “Professor dr. Çobanzadəyə  ca-
vab” kitabında ozan sənətinin Azərbaycan ərazisində çox ya-
yıldığını  və  onun heç bir təsirə  uymayaraq,  xalqı  öz  şirin 
dilind
ə oxşadığını, hətta başqa millətlərin nümayəndələrinin 
bu cazib
əyə düşərək türkcə şeirlər yazdığını bildirməkdədir: 
“H
ətta  İran  kültürünün  çox  qüvvətli təsiri  altında  qalan 
yüzl
ərlə  yerlərdə  belə  türk  ənənələrini  yaşadan  və  klassik 
ədəbiyyata rəqabət edənlər sırf bu ozanlar olmuşlar.Yenə bu 
ədəbiyyat gürcü və  erməni xalq ədəbiyyatı  üzərinə  təsir 
göst
ərmiş, hətta bilxassə  ermənilərdən türkcə  yazan  şairlər 
yetişmişdir”
163

Bundan  başqa,  S.Rəfiq  aşıq  yaradıcılığının  yazılı 
ədəbiyyata da böyük təsirini nəzərdə  tutaraq,  tutarlı  arqu-
mentl
ərlə  fikrinin  doğruluğunu  sübut  etməyə  çalışmışdır: 
“İştə  bu qüvvətli  kültürün  islami  İran  mədəniyyətinə  qarşı 
göst
ərdiyi müqavimət nəticəsində  yeni təşəkkül edən  ədə-
biyyatda  …  xalq 
ədəbiyyatının  təsiri barizdir. O qədər ki, 
                                                           
161
 
Ahmet  Caferoğlu.  Hakiki  Köprülü,  “Türkiyyat”,  İstanbul:  1969, 
cild XV, s.1 
162
 
İsrafil  Abbaslı.  Folklorşünaslıq  axtarışları,  2  cilddə,  I  cild,  Bakı: 
Nurlan, 2009, s.217 
163
  Selim Refik. Professör 
Dr.  Çobanzadeye  cevap,  İstanbul:  Bür-
hanettin basımevi, 1939, s.10 


Almaz H
əsənqızı                                                   
 
 
214 
əcəm şeirini təqlidən yazanlar da xalq ədəbiyyatı təsirindən 
qurtula bilm
əmiş,  aşıqlar  kimi  heca  vəznilə  qoşmalar,  das-
tanlar yazmışdırlar”
164
 
Aşıq sənəti müəllifi çox vaxt məlum olduğu üçün bəzi 
mübahis
ələr doğurmaqdadır. Lakin bir çox cəhətlərinə görə 
aşıq  sənətinin  yazılı  deyil,  şifahi  ədəbiyyat tərkibində  öy-
r
ənilməsi məqbul hesab edilir. Hər  şeydən  əvvəl, müəllif 
m
əlum  olsa  da,  aşıq  şeiri  şifahi  şəkildə  daha  çox  yayılır, 
variantlaşır.  Digər  tərəfdən,  şifahi  ədəbiyyat  ənənələri  əsa-
sında formalaşır.   
Aşıqlar  ustad  və  ifaçı  olaraq  ayrılırlar.  Ustad  aşıqlar 
dastan yaradan, 
şeir  yazan,  musiqi  bəstələyən,  ifaçılar  isə 
yal
nız  digər  aşıqların  yaratdıqlarını  məclislərdə  söyləyənlər 
hesab edilir.   
A
şıq  sənətinin ilk  ustadlarının  kim  olması  ilə  bağlı 
mübahis
ələr davam etməkdədir. Xüsusən bəzi folklorşünas-
lar (A.N
əbiyev, N.Xəlilov və b.) bu sənətin XIII əsrdə Molla 
Qasımla  başladığını  iddia  etməkdədirlər. Lakin tədqiqat-
çıların böyük əksəriyyəti XVI-XVII əsrdə bu sənətin inkişafı 
üçün  şərait  yarandığını,  ustad  aşıqların  ilk  nümayən-
d
ələrindən birinin Qurbani  olduğunu  qəbul edirlər.  “Azər-
baycan türkl
ərinin  ədəbiyyatı”  əsərində  Əhməd Cəfəroğlu 
XVII yüzilin xalq yara
dıcılığına  dair  mülahizələri maraq 
doğurur:  “XVII  əsr ümumən Azərbaycan  şifahi  xalq  ədə-
biyyatının tarixində dönüş nöqtəsi təşkil etməkdədir. Siyasi 
şərtlər ardıcıl şəkildə bu ədəbiyyat sahəsinin daha da parla-
masına, geniş xalq kütlələri arasında rəğbət qazanmasına sə-
b
əb olmuşdur. Şah Abbasla əsası qoyulan farslaşma hərəkatı 
                                                           
164
 
Selim  Refik.  Professör  Dr.  Çobanzadeye  cevap,  İstanbul:  Bürha-
nettin basımevi, 1939, s.10 


Folklorşünaslığa giriş   
 
 
215 
xalqı öz keçmişinə, ənənələrinə, əfsanə və rəvayətlərinə, na-
ğıl və dastanlarına qayıtmağa məcbur etmişdi...”
165
   
Bel
əliklə, Qurbani, Aşıq Abbas Tufarqanlı, Dədə  Qa-
sım,  Sarı  Aşıq,  Aşıq  Alı,  Aşıq  Ələsgər  və  başqaları  bu 
s
ənətin ən görkəmli nümayəndələri hesab edilirlər.   
Son ill
ərdə aşıq sənətilə bağlı xeyli tədqiqat aparılmış-
dır.  Ayrı-ayrı  aşıqların  həyat və  yaradıcılığı  ilə  bağlı, mo-
noqrafiyalar yazılmış, həmçinin əsərləri toplanaraq nəşr edil-
mişdir. 2009-cu ildə aşıq sənətinin YUNESKO-nun qorunan 
qeyri-maddi m
ədəni  irsi  siyahısına  daxil  edilməsi onun 
t
ədqiqinin daha sistemli aparılmasını aktuallaşdırır ki, fikri-
mizc
ə, mühacirətdəki və Güney Azərbaycandakı tədqiqatları 
n
əzərə almadan bu təhlillər yarımçıq olardı.   
Güney Az
ərbaycan  aşıq  sənəti bu gün də  öz həyatını 
yaşamaqda davam edir.   
 
 
                                                           
165
 
Əhməd Cəfəroğlu. Seçilmiş əsərləri, Bakı: Mütərcim, 2009, s.134 


Almaz H
əsənqızı                                                   
 
 
216 
 
 
 
FOLKLOR VƏ İDEOLOJİ BASQILAR 
 
 
Az
ərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet-rus 
iqtidarının  torpaqlarımızda  ağalıq  etməyə  başlaması  yalnız 
yeraltı və yerüstü  sərvətlərin talanmasına  imkan  yaratmadı, 
eyni zamanda, milli m
ədəni abidələrin, tarixi əski zamanlara 
söyk
ənən qədim  əlyazmaların,  maddi  sübutların  məhvi ilə 
yanaşı,  xalqın  əsrlər  boyu  yaratdığı  söz  sənətinin də  inki-
şafının  qarşısını  aldı,  həmçinin onların  yaddaşlardan silin-
m
əsi,  türk  kültürünün  yabançılaşdırılması  üçün  ağlagəlməz 
f
əaliyyətlər meydana çıxdı. Bu qeyri-insani siyasətə  sosia-
list ölk
əsində  yaşayan  ziyalılar  etiraz  etdikdə  müxtəlif yol-
larla  susdurulmağa  başlandı;  kimi  güllələrlə, kimi uzaq Si-
birin “buzlu c
əhənnəm”ində… 
Bu  şovinizm  siyasəti təkcə  Azərbaycanda deyil, sovet 
əsarətinə düşən bütün, hətta əhalisi slavyanmənşəli olan res-
publikalarda yürüdülürdü v
ə  türkoloqlar tərəfindən imkan 
düşdükcə  tənqid  edilirdi.  Ukraynanın  Çerniqov  vilayətində 
dünyaya g
ələn, Ukrayna Maarif Qurumunun rəhbərliyinə 
q
ədər yüksələn, lakin sovet siyasətinə boyun əymədiyi üçün 
ill
ərlə  əsir  düşərgələrində  işgəncələr  altında  saxlanan,  çox 
böyük ç
ətinliklərdən  sonra  Amerikanın  Virciniya  ştatının 
Raymond şəhərinə mühacirət etməyə məcbur qalan məşhur 
türkoloq Vasili Vasilyeviç Dubrovski (1897-1966) özünün 
1955-ci ild
ə Münhendə Sovetlər Birliyini Öyrənmə İnstitutu 
t
ərəfindən nəşr olunan “Dərgi”dəki “Ukrayna şərqşünaslığı-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə