Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə64/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

Folklorşünaslığa giriş   
 
 
217 
nın təşkili və dağıdılması” adlı məqaləsində bu barədə yazır: 
“… 
əski təcavüzkarlığın yeni sovet kommunist imperializmi 
şəklində xortlaması türklər haqqında obyektiv elmi tədqiqat 
f
əaliyyəti üzərində  öldürücü bir təsir icra etdi; alimlər, 
t
əəssüf ki, tamamilə  kommunist siyasətinin və  ideologiya-
sının əmrinə itaət etmək zorunda  qaldılar.  Kommunist par-
tiyasının  elm  üzərindəki bu təhkimçiliyi onun süqutuna, 
obyektivliyini qeyb etm
əsinə və keçən əsrin batil fikirlərinə 
dönm
əsinə yol açdı”
166

  Bu s
ətirlərin müəllifi bir türk deyil, dürüstlüyünü  
itirm
ədiyi üçün böyük əzablara məruz qalan, lakin təmiz 
vicdanını qoruyaraq həqiqəti, yalnız həqiqəti etiraf etməkdə 
israrlı  olan  əslən slavyan, yəni  bir  ukraynalı  alim  –  türko-
loqdur. Dubrovskinin d
ə  yazdığı  kimi,  sovet  siyasəti, xü-
sus
ən türkdilli xalqlar üçün heç də  çarizmin yeritdiyi müs-
t
əmləkəçilikdən fərqlənmirdi və  bu isə  bütün elm sahə-
l
ərində daha çox özünü göstərməkdə idi. 
Sovet Sosialist Respublikalar İttifaqının mövcud oldu-
ğu  yetmiş  ildə  siyasi məqsədlər  uğruna  ayrı-ayrı  mədəniy-
y
ətlərin  unutdurulması  və  “ruslaşdırılması”  istiqamətində 
ciddi f
əaliyyət göstərilmiş,  xüsusən  türkdilli  xalqların  öz 
milli kökünd
ən qoparılması naminə bu gün də insanı dəhşətə 
g
ətirən müxtəlif vasitələrdən istifadə  olunmuşdur.  Belə  ki, 
b
ərəkət, məhsuldarlıq, xeyirxahlıq, imkansızlara yardım, gö-
z
əllik və s. kimi məqsədləri özündə ehtiva edən Novruz kimi 
xalqın  müqəddəs  bayramı  unutdurulmağa  çalışılarkən, 
“Oktyabr”,  “28  Aprel”,  yalançı  məhsul bayramlarının, 
                                                           
166
 
Vasili  Vasiloviç  Dubrovskıy.  Sovyet  tarihçiliği  gözünde  türk 
dünyası  (hazırlayan  Sebahattin  Şimşir),  İstanbul:  İQ  Kültür  Sanat 
Yayıncılık, 2009,s.24 


Almaz H
əsənqızı                                                   
 
 
218 
“kom
somol”  toylarının,  ənənəvilikdən uzaq  yas məra-
siml
ərinin  zorla  xalqın  məişətinə  daxil  olunmasına  cəhd 
edil
miş,  xalq  mahnılarına,  nağıllara,  dastanlara  senzura  “əl 
g
əzdirmiş”,  bir  sıra  folklor  janrlarının  tədqiqinə  yasaqlar 
qoyulmuşdu.   
Eyni zamanda, Güney Az
ərbaycanda şahlıq rejimi uzun 
ill
ər türklərə öz ana dilində danışmağı belə yasaq etmiş, bu 
da  xalq  yaradıcılığının  toplanması,  nəşri  və  təbliğinə  ciddi 
şəkildə öz mənfi təsirini göstərmişdir. 
Bir çox ç
ətinliklərə  baxmayaraq,  mühacir ömrü sürən 
Az
ərbaycan  ziyalıları  xalq  ədəbiyyatı  nümunələrinin  araş-
dırılmasına özlərinin azadlıq ideallarının həyata keçməsinin 
t
ərkib hissəsi kimi xüsusi həssaslıqla  yanaşmış,  folklor 
materiallarının toplanması, nəşri və təbliğinin, daha doğrusu, 
milli-m
ənəvi sərvətin öyrənilməsinin vacibliyinə  diqqət 
yetirmişlər. Təəssüf olsun ki, siyasi-ideoloji səbəblər üzün-
d
ən uzun illər Azərbaycan elmi-nəzəri fikrinin mühacirətdə 
yaranan t
ədqiqatlara diqqət yetirməsinə qadağalar qoyulmuş, 
b
əzən isə yanlış və qərəzli münasibət bildirilmişdir. 
Sovet dön
əmində xalqın azadlıq və hürriyyət arzularını 
alovlandıran, əsarət, köləlik buxovlarından qurtulmağa  səs-
l
əyən ədəbi əsərlər ya senzura tərəfindən yasaq edilmiş, ya 
da m
əcburiyyət üzündən bəzən hətta Azərbaycanın  öz  təd-
qiqatçıları tərəfindən sovet ideologiyasına uyğunlaşdırılaraq 
t
əhrif  edilmiş,  yanlış  təbliğ  olunmuşdur.  Belə  ki, mühacir 
t
ədqiqatçı  Süleyman  Abdülkadir  “Azərbaycan yurd bilgisi” 
d
ərgisinin elə  ilk  sayında  dərc  olunmuş  “Türk  qövmlərinin 
xalq 
ədəbiyyatında  rus  istilasının  inikası”  adlı  məqaləsində 
(mü
əllifin bu adda silsilə  məqalələri dərginin  dörd  sayında 
d
ərc  edilmişdir)  müstəmləkə  buxovları  daşıyan  bütün türk-
dilli    xalqların  folklorunu  nəzərdən keçirərkən diqqəti bu 


Folklorşünaslığa giriş   
 
 
219 
problem
ə yönəldərək qeyd etmişdir: “...türk xalq ədəbiyyatı 
v
ə xəlqiyyatı öz münəvvərlərimiz tərəfindən ihmal olunmuş
ancaq köl
ə  millətə  mənsub olan müstəmləkəçiyə  qeyrətlə 
toplana  bilmişdir.  Bu  ədəbiyyatı  müstəmləkəçiyə  nəql 
ed
ənlər rus  istilasına  dair  xalqın  tərənnüm etdiyi dastan və 
türkül
ərin milli bir sirr sifətilə  saxlamış,  yaxud  “rus  mə-
muru” z
ənn etdikləri müstəmləkəçinin xətrini  qırmayacaq 
bir sur
ətdə təhrifə məcbur olmuşlar
167

Yalnız Azərbaycanda deyil, bütövlükdə Sovetlər Birli-
yind
əki senzura sistemi “kommunizm əxlaqı”  adı  altında 
milli s
ərvətlərin mümkün olduğu qədər öz mənafeləri istiqa-
m
ətində  saxtalaşdırmaq  və  ya tamamilə  inkar etmək 
mövqeyi nümayiş etdirməkdə idi, xüsusilə xalq ədəbiyyatına 
münasib
ətdə yasaqlar bəzən gülünc arqumentlərlə aparılırdı. 
Bel
ə ki, 1934-cü ildə Parisdə “Revyue de Monde” dərgisinin 
yanvar  sayında  nəşr  etdirdiyi  “SSRİ-də  ziyalılar”  adlı 
m
əqaləsində  Ceyhun  Hacıbəyli sovet senzura sisteminin 
f
əaliyyətinə ayrıca nəzər yetirmişdir və  burada bir məqam 
xüsusil
ə  diqqəti cəlb edir: “...bir kitab dar bir körpünün 
üstünd
ə rastlaşan iki tərs keçinin səhnəsini əks etdirən xalq 
nağılının  təsvirini verdiyi üçün məhkum olundu; heç biri 
dig
ərinə yol vermək istəmir və nəhayət, hər ikisi çaya yıxılır. 
“Oxucuda bel
ə  bir analoji  təsəvvür  yarana bilər ki, –  deyə 
senzor ya
zırdı,  –  iki keçinin konflikti sinfi mübarizədir və 
sovet hakimiyy
əti ilə  burjuaziya biri digərinə  güzəşt 
etm
əlidir, əks təqdirdə hər ikisi məhv olacaqdır”
168

                                                           
167
 
Suleyman  Abdülkadir.  Türk  kavımlarının  halk  edebiyatında  rus  istilası 
inikası, “Azerbaycan yurt bilgisi”, İstanbul: 1932, yıl 1, I, sayı 1, s. 22 
168
 
Ceyhun b
əy  Hacıbəyli.  Seçilmiş  əsərləri (Mühacirət  dövrü),  Bakı:  Elm, 
2006, s.93
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə