Humanitar elmlər seriyası



Yüklə 246,19 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü246,19 Kb.
#77663


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 94 “04/15” 

 

XVI ƏSRİN II YARISINDA SƏFƏVİ–AVROPA SİYASİ 

MÜNASİBƏTLƏRİNDƏ İQTİSADİ AMİLİN ROLU PROBLEMİ 

MÜASİR TÜRK TARİXŞÜNASLIĞINDA 

 

A.S.CAVADOVA  

Bakı Dövlət Universiteti 

almas.cavadova66@mail.ru 

 

Məqalədə müasir türk tarixşünaslığı əsasında Səfəvi dövlətinin Osmanlı imperi-

yası və Avropa dövlətləri ilə tranzit ipək yoluna sahib olmaq uğrunda apardığı müba-

rizə əksini tapmışdır. Səfəvi dövlətinin Qərbi Avropa ilə qarşılıqlı əlaqələrində iqtisadi 

faktorun rolu göstərilmişdir. 

 

Açar sözlər: Səfəvi, türk, Avropa, Asiya, ipək 

 

 

Uzun  müddət  davam  edən  Səfəvi-Osmanlı  müharibələri  nəticəsində 

zəifləmiş  olan  Səfəvi-Avropa  əlaqələri  XVI  əsrin  ortalarından  başlayaraq 

yenidən  canlandı  (5,  182).  XVI  əsrdə  Səfəvi  dövlətinin  bəzi  Qərbi  Avropa 

ölkələri  ilə  qarşılıqlı  əlaqələrinin  səbəbləri  araşdırılarkən  Osmanlı  imperiya-

sının  törətdiyi  ümumi  təhlükə  ilə  yanaşı,  bəzi  amillər  də  nəzərə  alınmalıdır. 

Çünki Səfəvi dövləti özünün xarici iqtisadi və siyasi mənafeyini tənzim etmək 

niyyəti ilə Qərb dövlətlərinə müraciət edərkən, bəzi Avropa dövlətləri bundan 

istifadə  edib  özlərinin  Şərqlə  əlaqədar  müstəmləkəçilik  planlarını  həyata 

keçirməyə çalışırdılar. XVI əsrin 60-70-ci illərində Səfəvi-İngiltərə əlaqələri də 

məhz  bu  məqsədlərin  həyata  keçirilməsinə  yönəldilmişdir.  Amerikaya  və 

Hindistana  gedən  dəniz  yollarında  ağalıq  edən  İspaniya  və  Portuqaliya  ilə 

Aralıq  dənizi  hövzəsini  öz  nəzarəti  altında  saxlayan  Osmanlı  imperiyasına 

qarşı  hərbi-siyasi  rəqabətə  girməyə  qadir  olmayan  gənc  ingilis  burjuaziyası 

Amerika və Asiya qitələrinin şimalından Hindistana yeni dəniz yolları Şimal-

Qərb və Şimal-Şərq yolu açmağa cəhd göstərdi. Kraliça I Yelizaveta Tüdorun 

(1558-

1603)  zamanında  qəti  şəkildə  müstəmləkə  hökmranlığı  yoluna  qədəm 



qoymuş  İngiltərə  Hindistanla  birbaşa  əlaqələrini  Volqa-Xəzər  yolu,  yəni 

Rusiya ərazisi vasitəsilə qurmağa qərar verir (9, 9). İngilis burjuaziyası Rusiya 

ərazisindən keçib Volqa-Xəzər yolu, Azərbaycan və İran vasitəsilə Hindistanla 

115 



birbaşa  əlaqə  yaratmaq  qərarına  gəldilər.  Bu  məqsədlə  onlar  1553-1554-cü 

illərdə  İngiltərənin  Rusiya  ilə  və  Rusiya  ərazisi  vasitəsilə  Şərq  dövlətləri  ilə 

ticarət  əlaqələrini  inhisara  alan  «Moskva  kompaniyası»nı  yaratdılar.  Bu 

kompaniyanın  kapitalı  6000  funt  sterlinq,  1  aksiyanın  qiyməti  isə  25  funta 

bərabər idi (13, 93). XVI əsrin 60-70-ci illərində (1561-1581) Səfəvi dövlətinə 

altı  ekspedisiya  göndərildi.  Birinci  ekspedisiya  -1561-1564-cü  illərdə; ikinci 

ekspedisiya 1563-1565-ci 

illərdə; üçüncü ekspedisiya-1565-1567-ci  illərdə; 

dördüncü ekspedisiya-1568-1569-cu 

illərdə; beşinci ekspedisiya - 1568-1574-

cü; altıncı ekspedisiya isə 1579-1581-ci illərdə göndərilmişdir. Bununla da orta 

əsrlərdə ilk dəfə olaraq, Azərbaycan Səfəvi dövləti ilə İngiltərə arasında əlaqə 

yarandı (5, 183). 

XVI  əsrdə  ingilis  səyyah  və  tacirlərinin  Şimal  yolu  ilə  Azərbaycan 

ərazisinə  səyahətləri  təkcə  ticarət  deyil,  həmçinin  iki  dövlət  arasında  siyasi 

münasibətlərin  nizamlanması  məqsədini  daşıyırdı  (1,  63-64). 1562-ci  ildə 

Azərbaycana gəlmiş ingilis səyyahı A.Cenkinson iqtisadi-coğrafi məlumatlarla 

yanaşı,  Azərbaycanın  ticarətlə  bağlı  problemlərindən  də  bəhs  edir.  Onun 

səyahətinin  başlıca  məqsədi  Şah  I  Təhmasib  tərəfindən  iki  dövlət  arasında 

Volqa-


Xəzər  su  yolu  ilə  ticarət  əlaqələrinin  gerçəkləşdirilməsi  haqda  razılıq 

əldə  edilməsindən  ibarət  idi.  Lakin  A.Cenkinsonun  bu  səfəri  uğursuzluqla 

nəticələndi. Bunun əsas səbəbi Səfəvi dövləti ilə Osmanlı imperiyası arasında 

bağlanmış  sülh  müqaviləsinin  qüvvədə  olması  ilə  birbaşa  bağlı  idi  və  Azər-

baycanın  Avropa  ilə  ticarət  əlaqələrinin  Kiçik  Asiya  ərazisi  vasitəsilə  həyata 

keçirilməsi mümkün idi (11, 99). 

B.  Əhmədov  qeyd  edir  ki,  XVI  əsrin  ortalarında  ingilislərin  Rusiya, 

sonradan  Səfəvi  dövləti  ilə  ticarət  əlaqələrinin  yaradılması  gənc  ingilis 

burjuaziyasının ticarət və müstəmləkə siyasəti sahəsində atdığı ilk addım idi. 

İspaniya  və  Portuqaliyanın  cənub-qərb  və  cənub-şərq  istiqamətindəki  ticarət 

yollarına sahib olması nəticəsində yeni xammal mənbəyi və ticarət bazarlarına 

sahib olmaq uğrunda mübarizəyə qalxmasına səbəb oldu (2, 86). 

XVI  əsrin  60-cı  illərində  İngiltərənin  Səfəvi  dövləti  ilə  əlaqələr 

yaratmaq üçün cəhd göstərməsinin əsas səbəbi R.Haklyut külliyatına daxil olan 

sənədlərdə açıqlamasını tapmışdır. İngiltərə kraliçası Yelizaveta Tyüdorun Şah 

I Təhmasibə göndərdiyi 25 aprel 1561-ci il tarixli məktubu bu problemlə bağlı 

qiymətli  mənbədir.  Bu  məktub  A.Cenkinsonun  Səfəvi  dövlətinə  gəlməsi, 

dövlətin  sərhədləri  daxilində  sərbəst  dolaşması  üçün  Səfəvi  şahına  edilən 

müraciət  idi.  İngilis  kraliçası  Səfəvi  hökmdarına  yazırdı:  «Əgər  bizim 

aramızda,  dövlətlərimiz  və  xalqlarımız  arasında  xoşməramlı  belə  müqəddəs 

qonaqpərvərlik  hüquqları  və  ümumi  xeyirxah  insani  xidmətlər  müəyyən 

edilərsə,  ürəkdən  müdafiə  olunarsa  və  bunlara  möhkəm  riayət  edilərsə,  biz 

ümid  edirik  ki,  bu  kiçik  başlanğıcdan  bizim  şərəf  və  şöhrətimiz  naminə  və 

xalqlarımızın böyük faydası naminə böyük nəticələr əldə olunmasına hər şeyə 

qadir olan Allahın özü kömək edər» (3, 194). 

A.Cenkinsonun səyahəti dövlətlərarası ticarət əlaqələrinin canlanmasında 

116 



müəyyən nəticələrin əldə edilməsinə səbəb oldu. İngilis taciri Şirvan canişini 

Abdulla  xan  Ustaclı  tərəfindən  aldığı  ticarət  imtiyazlarının  şərtlərinə  əsasən 

Səfəvi dövləti ərazisində gömrük rüsumu ödəmədən və heç bir maneə olmadan 

ticarət etmək hüququna malik olurdu. O.Əfəndiyev qeyd edir ki, Abdulla xan 

Ustaclı ipəyin Rusiya və İngiltərəyə ixrac edilməsini Şirvanın, həmçinin bütün 

dövlətin iqtisadiyyatı üçün gəlirli iş hesab edirdi (17, 246).  İngilis tacirlərinə 

aşağıdakı imtiyazlar verilmişdir:  

1)

 



Ölkə daxilində sərbəst ticarət etmək və istənilən müddətə qalmaq;  

2) 


İngilis  mallarının  gömrüksüz  idxalı  və  daxili  bazarlarda  sərbəst 

satılması hüququ (17, 247).  

İngiltərə  burjuaziyasının  nümayəndəsi  olan  lord  Haverşemin  fikrincə, 

ticarəti siyasətdən və dövlət hakimiyyətindən ayırmaq olmaz və onlar bir-biri 

ilə  sıx  bağlıdırlar.  İngilislərin  XVI  əsrin  II  yarısında  Səfəvi  dövləti  ilə  olan 

ticarəti də məhz dövlət siyasəti ilə bağlı olaraq müstəmləkə xarakteri daşıyırdı 

(2, 87). 

İngilis tarixçisi Sayksın fikrincə, «fars» məsələsi ingilislərin fikrincə elə 

ipək  məsələsi  idi.  Həqiqətən,  Səfəvi  dövləti  ilə  olan  xam  ipək  ticarətindən 

ingilis 


tacirləri xeyli gəlir əldə edirdilər (2, 88). 

İngilis  burjuaziyasının  Şərq  siyasətinin  işğalçılıq  xarakteri  bu  dövlətin 

Rus 

dövlətinə  qarşı  yeritdiyi  siyasətdə  bir  daha  özünü  göstərirdi.  Bu, 



müstəmləkəçilik  siyasətinin  həyata  keçirilməsi  üçün  hazırlanmış  layihələrin 

məzmununda bir daha açıqlanır. Bütün layihələrdə Volqa-Xəzər yolunun işğalı 

məsələsi dururdu, bu siyasətin əsasını məhz Səfəvi dövlətinə olan maraq təşkil 

edirdi. 


Azərbaycanı İngiltərə üçün daimi gəlir mənbəyinə çevirmək üçün ingilis 

taciri  Eduards 

dövlətin  əsas  mərkəz  şəhərlərində  daimi  ticarət  faktoriyaları 

yaratmaq  fikrini 

irəli  sürmüşdür.  Lakin  Abdulla  xan  Ustaclının  sonra  isə  şah 

Təhmasibin  ölümü  bu  siyasətin  icrasına  mane  oldu.  Volqa-Xəzər  yolunda 

möhkəmlənmək üçün Eduards kompaniyanın idarə heyətinə bu yolda gəmilərin 

sayının çoxaldımasını təklif etmişdir (2, 88). 

«Moskva 

kompaniyası»nın  nümayəndəsi  olan  L.Çepmen  qeyd  etmişdir 

ki, 

gətirdiyimiz  malın  müqabilində  buradan  alacağımız  mal  əsasən  bütün 



rənglərdə xam və emal edilmiş şəkildə ipək, ədviyyat, mirvari, qiymətli daşlar, 

müxtəlif  xalçalar  və  digər  qiymətli  mallardan  ibarət  olacaqdır.  Hər  hansı  bir 

Səfəvi  şəhərində  istehsal  edilən  ipəyin  miqdarı  Londonda  istehsal  edilən 

mahudun 


miqdarından çox idi (11, 147). 

Əgər  İngiltərə  Səfəvi  dövlətinə  ucuz  xammal  mənbəyi  və  sərfəli  bazar 

kimi 

yanaşırdısa,  Səfəvi  dövləti  də  İngiltərə  ilə  qarşılıqlı  münasibətlər  qur-



duqda bir 

sıra siyasi problemlərin həll edilməsinə, xüsusən Qərbdə beynəlxalq 

antiosman 

münasibətlərinin  yaradılması  problemini  həll  etməyə  çalışırdı. 

Səfəvi dövlətinin əsas məqsədi antiosman hərbi siyasi ittifaqına qarşılıqlı siyasi 

və  iqtisadi  münasibətlərə  malik  olduğu  bütün  Avropa  dövlətlərinin  daxil 

olmasına çalışmaqdan ibarət idi. Bu fakt İngilis kompaniyasının nümayəndələri 

117 



ilə  Səfəvi  hökmdarı  arasındakı  danışıqların  mətnində  də  əksini  tapır.  İngilis 

diplomatı yazır ki, Səfəvi şahı məndən bizim ölkənin vəziyyəti, Alman impe-

ratoru,  kral  Filipp 

və  Böyük  Sultanın  əzəməti  barəsində  və  onların  hansının 

güclü 

olması  haqda  soruşurdu  (3, 209).  İngilis  səfiri  A.Eduardsla  danışıqlar 



za

manı Şah I Təhmasib ondan Avropadakı vəziyyət, ilk növbədə ispan-türk və 

ingilis-

rus münasibətləri haqda soruşmuşdur (3, 227). 

XVI  əsrin  60-cı  illərindən  yaranmış  olan  Səfəvi-İngilis  əlaqələri  iki 

dövlət  arasında  daimi  iqtisadi  və  siyasi  münasibətlərin  qurulması  ilə  nəticə-

ləndi. Rus çarı IV İvanın Livoniya müharibəsi (1558-1583) zamanı İngiltərəni 

bir müttəfiq kimi öz tərəfinə çəkə bilməməsi nəticəsində ingilis tacirlərinə ve-

rilən ticarət imtiyazları inkar edildi. Bununla da İngilis tacirlərinin Rus dövləti 

ərazisindən keçməklə Volqa-Xəzər ticarət  yolu ilə  gerçəkləşdirilən Şərq  tica-

rətinə qadağan qoyulmuş oldu. Rus çarı tərəfindən  «Moskva kompaniya»sına 

qarşı qəti tədbirlərin irəli sürülməsinin əsas səbəblərindən biri də ingilis ticarət 

kapitalının rus bazarlarında möhkəmlənməsindən rus tacirlərinin narazı olması, 

həmçinin İngiltərənin Volqa-Xəzər su yolu vasitəsilə Səfəvi dövləti ilə iqtisadi 

və  siyasi  əlaqələr  yaratması  və  bu  bölgədə  mövqeyinin  getdikcə  möhkəm-

lənməsi Rus çarının bu ərazilər üçün nəzərdə tutduğu gələcək planlara zidd idi. 

XVI  əsrin  sonunda  Azərbaycanın  digər  ərazilərinin  osmanlı  qoşunları  tərə-

findən işğal olunması da «Moskva kompaniyası»nın fəaliyyətinin zəifləməsinə 

və  1579-1581-ci  illərdə  kompaniyanın  Səfəvi  dövlətinə  göndərdiyi  sonuncu 

ekspedisiyanın  fəaliyyətinin  uğursuzluğuna  səbəb  oldu.  İngilis  hökuməti  Rus 

dövləti tərəfindən kompaniyanın fəaliyyəti üçün yeni imtiyazlar almaq məqsədi 

ilə 1600-cü ildə Riçard Li, 1602-ci ildə Con Merik, 1604-cü ildə Tomas Smiti 

Rus dövlətinə göndərdi. Lakin Rusiya bu tələbləri rədd etdi (2, 89). Məhz Rus 

dövlətinin  siyasəti  ingilis  müstəmləkəçilərinin  öz  məqsədlərinə  çatmasına 

mane oldu (7, 74). 

 

Kazan  və  Həştərxan  xanlıqlarının  1552-1556-cı  illərdə  işğalı  ilə  Xəzər 



dənizinə çıxış yoluna malik olan Rus dövləti Volqa-Xəzər ticarət yolu üzərində 

İngiltərənin  möhkəmlənməsinə  razı  ola  bilməzdi.  IV  İvan  Rus  dövləti  ərazi-

sindən  keçməklə  Volqa-Xəzər  su  yolu  ilə  Azərbaycanla  ticarət  etmək  niyyə-

tində olan Venesiyanın da öz planlarını reallaşdırmasına razı olmadı (16, 25). 

 

Rus  dövlətinin  yeritdiyi  bu  siyasət  nəticəsində  Osmanlı  imperiyası  və 



Portuqaliya tərəfindən Aralıq dənizi və Hind okeanı yolu ilə ticarətdən məhrum 

olmuş Səfəvi dövlətinin Rus dövləti ərazisindən keçməklə Volqa-Xəzər su yolu 

ilə Avropa dövlətləri ilə birbaşa ticarət əlaqələri yaratmaq və bu yolla ölkənin 

iqtisadi  tənəzzülünü  aradan  qaldırmaq  planı  uğursuzluqla  nəticələndi. 

Azərbaycanın  xarici  ticarət  əlaqələrində  Rus  bazarları  üstün  mövqeyə  malik 

oldular (6, 177). 

XVI əsrin II yarısında Osmanlı imperiyasının yeritdiyi xarici siyasətin 

əsasında  əvvəlki  dövrlərdə  olduğu  kimi  ziddiyyətli  problemlərin  hərbi  yolla 

həll edilməsi planı dururdu. Bu məqsədlə Osmanlı imperiyası Avropa cəbhə-

sində  hərbi  əməliyyatlara  başladı.  1570-1573-cü  illər  arasında  davam  edən 

118 



Osmanlı-Venesiya  müharibəsində  Venesiya  ilə  bir  antiosman  blokunda 

İspaniya, Malta, Genuya, Savoyya və başqa İtaliya dövlətləri, həmçinin Roma 

papası vuruşurdu. 1571-ci ildə  Lepanto  yaxınlığındakı dəniz savaşında koali-

siyanın  qüvvələri  türk  donanmasını  məğlub  etdi.  Bu  döyüş  Osmanlı  qüvvə-

lərinin qələbəsi ilə nəticələnən Osmanlı-Venesiya müharibəsi zamanı Osmanlı 

imperiyasının  hərbi  qüdrətinin  zəiflədiyini  göstərən  ilk  döyüş  əməliyyatı  idi 

(17, 40).  

XVI əsrin 80-90-cı illərində Hind okeanı və Fars körfəzi bölgəsində öz 

mövqelərini möhkəmlətmək üçün İngiltərə ilə Portuqaliya arasında hərbi-siyasi 

ziddiyyətlər başladı (13, 43). 

İngiltərənin  bu  bölgədə  yeritdiyi  siyasət  birbaşa  Fars  körfəzini  ələ 

keçirməklə Səfəvi dövləti ilə ticarət əlaqələrini yenidən canlandırmaqdan ibarət 

idi.  Fars  körfəzi  vasitəsilə  Səfəvi  dövləti  ilə  ticarət  əlaqələri  yaratmağa  cəhd 

edən dövlətlərdən biri də Hollandiya idi.  

XVI  əsrdə  İspaniyanın  siyasi  cəhətdən  güclənməsi  Portuqaliya  üçün 

təhlükəli idi və nəticədə 1580-ci ildə Portuqaliya üçün məhvedici oldu. İspan 

kralı  II  Filipp  Portuqaliya  sülaləsinin  kəsilməsindən  istifadə  edərək  özünü, 

Portuqaliya taxt-

tacının  qanuni  varisi  elan  etdi  və  öz  mövqeyini  möhkəmlət-

mək üçün hersoq Albanun başçılığı ilə güclü ordunu oraya göndərdi. Bununla 

da Portuqaliya  İspaniyanın mülkiyyətinə  çevrilmiş oldu.  Lakin Avropada  baş 

verən  müharibələrə  başının  qarışması  nəticəsində  İspaniya  Portuqaliyanın 

Şərqdəki müstəmləkələrinin müdafiəsi üçün heç  bir tədbir görmədi. Nəticədə 

bu  bölgədəki  ticarətdə  Hollandiya  getdikcə  Portuqaliyanı  sıxışdıraraq  üstün-

lüyü ələ almağa nail oldu (12, 389). 

Ümumiyyətlə,  Portuqaliya  Şərq  ticarətindən  xeyli  gəlir  əldə  etmişdir. 

1493-

cü ildən 1600-cü ilədək olan müddətdə təkcə Afrikadan 276.000 kq qızıl 



ixrac  edilmişdir  (8,  384).  Şərq  mallarını  ucuz  qiymətə  alan  portuqallar 

Avropada bu malları 7-8 dəfə baha qiymətə satırdılar. Onlar hər il Avropaya 5-

6  gəmi  ədviyyat  ixrac  edirdilər,  bu  isə  hələ  Böyük  coğrafi  kəşflərdən  öncə 

venesiyalıların Avropaya ixrac etdikləri xammaldan 2-3 dəfə çox idi (12, 386). 

Şərq  malları,  xüsusən xam  ipək  İspaniya  iqtisadiyyatında  ipək  sənayesi  üçün 

mühüm xammal hesab edilirdi. Vaxtilə ərəblər tərəfindən yaradılmış bu sənaye 

sahəsi  üçün  xammal  daxildəki  Andalusiya,  Valensiya,  Qranada,  Mursiya 

şəhərləri ilə yanaşı, Şərqdən, xüsusən Azərbaycandan daxil olurdu (12, 410). 

XVI 

əsr  ticarətinin  əsas  xüsusiyyətlərindən  biri  də  ticarət  yollarının 



Atlantik,  Hind  və  sonralar  Sakit  okeana  doğru  istiqamətlənməsi  idi.  Bunun 

nəticəsində çay və dəniz ticarəti okean ticarəti tərəfindən sıxışdırılmış oldu (12, 

375). XVI əsrin II yarısında Osmanlı imperiyasının hakim dairələri genişmiq-

yaslı  işğalçılıq  siyasətini  davam  etdirirdilər.  Lakin  yeni  müharibələr  nəticə-

sində əvvəlki dövrlərdəki uğurlar əldə edilmirdi. Çünki əgər XV-XVI əsrlərdə 

Osmanlı sultanlarının yeritdiyi xarici siyasətin əsasında Avropa, Asiya və Af-

rika istiqamətində işğalçılıq planlarını həyata keçirmək dururdusa, artıq I Sü-

leymanın  dövründən  etibarən  əsas  diqqət  dünya  dövləti  statusunun  qorun-

119 



masına yönəldilmiş oldu (10, c.2, 215). 

XVI  əsrin  sonlarında  Osmanlı  imperiyası  Səfəvi  dövləti  ilə  bağlı  nə-

zərdə tutduğu planları həyata keçirməyə cəhd etdi. Osmanlı dövləti Azərbaycan 

ipəyini  inhisara  almaq,  Xəzərətrafı  və  Fars  körfəzi  bölgələrində  möhkəm-

lənmək planlarını həyata keçirmək, Qərb cəbhəsində neytral vəziyyət yaratmaq 

üçün 1575-

ci ilin avqust ayında Venesiya respublikası ilə 7 mart 1573-cü ildə 

bağlanmış müqavilənin vaxtını uzatdı (4, c.3, 6). 

1577-

ci il 30 iyul tarixində Polşa ilə sülh müqaviləsi imzalandı. 1577-ci 



il  1  yanvar  tarixində  1568-ci il  fevralın  17-də  Avstriya  ilə  bağlanmış  mü-

qavilənin  qüvvədə  olma  vaxtının  daha  səkkiz  il  müddətinə  uzadılması  ilə 

Osmanlı  imperiyası  üçün  bütün  hərbi  qüvvələrini  Səfəvi  dövlətinə  qarşı 

istiqamətləndirmək imkanı yaranmış oldu (4, c.3, 8). 1578-1590-cı illərdə baş 

vermiş  Osmanlı-Səfəvi  müharibəsi  zamanı  Səfəvi  dövləti  Osmanlı  impe-

riyasına  qarşı  bir  sıra  Avropa  dövlətlərini,  xüsusən  İspaniya,  Portuqaliya  və 

Papalığı  müharibəyə  qaldırmağa  təşəbbüs  etdi.  Lakin  Qərbi  Avropada  baş 

verən  siyasi  hadisələr,  xüsusən  özünün  irticaçı  məqsədlərini,  başlıcası  Qərbi 

Avropa dövlətləri üzərində siyasi üstünlüyünü həyata keçirməyə çalışan İspan 

kralı II Filipp və Papalığın əsas məqsədi Səfəvi dövlətini Osmanlı imperiyasına 

q

arşı müharibəyə cəlb etməklə İspaniya monarxiyasının vəziyyətini yüngülləş-



dirmək və beləliklə II Filippin və onun müttəfiqi XIII Qriqorinin feodal-katolik 

irticasını gücləndirmək üçün əl-qolunu açmaq idi (15, 32). 

Səfəvi  dövləti  ilə  ittifaq  II  Filippə  türk  qüvvələrini  iki  cəbhədə  mü-

barizəyə  cəlb  etməklə  İspaniyanın  Aralıq  dənizi  əyalətlərinin  mühafizəsini 

təmin  etmək  üçün  lazım  idi.  Səfəvi  dövləti  ilə  münasibətdə  Portuqaliya  hö-

kuməti İspaniya ilə eyni mövqedən çıxış edirdi və o, Səfəvi şahını inandırmağa 

çalışırdı ki, məhz İspan kralı türklərə qarşı Misir və Suriyanın bütün müsəlman 

və xristianlarını mübarizəyə qaldıra bilər. İspaniya kimi Portuqaliyanın da əsas 

siyasəti Səfəvi dövlətini türklərə qarşı uzunmüddətli müharibəyə qaldırmaqdan 

ibarət idi (14, 121). Fars körfəzində öz mövqeyini daha da möhkəmləndirmək 

üçün Portuqaliya həm Səfəvi və həm də Osmanlı imperiyasının siyasi cəhətdən 

zəifləməsini istəyirdi (6, 188). Lakin əsrin əvvəllərində olduğu kimi, bu dəfə də 

Səfəvi-Osmanlı  qarşıdurmasında  Avropa  dövlətləri  siyasi  müttəfiq  kimi  çıxış 

etmədilər (14, 122). 

 

ƏDƏBİYYAT 

1.

 



Ашурбейли  С.Б.  Баку  в  XVI-XVIII  вв.  по  описанию  путешественников  //  Изв.  АН 

Азерб. ССР, 1947, №1, с. 63-73 

2.

 

Ахмедов  Б.А.  Характер  торговых  отношений  Англии  с  Азербайджаном  во  второй 



половине  XVI  и  начале  XVII  вв.  //  Ученые  записки  АГУ  (серия  история  и 

философия), 1971, №5, с. 86-90 

3.

 

Английские  путешественники  в  Московском  государстве  в  XVI  веке.  Перевод  с 



англий. Ю.В.Готье, Л.: 1937, 306 с.  

4.

 



Danişmend İ.H. İzahlı Osmanlı tarihi kronolojisi: 3 ciltde, 3 c., İstanbul: Türkiye Yayın-

evi, 1950, 805 s. 

120 



5.

 

Mahmudov Y.M. Öyrənilməmiş səhifələr. Bakı: Gənclik, 1972, 98 s. 



6.

 

Махмудов  Я.М.  Взаимоотношения  государств  Аккоюнлу  и  Сефевидов  с  запад-



ноевропейскими странами. Баку: Бак. Унив., 1991, 241с.  

7.

 



Накашидзе Н.Т. Русско-английские отношения во второй половине XVI в. Тбилиси: 

Изд. Тбилис. Унив., 1955, 156 с.  

8.

 

Османская империя и страны Центральной, Восточной и Юго-Восточной Европы в 



XV-

XVI вв. М.: Наука, 1998, 301с. 

9.

 

Cəfərli N. Səfəvilər dövləti: məhkəmə orqanları və hərbi təşkilatın quruluşu. Bakı: Hüquq 



ədəbiyyatı, 2000, 159 s. 

10.


 

Источниковедческие разыскания.1982.Тбилиси: Мецниереба, 1985, 266 с. 

11.

 

Путешественники об Азербайджане. Баку: АН Аз. ССР, 1961, т.1, 297 с.  



12.

 

Полянский Ф.Я. Экономическая история зарубежных стран (эпоха феодализма). М.: 



МГУ, 1954, 506 с. 

13.


 

Туманович  Н.Н.  Европейские  державы  в  Персидском  заливе  в  XVI-XIX  вв.  М.: 

Наука, 1982, 188 с.  

14.


 

Шахмалиев  Э.М.  Дипломатические  отношения  Испании  с  Сефевидским  государ-

ством во второй половине XV века // Ученые записки АГУ им. С.М.Кирова, 1955, 

с.117-127  

15.

 

Шахмалиев Э.М. Донесение папского посла Векьетти о Сефевидском государстве // 



Ученые записки Министерство высшего среднего специального образования Азерб. 

ССР, Серия история и философия, 1977, №4, с. 32-37 

16.

 

Шаркова И.С. Россия и Италия. Торговые отношения XV-первой четверти XVIII в. 



Под ред. член корр. АН СССР, В.И.Рутенбурга. Л.: Наука, 1981, 207 с. 

17.


 

Эфендиев  О.А.  Азербайджанское  государство  Сефевидов  в  XVI  веке.  Баку:  Элм, 

1981, 307 

с. 


 

 

 

 

 

 

  

РОЛЬ ЭКОНОМИЧЕСКОГО ФАКТОРА В СЕФЕВИДО-ЕВРОПЕЙСКИХ 

ПОЛИТИЧЕСКИХ ОТНОШЕНИЯХ ВО ВТОРОЙ ПОЛОВИНЕ XVI ВЕКА  

В СОВРЕМЕННОЙ ТУРЕЦКОЙ ИСТОРИОГРАФИИ 

 

А.С.ДЖАВАДОВА  

 

РЕЗЮМЕ  

 

В статье на основе современной турецкой историографии рассмотрены вопросы, 

связанные  с  борьбой  между  Сефевидским  государством  Османской  империей  и  Евро-

пейскими  странами  за  владение  транзитным  шелковым  путем,  за  присоединение  азер-

байджанских  территорий,  являющихся  основным  источником  шелка-сырца.  Показанo 

роль экономического фактора во взаимоотношениях между Сефевидами и Западной Ев-

ропой.  

 

Ключевые слова: Сефеви, тюркский, Европа, Азия, шелк 

 

  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

121 



THE ROLE OF THE ECONOMIC FACTOR IN THE POLITICAL RELATIONSHIP 

OF SAFAVID – EUROPEAN STATES IN THE SECOND HALF  

OF THE XVI CENTURY IN THE MODERN TURKISH HISTORIOGRAPHY 

 

A.S.JAVADOVA  

 

SUMMARY 

 

The article studies the questions of struggle between the Safavid state with the Otto-

man empire and Europian states for possession in the transit silk way, for joining  Azerbaijan 

territories that were the basic source of silk on the basis of a modern Turkish historiography. 

The role of an economic force in mutual relations between Safavid state  and the Western 

Europe is shown.  



 

Key words: Safavi, Turkish, Europe, Asia, Shilk 

 

 

 

 

 

122 

Yüklə 246,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə