Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

Folklorşünaslığa giriş   
 
 
25 
dığını nəql etməkdədir”
26

Alman 
əsilli Adam Oleari, türk Övliya Çələbi və baş-
qalarının  səyahətnamələri də  bir  sıra məlumatların  öyrə-
nilm
əsi istiqamətində  dəyərli mənbə  olaraq qalmaqdadır. 
Bel
ə ki, XVII əsr səyyahı A.Oleari özünün də iştirak etdiyi 
S
əfəvilər dövrü Şamaxıda keçirilən Novruz mərasimilə bağlı 
m
əlumatlar vermişdir
27
.
   
Bundan 
əlavə, həmin səyahətnamədə  folklorşünaslq 
üçün dig
ər  maraqlı  məlumatlar    da  yer  almışdır.  Belə  ki, 
A.Oleari 1698-ci uld
ə  Dağıstan  və  Azərbaycandan keçib 
İrana  səyahət edərək, yenə  həmin yolla geri dönərkən, 
D
ərbənd yaxınlığında gördüyü “Qırxlar məzarlığı”ndan bəhs 
ed
ərək  yazır:  “Burada  biz  daha  iki  müqəddəs müsəlmanın 
türb
əsini ziyarət etdik. Bunlardan biri Pir Muxara (Pyhr 
Muchar)  aid  olub  ovalıqda,  digəri isə  İmam  Qorqudun 
(İmam  Kurchud)  dağ  üzərindəki türbəsi idi. (Həzrəti) 
M
əhəmmədin  yaxın  qohumlarından  olub,  hər zaman onun 
ayaqları  ucunda  oturan,  ondan  dərs alan və  peyğəmbərin 
v
əfatından  sonra  guya  300  il  daha  yaşamış  olan  İmam 
Qorqud özünü kral Qazanın xidmətinə vermişdi, ona qopuz 
çalaraq h
ərbi türkülər söylərdi”
28
.   
Qeyd etm
ək lazımdır ki, bir sıra folklor mətnləri məhz 
                                                           
26
Ahmet Caferoğlu. Azeri lehcesinde bazı moğol unsurları, “Azerbaycan 
yurt bilgisi”, İstanbul: 1932, sayı 6-7, s. 216 
27
 
Адам Олеарий. Подробное описание путешествия в Московию 
и через Москоию в Персию. Москва: Императорского Общесество 
Истории  и  Древностей  Россий  при  Московском  Университете, 
s.549   
28
 
Адам  Олеарий.  Путешествие  по  Adam  Oliarius,  Puteşestvie  po 
Moskoviyu i Persiyu, almancadan t
ərcümə  edən: P.Barsov, Moskva: 
1870, kitab 6, f
əsil IX, s.971 


Almaz H
əsənqızı                                                   
 
 
26 
ayrı-ayrı  səyahətnamə,  cüng və  ya salnamələrə  salındığına 
gör
ə  dövrümüzə  qədər gəlib  çatmışdır.  Hətta  bəzi folklor 
janrları, məsələn, rəvayətlər daha çox yazılı mənbələrin içə-
risind
ə  mühafizə  olunmuşlar.  Folklorun  bu  janrının  özəl-
likl
ərilə  bağlı  professor  İsrafil  Abbaslı  haqlı  olaraq  ya-
zır: “Xalq rəvayətlərindən istər ilkin orta əsrlərdə, istərsə də 
sonrakı yüzilliklərdə Azərbaycanın bir sıra tarixçi, etnoqraf, 
arxeoloq v
ə salnaməçiləri, həmçinin klassik şair və yazıçıları 
tarixi qaynaq kimi faydalan
mışlar. Bu ədəbi-mədəni prosesin 
özü  onlarla xalq r
əvayətlərinin qorunmasına,  onların  əbə-
dil
əşdirilib dövrümüzə qədər gəlməsinə səbəb olmuşdur”
29
.   
Eyni fikri son dövrl
ərdə ayrıca folklor janrı kimi tədqiq 
edilm
əyə başlanan mənqəbələr (övliya kəramətləri ilə bağlı 
yaranan 
əhvalatlar)  və  memoratlar (xatirələr)  haqqında  da 
dem
ək mümkündür. 
Bundan 
əlavə, nəzərə  almaq  lazımdır  ki,  Azərbaycan 
folkloru örn
əkləri bir çox hallarda gürcü, erməni əlifbası ilə 
müxt
əlif cüng və salnamələrə daxil edilmişdir. Məhz bu fakt 
da  onları  folklorun  qaynaqlarından biri kimi dəyərləndiril-
m
əsini tələb edir. Bu məsələ  ilə  bağlı  İ.Abbaslı  belə  şərh 
vermişdir: “Xalq danışıq dili – Azərbaycan türkcəsi geniş bir 
ərazini  –  tarixi  Azərbaycan  torpaqları  daxil  olmaqla  bütün 
Qafqazı, Anadolunun əksər məntəqələrini (bu məkana İrak-
Türkmən  folklor  mühitini  də  əlavə  etmək  mümkündür) 
çevrələmişdir. Onlarla mənəvi mədəniyyət abidələri – müx-
təlif əsrlərdə yazıya alınmış çoxsaylı cüng və əlyazmaları da 
bunu təsdiq etməkdədir. Maddi-mənəvi irsi əbədiləşdirən bu 
abidələr  XVI  yüzilliyin  əlyazmalarından  üzü  bəri  gürcü  və 
erməni əlifbaları ilə Azərbaycan türkcəsində yazıya alınmış 
                                                           
29
  Az
ərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, s.214 


Folklorşünaslığa giriş   
 
 
27 
folklor örnəkləri də bu ədəbi-mədəni hadisənin tərkib hissəsi 
kimi diqqəti cəlb etməkdədir”
30

B
əzən ayrı-ayrı şəxsi əlyazmalarda da folklor örnəkləri 
mühafiz
ə  edilmişdir.  Məsələn,  “Koroğlu”dan bəzi parçalar 
Elias  Muşeqin  “Nəğmələr  kitabı”na (1721) və  ya  Əndəlib 
Qara
cadağinin  “Şeirlər məcmuəsi”nə  (1804)  daxil edilmiş-
dir. 
Burada bir m
əsələyə  diqət yetirilməsini vacib hesab 
edirik. Bel
ə  ki,  son illərə  qədər diqqətdən kənar qalan qə-
birüstü abid
ələrdəki yazılar folklorun qaynağına çevrilə bilir. 
Bunun 
ən bariz nümunəsi “Orxon-Yenisey” abidələrində gö-
rürük. H
əmin mətnin içərisində on beş ata sözünün olduğu 
bildirilm
əkdədir.  Fikrimizcə,  bütünlükdə  qəbirüstü abidələr 
üz
ərində olan yazılar ayrıca təhlilə cəlb edilməlidir. 
T
əbii ki, texnikanın inkişafı ilə folklor qaynaqları sıra-
sına yeniləri əlavə olunmaqdadır. Buraya audio, video çəki-
lişləri, foto-şəkilləri, internet və  s.  əlavə  etmək  olar.  Artıq 
söyl
əyicinin bilgisi müəyyən vasitələrlə əbədiləşir, kitablar-
da n
əşr edilir və ya televiziya, radio, internet və sairənin kö-
m
əyilə  geniş  auditoriyaya  çatdırılır.  Beləliklə, həmin mate-
rial folklor araşdırıcılarının da tədqiqat obyektinə çevrilir.   
 
 
 
                                                           
30
 
İsrafil  Abbaslı.  “Koroğlu”:  nə  var, nə  yox?  Bakı:  Elm  və  təhsil, 
2013, s.4 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə