Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə67/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

Folklorşünaslığa giriş   
 
 
227 
yaraq  müxt
əlif dillərdə  nəşr  etdirmişdir. A.Vamberi onun 
topla
dığı  türk  nağıllarının  macarca  nəşrinə  yazdığı  “Ön 
söz”d
ə  düşündürücü  qənaətlər irəli  sürmüşdür: “Türk xalq 
ədəbiyyatının  xəzinələri küçələrə  dağılmış  incilər, brilyant-
lar, d
əyərli  daşlar  kimi  darmadağınıq  bir  halda  onları 
toplayacaq birisini gözl
əyirdi.  İ.Kunoş  tamamən bir kənara 
buraxılmış bu ədəbi xəzinəyə diqqət göstərərək ətrafa saçıl-
mış  bu  dəyərləri  toplayaraq  avropalı  oxuculara  əvəzsiz bir 
xalq nağılları toplusu təqdim etmişdir. Qaldı ki, gənc macar 
türkoloqu bu x
əzinələri  tam  zamanında  topladı.  Çünki  bir 
müdd
ət  sonra  Anadolunun  klassik  torpaqlarını  dəmiryolları 
böl
əcək, bərabərində  gələcək  olan  yabançı  düşüncələr, ya-
ban
çı  nağıllar və  nəqliyyatının  sehrli  dəyənəklə  yabançı-
laşması  təsiri  altında  bu  əski  dünyanın  özəlliklərinin bir 
çoxu 
qeyb olacaqdı”
175

Aydındır ki, xalqın dili qədər onun yaratdığı sənət nü-
mun
ələri çox mühüm əhəmiyyət kəsb edir, onlar qorunmasa, 
topla
nıb  dəyərlərdirilməsə, xatirələrdən silinir, özlərilə  bir-
likd
ə  onu yaradanların  tarixini  də  məchulluğa  aparırlar. 
Bel
əliklə, xalq yaradıcılığının toplanması, sistemləşdirilməsi 
onun t
ədqiqi və təbliği qədər vacib məsələlərdəndir. Bu ma-
terialların  toplanması  sistemli  şəkildə  yerinə  yetirilməlidir. 
Qeyd etm
ək lazımdır ki, söyləyici ilə  səmimi ünsiyyət qur-
maq bütün görül
əcək  işin  ən  vacib  şərtlərindəndir.  Buna 
gör
ə də elə bir şərait yaratmaq lazımdır ki, informator folk-
lor m
ətnini sərbəst ifa edə bilsin.   
Folklor materialı toplanarkən, bəzən söyləyici  özü de-
diyi m
ətnlə bağlı şərhlər verir. Belə hallarda söyləyici şərh-
l
ərini də  yazıya  köçürmək həmin örnəklə  bağlı  daha  aydın 
                                                           
175
 
İgnacz Kunos. Türk halk edebiyatı, İstanbul: Kervan kitabçılık, 1978, s.15 


Almaz H
əsənqızı                                                   
 
 
228 
t
əsəvvürlərin yaranmasına xidmət edə bilər. Məsələn, aşağı-
dakı bayatı və onun yaranma səbəbilə bağlı söyləyicinin iza-
hına diqqət yetirək: 
   
Dağlar marala qaldı, 
Otu sarala qaldı. 
Yaşıl meşə, göy bulaq, 
O da marala qaldı, –   
 
bayatısını deyəndən sonra söyləyici belə bir şərh əlavə edir: 
“Biz  h
ər  il  dağlara  yaylağa  çıxarardıq.  Payızda  artıq  yay-
laqdan enm
ə zamanı bu bayatı söylənirdi. Yəni biz artıq ge-
dirik, amma bulaqlar, meşələr yenə marala qalır”. 
Söyl
əyici bəzən folklor örnəyini variantları ilə birlikdə 
deyir v
ə özləri də onları şərh etməyə çalışırlar. Məsələn: 
 
Axşamlar, ay axşamlar, 
Şamlar yanar axşamlar. 
Evli evin
ə gedər, 
Q
ərib harda axşamlar? 
 
b
ayatısını deyəndən sonra söyləyici, məsələnin fərqinə var-
madan, onun dig
ər bir variantı haqqında məlumat verir: 
 
Axşamlar, ay axşamlar, 
Şam yanar, Ay axşamlar. 
Evli evin
ə gedər,   
Q
ərib harda axşamlar? 
 
M
əlumdur ki, sözün həqiqi mənasından uzaqlaşaraq məcazi-
l
əşməsi çox uzun illər ərzində baş verir. Bu da göstərir ki,  


Folklorşünaslığa giriş   
 
 
229 
bayatının  ikinci  variantı  daha  sonralar  yaranmışdır,  yəni 
folklor örn
əyi  ağızdan-ağıza  keçərək  cilalanmış,  cinasların 
sayı da artmışdır.   
Folklor 
materiallarının  toplandığı  coğrafi  ərazi  haq-
qında lazımi qədər bilgi verilməlidir. Bir sıra hallarda folk-
lor örn
əkləri həm də toplandığı mühitin təsirinə məruz qalır 
v
ə onun yeni variantları yaranır. Belə hallarda folklor mətni-
nin harada, hansı bölgədə yaranması ilə bağlı müəyyən de-
tallar m
ətndə ifadə oluna bilir. Məsələn: “Naxçıvanın duzu, 
qızı,  qarpızı”  atalar  sözü  Ordubad  ərazisində  “Naxçıvanın 
duzu,  Ordubadın  qızı,  Şahbuzun  da  qarpızı”  şəklində 
söyl
ənilməkdədir. Bu da onun söyləndiyi bölgə ilə bağlıdır. 
B
əzən folklor örnəyində  toplandığı  ərazi ilə  bağlı  elə 
sözl
ər və  ya  faktlar  olur  ki,  yazıya  alanda  mütləq onlarla 
bağlı  şərh verilməsinə  ehtiyac  yaranır.  Ordubad  ərazisində 
çox işlənən atalar sözündən birinə diqqət yetirərək fikrimizi 
izah ed
ə  bilərik:  “Kilit  şəhər olar, bizə  də  mənfəəti var”. 
Az
ərbaycanın  bütün  regionlarında  “kilid”  sözü  işlənir və 
“açar” m
ənasında  başa  düşülür.  Əgər həmin ifadəyə  bu 
m
əzmunla  yanaşılarsa,  təbii ki, atalar sözü anlaşılmaz. 
Amma atalar sözl
əri müdriklər tərəfindən yaradılır və illərin 
sınağından  çıxır.  Bu  ifadə  də  istisna deyil. Məsələ  ondadır 
ki,  “Kilit”  Ordubadın  çox  qədim və  kiçik  kəndlərindən 
birinin adıdır.  Beləliklə, atalar sözünün nə  məqsədlə  deyil-
diyi tam m
ənası  ilə  aydınlaşır.  Bu cür folklor örnəklərinin 
toplayıcıları  mütləq məhəlli söz və  yaxud ifadələri  ayrıca 
şərh etməlidirlər.   
Folklor örn
əyi toplanarkən, ona təravət verən söyləyici 
intonasiyası, onun jest və mimikaları, əhvali-ruhiyyəsi yazı-
ya köçürül
ə bilmədiyi üçün örnək müəyyən qədər öz təsirini 
itirir. Bu itkini minimuma endirm
ək  və  intonasiyanı  qoru-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə