Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən verilmiş və müvafiq qaydada təsdiq 



edilmiş yol vərəqəsinə əsasən sığortalanmış avtomobili idarə etmək hüququna malik olan hər 

hansı  bir  şəxs(lər)  tərəfindən,  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinin 

avtonəqliyyat  vasitələrini  idarə  edən  şəxslərə  dair  tələblərinə  riayət  olunması  şərti  ilə  idarə 

olunduqda qüvvədədir. 

3.2.  Sığortalanmış  avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququnu  aşağıda  göstərilən  sənədlər 

təsdiq edir: 

 

Sığortalanmış avtonəqliyyat vasitəsinin növünə aid qüvvədə olan sürücülük vəsiqəsi; 



 

Sığortalanmış avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; 



 

Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən verilmiş və müvafiq qaydada təsdiq 



edilmiş etibarnamə və ya yol vərəqəsi. 

3.3.  Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  hazırkı  bölmənin  birinci  bəndində  göstərilən 

şəxslərdən  başqa  hər  hansı  digər  şəxs(lər)  tərəfindən  idarə  olunması,  o  cümlədən  notariat 

qaydasında təsdiq edilmiş etibarnamə olmadıqda, lakin adı çəkilən şəxslərin yanında oturaraq 

sığortalanmış avtonəqliyyat vasitəsinin hər hansı digər şəxs tərəfindən idarə olunması zamanı 

baş verən hadisələr üzrə heç bir sığorta ödənişi həyata keçirilmir. 

 

 

B. SIĞORTA TƏMİNATI VƏ İSTİSNALAR 



 

4. 

AVTONƏQLİYYAT VASİTƏSİNİN MADDİ ZƏRƏRDƏN SIĞORTASI 

 

Sığorta  haqqının  ödənilməsi  şərti  ilə,  sığortalanmış  avtonəqliyyat  vasitəsi  sığorta  müddəti 

ərzində  və  hazırkı  Qaydaların  4.2.  bəndində  göstərilən  risklərin  baş  verməsi  nəticəsində 

itirilərsə, məhv olarsa və ya zədələnərsə (bu Qaydaların şərtlərinə, müddəalarına, istisnalarına 

və  təminatına  müvafiq  olaraq)  Sığortaçı  Sığortalıya  həmin  avtonəqliyyat  vasitəsinin 

zədələnməsi,  itirilməsi  və  ya  məhv  olması  anına  olan  bazar  dəyərini  və  ya  dəyən  zərərin 

məbləğini  ödəyəcək  və  ya  sığortalanmış  avtonəqliyyat  vasitəsini  və  ya  onun  bir  hissəsini 

bərpa və ya eyni tipli ehtiyyat hissəsi (avtonəqliyyat vasitəsi ilə əvəz edəcək köhnəlməyə görə 

müvafiq  məbləğin  və  əgər  sığorta  müqaviləsi  ilə  şərtləşdirilibsə,  azadolma  məbləğinin 

çıxılması şərti ilə). 

 

4.1.  SIĞORTA OBYEKTİ  

 

 



4.1.1. Avtonəqliyyat vasitəsinin maddi zərərdən sığortası bölməsinə müvafiq olaraq, sığorta obyekti 

Sığortalının  (Faydalanan  şəxsin)  sığortalanmış  avtonəqliyyat  vasitəsinə  sahibliyi,  ondan 

istifadəsi  və  ona  sərəncam  verməsi  ilə  bağlı  olan  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə zidd olmayan, əmlak mənafeləridir.  

4.1.2. Bu  Qaydalar  əsasında  bağlanmış  sığorta  müqaviləsi  ilə  Sığortalının  (Faydalanan  şəxsin) 

mülkiyyətində  olan  və  ya  qanuna,  digər  normativ-hüquqi  akta,  müqaviləyə,  notariat 

qaydasında təsdiq edilmiş etibarnaməyə əsasən istifadə etdiyi və: 

 



qanunvericilikdə nəzərdə tutulmuş qaydada daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış 

və dövlət texniki baxışından keçmiş, və ya; 

 

Azərbaycan  Respublikasının  ərazisində  yerləşən  ticarət  təşkilatlarından  (mərkəzlərindən) 



alınmış  və  ya  xarici  dövlətdə  alınaraq  Azərbaycan  Respublikasının  ərazisinə  gətirilmiş  və 

gömrük rəsmiləşdirilməsindən keçmiş, lakin hər iki halda sığorta müqaviləsi bağlanan zaman 

daxili işlər orqanları tərəfindən qeydiyyata alınmamış, və ya; 



 

 



 

sığorta  müqaviləsinin  bağlanması  anına  qüvvədə  olma  müddəti  bitməmiş  «tranzit»  nişanlı 



avtonəqliyyat vasitəsi sığortalana bilər

4.1.3. Azərbaycan  Respublikasının  ərazisində  yerləşən  ticarət  təşkilatlarından  (mərkəzlərindən) 

alınmış  və  ya  xarici  dövlətdə  alınaraq  Azərbaycan  Respublikasının  ərazisinə  gətirilmiş  və 

gömrük  rəsmiləşdirilməsindən  keçmiş,  lakin  sığorta  müqaviləsi  bağlanan  zaman  daxili  işlər 

orqanları  tərəfindən  qeydiyyata  alınmamış  avtonəqliyyat  vasitəsi  yalnız  o  şərtlə  sığortalana 

bilər  ki,  sığorta  müqaviləsinin  bağlanması  anına  onun  qanunla  müəyyən  edilmiş  qeydiyyata 

alınma müddəti bitməmiş olsun. 

4.1.4. Daxili  işlər  orqanları  tərəfindən  qeydiyyata  alınmamış  avtonəqliyyat  vasitəsinə  dair 

Sığortaçının oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq və quldurluq riskləri üzrə məsuliyyəti 

onun  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  qeydiyyata  alınmasından  və  bu  barədə 

Sığorta Şəhadətnaməsində müvafiq qeydin edilməsindən sonra qüvvəyə minir. 

4.1.5. Bu  Qaydalar  əsasında  mənfəət  götürmək  məqsədi  ilə  hər  hansı  ictimai  sərnişin  daşımaları 

üçün istifadə olunan nəqliyyat vasitələrinə (taksi, marşrut taksisi, şəhərlər arası və şəhər daxili 

sərnişin nəqliyyatı və s.) dair sığorta müqaviləsi bağlanılmır.  

 

4.2.

 

SIĞORTA RİSKLƏRİ 

 

 



Bu  Qaydalar  əsasında  bağlanmış  sığorta  müqaviləsi  ilə  aşağıda  göstərilən  risklər 

nəticəsində baş vermiş hadisələr üzrə təminat verilir: 

 



Yanğın, partlayış, ildırım vurması və onların nəticələrinin aradan qaldırılması,  

 



yol-nəqliyyat hadisəsi,  

 



bütün təbii fəlakətlər,  

 



ağacların (daşların və digər predmetlərin dəyməsi) düşməsi,  

 



üçüncü şəxslərin qərəzli və qanuna zidd olan hərəkətləri,  

 



oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq, quldurluq və bunlarla məhdudlaşmamaq şərti ilə, 

hazırkı Qaydalarla istisna olunan hallardan başqa, sığortalanmış avtonəqliyyat vasitəsinə zərər 

dəyməklə nəticələnən qəflətən və gözlənilmədən baş vermiş bütün hadisələr. 

 

Hazırkı  Qaydalara  müvafiq  olaraq  yol-nəqliyyat  hadisəsi,  təbii  fəlakət,  oğurluq,  qaçırma, 



dələduzluq, soyğunçuluq, quldurluq riskləri aşağıda göstərilən mənalarda başa düşülməlidir:  

yol-nəqliyyat  hadisəsi  —  yollarda,  küçələrdə,  meydanlarda,  dəmiryol  keçidlərində  nəqliyyat 

vasitələrinin  hərəkəti  prosesində  baş  verən  və  adamların  həlakına  və  ya  müxtəlif  dərəcəli 

bədən  xəsarəti  almasına,  heyvanların  və  ya  hərəkətsiz  maneənin  vurulmasına,  nəqliyyat 

vasitələrinin,  yolların,  qurğuların  zədələnməsinə  və  ya  başqa  maddi  zərər  dəyməsinə  səbəb 

olan hadisə; 

təbii  fəlakət  –  təbii  qüvvələrin  təsiri  nəticəsində  əmələ  gələn  (su  basması,  zəlzələ,  yer 

sürüşməsi  və  s.),  əhalinin  normal  həyat  tərzini  pozan,  insanların  və  maddi  dəyərlərin  tələf 

olmasına səbəb olan, insanın qarşısını ala bilmədiyi fövqəladə hal. 

oğurluq - özgənin əmlakını gizli olaraq talama; 

qaçırma - avtonəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə; 

soyğunçuluq - özgənin əmlakını açıq talama; 



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə