Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə65/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
220 
Bu fakt Az
ərbaycan mühacirət folklorşünaslığının diq-
q
ətindən  yayınmamış,  xalqın  sərvətinin siyasi  məqsədlərə 
uyğunlaşdırılması onların kəskin etirazları ilə müşayiət olun-
muşdur. 
M
əhz  türk  xalqlarının  mənəvi sərvətlərinə  düşmən 
münasib
ətin nəticəsində  keçən  əsrin  ortalarında  xalqımızın 
tarixini, dilini, 
ədəbiyyatını,  kültürünü,  dövlətçilik  ənənə-
l
ərini rusların  bir  millət  kimi  mövcud  olmadığı  daha  əski 
çağlara  daşıyan  “Kitabi-Dədə  Qorqud” eposunun yasaqlan-
ması əleyhinə Məhəmməd Əmin Rəsulzadə qələmilə üsyan 
etmiş,  “Dədə  Qorqud dastanları”, “Dədə  Qorqud  Oğuzna-
m
ələri” məqalələrində bu hadisənin sovet ideoloji sisteminin 
narahatlığından doğduğunu göstərmişdir.   
  Az bir zaman iç
ərisində  dünya  ədəbi fikrini məşğul 
etm
əyə  müvəffəq  olan,  haqqında  onlarla  tədqiqat  əsəri 
yazılan, bir çox dillərə tərcümə edilən bu abidənin Sovetlər 
Birliyind
ə  kəskin bir münasibətlə  qarşılanması,  hətta 
yasaqlanmağa  məhkum edilməsi “sosialist bərabərliyinin 
çürüklüyünü” ortaya qoydu. M.Ə.Rəsulzadə  “Dədə Qorqud 
dastanları” məqaləsində: “Türk xalq ədəbiyyatının şah əsəri 
bu dastanlar son ill
ərin siyasi günlük mövzusunu təşkil 
etdil
ər. Azğınlaşmış bolşevik ruslaşdırma siyasəti gərəyincə 
bunlar az
ərbaycanlı aydınları yenidən ələyib qızıl qəlbirdən 
keçirm
əyə vəsilə oldular”, – yazaraq, bu hakimiyyətin başqa 
mill
ətlər üçün necə fəlakətlər gətirdiyini göstərirdi.   
Ən böyük amalı  Vətənin  istiqlalı,  azadlığı  olan,  lakin 
v
ətəndən uzaqlarda –  mühacirətdə  yaşamaq  zorunda  qalan 
şəxsiyyətlər məhz bu səbəbdən öz araşdırmalarına bir    çox 
hallarda siyasi-ideoloji c
əhətdən  yanaşırdılar.  Belə  ki, 
M.B.M
əmmədzadənin “Millətlərin oyanmasında  dastanlar” 
m
əqaləsində  mühacirətdəki ziyalıların  xalq  yaradıcılığına 


Folklorşünaslığa giriş   
 
 
221 
müraci
ət etmə səbəbləri  daha  aydın  görünməkdədir. Məqa-
l
ədə müəllif folklorun çox güclü bir təsirə, xalqı hər zaman 
hürriyy
ətə doğru aparmaq qüdrətinə sahib olduğunu göstər-
m
əkdədir: “Millətlərin keçirdikləri qısa və ya uzun süqut və 
əsarət dövrlərində  əfsanələrə,  nağıllara,  səciyyə  və  das-
tanlara mövzu t
əşkil edən  keçmişin  şanlı  və  müqəddəs 
xatir
ələri, təhrikedici,  oyandırıcı,  ümid  və  ruhverici, birləş-
dirici v
ə  qurtarıcı  pək böyük qüvvətə  malikdir.  Oğuz  das-
tanı, “Dədə Qorqud” hekayələri və s. türkün şərəfli keçmi-
şindəki milli əzəmət və  milli qüdrətini  yaşatdığı,  mühafizə 
etdiyi üçün qiym
ətlidir”
169

Buradan  göründüyü  kimi,  folklorun  xalqın  milli  kim-
liyini qoruyan, q
əhrəmanlığını yaşadan və əsarətə qarşı mü-
bariz
əyə  aparan  ən güclü vasitə  olması  mühacirətdəki zi-
yalıların siyasi-ideoloji məqsədləri ilə səsləşirdi və ona daha 
çox müraci
ət edilməsinə  gətirib  çıxarırdı.  M.B.Məmməd-
zad
ənin: “Demək olar ki, “Kalevala” olmasaydı, fin milləti 
bu gün bir mill
ət olaraq, bəlkə də, olmayacaqdı”,  – sözləri 
xalq yaradıcılığının önəmini aydın ifadə etməkdədir. 
Mirz
ə Bala məqaləsində fin millətinin timsalında xalq 
ədəbiyyatının  tarixi  yaşadacaq qədər böyük əhəmiyyətini
h
ətta bir millətin varlığı üçün ən vacib şərt olduğunu sübuta 
yetirm
əklə,  əslində, folklorun təsir  gücünü  ortaya  qoymuş-
dur. 
Az
ərbaycan xalq ədəbiyyatına  sosializm  mühitində 
qeyri-
peşəkar münasibətə  qarşı  etiraz  edənlərdən biri də 
Əhməd Cəfəroğlu idi. Sözün  qüdrətinin  qılıncdan  kəskin 
olduğunu  “ustalıq”la  dərk edən sovet senzura sisteminin 
                                                           
169
 
Mirza  Bala  Mehmetzade.  Milletlerin  uyanmasında  destanlar, 
“Azerbaycan
”, Ankara: 1970, yıl 18, sayı 191-196, s.11 


Almaz H
əsənqızı                                                   
 
 
222 
milli-m
ənəvi sərvətlərimizə  qarşı  ideoloji  savaşı  bu  böyük 
Az
ərbaycan ziyalısının qəti etirazları ilə qarşılanmış, o, apar-
dığı  dəyərli tədqiqatlarla xalqının  zəngin tarixini,  ədə-
biyyatını  dünyaya  tanıtdırmağa,  xalq  yaradıcılığı  nümunə-
l
ərini  toplayıb  nəşr  etdirməyə  müvəffəq olmuşdur.  Xalqı 
azadlığa,  hürriyyətə  səsləyən, rus müstəmləkəçiliyinə  qarşı 
yön
ələn  əsərlərin diqqətdən kənarda  qalmasına,  toplanıb 
n
əşr edilməməsinə, tədqiqatına imkan verilməməsinə təəssüf 
ed
ən Ə.Cəfəroğlu “Azəri ədəbiyyatında istiqlal mücadiləsi ” 
adlı  tədqiqatında  yazır:  “Milli  Azərbaycan  ədəbiyyatında, 
ad
əta    başlı-başına, müstəqil bir cərəyan təşkil edən istiqlal 
mücadil
əsi  ədəbiyyatı,  təəssüf ki, uzun bir zaman qeyri-
münt
əşir  qaldığından  (çap  olunmadığından),  kiçik  bir  təd-
qiq
ə  belə  məzhər  olmamışdır.  Rus  istilası  ilə  bərabər do-
ğan  bu  ədəbiyyat rus məmurlarının  hədsiz təzyiqedici dav-
ranışları  üzündən  əvvəlləri  yalnız  şifahi  ədəbiyyat mahiy-
y
ətində  özünü mühafizə  edə  bilmiş  və  dolayısı  ilə  bütün 
b
əkarətini tutamamışdır”
170

Dig
ər bir məqam diqqəti cəlb edir. Ə.Cəfəroğlu “Azər-
baycan dil v
ə ədəbiyyatının dönüm nöqtələri” əsərində yazır: 
“… bir t
ərəfdən, qələm əhli xalqa öz dililə xitab edərək, ona 
öz 
ədəbiyyatının zövqünü daddırırkən, digər tərəfdən, qılınc 
əhli də Azərbaycana yeni hürr və müstəqil bir dövlət idarəsi 
şəklini hazırlamaqda idilər. Zira, kültür istiqlaliyyəti  yalnız 
dil v
ə  ədəbiyyat kimi sahələrdə  deyil, eyni zamanda milli 
torpaqlar üz
ərində  qurulacaq olan maddi istiqlaliyyətlə  də 
qo
vuşunca sağlam ola bilərdi”
171
 
                                                           
170
 
Ahmet  Caferoğlu.  Azeri  Edebiyatında  İstiklal Mücadelesi izleri, 
“Azerbaycan Yurt Bilgisi”, 
İstanbul: 1932, yıl 1, sayı 8-9, s. 296 
171
 
Ahmet Caferoğlu. Azerbaycan dil ve edebiyatının dönüm noktaları, 
An
kara: Yeni Cezaevi matbaası, 1953, s.17 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə