Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   ...   7   8   9   10   11   12   13   14   15

 

 

28 


19.5.12Avtonəqliyyat  vasitəsinin  talan  olunması  (qaçırılması)  halında,  Sığortalının  razılığı  ilə, 

sığorta ödənişi Sığortalıya dəyəri sığorta ödənişi məbləğində olan avtonəqliyyat vasitəsinin 

təqdim olunması (verilməsi) yolu ilə həyata keçirilə bilər. 

19.5.13.Avtonəqliyyat vasitəsi sığorta hadisəsinin baş verməsi nəticəsində özü hərəkət edə bilmirsə, 

Sığortaçı  avtonəqliyyat  vasitəsinin  hadisə  yerindən  təmir  mərkəzinə  və  ya  dayanacağa 

aparılmasını təşki edir və bununla bağlı çəkilmiş xərclərin əvəzini ödəyir. 

19.5.14.Sığorta ödənişinin həcmi Sığortalının (Faydalanan şəxsin) üçüncü tərəfdən aldığı məbləğin 

çıxılmasından  sonra  və  ya  bir  neçə  sığorta  şirkəti  ilə  sığorta  müqavilələrinin  bağlandığı 

halda  hazırkı  Qaydalar  əsasında  bağlanılmış  sığorta  müqaviləsi  üzrə  sığorta  məbləğinin 

bütün digər sığorta müqavilələri üzrə ümumi sığorta məbləğinin  nisbətinə  müvafiq olaraq, 

azadolmanın  tətbiq  olunması  şərti  ilə  müəyyən  edilir.  Sığortalı  belə  məbləğlərin  alınması 

barədə Sığortaçıya dərhal məlumat verməlidir. 

 

19.6.  Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası bölməsi üzrə baş vermiş 

hadisə ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsi qaydası: 

 

19.6.1  Sığorta  ödənişinin  məbləği  Sığortaçı  tərəfindən  üçüncü  şəxslərin  və  sərnişinlərin  həyatına, 

sağlamlığına  və  ya  əmlakına  zərərin  dəyməsi  faktını  və  məbləğini  təsdiqləyən  sənədlərin 

əsasında  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinin  və  hazırkı 

Qaydaların müddəalarına müvafiq olaraq müəyyən edilir. 

19.6.2.Sığorta ödənişinin məbləği aşağıdakılardan ibarət ola bilər:  

 

Fiziki  şəxsin  həyat  və  sağlamlığına  zərər  dəydikdə,  Azərbaycan  Respublikasının  mülki 



qanunvericiliyinə müvafiq olaraq ödənc almağa hüququ olan zərər çəkmiş şəxslərə dəymiş 

zərərin əvəzinin ödənilməsi ilə bağlı xərclərdən; 

 

Fiziki və hüquqi şəxslərin əmlakına zərər dəydikdə, əmlakın məhv olması və ya zədələnməsi 



nəticəsində dəymiş real zərərin əvəzinin ödənilməsi ilə bağlı xərclərdən. 

Əmlakın  tam  məhv  olması  halında  real  zərər  məhv  olmuş  əmlakın  real  dəyərindən  onun 

istifadə üçün yararlı qalıqlarının dəyərinin və köhnəlməyə görə müvafiq məbləğin çıxılması 

yolu ilə müəyyən edilir. 

Əmlakın  zədələnməsi  halında  (qismən  zərərin  dəyməsi  halında)  real  zərər  əmlakın  sığorta 

hadisəsinin  baş  verməsindən  əvvəl  mövcud  olan  vəziyyətinə  gətirilməsi  üçün  tələb  olunan 

xərclərə bərabər tutulur. 

19.6.3. Əgər  sığorta  müqaviləsində  və  ya  sığorta  müqaviləsinə  qəbul  edilmiş  müvafiq  Əlavələrdə 

şərtsiz  azadolma,  yəni  sığorta  hadisəsi  baş  verdiyi  halda  Sığortaçı  tərəfindən  ödənilməyən 

Sığortalının  xərclərinin  bir  hissəsi  müəyyən  edilmişdirsə,  sığorta  ödənişi  azadolma 

məbləği(ləri) çıxılmaqla həyata keçirilir. 

19.6.4. İddia və tələblər məhkəmədən kənar qaydada həll edildikdə yuxarıda qeyd olunan xərclərin 

məbləği  Sığortaçı  və  iddianı  irəli  sürmüş  şəxsin  qarşılıqlı  razılığı  əsasında,  danışıqlarda  

Sığortalının (avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsin) iştirak etməsi 

şərti  ilə  müəyyən edilir.  Əgər tərəflər  danışıqlar yolu  ilə razılığa gəlməzsə, dəymiş zərərin 

ödənilməsi üzrə xərclərin məbləği məhkəmə qərarı əsasında müəyyən edilir.  

19.6.5. Sığortaçı  hazırkı  bölmə  ilə  nəzərdə  tutulan  sığorta  hadisəsinin  baş  verməsi  ilə  əlaqədar 

Sığortalının  (avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan  şəxsin)  məhkəmə 

xərclərini (dövlət rüsumları və işə baxılması ilə əlaqədar olan məsrəflər) və ya ona qarşı irəli 

sürülmüş  tələbin  məhkəmədən  kənar  həll  edilməsi  üçün  cəlb  edilmiş  vəkilin  göstərdiyi 




 

 

29 


yardıma görə xərcini də təmin edir, bu şərtlə ki, göstərilən xərclər Sığortaçının razılığı və ya 

göstərişi ilə çəkilmiş olsun. 

19.6.6. Baş  vermiş  sığorta  hadisəsi  ilə  əlaqədar  Sığortalıya  (avtonəqliyyat  vasitəsini  idarə  etmək 

hüququna malik olan şəxsə) qarşı irəli sürülmüş əsaslı iddiaların (tələblərin) təmin olunması 

ilə  bağlı  xərclərlə  Sığortalının  məhkəmə  və  cəlb  edilmiş  vəkilin  göstərdiyi  yardıma  görə 

xərclərinin  ödənilməsi  üzrə  həyata  keçirilən  sığorta  ödənişi  Sığorta  Şəhadətnaməsində 

avtonəqliyyat  vasitəsi  sahibinin  mülki  məsuliyyətinin  sığortası  bölməsi  üzrə  göstərilən 

sığorta məbləği ilə məhdudlaşır və ondan çox ola bilməz.  

19.6.7. Sığortaçı zərər çəkmiş şəxslərin Sığortalıya (avtonəqliyyat vasitəsini idarə etmək hüququna 

malik  olan  şəxsə)  qarşı  irəli  sürdükləri  iddiaların  (tələblərin)  əsaslı  olduğunu  müəyyən 

etdikdən  və  hadisəni  sığorta  hadisəsi  kimi  tanıdıqdan  sonra  sığorta  ödənişini  zərər  çəkmiş 

şəxslərə, hazırkı Qaydaların şərtlərinə müvafiq olaraq həyata keçirir. 



19.7.  Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası  bölməsi üzrə baş vermiş hadisə 

ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsi qaydası: 

 

19.7.1. Sürücü  və  sərnişinlərin  bədbəxt  hadisələrdən  sığortası  bölməsi  üzrə  sığorta  hadisəsi  baş 

verdikdə,  sığorta  ödənişinin  məbləği  bir  şəxs  üzrə  razılaşdırılmış  sığorta  məbləğinə 

ödənişlər cədvəlində göstərilən faizlərin tətbiq olunması yolu ilə müəyyən edilir və hazırkı 

Qaydaların şərtlərinə müvafiq olaraq həyata keçirilir.  

19.7.2. Ödənişlər cədvəli: 

 

SIĞORTA HADİSƏSİ 

FAİZLƏR 

A. 


Ölüm üzrə 

100 


B. 

hər  hansı  iki  ətrafın  (qol  və  ya  ayaq)  

itirilməsi üzrə  

100 


C. 

çiyin oynağından bir qolun itirilməsi üzrə  

60 

D. 


dirsək  oynağından  bir  qolun  itirilməsi 

üzrə  


45 

E. 


bir biləyin oynaqdan itirilməsi üzrə 

25 


F. 

bir ombanın itirilməsi üzrə 

55 

G. 


bir baldırın itirilməsi üzrə 

45 


H. 

bir pəncənin itirilməsi üzrə 

40 

X. 


bir  (əl  və  ya  ayaq)  barmağın    itirilməsi 

üzrə 


İ. 


iki gözün görmə qabiliyyətinin tam və 

bərpaedilməz şəkildə itirilməsi üzrə 

100 

J. 


bir gözün görmə qabiliyyətinin tam və 

bərpaedilməz şəkildə itirilməsi üzrə 

50 



iki qulağın eşitmə qabiliyyətinin tam və 



bərpaedilməz şəkildə itirilməsi üzrə 

50 


Q. 

bir qulağın eşitmə qabiliyyətinin tam və 

bərpaedilməz şəkildə itirilməsi üzrə 

15 



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə