“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə



Yüklə 47,41 Kb.
Pdf görüntüsü
tarix08.11.2018
ölçüsü47,41 Kb.
#79261
növüQaydalar


Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 1 iyul tarixli 463 nömrəli 

Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR



Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət 

Reyestrinə daxil edilməsi qaydaları haqqında

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1.   Bu   Əsasnamə   “Normativ   hüquqi   aktlar   haqqında”   Azərbaycan 

Respublikasının Konstitusiya Qanununa əsasən hüquqi aktların Azərbaycan 

Respublikasının   Hüquqi   Aktların  Dövlət   Reyestrinə   (bundan  sonra   -   Dövlət 

Reyestri) daxil edilməsi qaydalarını müəyyən edir.

1.2. Dövlət Reyestri Azərbaycan Respublikasında qəbul edilən normativ 

hüquqi   aktları,   normativ   xarakterli   aktları,   Azərbaycan   Respublikası   Milli 

Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan 

Respublikası   Nazirlər   Kabinetinin   sərəncamlarını,   həmçinin   onların 

rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır.

1.3.   Hüquqi   aktların   Dövlət   Reyestrinə   daxil   edilməsi   -   qəbul   edilmiş 

hüquqi aktların bu Əsasnamədə müəyyən edilmiş qaydada Dövlət Reyestrinə 

daxil   edilməsi,   habelə   əvvəllər   Dövlət   Reyestrinə   daxil   edilmiş   hüquqi 

aktlarda   dəyişikliklərin   edilməsi   və   onların   qüvvəsinin   itirilməsi   ilə   bağlı 

fəaliyyətdir.

1.4.   Dövlət   Reyestri   Azərbaycan   Respublikasının   Ədliyyə   Nazirliyi 

(bundan sonra - Ədliyyə Nazirliyi) tərəfindən aparılır.

1.5.   Ədliyyə   Nazirliyi   Dövlət   Reyestrinin   formalaşdırılmasını, 

aparılmasını,   idarə   olunmasını,   tamlığını,   müvafiq   internet   informasiya 

ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin 

edir.

1.6.   Naxçıvan   Muxtar   Respublikasının   dövlət   və   yerli   özünüidarə 



orqanlarının hüquqi aktları Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların 

Dövlət   Reyestrinə   daxil   edilir.   Naxçıvan   Muxtar   Respublikasının   Hüquqi 

Aktların   Dövlət   Reyestri   Naxçıvan   Muxtar   Respublikasının   Ədliyyə   Nazirliyi 

tərəfindən aparılır və Dövlət Reyestrinin tərkib hissəsidir. Dövlət Reyestrinin 

elektron variantında Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət 

Reyestrinə ayrıca keçid olmalıdır.

1.7.   Dövlət   Reyestri   qeydiyyat   informasiya   sistemi   vasitəsilə   elektron 

variantda   və   Dövlət   Reyestri   kitabı   vasitəsilə   kağız   variantda   Azərbaycan 

Respublikasının   dövlət   dilində   aparılır.   Hüquqi   aktı   qəbul   etmiş   orqan 

tərəfindən   həmin   aktın   qəbulu   üçün   müəyyən   olunmuş   qaydada   təsdiq 

edilmiş   aktın   digər   dilə   tərcüməsi   mövcud   olduqda,   Dövlət   Reyestrinə 

müvafiq dildə olan hüquqi akt da daxil edilir.

1.8.   Dövlət   Reyestri   “Normativ   hüquqi   aktlar   haqqında”   Azərbaycan 

Respublikasının Konstitusiya Qanununun 80-ci maddəsində müəyyən edilmiş 

struktura uyğun olaraq aparılır.

1.9. Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunan hüquqi aktlar 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya 

Qanununun, həmçinin ayrı-ayrı hüquqi aktların hazırlanması və qəbuluna dair 

müəyyən edilmiş qaydaların tələblərinə uyğun olmalıdır.

1.10.   Dövlət   Reyestrinə   konkret   (birdəfəlik)   təşkilati,   nəzarət   və   ya 

sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya 



digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan normativ xarakterli aktlar 

deyil,   məhdud   subyektlər   dairəsi   üçün   məcburi   davranış   qaydalarını   əks 

etdirən   və   dəfələrlə   tətbiq   olunmaq   üçün   nəzərdə   tutulmuş   normativ 

xarakterli aktlar daxil edilir.

1.11. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və 

normativ xarakterli aktlar, həmin aktlarda onların qüvvəyə minməsinin daha 

gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında 

dərc   edildiyi   gündən   qüvvəyə   minir.   Hüququn   analogiyasından   və   ya 

qanunun   analogiyasından   istifadə   olunması   haqqında   Azərbaycan 

Respublikası Konstitusiya  Məhkəməsinin  qərarı  Dövlət  Reyestrinin  elektron 

variantında dərc edildiyi gündən qüvvəyə minir.

1.12.   Hüquqi   aktların   dövlət   sirrini   əks   etdirən   ayrı-ayrı   müddəaları 

Dövlət   Reyestrinin   elektron   variantında   və   Dövlət   Reyestrinin   toplusunda 

dərc edilmir.

1.13. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən hüquqi aktlar istisna 

olmaqla, natamam hüquqi aktların Dövlət Reyestrinin elektron variantında və 

Dövlət Reyestrinin toplusunda dərc edilməsinə yol verilmir.

1.14. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi dərc 

edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab 

olunur.


1.15.   Dövlət   Reyestrinə   daxil   edilmiş   və   rəsmi   dərc   edilmiş   hüquqi 

aktların mətnləri arasında ziddiyyət olarsa, Dövlət Reyestrinə daxil edilmiş 

hüquqi aktın mətninə üstünlük verilir.

2. Dövlət Reyestrinə daxil edilən hüquqi aktların rekvizitləri

2.1. Dövlət Reyestrinə hüquqi aktların aşağıdakı rekvizitləri daxil edilir:

2.1.1. aktın növü;

2.1.2. qəbul edildiyi tarix;

2.1.3. qeydiyyat nömrəsi;

2.1.4. adı;

2.1.5. rəsmi dərc edildiyi mənbə (qanunlara, fərmanlara və Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin qərarlarına münasibətdə);

2.1.6. qüvvəyə minmə tarixi;

2.1.7.   Azərbaycan   Respublikasının   Vahid   hüquqi   təsnifatı   üzrə   indeks 

kodu (kodları);

2.1.8. Dövlət Reyestrinin qeydiyyat nömrəsi;

2.1.9. hüquqi aktın Dövlət Reyestrinə daxil edildiyi tarix.

2.2. Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya qüvvədən düşmüş hüquqi 

aktlar üzrə Dövlət Reyestrinə həmin aktlarda dəyişikliklər etmiş, onları ləğv 

etmiş və ya qüvvədən düşmüş hesab etmiş hüquqi aktın rekvizitləri, habelə 

Dövlət Reyestrinin qeydiyyat nömrəsi və hüquqi aktın Dövlət Reyestrinə daxil 

edilmə tarixi göstərilməklə müvafiq qeyd daxil edilir.



3. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları

3.1. Hüquqi aktları qəbul etmiş orqanlar onları Dövlət Reyestrinə daxil 

edilmək   üçün   həmin   aktların   qəbul   edildiyi   gündən   üç   gün   keçənədək 

Ədliyyə Nazirliyinə göndərirlər.

3.2. Azərbaycan  Respublikası Milli Məclisinin,  Azərbaycan Respublikası 

Prezidentinin,   Azərbaycan   Respublikası   Nazirlər   Kabinetinin   aktları, 

Azərbaycan   Respublikası   Konstitusiya   Məhkəməsinin   qərarları   müşayiət 



məktubu   olmadan,   onları   qəbul   etmiş   orqan   tərəfindən   Dövlət   Reyestrinə 

təqdim  olunur  və Ədliyyə  Nazirliyinə  daxil olduğu gündən sonrakı iş günü 

ərzində Dövlət Reyestrinə daxil edilir.

3.3.   Qanunlar,   fərmanlar   və   Azərbaycan   Respublikası   Nazirlər 

Kabinetinin qərarları rəsmi dərc edildikdən sonra Dövlət Reyestrinin elektron 

variantında dərc edilir.

3.4.   Mərkəzi   icra   hakimiyyəti   orqanlarının   normativ   hüquqi   aktları   və 

normativ   xarakterli   aktlar   (Azərbaycan   Respublikası   Konstitusiya 

Məhkəməsinin qərarları istisna olmaqla) onları qəbul etmiş orqanın rəhbəri, o 

olmadıqda   isə   onun   vəzifəsini   icra   edən   müavini   tərəfindən   imzalanmış 

müşayiət məktubu ilə birgə Dövlət Reyestrinə təqdim edilir.

3.5. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlara 

müvafiq   məcburi   hüquqi   ekspertizanın   rəyi   əlavə   olunur.   Məcburi   hüquqi 

ekspertizanın   rəyi   “Normativ   hüquqi   aktlar   haqqında”   Azərbaycan 

Respublikasının Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq 

tərtib edilməlidir.

3.6. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktların 

razılaşdırılması   Azərbaycan   Respublikasının   qanunvericiliyi   ilə   məcburi 

olduqda, habelə hüquqi aktda Azərbaycan Respublikasının qanunvericiliyində 

müəyyən edilmiş qaydada digər orqanla bağlı normativ göstərişlər və (və ya) 

tapşırıqlar   olduqda,   həmin   hüquqi   akt   əlaqədar   orqanla   razılaşdırılaraq 

Dövlət Reyestrinə təqdim edilir.

3.7.   Nizamnamə,   əsasnamə,   təlimat,   reqlament,   qayda   və   norma 

nəzərdə tutan digər aktlar onları təsdiq edən aktla birgə təqdim olunur.

3.8.   Hüquqi   aktlar   kağız   daşıyıcıda   onların   əslinin   həqiqi   surəti 

formasında   və   eyni   zamanda   elektron   daşıyıcıda   mətn   faylları   formasında 

təqdim edilir.

3.9. Hüquqi akt barədə məlumat, onu təqdim edən orqan, aktın növü, 

qəbul   edildiyi   tarix,   qeydiyyat   nömrəsi   və   adı   göstərilməklə   Dövlət 

Reyestrinin qeydiyyat jurnalının kağız  və elektron formalarında  qeydiyyata 

alınır.

3.10. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar 



Ədliyyə  Nazirliyinə   daxil  olduğu gündən  yeddi  iş günü müddətində   Dövlət 

Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına 

dair   yoxlanılır.   Yoxlama   aparılarkən   hüquqi   aktlar   məcburi   hüquqi 

ekspertizadan keçirilir. Məcburi hüquqi ekspertizanın rəyi “Normativ hüquqi 

aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 51.1-

ci maddəsinə müvafiq olaraq tərtib edilməlidir.

3.11. Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas 

aşkar edilməyən, bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi 

aktlar   Dövlət   Reyestrinə   daxil   edilir.   Gün   ərzində   Dövlət   Reyestrinə   daxil 

edilmiş hüquqi aktlar növbəti gün saat 00.00-da Dövlət Reyestrinin elektron 

variantında dərc edilir.

3.12.   Dövlət   Reyestrinə   daxil   edilmiş   hüquqi   akta   xüsusi   alqoritm 

əsasında   vahid   və   təkrarlanmayan   Dövlət   Reyestrinin   qeydiyyat   nömrəsi 

verilir.


3.13.   Dövlət   Reyestrinə   daxil   edilmiş   hüquqi   aktın   Dövlət   Reyestrinin 

qeydiyyat nömrəsi, Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina 

olunmuş hüquqi akt barəsində isə imtinanın əsası (bu Əsasnamənin 4.1-ci 

bəndinin   müvafiq   yarımbəndinə   istinad   olunmaqla)   Dövlət   Reyestrinin 

qeydiyyat jurnalında göstərilir.

3.14.  Yeni  hüquqi  aktın  qəbulu  ilə  əlaqədar olaraq,  Dövlət  Reyestrinə 

əvvəllər  daxil  edilmiş   hüquqi  aktlarda   zəruri  hallarda   müvafiq   dəyişikliklər 



edilir.   Dövlət   Reyestrinə   daxil   edilmiş   hüquqi   aktların   ləğv   edilmiş   və   ya 

qüvvədən   düşmüş   hesab   edilmiş   struktur   elementləri   aktlardan   çıxarılır, 

hüquqi aktlar qüvvəsini itirdikdə isə bu barədə müvafiq qeyd edilir.

3.15.   Dövlət   Reyestrinə   daxil   edilmiş   hüquqi   aktın   kağız   və   elektron 

daşıyıcıları Dövlət Reyestrinin strukturuna uyğun olaraq onun arxivində daimi 

saxlanılır.



4. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan 

imtina edilməsi

4.1. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktların 

Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan aşağıdakı hallarda imtina 

edilir:


4.1.1.   hüquqi   akt   qəbul   edildiyi   gündən   üç   gün   müddətində   Dövlət 

Reyestrinə təqdim edilmədikdə;

4.1.2. keçirilmiş məcburi hüquqi ekspertiza nəticəsində hüquqi akt rədd 

edildikdə   və   ya   yenidən   işlənilmək   üçün   onu   qəbul   etmiş   orqana 

qaytarıldıqda;

4.1.3. bu Əsasnamənin 3.6-cı bəndində nəzərdə tutulmuş hallarda aktın 

layihəsinin   əlaqədar   orqanlarla   razılaşdırılması   (vizalanması)   haqqında 

məlumatı əks etdirən sənədlər təqdim edilmədikdə;

4.1.4. bu Əsasnamənin 3.4-cü, 3.5-ci və ya 3.7-ci bəndlərinin tələbləri 

pozulduqda;

4.1.5. hüquqi aktın mətninin kağız daşıyıcısı üzərində hər hansı düzəliş 

olduqda;


4.1.6.  hüquqi  aktın kağız  daşıyıcı  ilə  elektron  daşıyıcıda  olan mətnləri 

arasında uyğunsuzluq olduqda.

4.2.   Hüquqi   aktın   Dövlət   Reyestrinə   daxil   edilmək   üçün   qəbulundan 

imtina edildikdə, imtinanın əsası göstərilməklə, hüquqi akt onu qəbul etmiş 

orqana   müvafiq   məktubla   qaytarılır.   Bu   Əsasnamənin   4.1.2-ci   və   4.1.3-cü 

yarımbəndlərində   nəzərdə   tutulmuş   əsaslara   görə   hüquqi   aktın   Dövlət 

Reyestrinə   daxil   edilmək   üçün   qəbulundan   imtina   edildikdə,   məktubda 

hüquqi   aktı   qəbul   etmiş   orqanın   hüquq   xidmətinin   rəhbərinin   intizam 

məsuliyyətinə cəlb edilməsinin zəruriliyi göstərilir.

4.3. Bu Əsasnamənin 4.1.4-4.1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş 

əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan 

imtina edildikdə, onu qəbul etmiş orqan beş iş günü müddətində göstərilən 

çatışmazlıqları   aradan   qaldıraraq,   hüquqi   aktı   Dövlət   Reyestrinə   daxil 

edilmək üçün Ədliyyə Nazirliyinə yenidən təqdim edir.

4.4. Bu Əsasnamənin 4.1.1-4.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş 

əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan 

imtina   edildikdə,   həmçinin   bu   Əsasnamənin   4.3-cü   bəndində   göstərilmiş 

müddətdə   çatışmazlıqlar   aradan   qaldırılmadıqda,   Dövlət   Reyestrinə   daxil 

edilmək üçün qəbulundan imtina edilmiş hüquqi akt beş gün müddətində onu 

qəbul   etmiş   orqanın   ayrıca   qərarı   ilə   ləğv   edilir   və   qərarın   surəti   Ədliyyə 

Nazirliyinə təqdim edilir.

5. Yekun müddəalar

5.1. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktları 

qəbul   edən   orqanlar   tərəfindən   Dövlət   Reyestrinə   daxil   edilməyən   hüquqi 

aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların 

Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul 



etmiş orqanlara müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə 

yetirilmədikdə, Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə bu 

Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddətdə ləğv edilməyən 

hüquqi   aktların   qüvvəsinin   olmaması   barədə   məlumat   Ədliyyə   Nazirliyi 

tərəfindən Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir.

5.2. Ədliyyə Nazirliyi bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş 

müddətdə ləğv edilməmiş, həmçinin bu Əsasnamənin 5.1-ci bəndinin ikinci 

cümləsində   nəzərdə   tutulmuş   müddətdə   Dövlət   Reyestrinə   daxil   edilmək 

üçün   təqdim   olunmamış   mərkəzi   icra   hakimiyyəti   orqanlarının   normativ 

hüquqi   aktları,   Azərbaycan   Respublikası   Mərkəzi   Seçki   Komissiyasının, 

Azərbaycan Respublikası Mərkəzi Bankının, Məhkəmə-Hüquq Şurasının, Milli 

Televiziya və Radio Şurasının və yerli icra hakimiyyəti orqanlarının normativ 

xarakterli   aktları   barədə   dərhal   Azərbaycan   Respublikasının   Prezidentinə 

məlumat verir, yerli özünüidarə orqanlarının qərarlarının etibarsız sayılması 



barədə məhkəməyə müraciət edir.

Yüklə 47,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə