Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
28 
 
 
 
FOLKLOR VƏ DİL 
 
 
Dil insan h
əyatının  ən vacib vasitələrindən biridir. 
Onunla  bağlı  yüzillərdir tədqiqatlar  aparılır,  hələ  bundan 
sonra da aliml
ər  Allahın  insanlara  bəxş  etdiyi  bu  böyük 
h
ədiyyə ilə bağlı araşdırmalarını davam etdirəcəklər. Məşhur 
rus alimi Vladimir Nikolayeviç Toporov  (1928-2005)  “Mif, 
ritual, simvol, obraz” 
əsərində yazır: “... dildən kənarda ya-
ranan h
ər şey də ancaq dillə ifadə edilə bilir. Bu ehtimal di-
lin universal, daha d
əqiq, potensial-universal xarakterindən 
v
ə  sözün  geniş  mənasında  onun vasitəçilik funksiyasından 
ir
əli gəlir (ona görə realizə edilir) Dil özü ilə  insanlar ara-
sında  vasitəçilik edir, həmçinin insanlar  öz  aralarında  dil 
vasit
əsilə  ünsiyyət saxlaya bilirlər. Beləliklə,  insanla  bağlı 
dünyada n
ə  varsa, hər  şey  yalnız  dil  vasitəsilə  ifadə  edilə 
bil
ər”
31

Ümumiyyt
ələ, folklor və dili bir-birindən ayrı təsəvvür 
etm
ək mümkün deyil. Dünya dövlətlərində  folklor  araş-
dırıcıları,  bir  çox  hallarda, ilk olaraq qövmün dilinin 
probleml
ərini  öyrənməklə  işə  başlamışlar.  “Lisanı  tədqiq 
edilm
əyən hər bir qövmün xəlqiyyatı  da,  şübhəsiz, tədqiq 
edilm
əmiş nəzərilə baxıla bilər. Bundan dolayıdır ki, Avropa 
lisan
ları  tədqiqatında  ən çox diqqət edilən xalq ədəbiyyatı 
                                                           
 
31
 
Владимир Николайевич
 
Топоров. Миф. Ритуал. Символ. Образ 
(Исследования в области мифопоетического. Избранное), Москва: 
Из-во “Прогресс”, “Культура”, 1995, с.7 


Folklorşünaslığa giriş   
 
 
29 
m
əhsulu olmuşdur”
32
. M
əsələn, mifoloji məktəbin banilərin-
d
ən  sayılan  Yakob və  Vilhelm  Qrimm  qardaşları  həm də 
alman dilinin 
ən məşhur  tədqiqatçılarından  hesab  edilirlər. 
Onlar, bir t
ərəfdən, alman dilinin qrammatikasını tədqiq et-
miş,  dünya  leksiqrafiyasının  bu gün də  ən məşhur  əsərlə-
rind
ən olan “Alman  dilinin  lüğəti”ni  (“Deutsches Wörter-
buch”) 
hazırlamış, digər tərəfdən, folklor mətnlərini toplayıb 
üz
ərində tədqiqatlar aparmışlar. 
Folklorun  toplanması  və  tədqiqi ilə  bağlı  elmi  müla-
hiz
ələr söyləyən ilk alimlərdən biri, məşhur “Xalqların nəğ-
m
ələrdəki səsləri” (“Stimmen der Völker in Liedern”) anto-
logiyasının  müəllifi    Johann Gotfrid Herder (1744-1803) 
xalq  yaradıcılığının  öyrənilməsinin dilçilik üçün önəminə 
diqq
ət  yetirmişdir.  Slavyan  alimlərinin  öz  xalqının  nəğmə-
l
ərini  toplamamasını  qınayan  Herder  yazırdı:  “...  onlar bu-
nunla biz
ə öz xalqının canlı qrammatikasını, ən yaxşı lüğə-
tini v
ə təbii tarixini verə bilərdilər”
33

Göründüyü kimi, folklor m
ətni həm  xalq  dilinin  canlı 
leksikası  və  qrammatikasnın,  eyni  zamanda,  tarixinin  əks 
olunduğu əsas mənbə kimi dəyərləndirilir.   
Uzun 
əsrlər  daim  basqınlara,  gah  ərəb-fars, gah rus 
ağalarının  işğalına  məruz qalan Azərbaycan türkləri öz 
dill
ərini  böyük çətinliklə  qoruya  bilmişlər. Hətta  müasir 
n
əsillər ən qədim dövr Azərbaycan ədəbi dilini məhz folklor 
vasit
əsilə təsəvvür edə bilirlər. Belə ki, Azərbaycan dilində 
ilk yazılı ədəbi dil nümunəsi hələ ki, on üçüncü əsrə aid olan 
                                                           
 
32
Ahmet  Caferoğlu.  Orhon  abidelerinde  atalar  sözü,  “Halk  Bilgisi 
Haberleri”, cilt I, İstanbul: 1 kanunisani 1930, yıl 1, sayı 3, s. 43   
33
Etibar Talıblı. Folklorşünaslığın təşəkkülü haqqında,  “Folklorşünas-
lıq məsələləri”, Bakı: VI buraxılış, 2007, s.24 


Almaz H
əsənqızı                                                   
 
 
30 
H
əsənoğlunun məşhur  qəzəlidir. Lakin Azərbaycan  ədəbi 
dilinin  tarixi “Kitabi-D
ədə  Qorqud”un  əlyazmasına  uyğun 
olaraq on birinci yüzillikd
ən hesablanmaqdadır. Başqa sözlə 
des
ək,  folklorşünaslığımız  üçün  çox  mühüm  olan  “Dədə 
Qorqud kitabı”nın əlyazması şəklində mövcudluğu dilimizin 
ən qədim dövrdəki vəziyyətinin müəyyənləşdirilməsi  baxı-
mından onu əvəzsiz bir mənbəyə çevirmişdir. Nəinki ən qə-
dim dövrl
ər üçün, hətta klassik ədəbiyyatın mövcud olduğu 
zamanlarda dilçilikl
ə bağlı bir çox məsələlərin həllində folk-
lor 
ən mühüm vasitə kimi çıxış etməkdədir, eyni fikri folk-
lor
la  bağlı  tədqiqatlarda  dilçiliyin  rolu  haqqında  söyləmək 
mümkündür.   
Klassik 
ədəbiyyatdan fərqli olaraq, folkloru –  ibtidai 
z
ərbi-məsəllər, ata sözləri, mif və  dastanları  etnosun  dilini 
mühafiz
ə  edən  əsas vasitə  kimi dəyərləndirən  Ə.Cəfəroğlu 
xalq yaradıcılığının heç bir çərçivə tanımadan sərbəst yaran-
dığına, yayıldığına diqqət yetirərək yazmışdır: “... xalq ədə-
biyyatında  idareyi  kəlam və  lisan  şəkilləri özünəməxsus 
s
ərbəstliyilə hər bir növ süni müdaxilədən azaddır. Klassik 
ədəbiyyatda isə, əksinə olaraq lisan tam bir çərçivə daxilində 
istifad
ə edilmiş və ayrıca klassik ədəbiyyata daxil olan xalq 
lisanı  ünsürlərini də  öz  qaydalarına  tabe  etməyə  çalışıl-
mışdır”
34

T
əbii ki, əsrlər boyunca Azərbaycanın  müxtəlif haki-
miyy
ətlərin  tərkibində  olmaq məcburiyyətində  qalması, xü-
sus
ən islam dininin qəbulundan sonra bir çox ərəb-fars söz-
l
ərinin ədəbi dilə daxil olması ilə nəticələndiyi kimi folklora 
da t
əsirsiz ötüşmədi. Lakin bu əlaqə birtərəfli qalmadı, türk 
                                                           
34
 
Ahmet Caferoğlu. Orhon abidelerinde atalar sözü, “Halk Bilgisi Ha-
berleri”, cilt I, İstanbul: 1 kanunisani 1930, yıl 1, sayı 3, s.43 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə