Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə68/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
230 
maq m
əqsədilə durğu işarələri dəqiqliklə qoyulmalıdır. Mə-
s
ələn: 
 
Əzizim baxtı yarım, 
Baxtımın taxtı yarım. 
Üzünd
ə göz izi var,   
S
ənə kim baxdı, yarım? – 
 
bayatısı  bircə  hərfi dəyişmək və  vergül itirməklə, məzmu-
nunda d
əyişmə baş verir: 
 
Əzizim, baxdı yarım, 
Baxtımın taxtı yarım. 
Üzünd
ə göz izi var, 
S
ənə kim baxdı yarım? 
   
Birinci  variantda  “baxtı  yarım”,  yəni  “yarımçıq  bəxti 
olan” 
(başqa sözlə, bəxtsiz) mənası da anlamaq mümkündür. 
İkinci variantda “baxdı yarım” sözlər olduğu kimi anlaşılır, 
bu da m
əna itkisinə  gətirir.  Yalnız  vergülün  işlənməməsi 
tam f
ərqli bir mənanın  yaranmasına  gətirib  çıxarır.  “Sənə 
kim b
axdı  yarım”  ifadəsi məcazi mənada  “yarımçıq  –  kəm 
baxmaq” kimi düşünülə bilər. 
Başqa bir örnəyə diqqət yetirək
 
Əzizinəm, oyan, gül,   
O yan bülbül, o yan gül. 
Könül f
əğan eyləyir,   
N
ə yatmısan, oyan, gül, –   
 
 


Folklorşünaslığa giriş   
 
 
231 
b
ayatısının  yazılışında  kiçik  bir  düzəliş  etsək, məzmun da 
əvvəlkindən xeyli fərqlənəcəkdir: 
 
Əzizinəm, oyan, gül, 
Oyan, bülbül, oyan, gül, 
Könül f
əğan eyləyir, 
N
ə yatmısan oyan, gül. 
 
“o yan bülbül, o yan gül” deyil
əndə bir tərəfdə gül, digərində 
bülbül olduğu nəzərdə tutulur. Bu variant xalqın dildən necə 
inc
əliklə istifadə etdiyinin göstəricisidir, daha mükəmməldir. 
Dig
ər  variantdakı  “oyan, bülbül, oyan, gül” ifadəsi iki cür 
anlaşıla  bilər. Birinci halda həm bülbül, həm də  gül oyan-
mağa  səslənilir. Bu daha məntiqi  düşüncədir. Amma digər 
bir halda, 
bülbülü oyanıb, gülməyə çağırmaq kimi də düşü-
nül
ə  bilər,  lakin  bayatının ümumi məzmununa görə  bu  ağ-
labatan deyil. Bu fikirl
ər dördüncü misra haqqında da deyilə 
bil
ər. 
Maraqlı bir atalar sözü haqqında da bu fikirləri demək 
olar. “Düz adam düz d
ə qalar” və “Düz adam düzdə qalar” 
ifad
ələrini müqayisə etsək, tam fərqli bir mənzərənin şahidi 
olarıq.  “Də” hissəciyinin  ədat və  ya  şəkilçi  kimi  yazıya 
alınması  fikrin  tam  şəkildə  dəyişməsilə  nəticələnir. Birinci 
halda (“Düz adam düz d
ə  qalar”) müsbət bir keyfiyyətin 
daimi olmasına inamla söylənmiş bir ifadədir və fikrimizcə, 
el
ə bu şəkildə də yazıya alınsa,  daha  ağlabatan  olar.  İkinci 
halda (“Düz adam düzd
ə  qalar”) ifadə artıq doğru olmağın 
insana ziyan g
ətirəcəyinə  işarə  edir  və  bu  şəkildə  yalnız 

əyyən uğursuzluq və s. məqamlarda işlənə bilər. 
Bel
əliklə, xalq öz dilindən, sözlərin məcaziləşməsin-
d
ən, eyni səs tərkibinin müxtəlif şəkildə anlaşılması, başqa 


Almaz H
əsənqızı                                                   
 
 
232 
sözl
ə, omonimləşmədən çox məharətlə  istifadə  edərək az 
sözl
ə  daha  geniş  fikirləri ifadə  etməyə  nail olmuşdur.  Bu 
m
əsələdə, təbii ki, illərin  sınağı,  ağızdan  ağıza  söylənərək 
sözl
ərin cilalanması da mühüm rol oynamışdır. Bu haqqında 
b
əhs edilən örnəklərdə açıq şəkildə görünməkdədir.   
Folklor  materiallarını  toplayanlar  yalnız  xalqın  dilin-
d
ən deyilən bu nadir söz incilərini daha çox məsuliyyətlə 
dinl
əmək və əslinə müvafiq yazıya köçürmək qalır. Təbii ki, 
bu örn
əklərin bütün variantları dəyərlidir, lakin söyləyicinin 
dediyinin daha düzgün yazıya alınması vacib şərtlərdəndir.   
İqnats Kunoş folklor materiallarının toplanmasının xal-
qa  yalnız  xidmət  deyil,  bir  namus  borcu  olduğunu 
bildirm
əkdədir:  “Xalq beytləri,  xalqın  lirik  şeiri  olduqları 
kimi,  nağıllar  da  (epik-dastani) növündən olub bir-birini 
tamamlar v
ə  bütünləşir.  Bu  səbəblərə  görə  dünyadakı  hər 
mill
ətin özünə aid folklorunu toplaması və yayınlaması mil-
liyy
ət namusuna və borcuna aid bir müqəddəs vəzifədir”
176

Son dövrl
ərdə  texnikanın  sürətli  inkişafı,  müxtəlif 
s
əsyazma, video aparatlar folklor mənlərinin  yazıya  alın-
masında  müəyyən çətinliklərin aradan qalxmasına  gətirib 
çıxarmışdır.  Lakin  texniki  inkişafın  folklora  başqa  təsirləri 
d
ə  müşahidə  edilməkdədir.  Bununla  bağlı  məşhur  rus 
fo
lklorşünası, professor  Sergey  Neklyudov  (Сергей  Не-
клюдов)  özünün  “Folklor  və  onun tədqiqi: iyirminci əsr” 
(“Фольклор  и  его  исследования:  век  двадцатый”)  adlı 
m
əqaləsində yazır: “Folklor mətni şifahi ənənədən kitaba və 
kitabdan – 
şifahi ifaya keçir, bəzən bir neçə dəfə öz olduğu 
yeri 
əvəz edərək, hətta bu zaman etnik dil sərhədlərini 
                                                           
176
 
İgnacz Kunos. Türk halk edebiyatı, İstanbul: Kervan kitabçılık, 1978, s. 113 


Folklorşünaslığa giriş   
 
 
233 
adlamış  olur  (Bax:  Məsələn:  Rüstəm  haqqında süjet/Erus-
lan). M
əhz bu cəhət “klassik” folkoru arxaikdən fərqləndirir. 
M
əhz kitab – yazılmadan sonra /tərcümələr /əlavələr / söy-
l
əmələr  –  indi necə  deyirlər, folklor süjetinin “qloballaş-
ması”nın  ilkin  vasitəsinə  –  onu  öz  doğulduğu  lokal  ənənə-
l
ərindən çox-çox uzaqlarda yayılması vasitəsinə çevirir”
177

Bu  problem  bütün  xalqların  həyatında  artıq  baş  ver-
m
əkdədir. Azərbaycan folkloru da informasiya və texnikanın 
müasir  inkişaf  mərhələsində  müəyyən mənada uduzur və 
b
əzi mühüm məsələlərin təcili  həllini  tələb edir. M.Ka-
zımoğlu  bu  barədə  yazır:  “Toplama  işinin  təxirəsalın-
mazlığının  məlum və  məşhur  başqa  bir  səbəbini də  gös-
t
ərmək olar: çağdaş informasiya bolluğu şəraitində şifahi söz 
s
ənətinin meydanı daralır. Layla və oxşamaya, yanıltmac və 
tapmacaya, 
nağıl  və  dastana... marağın  azalması,  peşəkar 
söyl
əyicilərin çox çətinliklə  tapılması  məhz  meydanın 
daralmasına,  folklor  od-alovunun səngiməsinə  dəlalət edən 
faktlardır”
178

Sadalanan s
əbəblər folklora diqqətin artırılmasını tələb 
edir.  Bundan 
əlavə, bəzi məqamlar da vardır ki, materiallar 
toplanark
ən onlar da nəzərə  alınmalıdır.  Məsələn,  C.Hacı-
b
əylinin  Parisdə  1933-cü ildə  nəşr  etdirdiyi  “Qarabağın 
dialekt v
ə folkloru (Qafqaz Azərbaycanı)” əsərində “Oxşat-
malar” (“gözümün işığı”, “şirinim”, “umudum”, “ceyranım” 
v
ə  s.) , “Xasiyyətlər” (“maymax”, “dəliso”, “ürəyi yuxa”, 
                                                           
177
 
Сергей Юрьевич Неклюдов. Фольклор и его исследования: век 
двадцатый  //Экология  культуры,  Архангельск,  2006:  №2  (39), 
с.123 
178
 
Muxtar  Kazımoğlu  (İmanov).  Folklor  həm  keçmiş,  həm də  bu 
gündür. M
əqalələr. Bakı: Elm və təhsil, 2014,s.85 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə